1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   2   3   4   5   6   7   8   9   ...   37

Əbədiyyət yolçuları 
 
  
14 
 
 
 
 
 
 
ANAR KƏRİMOV 
(1987 - 2015) 
 
 
Kərimov  Anar  İntiqam  oğlu  – 
1987-ci  ildə  Lerik  rayonunun 
Kirəvud  kəndində  anadan  olub. 
1994-cü  ildə  Səlim  Cabbarov 
adına Kirəvud kənd əsas məktə-
binin  birinci  sinfinə  qəbul  olu-
nub.  Anar  Kərimov  Kirəvud  kənd  əsas  məktəbinin  sək-
kizinci sinfini bitirdikdən sonra 2002-ci ildə Cəmşid Naxçı-
vanski adına hərbi litseyə qəbul olunur. Litseyi bitirdikdən 
sonra  2005-ci  ildə  Heydər  Əliyev  adına  Ali  Hərbi  məktə-
binə daxil olur. Heydər Əliyev adına Ali Hərbi məktəbi bitir-
dikdən  sonra  leytenant  rütbəsində  Milli  ordu  sıralarında 
xidmətə başlyır. 
 
 
 
 
 
2010-cu  ildən  Naxçıvan  MR-da  xidmətə  başlayır, 
bölük komandiri vəzifəsinədək yüksəlir.    
 
 
Baş  leytenant  Kərimov  Anar  İntiqam  oğlu  05  aprel 
2015-ci  ildə  Culfa  rayonunun  "Ləkətdağ"  istiqamətində 
düşmənlə  həmsərhəd  olan  yüksəkliklərdə  döyüş  tapşırı-
ğını yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək qəhrə-
mancasına şəhid olur. 
 
 
 
 
 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa 
tapşırılır. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
15 
 
 
 
 
 
 
ETİQAD HACIYEV 
(1974-1993) 
 
 
Hacıyev Etiqat Balaxan oğlu –  
25 fevral 1974-cü ildə Lerik rayo-
nununRvarud  kəndində  anadan 
olub.1981-ci ildəRvarud kənd orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub,  1991-ci  ildə  həmin  məktəbin  onuncu  sinfini  bitirib.
 
Səxavət orta məktəbi bitirdikdən sonraLənkəran şəhə-
rində sürücülük üzrə təlim alır.  
 
 
 
1992-ci ildə Lerik  rayon Hərbi komissarlığı tərəfindən 
həqiqi hərbi xidmətə çağrılan Etiqad Hacıyev cəbhə bölgəsinə 
yola salınır.   
 
 
 
 
 
Etiqadın  döyüş  yolu  Ağdam
 
şəhərində  yerləşən  arti-
leriya  batalyonundan  başlayır.  Tankçı  kimi  xidmətə  başlayan 
vətənin  bu  igid  oğlu  AğdamınQuzanlı,Mərizli
 
və  digər  kənd-
lərin  müdafiəsində  igidliklər  göstərərək  düşmən  qüvvələrinə 
sarsıdıcı zərbələr endirir. 
 
 
 
 
Ağdamda gedən qızğın döyuşlərin birində tank əleyhinə 
minaya düşərək ağır yaralanır. Bakı şəhərinə gətirilərək Hərbi 
Hospitalda  yerləşdirilir.  Həkimlərin  ciddi  səyinə  baxmayaraq 
onun həyatını xilas etmək mümkün olmur.    
 
 
Etiqad  Hacıyev  5  iyul  1993-cü  ildə  Hərbi  Hospitalda 
olduğu  zaman  gözlərini  əbədi  yumaraq  şəhidlik  zirvəsinə 
ucalır.
  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa  tap-
şırılır
 
 
 


Əbədiyyət yolçuları 
 
  
16 
 
 
 
 
 
 
FUAD QAFAROV 
(1975-1993) 
 
 
Qafarov Fuad Xansuvar oğlu-  
12  aprel  1975-ci  ildə  Lerik  rayo-
nunun  Cəngəmiran  kəndində  ana-
dan  olub.  Cəngəmiran  kənd  orta 
məktəbini  bitirdikdən  sonra  Lerik 
rayonundakı 63 nömrəli texniki-peşə məktəbində oxuyub. 
 
1993-cü  ildə  Azərbaycan  Milli  ordu  sıralarına  həqiqi 
hərbi  xidmətə  çağrılır.  Qısa  təlim  məşqləri  keçəndən  sonra 
Göytəpə batalyonunun tərkibində ermənilərə qarşı döyüşlərdə 
iştirak edir.   
 
 
 
 
Komandirlərinin  verdiyi  əmrləri  can-başla  yerinə  yeti-
rən  Fuad  çox  keçmədən  manqa  komandiri  vəzifəsinə  təyin 
edilir.    
 
 
 
 
 
 
1993-cü  il  dekabrın  30-da  Fuadgilin  taboru  “N”  təpə-
sinin  yaxınlığındakı  Fermanı  erməni  quldurlarından  təmiz-
ləmək üçün hücuma keçir,düşmənin çoxlu zirehli texnikası və 
canlı qüvvəsini məhv edilir.   
 
 
 
Beyləqan istiqamətində gedən döyüşlərdə düşmənin iki 
tankını  sıradan  çıxarmış,  Qaraqumtəpənin  azad  edilməsində 
şücaət göstərir. 
 
 
 
 
 
Fuad Qafarov 1993-cü il dekabrın 30-da qəhrəmancası-
na  şəhid  olmuşdur. Şəhidin  cənazəsi Lerik  rayonunun  Cəngə-
miran  kəndinə  gətirilərək  Xəlifə  Zəkəriyyə  qəbiristanlığının 
Şəhidlər kompleksində dəfn edilir. 
 
 


Əbədiyyət yolçuları 
 
  
17 
 
 
 
 
 
 
İSFƏNDİYAR MƏDƏTOV 
(1973-1994) 
 
 
Mədətov İsfəndiyar Mühacir oğlu-
1973-cü il iyun ayının 10-da Lerik 
rayonun  Cəngəmiran  kəndində 
anadan  olub.  1990-cı  ildə  Cəngə-
miran kənd orta məktəbini bitirib. 
1992-ci ilin 13 may tarixində Azərbaycan Milli ordu sıralarına 
çağrılır. Ağdərə, Ağdam, Fizuli uğrunda gedən qanlı döyüşlərin 
iştirakçısı olur.  
 
 
 
 
 
Ağdərə  rayonunun  Vaqauz  kəndi  uğrunda  gedən 
döyüşlərdə  əsl  qəhrəmanlıq  nümünəsi  göstərir.  12  sentyabr 
1992-ci  ildə  həmən  döyüşdə  6  nəfər  yoldaşı  ilə  birlikdə 
düşmən  mühasirəsinə  düşür,  qeyri-bərabər  döyüşdə  döyüş 
yoldaşlarının hamısını itirsə də, son gülləsinə qədər silahı yerə 
qoymur.  Şəhid  olmuş  yoldaşlarının  meyidlərini  götürmək 
məqsədi  ilə  həmən  yerə  gələn  əsgərlərimiz  orada  32  nəfər 
erməni  cəsədini  də  aşkar  edirlər.  Bu  döyüşlə  bağlı  “SƏS” 
qəzetinin  8  sentyabr  1993-ci  il  tarixli  sayında  məqalə  dərc 
olunur.  
 
 
 
 
 
 
İsfəndiyarın  son  döyüş  yeri  Ağdərə  rayonunun  Talış 
kəndi  olur.  11  aprel  1994-cü  ildə  döyüşdə  ağır  yaralanan 
İsfəndiyarın  həyatını  xilas  etmək  mümkün  olmur.  O  gözlərini 
əbədi yumaraq şəhidlik zirvəsinə ucalır.  
 
 
 
13  aprel  1994-cü  ildə  cənazəsi  Cəngəmiran  kəndinə 
gətirilərək  Xəlifə  Zəkəriyyə  qəbiristanlığının  Şəhidlər 
kompleksində torpağa tapşırılır.  
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə