1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Baş menecerin və icraçı komitənin əsas vəzifələri



Yüklə 47,98 Kb.
səhifə16/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   12   13   14   15   16   17   18   19   ...   46
aydın mlm.imtahan

33. Baş menecerin və icraçı komitənin əsas vəzifələri. Baş menecerin üzərinə çox məsuliyyətli vəzifələr düşür, o cümlədən otelin rentabelli gəlirlə işləməsini təmin etməsi, qonaqlara göstərilən xidmətin yüksək səviyyədə və keyfiyyətli olmasının təşkili, tabeliyindəki işçilərə elə şərait yaratmalıdır ki, onlar gördüyü işdən zövq ala bilsinlər. Baş menecer xüsusi şəxsi keyfiyyətlərilə yanaşı, bir çox xassələrə malik olmalıdır: fitri liderlik qabiliyyəti;xırda məsələlərə diqqətlə yanaşma; hər bir işlə maraqlanmaq, başlanan işi axıra çatdırmağı bacarığı;insanlarla ünsiyyətdə olmaq bacarığı;səbirli olmaq. İcraçı komitə - Mehmanxananın fəaliyyətinə təsir edən əsas qərarların verilməsinin məsuliyyətini baş menecer daşıyır. Bu qərarların qəbulunda isə icraçı komitə üzvlərinin tövsiyyələri nəzərə alınır. İcraçı komitənin tərkibinə nömrələrin xidmət şöbəsi, yemək-içməyə xidmət göstərən şöbə, mühasib, mühəndis və kadrlar şöbəsi daxildir.İcraçı komitə otelin nömrələrinin satışını proqnozlaşdırır, mehmanmanxana büdcəsini hesablayır, əsas gəlirini və məxaricini müəyyən edir. İcraçı komitənin üzvləri mehmanxanaya aid mühüm və zəruri məsələləri müzakirə edirlər. Bu məsələlər aşağıdakılardır:1. qonaqların mehmanxanadan razılığı və xoş təəsüratı; 2. mehmanxananın işçi personalının öz işindən məmnunluğu və zövq alması; 3. mehmanxanada görülən işin keyfiyyətinin yüksək səviyyədə aparılması; 4. marketinq və satış üzrə planlar və s.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə