51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər


Soyuq müharibənin başlanması. NATO, QİYŞ və Varşava Müqaviləsi Təşkilatı



Yüklə 32,91 Kb.
səhifə6/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

56.Soyuq müharibənin başlanması. NATO, QİYŞ və Varşava Müqaviləsi Təşkilatı
«Soyuq müharibə»ni ilk dəfə açışq şəkildə Böyük Britaniyanın keçmiş baş naziri U.Çörçill 1946-cı ilin martın 5-də ABŞ-ın Fulton şəhərindəki çıxışında elan etdi. O göstərdi ki, komunizmin kapitalist ölkələrinə ixracının qarşısını almaq üçün ingilis -amerikan hərbi ittifaqını təşkil etmək lazımdır. SSRİ də öz növbəsində faşizm üzərində qələbəsi ilə beynəlxalq aləmdə öz nüfuzunun möhkəmlənməsindən dünya sosializm sistemini formalaşdırmaq üçün istifadə etdi. SSRİ ilə digər qalib dövlətlər arasında ən dərin ziddiyyət özünü Almaniyanın iki dövlətə -AFR və ADR-ə parçalanması zamanı göstərdi.
«Soyuq müharibə» termini isə ilk dəfə siyasi ədəbiyyatda məşhur ABŞ diplomatı C.F.Dalles tərəfindən işlədilmişdir. Müharibədən sonrakı illərdə SSRİ-yə qarşı ilk növbədə ABŞ «zor işlətmək» mövqeyindən çıxış edirdi. Bu özünü Trumen doktrinasında və Marşall planının (1948-1952-ci illər) reallaşmasında göstərdi. Marşall planından əsas məqsəd müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatının bərpasına ABŞ-ın kömək göstərməsi bəhanəsi ilə bu ölkələri iqtisadi cəhətdən ABŞ-dan asılı vəziyyətə salmaq idi. Marşall planı 16 kapitalist ölkəsinə- Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq, İsveç, Norveç, Avstriya, Portuqaliya, İsveçrə, Türkiyə, Eyre, Danimarka, İslandiya, Yunanıstana şamil edildi. Bu plana əsasən dörd il ərzində bu ölkələrə 17 mlrd dollar yardım edilməli idi. ABŞ şərt qoyurdu ki, bu planı qəbul etmiş ölkələrdə kommunistlər hökumətin tərkibindən çıxarılmalıdırlar.
ABŞ Milli Təhlükəsizlik şurası və Qərargah rəislərinin birləşmiş komitəsi 1948-1955-ci illərdə «SSRİ-nin kommunistləşdirilməsi» adlı bir təlimat işləyib hazırlamışdı. Həmin təlimatda kommunist partiyalarının iqtisadiyyatda və cəmiyyətdə sosial strukturlarının ləğvi, Sovet dövlətinin dağıdılması və onun çoxlu kiçik dövlətlərə parçalanması, bütün digər sosialist dövlətlərində yeni ictimai qaydalar yaradılması, beynəlxalq kommunist hərəkatının tarmar edil–məsi qarşıya bir məqsəd kimi qoyulmuşdu. ABŞ Qərargah rəislərinin birləşmiş Komitəsi SSRİ-yə qarşı bir sıra planlar da tərtib etmişdi. Məsələn, «Pinçer»(1946), «Broyber» (1947), «Qravbler», «Frolik» (1948), «Dropşit» (1949) planı belələrindən idi. 1954-cü ilin martında 750 atom bombası atmaqla SSRİ-ni 2 saata «tüstülənən reaktiv xarabalığa» çevirmək planlaşdırılmışdı. Atom silahında 10:1 üstünlüyə malik olan ABŞ «D» günü – 1957-ci il yanvarın 1-də endirəcəyi nüvə zərbələri ilə ilk yarım saatda 65 milyon nəfər adamı məhv etməyi planlaşdırmışdı. SSRİ xarici işlər naziri A Vışinskinin «Prokuror diplomatiyası» da soyuq müharibənin başlanmasında və kəskinləşməsində xüsusi rol oynadı.
1949-cu ilin aprelində ABŞ-ın rəhbərliyi ilə Vaşinqtonda 12 dövləti iştirakı il ilk hərbi blok – Şimali Atlantika hərbi-siyasi bloku (NATO) yaradıldı. Onun üzvləri ABŞ, Kanada, İngiltərə, Fransa, İtaliya, Norveç, İslandiya, Danimarka, Belçika, Lüksemburq, Hollandliya, Portuqaliya idi (1952-ci ildə bu blokun tərkibinə Yunanıstan və Türkiyə, 1955-ci ildə AFR, 1982-ci ildə İspaniya, 1999-cu ildə Çexiya, Macarıstan, Polşa, 2004-cü ildə Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya daxil oldular. Onun üzvlərinin sayı 26-ya çatdı.
Şərqi Avropa ölkələri də öz növbəsində öz birliklərini möhkəmləndirdilər. 1949-cu il yanvarın 25-də Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiya Avropanın parçalanması ilə əlaqədar iqtisadi problemlərin birgə həlli üçün Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaratdıqlarını elan etdilər. Fevral ayında Albaniya da QİYŞ-ə qoşuldu.
Müharibədə dağılmış iqtisadiyyata bərpa etdikdən sonra SSRİ başlıca diqqətini hərbi qüdrətini gücləndirməyə verdi. NATO-nun hərbi hədələrinə cavab olaraq SSRİ 1955-ci ilin mayında Avropanın digər sosialist ölkələri-Polşa, ADR Çexoslovakiya, Rumıniya, Bolqarıstan, Macarıstan, (Albaniya 1968-ci ildə birtərəfli qaydada müqaviləni pozaraq ondan çıxdı) ilə birlikdə Varşava Müqaviləsi Təşkilatını yaratdı.


Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə