1 uluslararasi azərbaycan felsefe araştirmalari fəLSƏFƏ VƏ sosial-siyasi derneğİ elmlər assosiASİyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə49/52
tarix26.11.2017
ölçüsü5,03 Kb.
#12669
1   ...   44   45   46   47   48   49   50   51   52

Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2 
 
 
- 144 - 
Kaynaklar 
 
Armağan,  Mustafa.  ‘Abdülhamit  ve  Erdoğan  /  Tarihin  Buluşturduğu 
İki Lider’Derin Tarih. Sayı 54, Eylül 2016 
Başdemir,  H.  Yücel.  ‘Ezoterik  Grupların  Epistemolojisi’.  Liberal 
Düşünce. Sayı 85, Yaz 2016 
Halilov, Selahaddin. ‘Darbe Girişimi ve Milli Özbilinç’. Türk Yurdu
Sayı 350, Ekim 2016 
Halilov,  Selahaddin.  Medeniyet  ve  Kültür  /  Yeni  Bir  Yaklaşım. 
Ankara: A Kitap Yayınları, 2016 
Karabulut,  Bilal.’  15  Temmuz  ve  Türk  Ulusal  Kimliğinin  Uyanışı: 
Konstrüktivist Teori Perspektifinden bir Analiz’. Bilig/ Türk Dünyası Sosyal 
Bilimler Dergisi, Sayı 79, Güz 2016 
Keyder,  Çağlar.  Türkiye’de  Devlet  ve  Sınıflar.  (2.Baskı)İstanbul: 
İletişim Yayınları, 1990 
Kutlu,  Sönmez.  ‘Tarihsel  Din  Söylemleri  Açısından  15  Temmuz’un 
Analizi ve Eleştirisi’. Türkiye Günlüğü. Sayı 127, Yaz 2016 
Şimşek,  Ali.  Yeni  Orta  Sınıf/  Sinik  Stratejiler.  İstanbul:  Agora 
Kitaplığı, 2014 
Yazıcı,  Erdinç.  ‘Köylülük  Çözülürken…/  Gelenek  Modernite 
Kıskacında  Geçen  Bir  Yarım  Yüzyılın  Dönüşüm  Hikâyesi’.Almıla  Dergisi
Sayı 18, Bahar 2013 
 
 
Assoc. Prof. Erdinc Yazici 
 
The Power That Stopped the 15th July Coup Attempt in Turkey: A 
New Middle Class 
(summary) 
 
This  article  is  about  the  efforts  to  improve  the  economic  and  social 
situation  in  Turkey  after  the  largest  losses  in  the  First  World  War,  and 
socio-economic  situation  in  the  post-Second  World  War  and  finally,  the 
initiatives  to  remedy  the  situation,  changes  in  social  structure  after  60th 
years  of  the  last  century.  At  the  same  time  it  is  about  the  reforms  for  the 
emergence of the middle class over the past decade.  


Müasir siyasət 
 
 
- 145 - 
During  the  coup  attempt  on  July  15  the  resistance  shown  by  the 
community;  the  demonstration  of  political  strength  and  power  in  fact  was 
possible  thanks  to  the  economic  reforms  and  development,  and  of  course 
firstly  to  the  formation  of  a  new  middle  class  whihc  is  committed  to 
statehood. 
 
Keywords:  15
th
  July  coup  attempt,  economic  development,  public 
resistance, new middle class. 
 
Dos. Dr. Erdinç Yazıçı  
 
Türkiyədə 15 İyul Çevriliş Təşəbbüsünü Durduran Güc:  
Yeni Orta Sinif 
(xülasə) 
 
Məqalədə  Türkiyənin  Birinci  Dünya  Müharibəsindəki  böyük 
itkilərdən  sonra  iqtisadi  və  sosial  durumun  düzəldilməsi  üçün  göstərilən 
səylərdən, İkinci Dünya Müharibəsindən sonrakı sosial-iqtisadi durum və ən 
nəhayət  ötən  əsrin  60-cı  illərindən  sonra  vəziyyəti  düzəltmək  üçün 
göstərilən təşəbbüslərd’n, cəmiyyətin sosial strukturundakı  dəyişikliklərdən 
bəhs olunur. Eyni zamanda son onillikdə orta sinifin təşəkkülü üçün aparılan 
islahatlardan, cəmiyyətin daha dayanıqlı olmasından söhbət açılır.  
15 İyulda Dövlət çevrilişi cəhdi olarkən cəmiyyətin göstərdiyi dirəniş; 
siyasi  səbat  və  güc  nümayişi  əslində  iqtisadi  islahatların,  ekonomik 
gəlişimin  və  ilk  növbədə  dövlətçiliyə  sadiq  yeni  orta  sinifin  təşəkkülü 
sayəsində mümkün olmuşdur. 
 
Açar  sözlər:  15  İyul  çevriliş  cəhdi,    iqtisadi  inkişaf,  ictimai  dirəniş, 
yeni orta sinif.  
 
 
 
 
 


 
 
- 146 - 
 
  
 
Elmi-fəlsəfi həyat  
 
 
 
65-ci Fenomenologiya Konqresi 
  
“Kultivasiya insan ekoloji formasiyasının və dayanıqlı 
məhsulunun paradiqması kimi”  
 
(9-11 Noyabr, 2016, Macerata Universiteti, Italiya) 
  
Dünya  Fenomenologiya  
İnstitutu və Macerata Universi-
tetinin  bərabər  təşkiatçılığı  ilə 
65-ci  Fenomenologiya  Konqre-
si  keçirildi.  “Kultivasiya”  bir 
fəlsəfi fenomen kimi Dünya Fe-
nomenologiya  Konqresinin  ya-
radıcısı və tanınmış filosof Anna-Teresa Tymienieckanın “həyat fenomeno-
logiyası”na istinad edən və ondan başlanğıcını götürən yeni bir fəlsəfi para-
diqma  kimi  beynəlxalq  səviyyədə  müzakirəyə  çıxarıldı.  Problem  ilk  dəfə 
2014-cü il 1-3 oktyabr ayında Milanda keçirilmiş “Ecofenomenologiya. Hə-
yat, İnsan Həyatı və Post-İnsan Həyatı Kosmosla Harmoniyada” adlı 64-cü 
Konqresdə qaldırılmış, geniş marağa səbəb olmuş və artıq ikinci Konqresdə 
də bu istiqaməti davam etdirmək qərarı verildi.  
Konqresdə  20-dən çox ölkənin  tanınmış alimlərinin  məruzələri  dinlə-
nildi, geniş müzakirələr aparıldı.   
Hər  zaman  olduğu  kimi,  Dünya  Fenomenologiya  İnstitunun  bu  Kon-
qresində  də  təşkilatin üzvləri Prof.Dr. Səlahəddin Xəlilov  və Prof. Dr. Kö-
nül Bünyadzadə iştirk etdilər. Səlahəddin Xəlilov “İnsan Dalğası Prinsipi və 


Elmi-fəlsəfi həyat 
 
 
- 147 - 
Zamanların  görüşməsi”,  Könül  Bünyadzadə  isə  “Pre-İnsan,  İnsan  və  Post-
İnsan Zaman Kontekstində”adlı məruzələrlə çıxış etdilər.  
 
 
İlahi ve bəşəri eşq 
Prof.Dr. Könül Bünyadzadənin konfransı   
 
27 Noyabr 2016, 29 Mayıs Universiteti, İstanbul, Türkiyə 
  
Könül  Bünyadzadə  TUBİTAK-ın  (Türkiye  Bilimsel  Ve  Teknolojik 
Araştırma Kurumu) 2221 – Qonaq Elm 
İnsanını Dəstəkləmə Proqramının dəstə-
yi ilə İstanbul 29 Mayıs Universitetində 
apardığı  araşdırmanın  ilk  konfransını 
təqdim etmişdir. “Fəlsəfədə  İlahi və bə-
şəri eşq: Rabiə əl-Ədəviyyə (IX əsr) və 
Edith Stein (XX əsr)” adlı layihə bir ne-
çə istiqamətdə fəlsəfi müqayisəni ehtiva 
edəcəkdir:  ilahi  və  bəşəri  eşq,  İslam  və  Xristianlıqda  eşq,  IX  əsr  X  əsrlər 
fəlsəfi  görüşləri  arasında.  Araşdırmada  nəzərdə  tutulan  üç  konfransın 
birincisi  İlahi  və  bəşəri  eşqin  fəlsəfi  komparativistikasına  həsr  edilmişdi. 
Elmi  tədbirdə  məruzəçi  mifik  düşüncədən  başlayaraq  XX  əsr  elm  və  tex-
nikanın yüksək inkişafının formalaşdırdığı təfəkkür tərzinə qədər bir fəlsəfi 
ekskurs edərək ilahi və bəşəri eşqin mahiyyəti, ortaq məqamlarını şərh etdi.  
Məruzəçinin toxunduğu əhəmiyyəti məqamlardan biri  də səmavi din-
lərdə, xüsusilə xristianlıqda ilahi eşqə mifik düşüncənin güclü təsiridir. Bu-
rada  əsas  diqqət  səmavi  dinlərin  təhrifi  ilə  yanaşı,  ilahi  və  bəşəri  eşqin  də 
təhrif olunmasına yönəlmişdir.  
Tədbirin sonunda iştirakçılar – Universitet müəllim və tələbələri onları 
maraqlandıran  suallarını  məruzəçiyə  verib,  mübahisəli  məqamlar  üzərində 
elmi diskurs apardılar. 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə