1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə124/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   120   121   122   123   124   125   126   127   128

 

 

387 



 

DƏVƏTNAMƏ 

 

"Dəvətnamə"  ərəbcə  "dəvət"  (çağırmaq,  təklif  etmək)  və 

farsca  "namə"  (məktub,  kağız)  sözlərinin  birləşməsindən 

əmələ  gəlmişdir,  çağırış  mənasındadır.  Dəvətnamə,  adətən, 

təntənəli  məclislərə,  elmi  konfranslara,  yubileyə,  ad  gününə, 

toylara və s. kimi yerlərə çağırış məqsədilə yazılır. 



 

Nümunə: 

 

Hörmətli K.B.Ramazanov 

 

Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademi-



yası Sizi xalq şairi Rəsul Rzanın anadan olmasının 110 illiyinə 

həsr olunmuş tədbirə dəvət edir. Yubiley tədbirində şairin oğlu, 

Azərbaycan  Yazıçılar  Birliyinin  sədri,  xalq  yazıçısı  Anar, 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, profes-

sor  Nizami  Cəfərov,  tanınmış  şair  və  incəsənət  xadimləri 

iştirak  edəcəkdir.  Yubiley  tədbiri  2017-ci  il  may  ayının  26-da 

saat  12

00

-da  Azərb.DBTİA-nın  akt  zalında  (I  mərtəbə) 



keçiriləcəkdir. 

 

Ünvan: Fətəli xan Xoyski prospekti, 98 



Əlaqə telefonu: 564-89-73 

Təşkilat komitəsi 

 

Sual və tapşırıqlar: 

1. Ailə-məişət üslubu nədir? 

2.  Məişət  üslubunda  bütün  dil  vahidlərindən  istifadə 

olunurmu? 

3. Məişət üslubunda obrazlığa, ifadəliyə yol verilirmi? 

4. Epistolyar üslub nədir? 

5.  Məktubların  hansı  növləri  vardır?  Tələbələr  onlardan 

hansını özlərinə münasib hesab edirlər? 

6.  Korrespondent  və  adresat  nə  deməkdir,  hansı  üsluba 

aiddir və hansı əməli yazıda əks olunur? 




 

 

388 



7. Nitqin intonasiyası dedikdə nələr başa düşülür? 

8. Nitqin zənginliyi hansı üslublar üçün səciyyəvidir? 

9. İntonasiyanın ünsürlərini deyin və onları izah edin. 

10.  Bədii  nitqdə  hansı  cəhətlər  üstünlük  təşkil  edir?  Bədii 

nitqin dəqiqliyi hansı şərtlərlə əlaqədardır? 

Çalışma. Müəllimlərinizdən birinin bir kitabına (dərsliyə) 

rəy yazın. Rəyə verilən tələbləri göstərin. 

Çalışma.  Şeirdə  nitq  istisnalarını  (normativ  olmayan 

halları)  göstərin.  Şeirin  hansı  üslubda  yazıldığını  söyləməklə 

bədii oxu intonasiyasına diqqət edin: 

 

Başına döndüyüm, ay gözəl Pəri



Adətdi, dərərlər yaz, bənövşəni. 

Ağ, nazik əlinlə dər, dəstə bağla, 

Tər buxaq altında düz, bənövşəni! 

 

Tanrı səni xoş camala yetirmiş



Səni görən aşiq ağlın itirmiş, 

Mələklərmi dərmiş, göydən gətirmiş? 

Heyif ki, dəriblər az bənövşəni. 

 

Başına döndüyüm, bağa gəl, bağa 



O gözəl hüsnündən bağa nur yağa. 

Dəstə-dəstə dərib taxar buxağa, 

Bənövşə qız iylər, qız bənövşəni. 

 

Səhər olçaq şeyda bülbül oxuşdu



Hökm olundu, süleymanlar yerişdi, 

Sərt qış gəldi, gülün vaxtı sovuşdu, 

Daha iyləmirik biz bənövşəni. 

 

Qurbani der: "Könlüm bundan sayrıdı, 



Nə etmişəm yarım məndən ayrıdı?! 

Ayrılıqmı çəkib boynu əyridi, 

Heç yerdə görmədim düz bənövşəni! (Aşıq Qurbani) 



 

 

389 



 

DANİŞİQ ETİKASİ VƏ NİTQ ETİKETLƏRİ 

 

Nitq  mədəniyyətinin  əsas  müddəalarından biri danışıq eti-



kası  ilə  bağlıdır.  Etika  insanların  bir-birinə, cəmiyyətin insan-

lara  münasibətini  tənzimləyən  mədəni,  nəzakətli  danışığı  və 

əxlaq  normalarını  özündə  ehtiva  edir.  Etikaya  görə  əxlaq 

cəmiyyətdə, insanlar arasında qarşılıqlı münasibətləri nizamla-

yır. Etika mövcüd adət-ənənələrə tənqidi yanaşmaqla insanlara 

cəmiyyətdə  ictimai  rəyə  əsaslanıb  əxlaq  normalarını  könüllü 

yerinə  yetirməyi  aşılayır.  Etik  normalar  əxlaqi  keyfiyyətlərin 

toplusudur. Xalqımızın görkəmli şəxsiyyətləri, yazıçı və mütə-

fəkkirləri insanın  təhsili,  tərbiyəsi,  mənəvi-əxlaqi keyfiyyətləri 

haqqında qiymətli fikirlər söyləmişlər. N.Tusi yazırdı: “Böyük-

lərlə  danışərkən  kinayə  işlətməməli,..  nalayiq  sözlər  işlətmə-

məli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə 

ehtiyac yarananda onu obrazlı, məcazi ifadələrlə anlatmalı, şux 

və  zərif  ifadələrdən  qaçmamalı,  hər  məclisdə  münasib  danış-

mağı  bacarmaq  lazımdır”  (28,  səh.182).  Abbasqulu  ağa 

Bakıxanov  Qüdsi  (1794-1847)  “Kitabi-nəsihət”  əsərində  gənc 

nəsli ən yaxşı insani keyfiyyətlər qazanmağa çağırırdı: 

1)  Hər  kəs  vəzifədə,  elmdə  və  yaşda  səndən  böyükdürsə 

ona hörmət elə ta ki, səndən kiçiklər də sənə hörmət etsin.  

2)  Hər  kəsi  görən  zaman  ona  salam  ver.  Əgər  o  sənə  bir 

söz desə ədəblə, mərifətlə ona cavab ver ki, hamı səni sevsin. 

3) Heç kəsin pisliyini başqasına söyləmə. Əgər o şəxs sənə 

dost  deyilsə,  bu  sözləri  həmin  adama  çatdırar,  əgər  dostdursa 

sənin haqqında pis fikrə düşər. 

4)  Yalan  danışmaqdan  çəkin.  Çünki  hər  kəs  sənin  bu 

xüsusiyyətini bilərsə, doğru sözünə də inanmaz. 

5) Elm və kamal əldə etməyi hər şeydən əziz tut. Çünki hər 

şey onların vasitəsilə əldə edilir. 

6)  Hər  nə  vəd  vermisənsə  onu  yerinə  yetirməyə  çalış  ki, 

başqa vəd verəndə onun icra ediləcəyinə də inansınlar.  




 

 

390 



7)  Şuxluq  və  boş  zarafatı  özünə  adət  etmə,  başqalarının 

nəzərində yüngül görünərsən. 

8) Bu gün görə biləcəyin işi sabaha qoyma, bəlkə sən sa-

bah onu əldə edə bilmədin. (Fərhadov F., Hacıyev A.Azərbay-

can uşaq ədəbiyyatı tarixi, Bakı, 1986, səh. 54-55) 

Söz təkcə adlandırma və ünsiyyət funksiyasını deyil, həm 

də müraciət funksiyasını yerinə yetirir. Müraciət formalarından 

düzgün  və  yerində  istifadə  nitq  mədəniyyəti  baxımından  mü-

hüm əhəmiyyət daşıyır. Əvvəllər, XVII, XVIII və XİX əsrin bi-

rinci rübündə Azərbaycanda xanlıqlar zamanı xan, xanım, bəy, 



bəyim, ağa sözləri müraciət formalası kimi çox işlək olmuşdur. 

Məşədi,  hacı,  kərbəlayi,  seyid,  şeyx,  axund,  molla  sözləri 

dini müraciət formasını təşkil etmişdir və indi də qalmaqdadır. 

Xalqımızın milli ənənələrinə, təfəkkür tərzinə, etik görüşlərinə 

uyğun olaraq son 80 ildə yoldaş, müəllim, bəy sözləri, indi isə 



cənab  sözü rəsmi və  qeyri-rəsmi müraciət  forması kimi istifa-

dədədir.  İnsanlar  arasında  ictimai  əlaqələrə,  qocalara  və  uşaq-

lara,  qızlara  və  qadınlara,  yaşça  və  vəzifəcə  böyüklərə  müna-

sibət  məsələsi  danışıqda  gözlənilən  amillərdəndir.  İnsanlara 

edilən  müraciət  formalarının  müxtəlifliyi  əksər  hallarda  bu 

baxımdan  qiymətləndirilir.  Məsələn,  qohumluq  münasibəti 

bildirən sözlərə baxmaq yerinə  düşər: atacan, anacan, anam-

bacım, atam balası, gəlinbacı, dayıcan, əmican, qaqaş və s. 

Bu sözlərlə, əsasən, ən yaxın adamlara müraciət olunur. Amma 

bu,  həmişə  belə  olmur.  "Əmican",  "dayıcan"  deyə  müraciət 

olunan şəxs sözü deyənin doğrudan-doğruya əmisi və ya dayısı 

olmaya  da  bilər.  Xoş  qılıq  anlamında  "can"  sözü  müraciəti 

doğmalaşdırır. Doğmalıq bildirən müraciət formaları adlara da 

əlavə kimi işlədilir: Səfər əmi, Nadir dayı, Zərifə xala və s. 

Azərbaycanda  geniş  şəkildə  işlədilən  müraciət  forması 

keçən  əsrin  iyirminci-doxsanıncı  illəri  arasında  "müəllim" 

sözü  olmuşdur.  Hazırda  bu  sözü  adlarla  birlikdə  təkcə  təlim-

tərbiyə  işləri  ilə  məşğul  olanlara  deyil,  həm  də  rəsmiyyət  və 

hörmət  naminə  başqa  sənət  adamlarına  da  (müəssisə,  təşkilat, 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə