2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   2   3   4   5   6   7   8   9   ...   31

 



MUSİQİ 



Mahnı (Şer) 

 Bir şer, nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, 



ucaltmaq,  davam  etdirmək,  yerli  və  ya  yersiz  olaraq  dəfələrlə  təkrar 

edərək əyləndirmək və coşdurmaq deməkdir. Bu da musiqi ilə birlikdə və 

ya  musiqi  olmadan  da  ola  bilər

7

. İbnul Əsir 





  rahmətullahi  aleyhi  -

 

deyir 


ki: «Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı 

deyirlər»

8

.  


Musiqi 

  Yunan  sözü  olub  Ud,  Kamança,  Tabur,  Klarnet  və  s.  kimi 



çalğı alətlərilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.  

Musiqinin Dindəki İsimləri 

 əl-Ləhv (əyləncə, vaxtı boşa keçirmək), 



əl-Ləğv (boş söz), əl-Batil (boş, dəyərsiz), əz-Zur (yalan), əs-Sumud (boş 

şeylə əylənmək), əl-Muka (fit çalmaq), ət-Tasdiyə (əl çalmaq), Ruqyətuz 



Zina (zinanın dəvətçisi), Savtuş Şeytan (şeytanın səsi), Məzmuruş Şeytan 

(şeytanın  qavalı),  Quranuş  Şeytan  (şeytanın  Quranı), Muəzzinuş Şeytan 

(şeytanın  müəzzini),  Munbitun  Nifaq  (nifaq  çıxaran,  yetişdirən),  Səvtul 

Ahmaq (axmaq səs), Savtul Facir (yalançı, rəzil səs)

9



Musiqinin Fərdlərə Olan Təsifri 

 Musiqi  harama təşviq edər və  onu 



gözəl göstərər. O, haramları etməyə sövq edən bir vasitədir. Fısqı, fucuru 

(günahkarlığı), həyasızlığı və ədəbsizliyi əmr edər. Nəfsi şəhvətlərə (istək 

və  arzuları)  yerinə  yetirməyə  yönəldər.  İnsanın  şəxsiyyətini,  ədalətini  və 

hörmətini  itirər.  Ağlın  və  imanın  gözəlliyini  və  üzdəki  nuru  itirər.  İnsan 

nəfsindəki  şeytani  durumları  gücləndirər.  Qəlbi  Quranı  və  Allahı  zikr 

etməkdən  yayındırar.  Qəlbi  korlayar  və  bundan  sonra  qəlb  heç  bir  xeyiri 

görməz  və  heç  bir  pisliyi  də  inkar  etməz.  Qulu  facirlərə  və  kafirlərə 

bənzəməyə  sövq  edər.  Fərd  və  toplum  üçün  İlahi  cəzaların  gəlməsinə 

səbəbdir.  

Musiqi İki Növdür: 

1.  Haram  Olan  Musiqi 

  Bura  qadınların  və  kişilərin  musiqi 



alətlərindən  istifadə  edərək  oxumaları  və  bu  mahnının  sözlərində  dinə 

zidd  olan  şirk,  küfr,  boş  və  faydasız  sözləri  istifadə  etmələri,  qadınların 

kişilərin məclisində oxumaları, məşhur olana qədər mahnı ilə çox məşğul 

olmaq,  mahnı  oxumaq  müqabilində  pul  almaq,  pis  əməllərə  çağıran 

kimsələrin mahnılarını oxumaq, musiqi alətini dinləmək, musiqi alətlərinə 

sahib olmaq hər yerdə və hər zamanda, musiqi alətlərinin ticarətini etmək 

və  onu  qazanc  mənbəyi  etmək,  musiqi  alətlərinin  və  kassetlərinin 

                                                        

7

 Lisanul Arab 15/136, Fəthul Bəri 10/55. 



8

 ən-Nihayə 3/390.  

9

 İbn Qeyyim «İğasətul Lehfan» 1/237.  




 

satılması və alınması və bunun üçün dükan kirayə götürmək və s. icma ilə 



haramdır.  Bunların  hamısı  qulu  Allahı  zikr  etməkdən,  insanın  yaradılış 

məqsədi olan Allaha ibadətdən, itaətdən təmamilə uzaqlaşdırır.  

Mahnı və musiqi qəlblərin sərtləşməsində, xəstələnməsində, Rəhmanın 

kəlamını dinləməkdən çəkinməkdə, ayə və zikrlərdən təsirlənməməkdə ən 

böyük  səbəbdir.  Musiqi  qəlbin  imandan  kasad  olmasında,  Rəhmanın 

yolundan  uzaqlaşmaqda  və  şeytanın  yoluna  düşməkdə  və  sonun  pis 

qurtarmasına  səbəbdir.  Musiqi  namazın  ziddidir.  Çünki  namaz  pis  və 

çirkin  əməlləri  qadağan  edər.  Musiqi  isə  onları  əmr  edər.  Musiqi  bəzi 

kimsələrdə  nifaq,  bəzi  kimsələrdə  inadkarlıq,  bəzi  kimsələrdə  yalançılıq, 

bəzi  kimsələrdə  isə  günahkarlıq  izlərini  buraxar.  Ən  ağır  buraxdığı  izlər 

isə  surətlərə  (şəkillərə)  aşiq  olmaq  və  iyrənc  şeyləri  bəyənməkdir. 

Musiqiyə  qulaq  asan  kimsənin  qəlbindən  Quranın  ləzzəti  alınar.  Artıq 

Quran qəlbə ağır gələr, Quranı dinləməyə  istəksiz  olar və bu da nifaqdan 

bir  parçadır.  İbn  Məsud 



  radıyallahu  anhu 



  deyir  ki:  «Yağış  bitkiləri 

böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»

10



Musiqi  Barəsində  Qurani  Kərimdə  Keçən  Ayələr  -  «İnsanlar 

içərisində  eləsi  də  vardır  ki,  nadanlığı  üzündən  xalqı  Allah  yolundan 

döndərmək  (sapdırmaq)  və  bu  minvalla  onu  məsxərəyə  qoymaq  üçün 

mənasız,  oyun-oyuncaq  sözləri  satın  alar.  Məhz  belələrini  rüsvayedici 

bir  əzab  gözləyir».  (Loğman  6).  İbn  Məsud  –  radıyallahu  anhu  –  dan 

ayədə keçən Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) nə olduğu 

soruşulduqda o: «Allaha and olsun ki, bu musiqidir» deyib sözünü üç dəfə 

təkrar  etdi

11

.  İbn  Abbas  –  radıyallahu  anhu  –  deyir  ki:  «Ayə  musiqi  və 



bənzəri  olan  şeylər  haqqında  nazil  olmuşdur»

12

.  İkrimə  –  rahmətullahi 



aleyhi  -

 

deyir  ki:  «Ləhvəl  Hədisin  –  Musiqidir»

13

.  İbn  Ömər  və  Cabir  b. 

Abdullah  –  radıyallahu  anhum  –  rəvayət  edirlər  ki:  «Bunlar  səhabələrin 

                                                        

10

 İbn Əbi Dünya «Zəmmul Məlahi».  



11

 Təfsir  Təbəri11/61,  Həkim  2/411,  Beyhəqi  «Şuabul  İman»  4/278,5096,  İbnul 

Covzi «Təlbisul İlbis» 246, əl-Albani səhih.  

12

 «Səhih  Ədəbul  Mufrad»  əl-Albani  955,  İbn  Əbi  Şeybə  6/310,  İbn  Cərir 



«Təfsir»  21/40,  Beyhəqi  «Sunən»  10/221.  İbn  Abbas  –  radıyallahu  anhu  – dan 

səhih  olan  budur.  Bu  ayə  Nadr  b.  Həris haqqında nazil  olduğu  da  söylənilir. əl-

Vahidi  «Əsbabul  Nuzul»  259  –  Nadr  b.  Həris  Fars  diyarlarına  səfər  edər  və 

əcəmilərə  dair  xəbərləri  onlardan  satın  alaraq  bu rəvayətləri  Qureyşə  danışır  və 

onlara:  Muhəmməd  sizə  Ad  və  Səmud  qövmünə  dair  xəbərlər  danışır.  Mən  də 

sizə Rüstəmin və İsfəndiyarın, Kisraya dair xəbərləri danışıram. Qureyşlilər onun 

danışdıqlarından  xoşlanır,  Quranı  dinləməyi  tərk  edirlər.  Bu  ayə  də  onun 

haqqında enmişdir».  

13

 Buxari «Tarix» 2/2/217, İbn Hibban 4/355.  




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə