1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə123/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   120   121   122   123   124   125   126   127   128

 

 

384 



ifadələrə, yad kəlmələrə, özlərini savadlı göstərmək üçün kənd 

təsərrüfatı ilə bağlı terminlərə çox yer verməklə də tanınırlar.  

Ümumiyyətlə,  ailənin,  onun  ayrı-ayrı  üzvlərinin  təhsilin-

dən, mədəni səviyyəsindən asılı olan danışıq üslubu hamı üçün 

anlaşıqlı və başa düşülən nitqdir. 

Danışıq  üslubunda  məqsəd  ünsiyyət  yaratmaq,  informa-

siya  mübadiləsi  aparmaqdır.  Danışıq  üslubunda  fikri  ifadə 

etmək  sərbəstdir,  danışıq  sadə,  təbii  və  fərdidir,  deyilənlərə 

münasibət subyektivdir. Hər kəs fikrini öz bildiyi kimi şərh və 

ya  ifadə  edir.  Nitq,  əsasən,  dialoq  şəklindədir.  Nitqin  hansı 

məcrada  aparılması  onun  qurulmasına  təsirsiz  ötüşmür,  fərd-

lərin  daxili  təbiətindən,  savadından,  dünyagörüşündən,  sosial 

mövqeyindən  asılı  olaraq  cümlə  tipləri  və  sintaktik  konstruk-

siyalar  sadə  formalarda  qurulur.  Müsahiblər  elliptik  və  yarım-

çıq cümlələrdən, söz cümlələr, sintaktik təkrarlar, sual və nida 

cümlələrindən,  inversiyaya  məruz  qalmış  cümlələrdən  istifadə 

edirlər.  Standart  ifadələr  müəyyən  hissi  halları  ifadə  etmək 

üçün  işlədilir  (üzr  istəyirəm;  Təşəkkür  edirəm!  Nə  dedin? 

Dedi… Çox yaxşı! Boş şeydir! Belə de! Ay sağ ol! və s.) 

Şərait və situasiyadan asılı olaraq ictimai yerlərdə rəqəmlə-

rə,  elmi  faktlara,  sübut  və  dəlillərə  az  müraciət  olunur.  Məlu-

mat  və  söhbətlərdə  fikirlər  bir  qədər  səthi,  üzdən,  rabitəsiz 

cümlələrlə,  subyektiv  rəylərə  əsasən  verilir.  “Getdim,  gördüm 

qız evin ortasında allah-allahdadır. Hay indi nəfəsi getsin gəl-

məsin,  bu  saat  nəfəsi  getsin  gəlməsin.  İstəyirsən  Qurana  da  əl 

basım.  Gəlmədim!  Uşağı  tutmadım?  Qırmızı  yorğana  bükmə-

dim? Göbəyini də bağlamadım?” (C.Cabbarlı. “Almaz” pyesin-

dən) 

Əgər söhbət ciddi planda, dərsdə və ya mühazirə otağında, 



savadlı adamlar  arasında gedirsə, fikirlər daha dəqiq,  məntiqi, 

obyektiv, səbəb - nəticə əlaqələri əsasında qurulur. 

Deməli,  adi  danışıq  üslubunda  söhbətin,  informasiyanın 

xarakterindən, harada və  kimlər üçün, nə  məqsədlə  danışıldığı 

nəzərə alınır, münasibət bildirilir. Situasiya yadda saxlanmaqla 



 

 

385 



ona müvafiq nitq qurulur. Nitqdə ədəbi dilin üslubi normaları, 

müxtəlif çalarları diqqətdə saxlanılır. 

 

AĞDAŞ RAYONU ŞİVƏLƏRİNDƏN BİR PARÇA 

 

Patcah əlin hara atdısa, boşa çıxdı. Oğlan unun əlin, qolun 



sarıdı,  arvatdı-uşaxlı  saldı  qazamata.  Patcah  burda  qalmaqda 

olsun, sə hindi danışım oğlannan. Oğlan təzə patcah oldu, xalxı 

çox  ədalətnən  dolandırdı.  Ölkədə  hamı  and  işdi  unun  başına. 

Qoyşu  döylətlər  də  ettiyat  eləməyə  başdadı.  Vəzir  yalvarıf-

yapışıf oya vəzir olmağ issədi. Təzə patcah unun şirin dillərinə 

məhəl  qoymadı.  "Qurd  oğlu  qurd  olar"  -deyif  unu  da  saldı 

qazamata (33, səh.378). 

 

 

EPİSTOLYAR ÜSLUB 

 

"Epistola"  sözü  latınca  "məktub",  "yazıb  göndərmə", 

"iki  tərəf  arasında  yazışma"  mənasında  işlənir.  Epistolyar 

üslubda  korrespondent  (yazan)  və  adresat  (yazını,  məktubu 

alan)  olur.  Bu  üsluba  nəsihətnamə,  öyüdnamə,  dəvətnamə  və 

məktublar  daxildir.  Ərəb  mənşəli  məktub  (yazılmış  kağız) 

yazışmanın ən qədim növü hesab olunur. O, monoloji daxili və 

yazılı  nitq  formasında  öz  əksini  tapır.  Münasibətdən  asılı 

olaraq  yazışanlar  müəyyən  söz  və  ifadələrlə  -əziz,  əzizim, 

hörmətli, qardaşım, atam, anam, bacım, dostum, həmkarım 

və  s.  kimi  nəvazişli  müraciət  etiketləri  ilə  bir-birinə  müraciət 

edirlər. Məktubların rəsmi-işgüzar, ədəbi, açıq və intim-məişət 

növləri  məlumdur.  Rəsmi-işgüzar  məktublar,  adətən,  ölkə 

başçıları arasında əlaqələr qurmağa hesablanır. Açıq məktublar 

ictimai-siyasi  mahiyyətli  olur  və  mətbuatda-qəzet  və  jurnal-

larda çap edilir, korrespondentin adresata müsbət və  ya mənfi 

münasibəti  açıqlanır,  onun  faydalı  və  ya  ziyanlı  fəaliyyəti  ilə 

bağlı ziyalı mövqeyi bütün təfərrüatı ilə ortaya qoyulur. Ədəbi 



 

 

386 



məktublar  sosial  mahiyyətdə  olur,  yazanın  dünyagörüşünü, 

həyata münasibətini əks etdirir. Ədəbi məktublara misal olaraq 

XİX  əsrin  böyük  satirik  şairi  Qasım  bəy  Zakirin  Azərbaycan 

dramaturgiyasının  banisi,  dostu  Mirzə  Fətəli  Axundzadəyə, 

Seyid  Əzim  Şirvaninin  "Əkinçi"  qəzetinin  naşiri  və  redaktoru 

Həsən  bəy  Zərdabiyə,  Cəlil  Məmmədquluzadənin  Məhəmməd 

Tağı  Sidqiyə,  Ömər  Faiq  Nemanzadəyə,  Cənubi  Azərbaycan 

şairi Məmmədhüseyn Şəhriyarın Süleyman Rüstəmə, Məmməd 

Rahimə,  Bəxtiyar  Vahabzadəyə  və  bu  şairlərin  Şəhriyara  və.s. 

məktublarını  göstərmək  olar.  İntim-məişət  məktubları  isə  ən 

yaxın,  əziz  adamların,  sevgililərin  bir-birinə  yazışmasıdır.  Bu 

tipli  məktublar  ən  xoş  söz  və  ifadələrlə  -  atama,  anama, 

bacıma, qardaşıma, dostuma, sevdiyimə, əzizimə, gözəlimə və 

s. sözləri ilə başlanır və elə bu ruhda da tamamlanır. 



 

Nümunə: 

 

Şannı məktub 

 

Əziz anam, salam! 



Mənim  işlərim  lap  yaxşıdı.  Yavaş-yavaş  əskərliyə  öyrəşi-

rəm. Kamandirlərimin gösdərişlərini cannan-başnan  yerinə  ye-

tirirəm.  Əskər  yoldaşlarımın  qeydinə  qalıram,  onlar  da  məni 

dost tuturlar.  

Allaha  şükür  ki,  müstəqil  döylətimiz  günnən-günə  güjdə-

şir.  Onun  güjdəşməsinnən  ötəri  gücdü  də  ordu,  əskər  lazımdı. 

Biz  var  güjümüznən  xidmət  ediriy  kin,  Vətənimizi  müdafə 

eləyək, Allah qoysa, hər şey yaxşı olajax. 

Ana,  mənnən  niyaran  qalmayın.  Özümü  lap  yaxçı  his 

edirəm. 


Hammızı öpürəm. 

Hörmətnən: Sənin əskər oğlun Mehti. 

 

18 may 2017-ci il 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə