1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə126/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   120   121   122   123   124   125   126   127   128

 

 

394 



(səni)  bizə  çox  görməsin!  Çox  sağ  ol!  Diqqətinizə  görə  min-

nətdaram!;  Əziyyət  çəkməyin!  Qulluğunuzda  olum  (olaq); 

Əgər  mümkünsə;  Zəhmət  olmasa;  Çox  şadam!  Etiraz  etmi-

rəm! Bağışlayın, mən sizinlə razı deyiləm; İcazə verin deyim; 

Səbr  edin;  Bir  qədər  səbrli  olun;  Özünüzü  ələ  alın;  Sizə 

zəhmət  verdim;  Əziyyət  çəkdiniz;  Yaxşı  yol!;  İşiniz  avand 

olsun!  Buyurun  soruşun;  Mənim  üçün  xoşdur;  Bağışlayın, 

vaxtınızı aldım; Deyəsən, sizi yordum! və s. 

5. Hal-əhval tutma: - Necəsiniz? Kefiniz (əhvalınız) necə-

dir?  Necə  dolanırsınız?  Xanımınız  necədir?  Uşaqlar  (ınız) 

necədir?  İşləriniz  yaxşıdırmı?  Özünüzü  yaxşı  hiss  edirsiniz? 

və s. 

Müəllimlər  və  valideynlər  uşaqlara  öyrətməlidirlər  ki, 

qocalara,  xüsusən,  xəstələrə  baş  çəkməyə  gedəndə  "Allaha 

şükür, yaxşısınız", "Xəstəliyiniz yüngüldür", "Bu xəstəlik in-

di  boş şeydir,  qabaqki dövrlərə baxmayın", "İnşallah, iki-üç 

günə sağalarsınız", "Həmişəki kimi, gümrahsınız" - desinlər. 

Ağır  xəstəyə də "Siz  tezliklə sağalacaqsınız"  demək lazımdır. 

Bunların  əvəzinə  "Nə  yaman  qocalmısınız!",  "Niyə  belə 

arıqlamısınız?",  "Xəstə-zad  deyilsiniz  ki?",  "Gözümə  belə 

birtəhər dəyirsiniz, nə olub?" - kimi cümlələrlə həmin adamın 

qəlbini yaralamaq, ovqatını korlamaq işin xeyirinə deyil. Buna 

görə  də  həyatda  hər  bir  şəxsə  hörmət,  dəyərindən  artıq 

qayğıkeşlik göstərmək lazımdır. 



6. Qarşılama: Xoş gördük! Nə gözəl təsadüf; Xoş gəlmi-

siniz; Lap vaxtında gəlmisiniz; Həmişə siz gələsiniz; Gəlişini-

zə  şadıq;  Sizi  çoxdan  gözləyirdik;  Buyurun,  buyurun;  Keçin 

içəri; Buyurun, əyləşin və s. 

7. İntizama dəvət etmə: Sizdən bu hərəkəti gözləməzdim; 

Sizdən  (bunu)  heç  gözləmirdim;  Belə  hərəkət  (etmək)  sizə 

yaraşmaz; Adınıza yaraşan iş deyil; Siz adınıza layiq hərəkət 

etməlisiniz;  Danışığınıza  fikir  verin;  Bir  az  nəzakətli  olun; 

Çalışın,  başqaları  sizdən  ibrət  götürsün;  Bir  qədər  səmimi 

olun; Səhvinizi etiraf edin və s. 


 

 

395 



Xalqımızın təfəkkür tərzinə uyğun etik görüşlərini, danışıq 

etiketlərini özündə əks etdirən N. Tusinin "Əxlaqi-Nasiri" (XIII 

əsr),  A.A.Bakıxanovun  "Nəsihətnamə",  M.M.Nəvvabın  "Nəsi-

hətnamə"  (XIX  əsr),  M.T.Sidqinin  "Həkimanə  sözlər", 

M.S.Yusifzadənin  "Ata-baba  nəsihətləri"  (XX  əsrin  əvvəlləri) 

və  başqa  maarifpərvər  yazıçı  və  ziyalıların  neçə-neçə  əsərində 

olduqca  qiymətli  fikirlərə,  mülahizələrə  rast  gəlirik.  Bunlar 

əsrlər  boyu  xaqdan  toplanmış  insanlıq  normalarının,  əxlaq 

qaydalarının yazıya alınmış nümunələridir.  

Uşaqlara  ünsiyyət  etiketlərini  bir  sistem  halında  mənim-

sətmək  üçün  onlara  öncə  ailədə,  sonra  bağçada,  daha  sonra 

məktəbdə geniş söhbətlər aparmaq, etika qaydalarına riayət et-

məyi vərdiş halına salana qədər daim işləmək lazımdır. Uşaqlar 

ana  dilimizi,  onun  qrammatik  quruluşunu,  fonetik,  leksik, 

morfoloji  və  sintaktik  normalarını  mükəmməl  mənimsəməklə 

ətrafındakıların kimlər olduğunu dəqiq bilməsələr də, kiçiklərlə 

öz  yaşıdı,  özündən  böyüklərlə  böyük  kimi  danışmağı,  fikrinin 

ifadəsində  söz  və  ifadələri  uğurla  seçməyi  bacarmalıdırlar. 

Məktəblilər  müraciət  edərkən  təkcə  müəllimə  və  ya  qarşısın-

dakı  şəxsə  "əziz  müəllim",  "hörmətli  filankəs"-deməli  yox, 

eləcə  də  sual  verməyi,  suala  cavab  verməyi,  sağollaşmağı, 

üzrxahlıq və ya təşəkkür etməyi, yeri gələndə hal-əhval tutmağı 

öyrənməli,  bunu  adi  həyat  normasına  çevirməlidirlər.  Onlar 

sualın  münasibliyini,  vacibliyini  götür-qoy  etməyin,  ölçülü-

biçili olmasının fərqinə varmalıdırlar. Sorğu-sual insanın insan-

lıq  səviyyəsinin,  dünyagörüşünün,  bilik  və  məlumat  dərəcəsi-

nin  aynasıdır.  Sual  vermə  məqamına  qədər  diqqətli  olmaq, 

söhbətin  nədən  getdiyini  dəqiq  bilmək  zəruridir.  Şagirdlərə 

öyrədilməlidir  ki,  sual  söhbət  gedən  mövzudan  olmaqla  mən-

tiqli, düşündürücü və öyrədici xarakter daşımalıdır. Müəllimə, 

lektora,  məruzəçiyə,  rəsmi  yerlərdə  isə  müsahibə  "Zəhmət 

olmasa deyin..", "Zəhmət olmasa başa salın", "Sizə belə bir 

sual  vermək  olarmı?",  "Sizin  şəxsi  fikrinizi  bilmək 

olarmı?"-və  s.  kimi  sual-cavabdan  sonra  üzrxahlıq  etmək, 



 

 

396 



cavabın  qaneedici  olub-olmamasına  baxmayaraq  "Çox  sağ 

olun",  "Razı  qaldım",  "Təşəkkür  edirəm",  "Minnətda-

ram"  kimi  söz  və  ifadələr  işlədilməlidir.  Təbii  ki,  danışan, 

çıxış  edən  fikrinin  şərhindən  sonra  "Diqqətinizə  görə  təşək-



kür edirəm", "Məni axıra qədər diqqətlə dinlədiyinizə görə 

sağ  olun"  deməyi  unutmamalıdır.  Bu  hal  auditoriyada,  sinif 

otaqlarında, mühazirə salonunda baş vermişsə, müəllim (lektor, 

məruzəçi) sualın müqabilində "Sizi başa düşdüm", "Sualınız 

aydındır", "Sualınıza görə təşəkkür edirəm", "Çox yerində 

verilmiş  sualdır",  "Çalışaram,  məsələyə  aydınlıq  gətirəm" 

və  s.  kimi  nəzakətli  ifadə  və  cümlələrlə  dinləyicilərdə  xoş 

təəssürat yaratmalıdır. Suallar sinfin və ya auditoriyanın səviy-

yəsinə uyğun olmalı, mövzudan kənara çıxmamalıdır, Sual sual 

xatirinə  verilməməli,  eləcə  də  hamının  bildiyi  sual  səsləndiril-

məməlidir.  Cavab  verməli  olan  şəxs  sualları  nəzakət  və 

razılıqla qarşılamalı, onlara öz münasibətini bildirməlidir.  

Hazırda  biz  televiziya  verilişlərində  aparıcı  ilə  müsahibə 

verən  şəxslər  arasında  bu  aspektdə  gedən  sual  və  cavabların 

şahidi  oluruq.  Müsahib  "Sual  yerində  verilmişdir",  "Yaxşı 



sualdır", "Düşündürücü sualdır", "Mən bu sualı gözləyir-

dim"  -kimi  fikrə  münasibət  bildirən  ifadələrdən  istifadə  edər-

kən  diskusiya  xoş  təəssürat  yaradır.  Sinifdə,  auditoriyada  dərs 

və ya məşğələ zamanı müəllim şagird və ya tələbələrin yerində, 

məqamında  verilməyən  bəsit  suallarına  da  nəzakətlə,  dözüm-

lülük  göstərməklə  təmkinli  cavab  verməlidir.  O,  "Bu  nə 

sualdır?",  "Belə də  sual  olar?", "Sən  onu da  bilmirsən?", 

"Vaxtımızı almayın, əyləşin", "Mane olmayın, oturun!" və 

s.  kimi  ifadələr  işlətməməlidir.  Təəssüf  ki,  kobud  ifadələr 

işlətməkdən çəkinməyən müəllimlər də vardır. Onlar "uşaqdır" 

deyə  "Zəhləmi  tökmə",  "Başımı  ağrıtma",  "Açıl  başım-



dan",  "Sən  belə  şeyləri  başa  düşməzsən",  "Səni  başa  sal-

maq  çətindir",  -deməklə  öz  "mədəni"  səviyyəsini  göstərirlər. 

Dinləmə  zamanı  tez-tez  əsnəmək,  saata  baxmaq,  laqeydliklə 

başı  yelləmək,  barmaqlarını  əzişdirmək,  telefonda  mesajları 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə