51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər


Beynəlxalq münasibətlərdə ilk “çat” və “son tutuşma”(60-70-ci illərdə). Soyuq müharibənin sona catması



Yüklə 32,91 Kb.
səhifə10/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

59.Beynəlxalq münasibətlərdə ilk “çat” və “son tutuşma”(60-70-ci illərdə). Soyuq müharibənin sona catması
60-cı illərin sonundan, beynəlxalq münasibələrdə yenidən mülayimləşmə başlandı. Qarşıdurma erasını danışıqlar erası əvəz etməyə başladı və bu era 70-ci illərin sonuna qədər, yəni SSRİ-nin Əfqanıstana müdaxiləsinə qədər davam etdi.
Hələ 1963-cü ildə ABŞ, Böyük Britaniya və SSRİ nüvə silahı sınaqlarının atmosfer, kosmik fəza və su altında sınaqdan keçirilməsinin qadağan olunması barədə müqavilə imzaladılar. Bunu «soyuq müharibə»nin həmişə don olan buzladığında «ilk çat» adlandırırdılar. Sonradan bu müqaviləyə 100-dən artıq dövlət qoşuldu. 1968-ci ilin yazında nüvə silahını yaymamaq barədə müqavilə imzalandlı. 1970-ci ildə bu müqavilə qüvvəyə mindi. 90-cı illərin əvvəli üçün müqaviləni 35-dən çox ölkə imzalamışdı. 1971-ci ilin fevralında dənizin dibində, okeanda və okean altında nüvə və digər silahların toplanmasını, atılmasını və s. qadağan edən saziş imzalandı. 1972-ci ilin aprelində bakteroloji və toksiki silahların qadağan olunması haqqında müqavilə bağlandı.
1979-cu ilin dekabrında öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək amilini irəli sürərək SSRİ-nin Əfqanıstana qoşun yeritməsi beynəlxalq münasibətlərdə «son tutaşma» adlanan mərhələnin başlanması demək oldu. ABŞ Konqresi SSM-2 müqaviləsini ratifikasiya etmədi. O, 1980-ci ildə SSRİ-də keçiriləcək olimpiadanı baykot etmək taktikasını irəli sürdü və SSRİ-yə qarşı xaç yürüşünə başlamaq» ideyasını təbliğ etdi. Bir çox kapitalist ölkələri də ona qoşuldular.
ABŞ-ın SSRİ-yə münasibətdə yetirdiyi xətt 1981-ci ilin yanvarında Reyqan hökumətinin hakimiyyətə gəlməsi ilə daha da pisləşdi. Ağ ev tərəfindən elan olunmuş strateji silahların artırılması proqramının maliyyələşdirilməsinə nail olmaq üçün «sovet hərbi təhlükəsi», ABŞ və NATO -nun hərbi sahədə «geri qalması kimi» köhnə tezislərdən geniş istifadə olunurdu. 1983-cü ilin martında Reyqan «Strateji müdafiə təşəbbüsü» (SMT) proqramı – müəyyən elementləri kosmosda yerləşdiri­lən raket əleyhinə uzun müddətli müdafiə proqramı yara­dılmasını təklif etdi..
80-cı illərin II yarısında M.S.Qorbaçovun SSRİ-də hakimiyyəti gəlməsi ilə SSRİ, dünya sosializm sistemi, eləcə də bütün dünyada sosial-siyasi proseslərdə dərin dəyişikliklər başlandı. Bu isə SSRİ-nin və dünya sosializm sisteminin dağılmasına, «soyuq müharibə»nin qurtarmasına, dünyanın iki qütbə parçalanmasına son qoyulmasına səbəb oldu..
SSRİ və ABŞ dövlət başçılarının (M.Qorbaçov və C.Buş) 1989-cu il dekabrın 2-3-də Malta görüşlərindən sonra beynəlxalq münasibətlərdəki gərginlik tamamilə zəiflədi.
1989-cu ilin noyabrında « Berlin hasarı» söküldü. 1990-cı il (31 may -3 iyun) Vaşinqton zirvə görüşündə Almaniyanın birləşməsi məsələsi müzakirə olundu. SSRİ və ABŞ dövlət başçılarının Vaşinqton (1990) və Moskva (1991) görüşləri «Soyuq müharibə»yə son qoyulma­sın­da çox mühüm addımlar oldu..
90-cı illərin əvvəli üçün Avropada qalan iki sosialist döv­ləti – Yuqoslaviya və Çexoslovakiya da dağıldı. Onların yerin­də yeni müstəqil dövlətlər meydana gəldi.
Beləliklə, 1946-cı ildən etibarən davam edən «soyuq müharibə»yə son qoyuldu.

Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə