1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə120/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   116   117   118   119   120   121   122   123   ...   128

 

 

372 



N.P.Həsənovanın dəftərxana şöbəsinin 

müdiri vəzifəsinə təyin edilməsi haqqında 

Azərbaycan DBTİA rektorunun 

 

Sərəncamı 

 

Ştat cədvəlinə uyğun olaraq qərara alıram: Nina  Petrovna 

Həsənova  Akademiyanın  dəftərxana  şöbəsinin  müdiri  təyin 

edilsin. 



Azərb. DBTİA-nın 

rektoru (imza) A.A.S. 

10 yanvar 2017-ci il 

* * * 

 

26. TELEFONOQRAM 

 

"Telefonoqram"  yunanca  tele(uzaq), fone(səs),  qramme 

(yazı)  sözlərinin  birləşməsindən  düzəlmişdir.  Müəyyən  bir 

məlumatı,  hadisəni  telefonla  lazımi  yerə  çatdırmaq  üçün 

telefonoqramdan istifadə olunur. 

Telefonoqrama verilən tələblər: 

1. Telefonoqramın nömrəsi göstərilməlidir

2. Telefonoqramın nə məqsədlə vurulması yazılmalıdır; 

3. Çağırılan yerin ünvanı, tarix və saat dəqiq göstərilməlidir; 

4.  Telefonoqramı  göndərən  və  qəbul  edən  şəxslər  vəzifə-

sini,  ad  və  soyadlarını,  telefon  nömrəsini,  ayın  tarixini  dəqiq 

yazmalıdırlar; 

 

Nümunə: 

 

Telefonoqram №5 

 

Azərb. DBTİA-nın gimnastika kafedrasının müdiri A.A.S.-ə 

Sizin, Bakıda 2017-ci il may ayının 28-də keçiriləcək bədii 

gimnastika  üzrə  dünya  çempionatının  mərhələ  yarışlarında 

beynəlxalq  dərəcəli  iki  hakimlə  Heydər  Əliyev  adına  İdman-

Konsert Kompleksində olmağınız qərara alınmışdır.  




 

 

373 



Yarışlar 28 may 2017-ci il saat 10

00

-da başlanır. 



Azərbaycan Respublikası Gimnastika Federasiyası. 

 Telefonoqram  Gimnastika  Federasiyasının  baş  katibi 

F.Qayıbov  tərəfindən  16  may  2017-ci  il  saat  10

30

  dəqiqədə 



vuruldu. 

Tel: 493-95-00 

Telefonoqramı  qəbul  etdi:  Azərb.  DBTİA  gimnastika 

kafedrasının dosenti A.A.S. 

16 may 2017-ci il saat 10

40

 dəqiqədə. Tel: 564-89-72 



*** 

 

27. TELEQRAM 

 

"Teleqram"  yunanca  tele  (uzaq),  qramme  (yazı)  söz 

birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır. 

Teleqram  vasitəsilə  müəyyən  məlumat  və  ya  müəyyən 

miqdarda pul uzaq məsafəyə təcili çatdırılır. 

Teleqramın yazılış forması: 

1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir

2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır; 

3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır. 



 

Nümunə: 

 

Teleqram 

 

Tovuz rayonu, Quşçular kəndi, Təzəxan müəllim Sultanova 

Sizi  Novruz  bayramı  münasibətilə  təbrik  edir,  Sizə  uzun 

ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram. 



 

Çingiz Əlibəyli 

keçmiş qrup yoldaşınız 



*** 

 


 

 

374 



28. TƏQDİMAT 

 

"Təqdimat" ərəb mənşəli "təqdim" sözünün cəm forma-

sıdır. Təqdimatda  yuxarı vəzifəli şəxs qarşısında hər hansı  bir 

məsələni qaldırmaq, ona müraciət etmək, kiməsə mükafat və ya 

müəyyən vəzifə vermək nəzərdə tutulur. 



 

Nümunə: 

 

Azərbaycan 

Milli 

İdman  Növləri 



Assosiasiyası  və    Azərbaycan  Zorxana 

İdman Federasiyasının prezidenti cənab 

X.K.Qurbanova 

 

Azərbaycan 



Respublikası  Güləşmə 

Federasiyasının məşqçisi A.Cəfərovdan 

 

Təqdimat 

13-17  dekabr  2017-ci  il  tarixdə  Almaniya  Federativ  Res-

publikasının  Frankfurt  şəhərində  Zorxana  və  pəhləvani  güləşi 

üzrə  18  ölkənin  iştirak  etdiyi  II  Avropa  çempionatı  keçiril-

mişdir. Dünya xalqlarının milli güləşmə idmanı  üzrə keçirilən 

bu  çempionatda  ölkəmizi  İ  Dünya  Kubokunun  qalibləri  olan 

güləşçilərimiz  layiqincə  təmsil  etmişlər.  İdmançılarımız 

pəhləvan güləşi, kəbbadə, çərxi surət, çərxi çəməni, mil bazı və 

kom  növləri  üzrə  qazanılan  qızıl  medalların  sayına,  eləcə  də 

komandalı və fərdi hərəkətlərin cəminə görə Avstriya, Belçika 

və  Almaniya  kimi  ölkələrin  komandalarını  geridə  qoyaraq 

ümumi komanda hesabında birinci yeri tutmuşdur. 

Qızıl  medallar  əldə  etmiş  bu  idmançılardan  nümunəvi 

davranış, bacarıq və böyük əzmkarlıq göstərmiş adları çəkilən 

üç güləşçiyə əmrlə təşəkkür və pul mükafatı verməyinizi xahiş 

edirəm: 


1. Cavadov Vüsal Yaşar oğlu 


 

 

375 



2.Qurbanov Vüqar Ağayusif oğlu 

3. Orucov Xəyyam Hüseyn oğlu 

 

Azərbaycan Respublikası Güləşmə 



Federasiyasının məşqçisi:(imza) A.Cəfərov 

 

20 dekabr 2017-ci il 



*** 

 

29. TƏLƏBNAMƏ 

 

"Tələbnamə"  ərəb  mənşəli  tələb  (istəmə,  tələb  etmə)  və 

fars  mənşəli  namə  (yazı,  məktub)  sözlərinin  birləşməsindən 

yaranmışdır. Bir şeyin tələb edilməsi, bir işin görülməsi, müəy-

yən şeyin istənilməsi və ya bir adamın sərəncama göndərilməsi 

haqqında yazılı rəsmi xahişdir. 

 

Nümunə: 

 

Bakı şəhər Təhsil İdarəsinin müdiri cənab T.Ə.İsmayılova 



Bakı şəhəri 158 saylı məktəbin direktorundan 

 

Tələbnamə 

 

Məktəbdə  bədən  tərbiyəsi  dərslərini  səmərəli  keçirmək 

üçün  aşağıda  adları  çəkilən  inventarın  alınmasına  maliyyə 

vəsaiti ayrılmasını xahiş edirik: 

1. Futbol topu - 5 ədəd 

2. Güləşmə xalçası - 2 ədəd 

3. Voleybol toru - 1 ədəd 

4. Stolüstü tennis kompleksi - 1 ədəd. 

 

Nəsimi rayonu 158 saylı ümumtəhsil 

orta məktəbin direktoru: (imza) A.A.S. 

 

6 mart 2017-ci il 



*** 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə