1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə122/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   118   119   120   121   122   123   124   125   ...   128

 

 

380 



Nümunə: 

 

Töhmət 

Azərb. DBTİA üzrə 



Əmr 

 

29 aprel 2017-ci il  



 

 

    Bakı şəhəri, №8 



 

1.  "İdman  oyun  növləri"  fakцltəsinin  OA  16-10-cu  qrup 

tələbələrinə icazəsiz ardıcıl iki gün üçüncü dərsdən getdiklərinə 

görə töhmət elan edilsin. 

2. "Əmr" Akademiyanın bütün qruplarında oxunsun.  

Əsas: "İdman oyun növləri" fakültəsinin dekanı A.A.S.-in 

məlumatı.  

ADBTİA-nın rektoru: (imza) A.A.S. 

* * * 


 

35. VƏKALƏTNAMƏ 

 

Vəkalətnamə  "birdəfəlik  etibarnamə"  olub  vəsiyyətna-

mə,  etibarnamə  kimi  əqdin  (bağlama,  tərtib  etmə,  təşkil 



etmə) bir növüdür. Qiymətli bir əşyanı müəyyən yerdən almaq 

üçün  lazımi  şəxsə  verilən  sənəddir.  Vəkalətnamə  vəkil  edilən 

şəxsin  adına  yazılarkən  imza  qoyulur  və  müəssisənin  möhürü 

ilə,  yaxud  notarius  tərəfindən  təsdiq  olunur.  Yalnız  şəxsiyyət 

vəsiqəsi ilə etibarlıdır. 

 

Nümunə: 

 

Vəkalətnamə 

 

Mən,  Masallı  rayonu  Şərəfə  kənd  sakini  İzzət  Adəm  oğlu 

Seyfullayev  adıma  göndərilmiş  qiymətli  bağlamanı  mərkəzi 

poçtdan almağı oğlum Fərhad İzzət oğlu Seyfullayevə (Şəxsiy-




 

 

381 



yət  vəsiqəsi  AZE  seriya  №09876543,  16  dekabr  2015-ci  ildə 

Masallı rayon DPŞ tərəfindən verilib) etibar edirəm. 



 

İmza: İzzət Seyfullayev 

20 dekabr 2017-ci il 

 

İzzət Seyfullayevin imzasını təsdiq edirəm: 

 

Masallı Dövlət Notariat 



kontorunun müdiri: imza/A.A.S./ və möhür: 

*** 


 

 

36. ZƏMANƏT 

 

"Zəmanət"  ərəb  mənşəli  sözdür,  "zamin  olma",  "öhdə-

sinə  götürmə"  mənasındadır.  Hüquqi  sənəd  olan  zəmanət 

əsasında  məhkəmə,  prokuror  və  ya  müstəntiq  müttəhimi  azad 

edə  bilər.  Zəmanət  əmək  kollektivləri  və  ictimai  təşkilatlar 

tərəfindən hüquq mühafizə orqanlarının adına yazılır. 



 

Nümunə: 

 

Zəmanət 

 

Bakı  şəhəri,  Baş  polis  İdarəsinin  müstəntiqi  İlyas  Həsən 

oğlu Kərimova  

9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 12, mənzil 26-da 

yaşayan 14 yaşlı (2002-ci il təvəllüdlü), 37 saylı məktəbin VIII 

sinfində  oxuyan  oğlum  Əvəz  İlham  oğlu  Nağıyevin  üç  nəfər 

sinif  yoldaşı  ilə  avtomobil  qaçıraraq  əyləndikləri  haqqında 

məlumatı aldım. Məlumata qədər bu barədə xəbərim olmayıb. 

Məktəb  rəhbərliyinin  iştirakı  ilə  keçirilən  yığıncaqda  və 

evimizdə  olan  söhbətdə  oğlum  Əvəz  söz  vermişdir  ki,  bir  də 




 

 

382 



heç  vaxt  belə  hadisəyə  yol  verməyəcəkdir.  Mən  öz  adımdan 

söz  verir  və  zamin  dururam  ki,  oğlum  Əvəz  bir  daha  belə 

xoşagəlməz hallara - kiçik dələduzluğa yol verməyəcəkdir. 

 

İmza:İlham Teymur oğlu Nağıyev 



Əvəz Nağıyevin valideyni 

 

23 may 2017-ci il 



 

Sual və tapşırıqlar: 

1.  Rəsmi-kargüzarlıq  üslubu  nədir,  onun  elmi  üslubdan 

fərqi nədədir? 

2. Rəsmi sənədlər üçün səciyyəvi cəhətlər hansılardır? 

3.  İşgüzar  üslubda  bədii  obrazlığa,  ekspressivlik  və  emo-

sionallığa yer verilirmi? 

4. İşgüzar üslubun əsas xüsusiyyətləri hansılardır? 

5. Ştamp və ya standart söz-ifadələr nəyi nəzərdə tutur? 

6. Əməli yazı nümunələri kimlərdən kimə yazılır? 

7.  Əməli  yazıya  aid  sənədlərin  adlarını  xatırlayın,  bir 

neçəsinin yazılma forması haqqında məlumat verin. 

8. Nitqin düzgünlüyü, dəqiqliyi hamıdan tələb olunur. Bəs 

ifadəlik necə? İfadəli nitq kimlərə aiddir? 

9.  Hansı  nitq  təmiz  sayılır?  Nitqin  təmizliyi  ədəbi  dilin 

normalarına əsaslanmaq əsasında, yoxsa dil vasitələrinin təhrif 

olunmaması hesabına təmin olunur? 

10.  Hansı  hallar  nitqin  yığcamlığına  mənfi  təsir  göstərir, 

oxucu və dinləyiciləri yorur? 



Çalışma.  Oxuduğunuz  bir  kitab  (roman,  dərslik,  dərs  və-

saiti) haqqında annotasiya yazın, əvvəlcə sözün mənasını, son-

ra onun formasını qısaca izah edin. 

Çalışma. Qrupunuzda bir məsələ barəsində iclas keçirilib. 

İclasın protokolunu yazın. 



Çalışma. Mətndə arxaizmləri tapın, necə başa düşdüyünü-

zü söyləyin: 




 

 

383 



... Şeyx Şəban yağış yağanda sel gətirən köhnə başmaqları, 

çustları, çəkmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz 

qiymətlə:  cütünü  bir  abbasıdan,  altı  şahıdan  satardı.  Baharda, 

yayda abaya bürünərdi. Plov olmayan günü hökmən gərək bir 

abbasılıq ət alıb göndərəydi evə, ta arvad abgüşt  bişirsin. Gül-

süm xala yaxşı çöp ötürərdi, noxud falı açardı, boğaz basardı. 

Şeyx Şəbanın atası da başmaqçı idi. Gülsüm cəld başını yastıq-

dan qalxızıb durdu ayağa: 

- A kişi, daha durginən, azanın vaxtı keçir. 

- Bu saat durram, çay hazırdırmı? (Ə. Haqverdiyev. "Şeyx 

Şəban" hekayəsindən) 

Çalışma.  Hazırda  yaşadığınız  ünvana  deyil,  anadan  oldu-

ğunuz yerə göndərilmiş qiymətli bağlamanı alıb gətirmək üçün 

bir nəfərə vəkalətnamə yazın. 

 

 

AİLƏ-MƏİŞƏT ÜSLUBU 

 

Bəzən  məişət,  bəzən  də  danışıq  üslubu  adlandırılan  ailə-



məişət üslubu müəyyən mənada sərbəst üslubdur. Burada canlı 

danışıq  dili  üstünlük  təşkil  edir.  Bu  üslub  digərlərindən  ayrı-

ayrı sözlərə, onların tələffüzünə, söz sırası və s. cəhətlərə görə 

fərqlənir, burada terminlərə, poetik sözlərə, bədii ifadə və təsvir 

vasitələrinə geniş yer verilmir.  

İctimai  yerlərdə  olmasa  da,  adamları  danışıq  üslubunda 

ləqəbi  ilə  adlandırırlar;  At  Balaxanım,  Cin  Hüseyn,  Gömbul 

Ələsgər, Gomuş Vəli, Lal Vəkil və s. kimi ləqəbi ilə adlandırı-

lan adamlar çox vaxt bir-birindən məhz bu ayamalarla öz adaş-

larından fərqləndirilir. Yazıçılar bədii üslubda, xüsusən, mənfi 

sürətlərin  adlarında  bu  üsuldan  istifadə  edirlər.  Məsələn:  M. 

İbrahimovun  "Böyük  dayaq"  romanında  Yarməmməd,  Lal 

Hüseyn,  Yastı  Salman  kimi  obrazlar  təkcə  adları  ilə  özlərini 

tanıtmırlar, həm də öz nitqləri ilə 

 məişət üslubuna xas dolaşıq 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə