1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə121/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   117   118   119   120   121   122   123   124   ...   128

 

 

376 



30. TƏLİQƏ 

 

"Təliqə"  ərəb  mənşəli  "əlaqə"  sözündəndir,  rəsmi  mək-

tub  mənasındadır.  Bir  idarənin  başqa  bir  idarəyə,  təşkilata 

yaxud  vəzifəli  bir  şəxsə  rəsmi  xarakterli  müraciət  formasıdır. 

Təliqə,  adətən,  yüksək  vəzifəli  şəxsə,  idarəetmə  orqanlarının 

aidiyyatı  olan  təşkilatın  ünvanına  göndərilir.  Təliqənin  sol 

küncündə idarənin ştampı,  ştampda idarənin  adı, ünvanı,  tarix 

və göndərilmə nömrəsi qeyd olunur. 



 

Nümunə: 

 

150 saylı orta məktəbin direktoruna 

 

Hörmətli cənab M.Sadıxov 

İyun ayının 10-da məktəblərdə təlim-tərbiyə işlərinin ümu-

mi  vəziyyəti  müzakirə  olunacaqdır.  Yığıncaqda  Sizin  və  rəh-

bərlik etdiyiniz məktəbin tədris işləri üzrə direktor müavininin 

məlumatı dinləniləcəkdir. 

 Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Bakı  şəhəri 

Təhsil İdarəsinin müdiri: (imza) Məmmədov Ə.M. 

26 may 2017-ci il 

 

* * * 


 

31. TƏLİMAT 

 

"Təlimat"  ərəb  mənşəli  olub  "təlim"  sözünün  cəm  for-

masındadır.  Bir  şeyi  həyata  keçirmək  üçün  qayda  və  üsulları 

müəyyənləşdirən yazılı rəsmi sənəddir. 

 

Nümunə: 

 



 

 

377 



2017/2018-ci tədris ilində Azərb. DBTİA-da qış imtahan 

sessiyasında kredit sistemi üzrə I və II kurslarda imtahanların 

aparılması haqqında 

 

Təlimat 

 

1. "Azərbaycan Dövlət  Bədən Tərbiyəsi və İdman Akade-

miyasında  tələbələrin  biliyinin  qiymətləndirilməsinin  çoxballı 

sistemi"  haqqında  əsasnamə  2016/2017-ci  dərs  ili  üçün  qüv-

vədə saxlanılsın; 

2.  "İmtahan  sessiyasının  təşkili  və  keçirilməsi  qaydaları" 

nəzərə alınmaqla fakultə dekanları imtahan cədvəllərini dekab-

rın  10-dan  gec  olmayaraq  hazırlayıb  tələbələrə  çatdırılmasına 

nail olsunlar; 

3. "İmtahana görə balların yığılması", "Fənlər üzrə dərslərə 

davamiyyətə  və  dərslərin  nəticələrinə  görə  balların  hesablan-

ması" qaydaları bütün qruplarda tələbələrə və müəllimlərə elan 

edilsin.  Nəzərdə  tutulsun  ki,  I  və  II  kurs  tələbələri  Təhsil 

Nazirliyinin müəyyənləşdirdiyi fənləri Boloniya sistemi (kredit 

üsulu) üzrə imtahan verirlər.  

 

Azərb. DBTİA-nın rektoru: (imza) A.A.S. 

*** 


 

32.TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA) 

 

"Tərcümeyi-hal"  ərəbcə  "tərci"  (geri  çevirmə,  təkrar 

etmə) və hal (surət, vəziyyət) sözlərinin birləşməsindən düzəl-

mişdir.  Tərcümeyi-hal  şəxsin  öz  əli  ilə  həyatını  ətraflı  təsvir 

etməsi,  özü  haqqında  tam  məlumat  verməsidir.  Tərcümeyi-

halda  şəxs  özünün  keçdiyi  həyat  yolunu  əks  etdirməklə 

bərabər, ata və anası, ailə üzvləri haqqında da məlumat verir. 

Tərcümeyi-hala verilən tələblər: 

1. Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsin-

də ortada yazılır; 



 

 

378 



2.  Tərcümeyi-halda  şəxs  adını,  atasının  adını,  soyadını, 

doğulduğu  gün,  ay,  ili  və  yeri  (şəhər,  rayon,  kənd)  şəxsiyyət 

vəsiqəsində olduğu kimi dəqiq göstərir

3.  Məktəbdə  oxuduğu  dövrdə  apardığı  ictimai  işləri  və 

nailiyyətləri ardıcıl sadalayır. 

4. Ailə üzvləri haqqında qısa məlumat verir; 

5.  Tərcümeyi-hal  şəxsin  öz  xətti  ilə  yazılır,  sonda  şəxsi 

imza qoyulur və altında yazılma tarixi göstərilir



 

Nümunə: 

 

Tərcümeyi-hal 

 

Mən, Əliyev Məmməd Həsən oğlu, 21 dekabr 1999-cu ildə 



Bakı  şəhərində  (İsmayıllı  rayonunun  Mücü  kəndində)  anadan 

olmuşam.  2005-ci  ildə  Bakı  şəhərindəki  150  saylı  məktəbin 

birinci  sinfinə  daxil  olmuş,  2016-cı  ildə  həmin  məktəbi 

bitirmişəm.  Həmin  ildə  də  ali  təhsil  almaq  üçün  sənədlərimi 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasına 

vermişəm.  Əvvəlcə  test,  sonra  da  qabiliyyət  imtahanlarını 

müvəffəqiyyətlə  verib  bura  daxil  olmuşam.  Hazırda  "İdman 

təkmübarizliyi" fakültəsinin ikinci kursunda oxuyuram. 

Ailəmiz  dörd  nəfərdən  ibarətdir:  Atam-Kərim  Məmməd 

oğlu  Əliyev  1965-ci  ildə  İsmayıllı  rayonunda  anadan  olmuş, 

1991-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak etmiş, yara-

lanmış,  II dərəcəli müharibə veteranıdır. Hazırda pensiyaçıdır. 

Anam-Ofelya  Cümşüd  qızı  Əliyeva  1970-ci  ildə  İsmayıllının 

Sülüt  kəndində  anadan  olmuşdur.  O,  Bakı  Qızlar  Seminariya-

sını bitirmişdir. Hazırda sinif müəllimi  işləyir. Bacım-Tünzalə 

Kərim qızı Əlisoy 2001-ci ildə anadan olmuşdur. Hazırda Bakı 

şəhərindəki 150 saylı məktəbin X sinfində oxuyur. 

 

İmza: M.H.Əliyev 

20 dekabr 2016-cı il 

*** 



 

 

379 



33. TƏŞƏKKÜR 

 

"Təşəkkür" ərəb mənşəli "şükr" sözündən olub yaxşı bir 

işə görə "minnətdarlıq", "razılıq etmə" anlamındadır. 



 

Nümunə: 

 

Azərb. DBTİA üzrə 



Əmr 

 

12 may 2017-ci il  



 

 

   Bakı şəhəri, №16 



 

"İdman təkmübarizliyi" fakültəsinin aşağıda adları çəki-

lən  tələbələrinə  atletika  üzrə  respublika  çempionatında  birinci 

yeri  tutduqlarına  və  ölkə  rekordunu  təzələdiklərinə  görə 

təşəkkür elan edilsin: 

1.  Quliyev  Ramil  Eldar  oğlu,  TR  16-01  -  ci  qrup,  200  m 

məsafəyə qaçış üzrə 

2. Əsədov Namiq Hüseyn oğlu, TA 16-10 - cu qrup, 200 m 

məsafəyə qaçış üzrə 

3. Xasanov Həbib Xasan oğlu, TR 16-02-ci qrup, uzunluğa 

tullanma üzrə  



Azərb. DBTİA-nın rektoru:(imza) A.A.S. 

 

*** 

 

34. TÖHMƏT 

 

"Töhmət" ərəb mənşəli söz olub "danlama", "qınama", 

"məzəmmət"  mənalarını  verir.Töhmət  idarə, müəssisə və  təş-

kilatlarda  yazılı  şəkildə  əmək  kitabçasına  və  işçilərin  şəxsi 

işinə  yazılmaqla  rəsmiləşdirilir.  Məktəblərdə  şagirdlərə  və 

tələbələrə daxili intizam qaydalarını pozduqlarına görə rəhbər-

lik tərəfindən yazılı və ya şifahi töhmət verilə bilər. 

 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə