1. gravimaqnit anomaliyalarin emal və interpretasiyasinin əsas anlayişlari


GRAVITASIYA ANOMALIYALARIN TƏBIƏTI



Yüklə 2,69 Mb.
səhifə5/36
tarix31.12.2021
ölçüsü2,69 Mb.
#82260
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   36
Qravimaqnit

2.3. GRAVITASIYA ANOMALIYALARIN TƏBIƏTI
Qravitasiya anomaliyalarının təbiəti əsasən litosferin geoloji fəzada sıxlıqlarının dəyişməsi ilə əlaqədardır. Sıxlıqların dəyişməsini təsəvvür etmək üçün Yer qabığının modelinə nəzər salaq. Bu modelə görə kontinental qabıq çökmə qatı, qranit və bazalt qatlarından ibarətdir. Deməli, bu qatların qalınlıqlarının və litologiyasının dəyişilməsi müxtəlif spektral tərkibli anomaliyalar əmələ gətirir. Qravitasiya anomaliyalarını əmələ gətirən əsas amillər aşağıdakılardır:


  1. Moxa sərhədin forması

  2. Bazalt qatının qalınlığının dəyişməsi

  3. Kristallik bünövrənin dərinliyinin və qalınlığının dəyişilməsi

  4. Çökmə süxurların qalınlığının, yatma dərinliyinin və litologiyasının dəyişməsi

Dərinlikdə yatan təbəqələrin əmələ gətirdiyi qravitasiya anomaliyalarının spektri geniş yaxın məsafədə yatan geoloji strukturların spektri ilə dar, ensiz olur.

Qravitasiya sahəsində strukturlar düz və ya tərs şəkildə əks oluna bilərlər.

Misal üçün Qobustan və Abşeron neft-qaz rayonlarında kəsilişlərdə diapir strukturları (sıxışdırılmış strukturlar) mövcuddur ki, bunların nüvəsində sıxlığa görə nisbətən




Şək.2.1.

kiçik süxurlar yerləşir – gil, duz və s. Ona görə də onlar lokal minimumlar yaradır. Orta Kür çökəkliyində isə Üst Paleogen-Neogen mərtəbəsi sakit yatir, Vulkanogen-Mezozoy təbəqəsi isə kəskin qırışığa məruz qalıb. Δσ=0,2 q/sm2 və bu Mezozoy çöküntülər ağırlıq qüvvəsi sahəsində düz əks olaraq müsbət lokal anomaliyalar (maksimumlar) əmələ gətirir. Bunlara misal Muradxanlı, Zərdab, Saatlı və s. Qalxımlar ola bilər.


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə