3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati



Yüklə 0,51 Mb.
səhifə2/7
tarix20.10.2017
ölçüsü0,51 Mb.
#6119
1   2   3   4   5   6   7

Sarı dağ meşə torpaqlar

Lənkəran vilayətində sarı dağ meşə torpaqları orta və alçaq dağlığın 100-150 m hündürlükdən 600-700 m-ə qədər olan hissəsində,kəskin parçalanmaya və denudasiya proseslərinə məruz qalmış ərazilərdə yayılmışdır.Relyef şəraitindən və torpaqların yamaclardakı yatımından asılı olaraq sarı dağ meşə torpaqlarının profili əksər hallarda yuxarı və orta dağlığı ilə səciyyələnir.

Qışı mülayim və yağıntılı,yayı mülayim-isti və nisbətən quru olan sarı dağ-meşə torpaqlarının yayıldığı ərazilərin iqlimi rütubətli subtropik iqlimin Aralıq dənizi tipinə aid edilir. Orta illik temperatur burada 14,0-14,30,ən osyuq ayın temperaturu isə 0-30-yə bərabərdir. Qış ərzində torpaq donmur və yalnız qısa müddət ərzində alçaq temperaturların təsirinə məruz qalır. Ərazidə fəal temperaturların cəmi 3800-44000 arasında tərəddüd edir. Yağıntıların orta illik miqdarı (1400-1700mm) yüksəkdir.Onun yalnız 10-12%-i yay fəslində düşür.Rütubətlənmə əmsalı Ə.Şıxlınskinin [ 42 ] məlumatına görə 100-150% arasında dəyişir. Bu göstərici 25-50% azalır.

Sarı dağ meşə torpaqları ot örtüyü olmayan dəmirağacı və ot örtüyü yaxşı inkişaf palıd –vələs – dəmirağacı və palıd- vələs qarışıqlı meşələr altında yayılmışdır. Mezofil və kserofil meşələrdən fərqli olaraq bu meşə biogeosenozları qalın meşə döşənəyi yaratmır. Çox nadir hallarda bu meşələrdə onun qalınlığı 3 sm-dən çox olur. Meşə döşənəyinin ehtiyatı 59-86 sen/ha , külli maddələrin miqdarı az -2,8-3.2% -dir.

Rütubətli subtropik iqlim rejimi sarı dağ meşə torpaqlarda bütün il boyu, qısa quru yay dövrünü çıxmaqla, mikroorqanizmlərin bitki qalıqlarının parçalanması üçün optimal hidrotermik şərait yaratmışdır.

Morfoloji quruluşunun xüsusiyyətlərinə və fiziki-kimyəvi xassələrinə görə sarı dağ meşə torpaqları aşağıdakı yarımtiplərə bölünürlər : tipik dağ meşə , podzollaşmış sarı dağ meşə , sarı qonur dağ meşə torpaqlar.



Tipik sarı dağ meşə torpaqlar. Bu yarımtip torpaqlar təpəli alçaq dağlıq şəraitdə , subtropik məşələr altında yayılmışdır. Onların əsas massivi Lənkəran vilayətinin cənub-qərbində,Lənkərançay,Viləşçay və Boradigah çayın aşağı axarlarında yerləşmişdir. Morfoloji baxımdan bu torpaqlar profilin yuxa və orta qalınlıqlı olması, horizontlarının zəif differensasiyası ilə seçilir.

Podzollaşmış sarı dağ meşə torpaqlar. Bu yarımtip torpaqlar tipik sarı dağ-meşə torpaqlarla eyni bioiqlim zonada yayılmışdır. Yalnız yatım şəraitinə və torpaqəmələgətirən suxurların xarakterinə görə onda fərqlənir. Podzolllaşmış sarı dağ-meşə torpaqlar yaxşı rütubətlənmiş şimal yamaclarda təsadüf olunur. Bu torpaqlar az məsaməli və pis sukeçirən karbonatsız delüvial gilli suxurlar üzərində formalaşmışdır.

Sarı qonur dağ meşə torpaqlar. Bu yarımtipə aid edilən torpaqlar dəniz səviyyəsindən 400-500 m-dən 1000-1200 m-ə qədərki hündürlüklərdə qonur dağ meşə ilə sarı dağ meşə torpaqlar arasındakı keçid zonada yerləşmişdir. Bütövlükdə sarı-qonur dağ-meşə torpaqların yayıldığı zolaqda rütubətli subtropik iqlim tipi hakimdir. Torpaqların inkişafı profilin tam yuyulma rejimi şəraitində gedir.

Podzollu-sarı torpaqlar

Bu torpaqlar Lənkəran vilayətinin rütubətli subtropik iqlim şəraitində Hirkan tipli dəmirağacı-vələs və palıd qarışıqlı meşələr altında inkişaf etmişdir.Geomorfoloji baxımdan onlar dağətəyi düzənliyin abrazion-akumulyativ terraslar və meyilli şleyflər üzərində yatım əmələ gətirir.

Podzollu-sarı torpaqlar profilin tam yuyulma rejimi və qrunt sularının səthə yaxın olduğu şəraitdə formalaşmışdır.Onların yayıldığı ərazinin orta illik temperaturu 10-140 arasında dəyişir.Ən soyuq ayın temperaturu 0-40-dən çox deyildir. Torpaq demək olar ki,donmur. Yağıntıların orts illik miqdarı burada 900-1400 mm olub,torpaqların yayıldığı ərazinin şimal hissəsində 600mm-ə qədər aşağı düşür.Yağıntıların il ərzində paylanması qeyri-bərabərdir;maksimal yağıntıların payız və yaz fəslində,minimalın yayda düşməsi müşahidə edilir.Fəal temperaturların cəmi 4500-48000 arasında tərəddüd edir.

Podzollu –sarı-qleyli torpaqlar. Bu torpaqlar əvvəlki torpaqlarla eyni bioiqlim zonada yayılmışdır. Lakin bu torpaqlar səth sularının və qruntun təsirinə daha məruz qalmışlar. İlin payız-yaz mövsümündə qrunt suyunun səviyyəsi 1 m-dən aşağı, quru yay aylarında isə 2-2,5 m-dən yüksək olmur. Bu torpaqlar delüvial-delivüal çöküntülərlə örtülmüş aşağı terraslar və relyefin depressiya formaları üzərində formalaşmışdır. Litoloji baxımdan torpaqəmələgətirən suxurlar karbonatlardan və suda həll olan duzlardan yuyulub çökdürülmüş sarı aşınma suxurlarının məhsullarından ibarətdir.

Podzollu-sarı-qleyli torpaqların tərkibində üç yarımtipin olması qeyd edilir (265):podzollu-sarı-qleyli torpaqlar,podzollu-sarı-qleyləşmiş torpaqlar,podzollu-sarı-səthdən qleyləşmiş torpaqlar.Yarımtiplərin hər üçü qleyəmələgəlmə proseslərinin dərinliyinə görə bir-birindən fərqlənirlər.



Qəhvəyi torpaqlar.

Qəhvəyi torpaqlar Lənkəran vilayətinin şimalında,alçaq dağlıq və dağətəyi ərazilərdə yayılmışdır.Bu torpaqların yayıldığı rayonun iqlimi yarımrütubətli və yarımquru subtropik iqlim tipidir.İqlim şəraiti burada kserofil meşə və kolluqların inkişafı üçün əlverişlidir.Bu ərazi üçün isti quru yay,sürəkli isti payız və mülayim qış səciyyəvidir.Havanın orta illik temperaturu burada 8,4-10,80,ən soyuq ayın (dekabr-yanvar)temperaturu isə 0,2-3,40-dir.Qar örtüyü səbatsızdır,torpaq donmur.Torpağın bioloji fəallığında kseropauza nisbətən qısadır,təqribən 30 günə (iyul-avqust)kimi davam edir.Yağıntıların orta illik miqdarı 350-600 mm arasında tərəddüd edir. Yağıntıların maksimal miqdarı yaz və payız aylarında müşahidə olunur. Havanın müsbət temperaturunun cəmi 3400-4000 dərəcə , torpağınkı isə bir qədər yüksəkdir.



Yuyulmuş qəhvəyi dağ meşə torpaqlar. Bu torpaqlar böyük konturlar şəklində Cəlilabad rayonunun Qamışlı kəndinin qərbində, şimal yamaclarda yayılmışdır. Vaxtilə rütubətli şəraitdə sıx olmuş ,sonralar seyrəkləşmiş meşə bitkiləri altında əmələ gəlmiş bu torpaqlar , müxtəlif dərinliklərdə karbonatlardan yuyulmuşdur. İqlim istiləşmələri bu torpaqlarda gilləşmə proseslərinin inkişafına səbəb olmuşdur. Hazlrda bu torpaqlarda meşə döşənəyinin toplanması müşahidə olunmur.

Tipik qəhvəyi dağ meşə torpaqlar. Bu yarımtipə aid edilən torpaqlar 400-600 m yüksəkliklərdə , əsasən də cənub-qərb yamaclarda palıd meşələri altında formalaşmışdır. Onların əmələgəlmə şəraiti yuyulmuş yarımtiplərlə müqayisədə bir qədər quraqdır.

Tipik qəhvəyi dağ meşə torpaqların morfoloji əlaməti üst horizontun (0-22 sm) tünd qəhvəyi rəngə çalmasıdır. Qranulometrik tərkibinə görə təsvir edilən torpaqlar gillicəli və gillidir. Çox nadir hallarda qumsal və ya qumlu tərkibli növ müxtəliflərinə rast gəlmək olur.



Yuyulmuş dağ qəhvəyi torpaqlar. Bu torpaqlar 200-600m yüksəkliklərdə, şimal-qərb yamaclarda yayılmışdır.Hal-hazırda bu torpaqlar meşə bitkilərindən tamamilə azad edilmişdir, bəzi yerlərdə yarım əsrdən də çox müddətdə kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. Yuyulmuş dağ-qəhvəyi torpaqlar uzun illər intensiv şumlandığından , onun profilində aydın seçilən əkin qatını görmək mümkündür.Ümumiyyətlə, bu torpaqlarda humuslu horizontun qalınlığı 60 sm dərinliyə qədər gedir. Sonrakı qatlarda karbonatların görünməsi ilə torpağın rəngi açıqlaşır, əvvəlcə qonur qəhvəyi, sonra sarı noxudu rəngə keçir. Bu da yuyulmuş dağ- qəhvəyi torpaqların ən əhəmiyyətli morfoloji əlamətidir.

Tipik dağ-qəhvəyi torpaqlar. Bu yarımtip yuyulmuş dağ- qəhvəyi torpaqlarla eyni yüksəklikdə yayılmışdır. Əksər hallarda onlar cənub-şərq və şərq yamaclarda müşahidə olunur. Tipik dağ-qəhvəyi torpaqlarda akkumulyativ-humuslu horizontların qalınlığı 60-70 sm –dən çoxdur.Bu torpaqlarda karbonatlar, əsasən “B”, bəzən isə “BC” horizontlarda toplanır. Karbonatlı horizontlarda karbonun miqdarı 150-180 sm dərinlikdə 17 %-ə çatır.

Karbonatlı dağ-qəhvəyi torpaqlar. Əvvəlki torpaqlarla eyni yüksəklikdə yerləşməsinə baxmayaraq, karbonatlı dağ-qəhvəyi torpaqlar orta dağlığın yağıntılarla az təmin olduğu cənub və şərq yamaclarında , bəzən isə ayrı-ayrı yüksəkliklərdə yayılmışdır.

Vaxtilə meşə bitkiləri ilə örtülü olan, lakin hazırda əkin və otlaq sahələri kimi istifadə edilən karbonatlı dağ-gəhvəyi torpaqlarda yağıntıların azlığı ilə əlaqədar torpaq profili karbonatlardan yuyulmamışdır.

Bəzi tədqiqatçılar dağ-qəhvəyi torpaqlar daxilində bozqırdlaşmış dağ-qəhvəyi torpaqlar adı altında xüsusi yarımtipin olduğunu göstərirlər. Bu torpaqların sərbəst yarımtip kimi ayrılması onların meşə altından yaxın tarixi dövrdə çıxması ilə əsaslandırılır.

Yuyulmuş qəhvəyi torpaqlar. Bu torpaqlar Lənkəran vilayətinin şimalında düzən ərazilərdə prolüvial-delüvial çöküntülər üzərində yayılmışdır və bu torpaqlar keçmişdə meşə bitkiləri altında inkişaf etmişdir. Hazırda həm dəmyə, həm də suvarma şəraitində bu torpaqlardan taxıl,üzüm, tərəvəz bitkiləri altında istifadə olunur.

Düzən ərazilərin yuyulmuş qəhvəyi torpaqları yuyulmuş dağ-qəhvəyi torpaqlardan kəskin şəkildə fərqlənir. Əvvəla, bu fərq özünü torpaqların bir sıra morfoloji əlamətlərində göstərir. Yuyulmuş qəhvəyi torpaqlarda əkin və əkinaltı qatlar bir qədər tünd qəhvəyi rəngə malikdirlər. Onlar arasında keçid tədricidir. Profilin 50-100 sm dərinliyinə kimi qırmızıyaçalar zolaqların olmasını müşahidə etmək mümkündür. Bu da yuyulmuş qəhvəyi torpaqların vaxtilə meşəaltında olmasını bir daha sübut edir. Torpaq profilinin karbonatsızlığı ilə izah edilir. Delüvial çöküntülərin qalınlığı (1-2 m) dağətəyi qurşaqdan şərqə doğru tədricən azalır. Yuyulmuş qəhvəyi torpaqların profilində bəzən gillicəli-qumsal çöküntülərin olması da nəzərə çarpır.



Tipik qəhvəyi torpaqlar. Düzən ərazilərin tipik qəhvəyi torpaqları bəzi morfoloji əlamətlərinə - ayrı-ayrı horizontların qalınlığına , ağır qranulometrik tərkibinə və humusun azlığına görə orta və alçaq dağlığın tipik dağ-qəhvəyi torpaqlarından fərqlənir. Qalan morfoloji əlamətlərinə görə hər iki torpaq oxşardır. Bu torpaqlarda ən səciyyəvi əlamət torpaq profilində karbonatlı illüvial horizontun olmasıdır.

Tipik qəhvəyi torpaqlar şorlaşmışdır.Quru qalığın miqdarı 0,1-0,25%-dən çox deyildir.Əkin qatında şorakətləşmə əlamətləri müşahidə olunmur.Ayrı-ayrı horizontlarda udulmuş əsasların cəmi 22,4-39,0 mq.ekv arasında tərəddüd edir.Bütün hallarda əsaslar içərisində udulmuş natriumun miqdarı cüzidir.



Çəmən-qəhvəyi torpaqlar

Çəmən-qəhvəyi torpaqlar Lənkəran vilayətinin şimalında,Cəlilabad və Masallı inzibati rayonlarının düzən ərazilərində yayılmışdır.Onların formalaşma şəraiti qəhvəyi torpaqlarla eynidir.Lakin çəmən-qəhvəyi torpaqların əmələ gəlməsində digər amillərlə yanaşı,qrunt suları da iştirak etmişdir.Qrunt sularının iştirakı vaxtilə fəal olmuş,hazirda Xəzər dənizinin geriyə çəkilməsi ilə zəifləmişdir.Ona görə də bəzi tədqiqatçılar [25] Lənkəranın çəmən-qəhvəyi torpaqlarına “qalıq-çəmən”torpaqlar kimi baxmağı təklif etmişlər.Morfoloji quruluşuna görə çəmən-qəhvəyi torpaqlar düzən ərazilərin qəhvəyi torpaqlarına oxşayır.Lakin bu torpaqlarda qəhvəyi torpaqlardan fərqli olaraq səth sularının və qruntun təsiri altında törəmə qleyləşmə əlamətlərini görmək mümkündür.Bunu profildəki pas ləkələri də sübut edir.Əksər hallarda bu ləkəlar 60-80sm dərinlikdən başlayır.Torpaq profilinin 75-80sm-lik qatı karbonatlardan yuyulmuşdur,bəzən yuyulma daha dərin qatları əhatə edir.

Lənkəran vilayətinin çəmən-qəhvəyi torpaqları kənd təsərrüfatı bitkiləri altında on illər ərzində intensiz şəkildə istifadə olunur.Aqrotexniki tədbirləri gözlədikdə bu torpaqların həm dəmyə,həm də suvarma şəraitində taxıl,üzüm,tərəvəz və bostan bitkilərinin yüksək məhsuldarlığını əldə etmək mümkündür.

Boz-qəhvəyi torpaqlar

Boz-qəhvəyi torpaqların formalaşdığı quru bozqır landşaft tipi Lənkəran vilayətinin şimal qurtaracağında yayılmışdır. Ümumiyyətlə, subtropik quru bozqırların iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Ən soyuq ayın (yanvar)orta temperaturu 1,0-2,60,ən isti ayın (iyul)orta temperaturu isə 23-270-dir.Orta illik temperatur 13-14,20 arasında tərəddüd edir.Yağıntıların orta illik miqdarı 280-320 mm-dir.Lənkəran vilayətində bu torpaqların yayıldığı ərazidə yağıntıların çox hissəsi ilin soyuq dövründə düşür.İsti dövr isə əksinə,çox quru olur.Geomorfoloji şəraitinə görə təsvir edilən torpaqlar dağətəyi düzənliklərdə və alçaq dağların şimal qurtaracağında yayılmışdır.

R.V.Kovalyov öz tədqiqatlarında Lənkəran vilayətində boz-qəhvəyi torpaqları dağ və düzən torpaqlara ayırmaqla ərazidə iki yarımtipin olduğunu göstərir:

Karbonatlı boz-qəhvəyi

Zəif yuyulmuş boz-qəhvəyi

Aparılan araşdırmalar göstərir ki,vilayət daxilində yayılmış boz-qəhvəyi torpaqlar Azərbaycan torpaqlarının müasir diaqnostikasına və təsnifatına uyğun olaraq tünd dağ boz-qəhvəyi,adi boz-qəhvəyi və açıq boz-qəhvəyi torpaq yarımtiplərinə bölünə bilər.



Tünd dağ boz-qəhvəyi. Bu torpaqlar Cəlilabad inzibati rayonunun alçaq dağlıq ərazilərində yayılmışdır.Tünd dağ boz-qəhvəyi torpaqlar,demək olar ki,hər yerdə kənd təsərrüfatı bitkiləti-taxıl,üzüm,tərəvəz(kartof və s.)altında mənimsənilmişdir.Yalnız meyilli yamaclarda-ibtidai və tam inkişaf etməmiş torpaq növləri biçənək və örüş altında istifadə olunur.

Qəhvəyi torpaqlarla müqayisədə təsvir edilən torpaqlarda humus (3-3,5%) və ümumi azotun (0,2-0,25%) miqdarı bir qədər azdır. Dərinlik artdıqca humus və azot tədricən azalır. Lakin bu birləşmələr 50-70 sm dərinlikdə də müşahidə olunur. C : N nisbəti 7-8 olub, qəhvəyi torpaqlarla müqayisədə xeyli azdır.

Torpağın səthindən karbonatlar müşahidə edilsə də, tünd dağ boz-qəhvəyi torpaqlarda onların qismən yuyulması baş verir. Bunu tərkibində xeyli midarda CaCO3 toplanmış (10-20%) illüvial-karbonatlı horizontdan da görmək mümkündür.

Adi boz-qəhvəyi. Bu torpaqlar Cəlilabad rayonunun dağətəyi-maili düzənlik ərazilərində yayılmışdır. Bir sıra əlamətlərinə görə bu torpaqlar respublikamızın ərazilərində yayılmış uyğun torpaqlardan fərqlənir. Bu həmin torpaqların genezisilə bilavasitə bağlıdır. Bəzi tədqiqatçılar adi boz-qəhvəyi torpaqlarda “B” horizontunda qırmızı zolaqların olmasını onların meşə mənşəyi ilə izah edirlər.

Dəmyə şəraitində adi boz-qəhvəyi torpaqlar əkin altında istifadə olunur. Bu torpaqların bir qismi suvarılır. Suvarılmayan adi boz-qəhvəyi torpaqlarda üzvi birləşmələrin aşağı qatlara hərəkəti müşahidə edilmir. Relyefdən asılı olaraq humuslu horizontların qalınlığı müxtəlifdir.



Açıq boz-qəhvəyi torpaqlar. Bu torpaqlar Cəlilabad rayonunun düzən ərazilərində ayrı-ayrı ləkələr şəklində yayılmışdır. Bu torpaqların profili , xüsusən də əkin qatı adi boz-qəhvəyi torpaqlarla müqayisədə bir qədər açıq rəngə malikdir. Torpaq profili , xüsusən də 60-70 sm-dən aşağı qatlar zəif differensiya olunubdur. ən səciyyəvi morfoloji əlamət kimi torpaq profilində 25-45 sm-dən sonra karbonat ləkələrinin görünməsidir.

Humusun miqdari “A” horizontunda 2% - dən azdır, 60-70 sm dərinlikdə onun miqdarı 0.6%-ə qədər aşağı düşür. Ümumi azotun miqdarı 0,13-0,20%, C:N nisbəti “A” horizontunda 5,8-8,4, aşağı qatlarda 5,5-8,8 arasında dəyişir. Bütün açıq boz-qəhvəyi torpaqlar karbonatlıdır. Bəzən profilin 30 sm-də CaCO3 miqdarı 15-18%-ə çatır.

Açıq boz-qəhvəyi torpaqlar qranulometrik tərkibinə görə gillicəli və gillidir. Torpağın “A” horizontunda fiziki gilin miqdarı 66-77% təşkil edir.

Ayrı-ayrı hallarda onun miqdarı aşağı qatlarda 21%-ə qədər azalır.

Açıq boz-qəhvəyi torpaqlarda udulmuş əsasların cəmi torpaq profilinin bir metrlik qatında 27,9-48,4 mq.ekv-dir. Kationlar içərisində kalsium kationu üstünlük təşkil edir. Lakin bəzən udulmuş maqneziumun miqdarı B və BC horizontlarında 35-64%-ə qədər artır. Bu da gğrünür, torpaqda maqnezium şorakətləşməsi ilə əlaqədardır.

Çəmən boz-qəhvəyi torpaqlar

Çəmən boz-qəhvəyi torpaqlar Bolqarçayın gətirmə konusunun çökək hissələrində ayrı-ayrı konturlar şəklində yayılmışdır.Torpaqəmələgətirən süxurlar burada prolüvial-alüvial çüküntülərdən ibarətdir.Bu torpaqların əmələ gəlməsi üçün quru subtropiklərə məxsus hidrotermiki şəraitin olması,qrunt sularının fəsli qalxması və Bolqarçayın mövsümü daşqınları ilə bağlı torpaq profillərinin mütəmadi nəmlənməsi vacibdir.Digər əhəmiyyətli amil,bu torpaqların son 20-30 ildə intensiv şəkildə suvarılmasıdır.Ərazinin təbii bitkiliyi yaxın keçmişdə çəmən və yarımsəhra bitkilərindən ibarət olmuş,hazırda antropogen amillərin,xüsusən də suvarma və şumlamanın təsiri altında əsaslı şəkildə dəyişmişdir.

Torpaq profilində 50-70 sm dərinlikdə karbonat ləkələrinin və ağ gğzcüklərin olması , yüksək nəmliyin təsiri altında 80-100 sm dərinlikdə horizontların göyümtül və pas ləkələri ilə örtülməsi bu torpaqlar üçün ən səciyyəvi morfoloji əlamətdir.

Təsvir edilən torpaqlarda əkin qatının A' rəngi açıq qəhvəyidir. Lakin suvarmanın təsiri altında bu qatdan qranulometrik hissəciklərin yuyulması onun bir qədər bozarmasına səbəb olmuşdur. Bütün hallarda A" qatı A' qatından tünddür.



Qonur dağ - meşə torpaqları

Lənkəran vilayıtində qonur dağ meşə torpaqları orta dağlığın 600-800 m-dən 1600-1800 m yüksəkliyə qədər olan hissəsində yayılmışdır(50,51).Bu qurşaq üçün erozion-tektonik və güclü parçalanmış relyef şəraiti səciyyəvidir.Ərazidə mülayim-isti rütubətli iqlim hakimdir.Burada havanın orta illik temperaturu 8-120,orta illik yağıntılar isə 800-1400 mm arasında tərəddüd edir.Rütubətli subtropik iqlim tipindən fərqli olaraq bu qurşaqda yağıntılar il ərzində bərabər paylanmışdır.

Bitki örtüyü burada şabalıdyarpaq palıd (cənub yamaclarda),fıstıq(şimal yamaclarda),palıd-vələs (şərq və qərb yamaclarda)meşələri ilə təmsil olunmuşdur.Bir çox ərazilərdə,xüsusən də cənub yamaclarda və 1200 m yüksəklikdə meşələr qırılmış və kənd təsərrüfatı bitkiləri altında mənimsənilmişdir.Bəzi yerlərdə insanın təsərrüfat fəaliyyəti nəticəsində meşə bitkiliyini çəmən-kol formasiyaları əvəz etmişdir.

R.V.Kovalyov [25] Lənkəran vilayəti daxilində qonur dağ meşə torpaqların iki yarımtipinin olduğunu göstərmişdir:

Podzollaşmış qonur dağ meşə;

Tipik qonur dağ meşə.

Dağ çəmən bozqır torpaqlar

Dağ çəmən bozqır torpaqlar Peştəsər silsiləsində dəniz səviyyəsindən 1800-2500m yüksəklikdə yayılmışdır.Bu torpaqların yayıldığı ərazinin iqlimi bir qədər quraqlığı ilə seçilir.Orta illik temperatur 8,5-11,10,yağıntıların orta illik miqdarı isə 400-700mm-dən çox deyildir.

Ərazinin drenliyi və ayrı-ayrı fəsillərdə nəmliyin çatışmaması,digər tərəfdən kserofit xarakterli taxıllı ət ot müxtəlifliyinin yaratdığı sıx ot örtüyü dağ çəmən-bozqırların torpaqəmələgəlmə şəraitini müəyyən edir.

Dağ çəmən bozqır torpaqların formalaşdığı ərazilərdə fitokütlənin miqdarı səthdə orta hesabla 0,7-0,9 t/ha,rizosferdə 5,7-6,6 t/ha arasında tərəddüd edir.Lakin dağ çəmən bozqır torpaqlardan frqli olaraq burada üzvi qalıqların parçalanması intensiv şəkildə baş verir.

Təsvir edilən torpaqlar bəzi xarici əlamətlərinə görə qara torpağa bənzər dağ-çəmən torpaqlara oxşasalar da,fiziki-kimyəvi xassələrinə və torpaqəmələgəlmə xüsusiyyətlərinə görə onlardan fərqlənirlər. Dağ çəmən bozqır torpaqlarda torpağın profili daha yaxşı inkişaf etmişdir.Çiməmələgəlmənin xarakterinə və qalınlığına,humuslu horizontun rənginə və profilin yuyulma dərinliyinə görə bu torpaqlar bozqır torpaqəmələgəlmənin digər torpaq tiplərindən seçilirlər.

Dağ şabalıdı torpaqlar

Dağ şabalıdı torpaqlar orta dağlığın cənub-qərb yamacında,yerli adı Zuvand olan ərazidə yayılmışdır.Zuvand-dəniz səviyyəsindən 1500-2000m yüksəklikdə,subalp qurşağından bir qədər aşağıda,özünəməxsus dağ-kserofit landşaftı olan,qismən tədric olunmuş ərazidir.Burada dağ şabalıdı torpaqlar mürəkkəb relyef şəraitində,kəskin parçalanmış yamaclarda formalaşmışdır.

Zuvandın iqlimi özünün quruluğu və soyuqluğu ilə seçilir.Qış dövründə,adətən,kəskin şaxtalar,yayda tez-tez təkrarlanan mülayim-quru və quru küləkli hava şəraiti hakimdir.Ərazinin iqlim şəraiti tufogen və digər mənşəli dağ süxurlarının fiziki,xüsusən da insolyasion-şaxta aşınması üçün əlverişli şərait yaratmışdır.

Zuvand ərazisi daxilində özünəməxsus dağ-kserofit örtüyü inkişaf etmişdir.Burada az sahədə səhra-bozqır,daşlı-qayalı yerlərdə kserofil ot və kollardan ibarət qaya bitkilərinə rast gəlmək mümkündür.Ot formasiyalarının inkişaf ritmində iki faza vardır:yaz və payız fəal vegetasiya dövrü və passiv yay dövrü.Quru iqlim şəraitinə uyğunlaşmış kol bitkiləri yay dövründə də inkişafı davam etdirir.Bu cür bitki örtüyü,təbii ki,torpaqda humusun toplanmasını və yamacların eroziyaya qarşı davamlılığını təmin edə bilməz.Ona görə də dağ şabalıdı torpaqlar humusun azlığı və güclü eroziya ilə səciyyələnirlər.



Çəmən-bataqlıq torpaqlar

Lənkəran vilayətində çəmən-bataqlı torpaqlar dənizsahili ovalığın şımal-şərqində formalaşmışdır.Bu tip torpaqlar minerallaşmış qrunt sularının təsiri altında inkişaf etmişdir.Qrunt sularının səthə yaxınlığı(0.5-1.5m) torpaq və torpaqəmələgətirən süxurlarda duzların toplanması üçün şərait yaratmışdır.

Burada təbii bitki örtüyü mezofil çəmən və şorakət senozlarından,Viləşçayın mənsəbində isə yulğun pöhrəliklərdən ibarətdir.Son onilliklərdə bu torpaqlar intensiv şəkildə mənimsənilmişdir.Hazırda çəmən-bataqlı torpaqların bir qismi taxıl,tərəvəz və bostan bitkiləri altında istifadə olunur.

Bataqlıq torpaqlar

Lənkəran vilayətində bataqlı torpaqlar quru yarımrütubətli və rütubətli subtropik zonanın çökək ərazilərində qrunt və səth sularının təsiri altında formalaşmış torpaqlardır.Bu torpaqlar müxtəlif zonalarda inkişaf etdiyi üçün zonal torpaqlara genetik cəhətdən bağlıdırlar.Vilayətin bataqlaşmaya məruz qalmış ərazilərində bataqlı,su-bataqlı və çəmən bitkiləri inkişaf etmişdir.Bütün bu bitkilər böyük kütlədə bitki qalıqları veir (200-250 sen/ha). Bu fitokütlə yarı anaerob şəraitdə çürüyərək,bataqlı torpaqlarda humus və yarıtorf tərkibdən ibarət humuslu-akumulyativ horizont əmələ gətirirlər.

Səth sularının təsirinin böyük olduğu ərazilərdə lil hissəciklərinin intensiv çökdürülməsi nəticəsində tərkibində xeyli miqdarda humus olan lilli horizont formalaşmışdır.

1.4. Hidroloji xüsusuyyətləri

Lənkaran vilayəti Azərbaycanın digər təbii coğrafı əraziləri ilə müqayisədə sıx çay şəbəkəsi ilə fərqlənir [35]. Vilayətdəki çayların əksəriyyəti öz mənbəyini Alaşar-Burovar silsiləsinin ətəklərindən götürür. Çayların böyük qismi-qısa olsada, ərazinin hidroqrafiya şəbəkəsinin sıxlığının formalaşmasında mühüm rol oynayır.

Vilayətdə yağıntıların miqdarına uyğun olaraq çay şəbəkəsinin ən çox sıxlğı 1.60-2.40 km/km2 , 500- 1000 m yüksəklik zonasında müşahidə olunur. Bu yüksəklikdən yuxarı şəbəkələrin sıxlığı azalır. Bu isə həmin istiqamətdə yağıntıların azalması ilə izah edilir ( cədvəl 1.2.)

Cədvəl 1.2.

Çay şəbəkəsi sıxlığının yüksəklik zonalarında paylanması( km/km 2 )


Yüksəklik zonaları ,m-lə

˂ 500

500-1000

1000-2500




1.80-1.40

1.60-2.40

0.20-0.50

Vilayətin böyük çayları Bolqarçay , Lənkərançay Təngərüçay, Viləşçay və Astaraçaydır.

Bu çaylar arasında Bolqarçay uzunluğuna və su toplayıcı hövzəsinin sahəsinə görə birinci yerdə dursa da sululuğuna görə əsas yer Lənkərançaya məxsusdur.

Cədvəl 1.3.

Lənkəran vilayətinin cayları



Çayların adı

Uzunluğu, km

Su toplayıcı hövzəsi, km2-lə

Orta illik su sərfi m3/san

Bolqarçay

134

2170

2.10

Viləşçay

106

935

7.15

Lənkərançay

70

1100

14.2

Astaraçay

38

242

7.0

Təngərüçay

42

230

7.2

Bu çayların qidalanmasında əsas yeri yağış və qismən də yeraltı sular təşkil edir. Burada gursulu dövr ilin soyuq dövründə, ən az sulu dövr isə yayda müşahidə olunur.

Vilayətdən axan və böyük suvarma əhəmiyyəti olan bir neçə çayda axımın fəsillər üzrə paylanması aşağıdakı cədvəldə verilmişdir( cədvəl 1.4.).

Cədvəl 1.4.

Çaylarda axımın fəsillər üzrə paylanması ( illik axıma görə % -lə )



Çay və məntəqə

F ə s i l l ə r

yaz

yay

payız

qış

Bolqarçay-Biləsuvar

56

3

11

30

Viləşçay- Şıxlar

40

6

27

27

Lənkərançay-Lənkəran

30

6

42

22

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə