1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə4/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   2   3   4   5   6   7   8   9   ...   54

10 
 
Bəli,  mətləbə  qayıdalım,  müsəlmanların  elmsizliyi  bu  iğtiĢaĢlara  üçüncü 
səbəbdir, demək olar. 
Dördüncü səbəbə gəldikdə ermənilərin avtonomiya - idarə muxtariyyəti 
həvəsində  olmalarıdır.  Bu  səbəbiyyəti  isbat  üçün  qələmə  bir  o  qədər  güc  sərf 
etmək lazım deyil. Zira, ermənilərin hər aybaĢı Londona, Parisə, Amerikaya qaçıb 
ərzi-hal etmələri bunlara  kamil bir sübutdur. Ġngiltərənin verdiyi proqrama  uyğun 
olaraq Türkiyədə muxtariyyət idarə həvəsində bir xeyli çalıĢdılar. Nəhayət, erməni 
qırğını  Sasun,  Zeytun,  Van  faciələri
3
  düĢəndən  sonra  Ġngiltərəyə  bir  də  müraciət 
etməyə məcbur oldular. Ġngiltərə isə son dəfə olaraq - "Britaniyanın hərbi gəmiləri 
Türkiyənin  Anadolu  dağlarında  cövlandan  acizdir,  nə  yapayım,"  -  deməklə 
erməniləri Türkiyədə idarə muxtariyyəti həvəsindən bir növ düĢürdü. Ġngiltərədən 
naümid olan ermənilər qırğından sonra Katalikos Mkrtıç cənablarını Berlinə, yəni 
Almaniyaya göndərməyə məcbur oldular. Mkrtıç cənabları Almaniya kabinəsindən 
"indi  qılınc  zamanıdır"  sifariĢini  ermənilərə  yetirən  kimi  ermənilər  Türkiyədə 
münəzzəm  bir  DaĢnaksutyun  partiyası  təĢkil  və  tənzim  etdilər. Türkiyə  hökuməti 
isə  gözünü  bərəldib  dörd  göz  ilə  bu  iĢlərə  baxdığından  Mkrtıç  cənablarını 
Ġstanbuldan  Qudsi-ġərifə  qovub  DaĢnaksutyun  partiyasının  da  rəvacına  əsla 
meydan  vermədi  (Necə  ki,  ermənilər  Tiflisdə  erməni-müsəlman  sülh  məclisində 
DaĢnaksutyun  partiyası  barəsində  lazımınca  məlumat  vermiĢdilər).  Ermənilər 
Türkiyədə onların tazə partiyalarının rəvacını qeyri-qabil gördükdən sonra Qafqaza 
göz  dikərək  qədim  əsrdən  Ġranın  bijənləri
4
  tərəfindən  təxrib  edilmiĢ  Ermənistanı 
diriltmək  həvəsinə  düĢdülər.  Buna  Ģahid  1878-ci  ildə  baĢ  verən  Qars 
müharibəsində  Ģücaət  göstərən  erməni  polkovniki  Loris-Məlikovun  Eçmiədzin 
yaxınlığında  olan  Ani
*
  xərabəsini  dövlətdən  tələb  etmək  kimi  əsassız  xəyalıdır. 
Bunların  banisi  və  göstəriĢ  verəni  isə  erməni  yazıçısı  Arsruni  cənabları  idi.  Bu 
cənab Türkiyə  Ģəraitinə  baxıb,  iĢin çətinə düĢdüyünü görüb, erməniləri Qafqaza 
daĢımağı  məsləhət  görmüĢdü.  Erməniləri  Qafqaza  daĢıyandan  sonra  Arsruninin 
ömrü  vəfa  etməyərək,  bu  aralarda  vəfat  etdiyindən  əvvəlinci  Dövlət  Duması 
vəkillərindən Bahadurov cənablarını yerinə naib qoymuĢdu. Bu cənab hər halda bir 
fürsət axtarırdı ki, Arsruni dünyadan gedəndə ona vermiĢ göstəriĢə - təlimata itaət 
etsin.  Axırda  erməni-müsəlman  qırğınını  salıb,  salıb  da  Dövlət  Dumasına  vəkil 
seçildi. Bu cənab Peterburqa yollandığı zaman ustadının verdiyi göstəriĢi - təlimatı 
özü ilə aparıb Dumada elan etmək istədi. Belə ki, erməni və müsəlmanı müharibə 
səbəbinə  bir-birindən  ayırmaq  niyyəti  ilə  Bakı  quberniyasını  və  Gəncə 
quberniyasının  aran  yerlərini  müsəlmanlara  verib,  Ġrəvan  quberniyasını,  Gəncə 
quberniyasının  yaylaq  və  dağbasar  ölkələrini  ermənilərə  verib,  bunları  da  Qars 
sancağı ilə birləĢdirib Erməni səltənəti təĢkil etmək idi. Ermənilərin çoxdan bəri bu 
xəyalda olduğuna bu dəlalət edə bilər ki, Qars camaatına  "Rusiya sizlərdən əsgər 
                                                           
*
  Ani  xərabəsi  -  qədim  erməni  idarə  mərkəzi  imiĢ.  Məlikovun  xəyalı  burada  qədim  hökuməti  bərpa 
etmək idi. 
 


11 
 
tutacaq"  -  deyib  qorxutmaqla  onları  ölkənin  baĢqa  yerlərinə  hicrət  etdirirdilər. 
Yenə  Qafqazda  Ģiəməzhəb  müsəlmanlara  məsləhət  görürdülər  ki,  köçüb  Ġrana 
getsinlər.  Müxtəsər,  bu  tövr  ilə  ermənilər  tədarük  görüb  öz  milli  istəklərinə 
yetiĢmək üçün bir çox təlaĢlar edərdilər. Belə ki, növbəti təĢəbbüsdən sonra Bakı 
faciəsinə  giriĢdilər  ki,  Arsruninin  vəsiyyətinə  əməl  edib,  müsəlmanları  təzyiq  ilə 
baba yurdlarından qovub,  yerlərində səltənət qursunlar. Bunlardan  məlum olur ki, 
iğtiĢaĢın dördüncü səbəbi ermənilərin avtonomiya - idarə muxtariyyəti kimi əsassız 
olan  xəyallarıdır.  Arsruni  cənablarının  ruhu  məndən  inciməsin,  yenə  qoca  bir 
yazıçı olduğundan hörməti biz kimi acizlərə vacib və bəlkə lazımdır. 
Pak ruhu Ģad olsun! 
Məmməd Səid 
 
QANLI BAKI FACĠƏLƏRĠ HAQQINDA 
 
1905-ci ilin 6 fevralında qəflətən baş verən və hər iki millətin tarixində qara 
bir peşmançılıq səhifəsi olan Bakı faciəsinə dair qələmə alınmışdır. 
Məqsədin  ərzi.  Müqəddimədə  söylədiyimiz  kimi,  hər  hansı  xəyala 
uymuĢdularsa,  ermənilər  müsəlmanlar  əleyhinə  qiyam  fikrinə  düĢüb  müxtəlif 
təĢəbbüslərdə  bulunurdular.  Onlar  hər  tərəfdə  müsəlmanları  sıxıĢdırmaq,  acı-acı 
sözlərlə  münasibətləri  kəsmək  kimi  ürək  sıxan  rəftarlara  baĢlamıĢdılar. 
Müsəlmanlar isə iĢin axırını çox böyük bir hüznlə xatırlayıb, ancaq əsas müdafiəni 
əldən  buraxmayıb  ayıq  dolanırdılar.  Məhəlli  hökumət  isə  bir  sıra  yüngül 
cinayətlərlə  baĢ  girləsə  də,  belə  mühüm  iĢlərin  qabağını  almaq  kimi  əməllərdən 
uzaq  idi.  Bundan  anlaĢılır  ki,  bir-birindən  dostluq  əlaqəsini  kəsmiĢ  hər  iki  millət 
bir-birinə  qarĢı  buraxılmıĢdı.  Bu  vaxt  ermənilər  artıq  müsəlmanları  sıxıĢdırmağa 
baĢlamıĢdılar. Ermənilərin bir qismi iğtiĢaĢı alqıĢlamırdılarsa da, güclü və nüfuzlu 
tərəfi  iğtiĢaĢın  bu  gün  baĢ  verməsini  sabahdan  münasib  sayırdı.  Halbuki,  bu  halı 
istəyənlər  partiya  komitələri  olduğundan  sözləri  təsirsiz  deyildi.  Necə  ki,  elə  də 
oldu. Olub da fevral ayının 2-də Ağarza adlı bir müsəlman Quba meydanı adlanan 
yerdə erməni komitəsi tərəfindən öldürüldü. Ġslamlara təsir edən belə bir faciə baĢ 
verdikdə,  daha  açıq  desək,  müsəlmanlar  milli  heysiyyətlərini  təhqir  olunmuĢ 
görüncə, təsəvvür edin, müsəlman könüllülərini saxlamaq olarmı?! Belə-belə iĢlər 
müsəlmanları  son  dərəcə  qəmgin  edib  çaĢdırdığı  halda  müsəlman  baĢçılarından 
intiqam  üçün  hökm  verilmədi.  Nəhayət,  istintaq  və  ya  sair  bir  iĢ  üçün  aparılan 
müsəlman  məhbusu  yolda  erməni  soldatı  tərəfindən  günahsız  öldürülüb, 
müsəlmanlar  daha  da  dağdar  edilir.  Bu  vaxt  dünyamızı  qan  dəryasına  sövq  edən 
fevral ayının altısıydı. Bu gün elə bir gün idi ki, ermənilər araya qarıĢıqlıq salmaq 
istədikləri  halda,  müsəlmanlar  buna  məəttəl  qalmıĢdılar.  BeĢ  dəqiqə  sonra  bir-
birindən münasibəti kəsib, bir-birinın qətlinə çalıĢan hər iki  mehriban qonĢu artıq 
bir-birilə ehtiyatla dolanırdılar. Nəhayət, süni və çoxdan bəri hər iki millətin zatına 
qondarılmıĢ  iğtiĢaĢ  bombası  partladı  və  bütün  Qafqaz  aləmi  bu  bombanın  təsir 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə