51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər


İtaliya M.D.Aleman (1998-2001 –ci illər) və S.Berluskonu (12001-2006-cı illər hökumətri dövründə: daxili və xarici siyasəti



Yüklə 32,91 Kb.
səhifə3/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

53.İtaliya M.D.Aleman (1998-2001 –ci illər) və S.Berluskonu (12001-2006-cı illər hökumətri dövründə: daxili və xarici siyasəti
1996-cı il parlament seçkilərində “sol mərkəz” koalisiyası qələbə çaldı və blokun lideri Romani Prodinin başçılığı altında yeni hökumət təşkil edildi. O, 2,5 il hakimiyyətdə qaldı və 1998-ci ilin oktyabrında hökumət böhranı ilə əlaqədar istefa verdi. Yenə də hökumət “sol mərkəz” blokundan təşkil edildi. Ilk dəfə Qərbi Avropada keçmiş kommunist M.DAlema hökumətin başçısı oldu.
2000-ci ilin aprelin 18-də keçirilən inzibati idarələrə seçkilərdə 8 vilayətdə sağlar qələbə çaldılar. Qüvvələr nisbətinin sağların xeyrinə dəyişməsi ilə əlaqədar bu hökumət də istefa verdi.
Sağlar prezidentdən dərhal parlamenti buraxmağı tələb etdilər. Lakin 1999-cu ilin mayında prezident seçilmiş K.Çampi yeni seçkilərə qədər parlamenti buraxmayacağını bildirdi Djuliano Amotanın başçılığı altında yeni hökumət təşkil edildi. O da, “sol mərkəz” blokundan idi. “Sol mərkəz hökumətləri dövründə ölkədə 1 milyon iş yeri açıldı. Özəlləşdirmə davam etdirildi. Silahlı qüvvələrdə islahat keçirildi, hərbi mükəlləfiyyət təxirə salındı, müqavilə ilə xidmət tətbiq edilməyə başladı. İtaliya Avropa vahid valyuta sisteminə daxil oldu.
İtaliya hökuməti Rusiya iqtisadiyyatının keçid dövründə olduğunu dərk edərək ona kredit ayırmağa razılıq verdi.Italiya 1999-cu ildə Serbiyanın bombalanmasında iştirak etməsə də, öz bazalarını NATO-nun aviasiyası üçün açdı.
2001-ci ilin mayında parlament seçkiləri keçirildi. Sağ mərkəz - “Azadlıq evi” bloku qələbə çaldı.İtaliya xalqı hakimiyyətdə işgüzar adam istəyirdi. Belə bir adam onların nəzərində İ.Berluskoni idi. O, ölkənin ən varlı adamı kimi məşhur idi.
Seçkilərdən sonra Berluskonu hökumət təşkil etdi. 2002-ci ilin dekabrında kral ailəsinə vətənə qayıtmağa icazə verildi. Bu dövrdə İtaliyanın iqitsadi vəziyyəti o qədər də xoşa gələn deyildi. FİAT, Parmalat, Alitaliya kimi iri firmalarda işçilər kütləvi surətdə işdən azad edilməyə başladılar. Berluskoni hökumətinin keçirdiyi təhsil islahatı müəllimlər və şagirdlər tərəfindən ciddi tənqid edilməyə başladı. Vilayətlərə böyük muxtariyyət verən inzibati islahatlar keçirildi.
2005-ci ilin noyabrında konstitusiya islahatı haqqında qanun verildi. O, köklü surətdə İtaliyanın dövlət quruluşunu dəyişdirdi. İslahatın layihəsi sağ mərkəz partiyalar tərəfindən dəstəkləndi. Mərkəzin səlahiyyətlərinin bir qismi tədricən yerli hakimiyyət orqanlarına verilirdi. Əməli olaraq İtaliya federativ dövlətə çevrildi. Vilayətlər ictimai asayiş, səhiyyə, təhsil və ətraf mühitin qorunması üçün müstəsna dərəcədə kompensasiya aldılar. Qanuna əsasən 1948-ci il konstitusiya¬sının 60-cı maddəsinə əlavə edildi. Baş nazirin səlahiyyətləri gücləndirildi. O, nazirləri sərbəst təyin edə və vəzifəsindən kənarlaşdıra, prezidentə parlamenti buraxmağı təklif edə bilərdi. Prezident seçilmək üçün əvvəl 50 ən aşağı yaş həddi hesab edilirdisə, indi 40 yaş ən aşağı yaş həddi götürülürdü.
Seçki islahatı haqqında da qanun qəbul edildi. Qərara alındı ki, mojaritar sistem proporsional sistemlə əvəz edilsin.
2005-ci ilin aprelində keçirilən qubernatorların regional seçkisində müxalifət seçki keçirilən 13 vilayətdən 11-də qalib gəldi. Beləliklə də, nəticədə 20 vilayətdən 16-sı müxalifətin əlində olmuş oldu. Bu hadisədən sonra bir sıra nazirlər istefa verdilər. Hökumət böhranı başlandı. 2005-ci ilin mayın 11-də S.Berluskoni istefa verdi. Növbəti seçkilərə bir il qaldığından S.Berluskoninini başçılığı altında yeni hökumət təşkil edildi.
Xarici siyasətdə S.Berluskoni hökuməti üçün ən çətin problem İraq böhranı idi. Italiya İraqda müharibəni dəstəklədi və İraqa 3000 əsgər və zabit göndərdi. Onlardan 27-si həlak oldu.
Berluskoni Türkiyə, Rusiya, Ukrayna, Balkan ölkələri, İsrail da daxil olmaqla Böyük Avropa yaratmaq layihəsini irəli sürdü. İtaliya 2002-ci ilin yanvarın 1-dən bütün maliyyə əməliyyatlarında “avro” zonasına daxil oldu. Italiya Aİ-nin genişlənməsinni dəstəklədi.
Berluskoni Rusiyaya və onun liderinə rəğbət bəsləyirdi. O, Rusiyanıın Ümumdünya Ticarət təşkilatına daxil olmasının tərəfdarı idi.
Bu dövrdə Azərbaycan Respublikası ilə də əməkdaşlıq davam edirdi. 2003-cü ilin dekabrında İtaliyada Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. 2005-ci ilin Azərbaycan Respublikasının prezidenti İ.Əliyev İtaliyaya rəsmi səfər etmiş, iki ölkə arasında əməkdaşlıq haqqında sənədlər imzalanmışdır


Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə