1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə5/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   2   3   4   5   6   7   8   9   ...   54

12 
 
Ģiddətindən  yanıb  yaxıldı,  deyilsə  daha  düz  olar.  Görəsən,  o  partlayıcı  maddə 
həqiqətdə bomba imiĢ? Bəli, bu bomba fevralın altısında baĢ verən Bakı faciəsidir 
ki,  bütün  Qafqaza  buradan  atəĢ  açıldı.  Bu  gün  hər  tərəfdə,  yəni  Bakının  bütün 
sahələrində  iğtiĢaĢ  gözlənirdi.  Babayev  adlı  bir  müsəlmanın  ölmək  xəbəri 
yayılandan  sonra  müsəlmanlar  da  açıq-açığa  hərbə  qalxaraq  ermənilərə  yürüĢ 
etdilər.  Dördüncü  sahədə  də  atıĢma  baĢlanıb  tərəflər  bir-birini  heyrətli  dərəcədə 
bombardman  edirdi.  Ermənilər  tam  ciddiyyətlə  iĢə  baĢlamıĢdılar.  Babayev  adlı 
müsəlmanın qətlindən yarım saat sonra Voronsovski küçəsində konka konduktoru 
Artyom  ġinkov  öldürüldü,  Tsitsiyanovski  və  Çadrovi  küçədə  bir  naməlum  rus 
naməlum Ģəxslər tərəfindən qana boyanıb yerə sərildi. Bu adamlar öldükdən sonra 
bütün sahələrdə tam Ģiddətlə atıĢma baĢlanıb, aramsız olaraq hər iki tərəfdən döyüĢ 
silahlarına  əl  atılmıĢdı.  Həmən  gün  və  gecəsi  Ģəhərdə  böyük  gurultu-Ģaqqıltılar 
zahir  olurdu.  Gecə  sübhə  kimi  Ģəhərdə  atıĢma  səsi  var  idi  ki,  səhər  tezdən 
küçələrdə  öldürülmüĢ  13  nəfər  azarxanaya  aparıldı.  Fevralın  7-də  hər  tərəfdə 
atıĢma  baĢlanıb, ermənilər  ümumi  hərbi qiyama  baĢladıqlarından  müsəlmanlar da 
açıq-açığa  tüfəng-tapança  götürüb,  hərbə  giriĢməkdə  idilər.  Ermənilər  bu  halda 
müsəlmanların  hücumuna  davam  gətirə  bilməyərək  qaçmaqda  və  evlərinə  pənah 
aparmaqda  idilər. Damlardan, pəncərələrdən  müsəlmanların  və  gəlib  keçən bütün 
tayfaların  üzərinə  ardı-arası  kəsilmədən  atəĢ  açılırdı.  Krasilnikovların  evlərindən, 
Madrid  mehmanxanasından  və  Krasilnikovların  o  biri  evlərindən  ki,  Bazar  və 
Qubernski küçələrinin küncündədir, böyük atəĢ açılırdı. Mayılovun və Korsakovun 
evlərindən və  Məlikovun evindən ki,  hamam da  ordadır, müsəlmanların qarĢısına 
vahiməli  atəĢ  açılmıĢdır  və  yenə  Tağıyevin  evinin  yuxarı  mərtəbəsindən  gəlib-
gedən camaata fərq qoyulmadan güllə atılırdı. Bu vaxtda Bakının və zavodların elə 
bir  yeri  qalmamıĢdı  ki,  iğtiĢaĢ  sirayət  etməsin.  Ümum  camaat  bir-birinə  qarıĢıb 
silah  iĢlətməkdə  idi.  Övrətlər  uĢağın    əlindən    tutaraq    o  tərəf-bu  tərəfə  qaçır,  
ancaq  heç bir tərəfdən aman tapmayıb sərgərdan olurdular. Bu vaxtlar Balaxanıda 
böyük  vuruĢma  və  yanğın  düĢür.  Müsəlmanların  dil  bilənləri  erməniləri  hifz 
edirdilər. Həmən gün elə bir gün idi ki, küçələrdən əlli nəfərə qədər erməni ölüsü 
yığıldı.  Müsəlmanlara  gəldikdə  yaralı  və  ölüləri  daĢıyıb  öz  evlərinə  aparırdılar. 
ĠğtiĢaĢ  nəticəsində  müsəlmanların  bir  çoxunun  imarətləri  və  mağazaları  dağıdıldı   
və    qarət    edildi.    Ermənilərdən    isə    Minas    Simonov,  Muqdusi  Oqanesyans, 
Ayrapetyans  qardaĢlarının  və  baĢqalarının  dükanları  qarət  edildi.  Bu  dükanların 
qarətini  dayandırmaq  üçün  polis  qulluqçularının  əlində  lazımınca  müdafiə  aləti 
olmadığından  onları  qarətçilərdən  qorumaq  mümkün  olmadı.  Yəni  qarətə  son 
vermək  imkan  daxilində  deyildi.  Zira,  qarətçilərin  çoxu,  müsəlmandan  -  Ġran 
fəhləsi, ermənidən isə Türkiyədən gəlmə daĢnaksutyun və sair könüllülər idi. Buna 
görə də  bu  qarətçilərin  əməlinə  son  vermək  olmaz  idi.  Fevralın yeddisində, 
yəni  müharibənin  Ģiddətli  zamanında  iyirmi  nəfər  kazak  abxoda  çıxıb,  hər  on   
nəfəri bir dəstə olaraq, birisi ġamaxinskidə, digəri Bazarda idi. AtıĢmanın Ģiddətli   
vaxtı xidmət halından məhrum və aciz qalan pristavlar bu kazaklardan kömək tələb 


13 
 
etsələr  də,  az  olduqlarına  görə  onlardan  "kömək  edə  bilmərik"  cavabını  alırdılar. 
Saat  on iki radələrində  Ģəhərin halı təhlükəli bir vəziyyət  almıĢdı.  Müsəlmanların 
könüllü cavanları çox  cəsarətlə ermənilərə  və onların  nizami  soldatlarına qarĢı 
dururdular.  Müsəlman  baĢçılarına  gəldikdə  erməniləri  yeri  düĢdükcə  hifz  və   
himayət edirdilər. Bu əsnada hökumət tərəfindən hər tərəfə on nəfər olmaqla dəstə   
ilə  soldat  göndərilirdi  ki,  bu    da  bir boĢ  xəyal    imiĢ.  Zira,  on  minlərcə  müharibə 
edəni bir-birindən ayırmaq üçün on deyil, minlərcə soldat və ciddi surətdə çalıĢan 
komandanlar  lazım  idi.  Sakitliyi  bərpa  etməyə  əmr  alan  dəstələrdən  Salyan    
polkunun podpolkovniki Kuzminskinin  komandası  altında on iki  nəfər soldat saat 
on  birdə  Ģeypur  balaban  ilə  çıxsa  da,  camaat  bir  az  dağılır,  fəqət  onlar  keçib 
gedəndən  sonra  yenə  qarət  və  qətlə  davam  edirdilər.  Bir  sahənin  pristavı  Ģəxsən 
polkovnikin yanına gedərək "əmr veriniz, soldatlar bir neçə atəĢ açıb camaatı hədə 
ilə dağıtsın" dedikdə, "sizə borc deyil, biz öz qulluğumuzu yaxĢı bilirik" cavabını 
almıĢdı. Söz yoxdur ki, pristavlar kimi, atəĢin  Ģiddətlə getdiyi məhəllədə vəzifədə 
olan  Ģəxslər  də  elə  cavab  aldıqda  xidməti  boĢlayıb  güllə  düĢməyən  bir  yerə 
gedəcəkdir. Necə ki, belə də olurdu. Deyilənlərdən məlum olur ki, iki qanlı camaat 
bir-birinin  öhdəsinə  buraxılmıĢdı.  Amma  burasını  da  deməliyik  ki,  müsəlmanlar 
insafı  əldən  buraxmayaraq  hər  tərəfdə  erməniləri  hifz  edir,  evlərində  saxlayıb 
yemək-içməklərini  verirdilər.  Krasnovodsk  və  Suraxanski  küçələrində,  kilsənin 
küncündə və BolĢaya Morskaya küçəsində müharibə tam Ģiddətlə davam edirdi. Bu 
küçədə  müsəlmanlar  bir  çox  erməniləri  hifz  etdilər,  o  cümlədən  yüz  doxsan  beĢ 
nömrəli  evdə  Akim  Ġsayeviçin  ailəsi  və  özü  hifz  olunub,  qətl-qarətdən  kənar 
qalmıĢdılar,  mühafizəçi  müsəlman  isə  AğakiĢi  Əliyev  və  Əliyevin  qardaĢı 
Hüseynqulu  Kərbəlayı  Abdulla  oğlu  idi.  Bu  barədə  ermənilərin  özləri  məktub 
vasitəsilə  razılıq  etmiĢlər  ki,  imzaları  aĢağıda  göstərilir:  Mikayıl  Artyomyans, 
Babacanov, Sarkis Minayeviç Ovanesov. Müharibənin ən Ģiddətli getdiyi yerlərdən 
biri Malakan bağının ətrafı idi. Orada da bir çox erməni hifz edilmiĢdi. AğadadaĢ 
Vəliyevin  evində  ArĢak  Durniyans  adlı  bir  erməni  iki  nəfər  gimnaziyada  oxuyan 
çocuqları  ilə  hifz  olunub  yemək-içmək  verilmiĢdir.  Həmin  erməni  ailəsi  öz 
qonĢusu  Hüseynqulu  Mahmudov  və  MəĢədi  Hənifə  Cəfərov  tərəfindən  mühafizə 
edilmiĢdi.  Qeyd  olunmalı  hal  burasıdır  ki,  həmən  məhəllədə  olan  ərsiz,  sahibsiz 
müsəlman övrətləri dəstələrin qarĢısına çıxıb qonĢu ermənilərin əmlak və canlarını 
hifzə  çalıĢırmıĢlar.  ArĢak  Durniyans  bu  barədə  razılıq  məktubu  da  yazmıĢdır. 
Məktubun tarixi 19 fevral 1905-ci ildir.  
Bu qanlı günlərdə altı fevraldan baĢlayıb Stepan Avetisov, Arzumanovlar və 
baĢqaları hifz olundular. Bir müsəlmanın evində  ki,  əvvəlinci  müharibədə əmisi  
oğlu  Ağarza  Babayev  ermənilərin  əlində  öldürülmüĢ,  vaqiədə,  islamiyyətin  Ģan-
Ģöhrət, insaf və mürüvvətini aləmə bildirmiĢdir. Baxınız, əmisi oğlu erməni əlində 
vəhĢicəsinə öldürülür, özü isə bir çox ermənini mühafizə edib, Davud Oxanesovun 
bütün  ailəsini  və  tamam  o  evdə  olan  kirayəniĢinləri  yeməklə  doyurub,  qətl-
qarətdən  xatircəm  edir.  YaĢasın  insaflı  qardaĢlarım!  YaĢasın  ki,  islamın  Ģan  və 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə