51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər



Yüklə 32,91 Kb.
səhifə9/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

Avropa İqtisadi Birliyi (AİB) inteqrasiya prosesini müvəffəqiyyətlə başa çatdırdı. Onun yaradılması haqqında müqavilə 1957-ci ildə, AFR, Fransa, İtaliya, Belçika, Niderland və Lüksenburqun nümayəndələri tərəfindən Romada imzalandı. Məqsəd birliyin iştirakçısı olan ölkələr arasında ticarətdə olan məhdudiyyətləri tədricən aradan qaldırmaq və adamların, kapitalın, malların, xidmətin sərbəst hərəkətini təmin edən vahid daxili bazar yaratmaq idi.
AİB-in (bəzən onu «Müştərək bazar», «Ümumi bazar» da adlandırırlar) sürətli iqtisadi inkişafı başqa dövlətlərin də ona birləşmək arzusuna səbəb oldu. 1973-cü ildə onun tərkibinə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya , 1995-ci ildə isə Finlandiya, İsveç, Avstriya daxil oldu.
1991-ci ilin dekabrında imzalanmış Maastrix (Hollandiya) müqaviləsinə müvafiq olaraq Avropa İttifaqı (Aİ) gerçəkliyə çevrildi. Bu sazişin əsas məqsədi Avropada vahid iqtisadi, sosial, hüquqi, informasiya və mədəni məkan yaratmaqdır. Artıq 1993-cü ildən Aİ ölkələrində yaşayan əhali azad hərəkət etmək hüququ qazanmışdır. Vahid kapital, əmtəə və xidmət bazarı formalaşmışdır.
ATƏT — yəni, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 ölkəsi, ABŞ və Kanadanın dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır.Helsinki sənədi gərginliyin azaldılması,burada yaşayan xalqların yaxınlaşması,Avropa qitəsində və onun ətraf ölkələrində əməkdaşlığın inkişafının uzunmüddətli proqramı kimi mühüm əhəmiyyətlidir.
1992-ci il Helsinki bəyannaməsində üzv dövlətlər ATƏM-in BMT Nizamnaməsinin VII fəslinə uyğun olan regional saziz qəbul etdilər. 1994¬ cü ildə Budapeştdə keçirilən dövlət və hökumət başçılarının zirvə toplantısında ATƏM təşkilat statusunu qazanaraq ATƏT adını aldı.ATƏT-in əsas məqsədləri isə aşağıdakılardır: 1. qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və uzunmüddətli sülhün təmini üçün şəraitin yaradılmasına yardım etmək; 2.beynəlxalq gərginliyin zəiflədilməsinə yardım etmək; 3.Avropada təhlükəsizliyin bölünməzliyini, həmçinin üzv dövlətlər arasında əməkdaşlığın inkişafını qəbul etmək;4. Avropada və bütün dünyada sülh və təhlükəsizliyin qarşılıqlı asılılığını etiraf etmək;4.insan hüquqlarına riayət olunmasına, iqtisadi və sosial tərəqqinin, bütün xalqların rifahının yüksəlməsinə töhvələr verilir.

Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə