1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə125/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   120   121   122   123   124   125   126   127   128

 

 

391 



idarə  rəhbərliyinə)  şamil  edirlər.  Müraciət  olunanda  "müəl-

lim"  sözü  şəxsin  adı  ilə  birlikdə  işlədilir:  Ramiz  müəllim, 

Müslüm  müəllim,  Rövnəq  müəllim,  Nailə  müəllimə  və  s. 

Hazırda məsul  vəzifəli şəxslərə  yaxın  adamlarından fərqli  ola-

raq geniş ictimaiyyət "cənab" sözünü həmin şəxsin soyadı ilə 

birlikdə  işlədir.  Cənab  Abdullayev,  cənab  Məmmədov,  cə-



nab səfir, cənab hakim, cənab nazir, cənab Misir müəllim, 

möhtərəm  Şeyx  həzrətləri  və  s.  rəsmi  məqamlarda  geniş  iş-

ləklik  qazanmışdır.  Təkcə  ölkə  prezidentinə  deyilən  "möhtə-



rəm  İ.Əliyev  cənabları"  (cəm  şəkildə)  müraciət  etiketi 

işləkdir. 

Hazırda xalqımızın səmimi şəkildə yaşa, qohumluğa, rəsmi 

münasibətlərə  yanaşması  nəticəsində  əziz,  hörmətli,  çox  hör-



mətli, xüsusi hallarda möhtərəm sözləri üstünlük qazanır. Ailə 

qohumluğu  olmayan  adamlar  bir-birinə  "siz"  deyə  müraciət 

edirlər. Ailədə,  yaxud bacı,  qardaş  əlaqələri olan  adamlar  yaş-

dan  və  vəzifədən  asılı  olmayaraq  bir-birinə  "sən"  deyə  müra-

ciət edirlər: - Ata, sən…; Əmi, səni atam çağırır; Dayı, anam 

səni  görmək  istəyir  və  s.  Belə  situasiya  və  məqamlar  istisna 

olmaqla, qalan hallarda  "sən"  forması  məqbul sayılmır, xüsu-

sən,  vəzifəli  və  ya  orta  yaşdan  yuxarı  olan  adamlara  bu  sözlə 

müraciət etdikdə onlar bunu özlərinə qarşı kiçiklik, hörmətsiz-

lik sayır, nəzakətsizlik kimi qiymətləndirirlər. İctimai  yerlərdə 

gədə, qağa, a kişi, ay arvad, lələ, lələş kimi müraciət formala-

rını da münasib saymaq olmaz. Müəllimlər şagird və tələbələrə 

eyni  sözlərlə  müraciət  etməməlidirlər.  Şagirdlərə  oğlum, 

qızım,  əzizim  kimi  müraciət  olunması  təbii  qarşılansa  da,  ali 

məktəb tələbələrinə belə müraciət lazimi effekti vermir. Onlara 



"Siz",  "siz,  tələbə  filankəsov"  deyilərsə  həm  nəzakətli,  həm 

də  hörmətli  olar.  Valideyinlərin  öz  övladlarına,  yaxınlarına, 

ərki çatdığı yeniyetmə qızlara qızım, gülüm, ceyranım, göyər-

çinim,  gözümün  işığı,  şirin  şəkərim,  oğlanlara  isə  oğlum, 

əzizim, evimin yaraşığı, ömrüm-günüm, qadan alım, qoçaq 

balam  və s. kimi  əzizləmə  mənalı, könül  oxşayan, qəlbə sığal 



 

 

392 



çəkən  söz  və  ifadələrlə  müraciəti  şərait  və  məqamından  asılı 

olaraq münasib sayılmalıdır. Qadınlara  yaşından  asılı  olmaya-

raq  "xanım",  kişilərə  isə  sadəcə  olaraq  adından  sonra  "kişi" 

sözünü  işlətmək  məqbuldur.  Əgər  bu  şəxslərin  sənəti,  peşəsi 

məlumdursa,  adından  sonra  müəllim,  həkim  (doktor),  bəzi 

məqamlarda  addan  əvvəl  mühəndis,  geoloq,  fermer,  həkim 

sözlərini işlətmək yerinə düşər.  

Bilmək  lazımdır  ki,  etiket  formaları  ilk  növbədə  spesifik 

situasiya ilə bağlıdır. Görüş, günün hansı  çağında salamlaşma, 

xudahafizləşmə,  qonaq  qəbulu  zamanı  işlədilən  etiketlər 

situasiya haqqında müəyyən təsəvvür yaradır.  

Ümumiyyətlə, ziyalı, mədəni adamlar danışıqda səbirli və 

dözümlü olmağı məsləhət görürlər. Müasir dövrümüzdə mədə-

ni danışıq etikası və müraciət qaydaları hər bir adamın həyatın-

da başlıca davranış, adət halına keçməli, hər kəs təkcə ictimai 

yerlərdə, kollektivdə deyil, eləcə də həyatın bütün sahələrində-

evdə, ailədə, küçədə, bazarda, nəqliyyatda və s. etik normalara, 

danışıq və yazı etikasına (bu, ilk növbədə bizim saysız-hesab-

sız mətbuat orqanlarımıza, xüsusən, reket qəzetlərimizə aiddir) 

riayət  etməli,  kiminlə  necə  danışmaq,  kimə  necə  müraciət 

etmək,  kimdən  necə  yazmaq  qaydalarını  həmişə,  hər  yerdə 

yadda saxlamalı, gündəlik həyat devizinə çevirməlidir.  

Nitq  etiketləri  öz  normaları  daxilində  inkişaf  edir,  təkmil-

ləşir.  Bugünkü  gənc  nəsil  müraciət  qaydalarına,  müxtəlif  xa-

rakterli  xəbərləri  çatdırma,  dinləmə,  soruşma,  cavab  vermə  və 

söhbətə  qoşulma  mədəniyyətinə  dərindən  yiyələnməlidir. 

Gənclər  həmişəlik  yadda  saxlamalıdırlar  ki,  ünsiyyətə  girmək, 

informasiya  vermək  və  almaq  nitq  mədəniyyətinin,  insanın 

ümumi  mədəniyyətinin  tərkib  hissəsidir,  bunları  bilmək  və 

riayət  etmək  hər  bir  şəxsin  borcudur.  Ünsiyyət  müraciətlə 

başlanır, -deyirlər. Salamlaşmaq, xoş sözlərlə hal-əhval tutmaq, 

gülümsər  sifətlə  müraciət  etmək  insan  mədəniyyətində  ilkin 

şərtdir.  Kimə,  harada,  necə  müraciət  etməyi  hər  kəs  evdən, 

ailədən, bağçadan görüb, eşidib götürür. Xoş ünsiyyət, səmimi 




 

 

393 



münasibət  yalnız  mehribanlıq,  qayğı  və  hörmət  əsnasında 

mümkündür və bu da ilk tanışlıqdan başlamış birgə yaşayış, iş 

fəaliyyəti  ilə,  ümumiyyətlə,  bütün  ömrümüz  boyu  müraciət 

etiketləri  ilə  həmahəngdir.  Ünsiyyət  üslubu  nitq  fəaliyyətinin 

müxtəlif  sahələrini-müraciət  etmə,  tanışlıq,  xudahafizləşmə, 

dərdinə  şərik  olma,  xahiş  etmə,  təbrik  etmə,  dəvət  etmə,  rədd 

etmə,  imtina  etmə,  kompliment  demə  və  s.  sahələri  əhatə 

etməklə müraciət etiketlərini həmişə nəzərdə saxlayır. 



1. Salamlaşma - Mədəni nitqin etiketlərindən olan salam-

laşmada  xalqımızın  milli  mentalitetinə  uyğun  hazır  nitq  mo-

delləri insanlarda ünsiyyətin başlanğıcı kimi xoş ovqat yaradır, 

qarşılıqlı anlaşmaya, bir növ, körpü salır. Azərbaycanlılar qar-

şılaşarkən  əvvəlcə  mütləq  salam  və  ya  salaməleyküm  sözlə-

rindən birini işlədir, ardınca  günün hansı  çağından asılı  olaraq 



Sabahın  (sabahınız)  xeyir!  Günortanız  xeyir!  Axşamınız 

xeyir! – ifadələrini işlədirlər. Müsahib elə həmin söz-ifadələrlə 

cavab verir. Yaşlılar cavabında Aqibətiniz xeyir! Hər vaxtınız 



xeyir!  Ağ  bəxt  olasınız!  -  ifadələrini  işlətməyə  üstünlük  ve-

rirlər. 


2. Sağollaşma - Yaşlılar "xudahafiz" sözünü, yeniyetmə-

lər, gənclər salamat qalın! Sağ olun, Sağlıqla qalın! - ifadələ-

rini, orta yaşlılar isə ailədən gələn adət üzrə bu kəlamlardan bi-

rini seçirlər. Əgər sağollaşma mənzildə və ya birinin həyətində 

baş tutubsa,  yola salan  "Xoş gəldin!"  "Xoş gəldiniz!"  deyir, 

axşamdan  xeyli  keçmiş  gedən  şəxs  "Gecəniz  xeyrə  qalsın!", 

ev sahibi  -  yola salan isə  "Xeyrə  qarşı!"  ifadəsini işlədir. Bu 

nitq  etiketləri  yalnız  üzbəüz  görüşənlərə  deyil,  eləcə  də  tele-

fonla danışanlara da aiddir. 

3.  Üzrxahlıq  söz  və  ifadələri:  Bağışlayın;  Üzr  istəyirəm; 

Narahat  etdiyimə  görə  üzr  istəyirəm;  Sizə  zəhmət  verdim; 

Allah sizdən razı qalsın (olsun)!; Əvvəlcədən minnətdarlığımı 

bildirirəm və s. 

4.  Təşəkkür  etmə:  Təşəkkür  edirəm;  Təşəkkürlər!  Hər 

şey üçün minnətdaram! Allah (sizdən) razı  olsun! Allah sizi 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə