51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər


Frankonın ölümü. Diktaturadan demokratiyaya keçid.İspaniya XX əsrin 80-90-cı ilərində



Yüklə 32,91 Kb.
səhifə5/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

55. Frankonın ölümü. Diktaturadan demokratiyaya keçid.İspaniya XX əsrin 80-90-cı ilərində
İspaniyada demokratiyaya keçid 1975-ci ildə başladı, 1979-cu ilə qədər davam etdi. Kral demokratik dəyişikliklərə dinc, tez və qəti yolla keçməyi qərarlaşdırdı. O, Franko tərəfdarlarının güclü olduğunu bilirdi və bu işdə ehtiyatlı hərəkət edirdi. Franko rejiminin demontajı ilk növbədə Arias Navarranın başçılıq etdiyi köhnə hökumətin üzvlərinin istefaya göndərilməsi və Adolfo Suaresin başçılığı altında yeni hökumətin yaradılması ilə başladı.
1976-cı ildə ölkədə ilk dəfə əvvəlki 10 ildə olmadığı qədər tətil hərəkatı baş verdi. Xalq kraldan demokratik islahatlar tələb edirdi. 1976-cı ildə «Siyasi islahatlar haqqında Qanun» qəbul edildi. Həmin qanuna əsasən Kortes iki palatadan ibarət olmalı idi.
1978-ci ildə yeni konstitusiya layihəsi hazırlanmağa başladı. 1978-ci il dekabrın 6-da konstitusiya referendum yolu ilə 88% səslə bəyənildi. 1979-cu ilin yanvarında o, qüvvəyə mindi. Konstitusiyaya görə İspaniya konstitusiyalı monarxiya elan olundu Kons¬titusiyaya əsasən Katoloniya, Bakslar ölkəsinə və Qalisiyaya muxtariyyət verildi. 1980-ci ilin yanvarında Katoloniya və Bakslar ölkəsinin, 1981-ci ildə isə Qalisiya və Andoluziyanın daimi muxtariyyəti haqqında status qüvvəyə mindi. Lakin Konstitusiya qüvvəyə minəndən sonra Bask millətçiləri içərisində baskların əyalətində ispan əsgər və polislərinə işğalçı kimi baxan və onların buradan çıxarılmasını və burada müstəqil dövlət yaradılmasını tələb edən ekstremist qanad meydana gəldi. Ekstremistlər terror yolunu tutdular. Onların terrorçu «Eta» təşkilatı fəallaşdı.
İspaniya XX əsrin 80-90-cı ilərində
1981-ci il fevralın 23-də korteslərin iclası gedən zaman polkovnik-leytenant Texero-Molina başda olmaqla qvardi¬ya¬çılar iclas zalına soxuldular. Onlar general X.Milans de Baskla razılaşaraq dövlət çevrilişi etmək istədilər. Lakin qornizonun əksər hissəsi onları müdafiə etmədi. Kral televiziya ilə bildirdi ki, o, Konstitusiyada nəzərdə tutulmuş və xalq tərəfindən referendumla bəyənilmiş demokratik prosesi zorla dayan¬dır¬maq üçün heç bir təşəbbüsə yol verməyəcəkdir. Xuan Karlo¬sun qəti mövqeyi qəsdçiləri dayandırdı. Onlar öz planlarının icrasını davam etdirməyə cəsarət etmədilər, qoşunlar Madrid üzərinə yerimədi. 1981-ci il fevralın 27-də bütün siyasi partiyalar ölkədəki demokratik dəyişiklikləri müdafiə etdikləri barədə manifest verdilər. 32 hərbi qulluqçu mühakimə olundu. Qəsdin başçıları isə 30 il azadlıqdan məhrum edildilər.
80-ci illərdə ölkədə siyasi terrorizm dalğası davam edirdi. Siyasi qeyri-sabitlikdən istifadə edən sağ qüvvələr İspaniyanın 1982-ci ildə NATO-ya daxil olmasına nail oldular. Sabitliyin pozulması partiyalar arasında da özünü göstərdi. 1982-ci ildə Sosial-demokrat mərkəz partiyasında parçalanma baş verdi. Onların bir qrupu Demokratik hərəkat partiyası ilə birləşdilər. Bir qrupu isə Xalq Demokratik partiyasını təşkil etdilər.
1982-ci ildə İspaniya NATO-nun üzvü oldu. İSFP müxalifətdə olarkən İspaniyanın NATO-dan çıxmasını tələb edirdi. Lakin hakimiyyət başına gələn kimi öz mövqeyini dəyişərək ona nail oldu ki, 1986-cı il referendumunda ölkə əhalisinin 52,5%-i ölkənin NATO üzvlüyündə qalmasına səs versin. Bununla bərabər, ABŞ-la saziş bağlandı ki, 3 il ərzində 79 amerikan təyyarəsi özünün İspaniyadakı bazasını tərk etsin.
İspaniya Qərb ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirmək siyasəti yeridərək 1986-cı il yanvarın 1-də Avropa İqtisadi Birliyinin üzvü oldu.
İspaniya XX əsrin 80-ci və 90-cı illərin I yarısında inkişaf etməkdə olan ölkələrlə münasibətlərin inkişafına xüsusi diqqət yetirirdi. O, həm qərb, həm də şərq yönümlü xarici siyasət yeridirdi. İspandilli ölkələrlə iqtisadi əlaqələrin inkişafına daha çox qayğı göstərilirdi.


Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə