51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər


İspaniya İDM-dən sonrakı illərdə.Franko rejiminin daxili və xarici siyasəti



Yüklə 32,91 Kb.
səhifə4/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

54.İspaniya İDM-dən sonrakı illərdə.Franko rejiminin daxili və xarici siyasəti
1945-ci ildə keçirilən Potsdam konfransında İspaniyada faşizm pisləndi. 1946-cı ilin fevralında İngiltərə və Fransa hökumətləri bildirdilər ki, onlar İspaniya ilə hər cür əlaqələri kəsirlər. 1946-cı ilin dekabrında BMT İspaniyaya qarşı xüsusi qətnamə qəbul etdi. ABŞ-ın təkidi ilə bütün ölkələr, Portuqaliya və Argentinadan başqa, İspaniya ilə diplomatik münasibətləri kəsdilər, öz səfirlərini geri çağırdılar. Lakin Franko vəziyyətdən çıxış yolu tapdı, 1947-ci ilin iyununda bildirdi ki, ABŞ öz hərbi bazalarını İspaniya ərazisində yerləşdirə bilər və ölkə «soyuq müharibə»yə qoşulur. 1949-cu ildə bütün diplomatik korpuslar yenidən İspaniyaya qayıtdılar. 1948-ci ilin yanvarında İspaniya ilə Fransa arasında sərhəd açıldı.
Ölkənin daxili və xarici siyasətində Franko başlıca sima idi. O, dövlətin, hökumətin, İspaniya silahlı qüvvələrinin başçısı və ölkədə yeganə hakim partiya olan və 1933-cü ildə təşkil edilən «İspaniya falanqası» Milli Şurasının sədri idi. Həmçinin vertikal xətt üzrə fəaliyyət göstərən həmkarlar ittifaqları da onun tabeliyində idi.
İkinci Dünya müharibəsindən sonra dünyada yaranmış siyasi mənzərəni dərk edən Franko 1945-ci il iyulun 17-də «İspanların xartiyası» adlı sənədi imzaladı. Həmin sənədə görə şəxsiyyətin toxunulmazlığı elan edilir, yazışmaların gizliliyinə təminat verilir, mənzillərin toxunulmazlıq hüququ qorunurdu. Həmin sənəddə göstərilirdi ki, bütün dinlərin sərbəst fəaliyyətinə maneçilik törədilməyəcək. Ölkədə «milli barışıq» siyasəti yeridilməyə başladı. Əvvəl gizli fəaliyyət göstərən «Katolik hərəkatı» adlı partiyanın da leqallığına icazə verildi. Franko hətta xarici işlər naziri vəzifəsinə həmin partiyanın lideri Martino Artexonu təyin etdi. Lakin xartiyanın qəbul edilməsi frankoçu rejimin xarakterini dəyişmədi. Antikommunizm onun ranqda rəsmi siyasəti oldu. Dünyada baş verən demokratik hərəkatlar ispan xalqından da yan keçmədi. 1945-1950-ci illər İspaniya tarixinə partizan müharibələri illəri kimi daxil oldu. 1945-ci ilin avqustunla Meksikada Xuan Neqrinin başçılığı altında mühacir ispan hökuməti təşkil edildi. Həmin illərdə partizanlar İspaniyada Franko rejimini devirmək üçün beş mindən artıq əməliyyat həyata keçirdilər. Franko onlara qarşı 450 minlik ordunu işə salmalı oldu. Partizan müharibələri uğursuzluqla nəticələndi.
Müharibədən sonra xarici ölkələrlə əlaqələrin zəifləməsi İspaniyanın daxili vəziyyətini xeyli çətinləşdirdi. Franko diktaturası dövründə ölkədə milli məsələ də həll edilməmiş problem kimi qalır, katalonların, baskların və qalisiylərin hüquqları tapdalanırdı. Fəhlələrin, ziyalıların, xüsusilə cəmiyyətin barometri olan gənclərin aramsız mübarizəsi nəticəsində Franko 40-cı illərin ikinci yarısında və 50-ci illərdə bir sıra tədbirlər görməyə məcbur oldu. Bu tədbirlərdən biri 1947-ci ilin iyulunda xalqın hələ də inandığı monarxiyanın bərpa edilməsi haqqında referendum oldu. Bu referendumdan sonra İspaniya yenidən monarxiya elan olundu. Franko isə ömürlük naib vəzifəsini öz üzərinə götürdü. O, öldükdən sonra müvəqqəti bu vəzifəni naiblər şürası həyata keçirməli idi. 1953-cü ildə Franko Roma papası ilə dini saziş, yəni konkordat bağladı. Bunda məqsəd ölkədə dindarların köməyi ilə siyasi sabitliyi gücləndirmək idi.
1965-ci ilin fevralında «Azad fəhlə assambleyaları» təşkil olundu. 1967-ci il fevralın 27-də Madriddə onların 100 minlik nümayişi oldu. Onlar fəhlə hə¬rəkatı ilə birlikdə çıxış edirdilər. Kataloniya, Bask ölkəsində və Qalisiyada milli hərəkat gücləndi. Onlar müxtariyyət tələb edirdilər. Xristian-demokratik təşkilatların da rolu artdı. Onun mütərəqqi qanadının rəhbərlərindən biri Ruis Ximenes idi. Bu hərəkatlar frankist rejimə də öz təsirini göstərdi. Xristian-demokratik təşkilatların sağ nümayəndələri «möhkəm xətt» tərəfdarı idilər və rejimin daha da sərtləşməsini istəyirdilər. Mütərəqqi tərəf isə rejimin «liberallaşdırılma»sını istəyirdi. Məhz «liberallaşdırılma» tərəfdarlarının və ümummili hərəkatın təsiri altında xüsusi tribunal ləğv edildi. 1965-ci ildə iqtisadi tətillərin cinayət hesab edilməməsi haqqında qanun qəbul edildi.
60-cı illərin sonunda dünyada baş verən demokratik dəyişikliklər İspaniyaya da öz təsirini göstərdi. 1971-ci ildə İspaniyadakı sol qüvvələr Sevilya şəhərində «Azadlıq naminə pakt» imzaladılar. Məqsəd Frankonu devirmək idi. Hadisələrin gedişini nəzərə alan Franko general Blankonu özünə baş nazir təyin etdi. Bir az keçməmiş terrorçular tərəfindən Blanko öldürüldü. 1975-ci ilin noyabr ayında silahlı üsyana hazırlıq getdiyi zaman Franko 82 yaşında öldü. Onun siyasi varisi olan Xuan Karlos İspaniyanın kralı oldu.
50-ci illərdə İspaniya xarici siyasətdə beynəlxalq təcridolunmadan çıxmağı sürətləndirdi. 1953-cü il sentyabrın 26-da ABŞ-la İspaniya arasında müdafiə, təhlükəsizlik və qarşılıqlı yardım haqqında müqavilə bağlanıldı. İspaniya ərazisində ABŞ-a hərbi bazalar, hərbi və mülki personal yerləşdirməyə icazə verildi. 1955-ci ilin sonunda İspaniya BMT-yə daxil oldu. 1956-cı ildə Mərakeşin ona aid olan hissəsinə müstəqillik verdi. O, NATO-nun digər üzvləri ilə də əlaqələri genişləndirdi. 1963-cü ildə ABŞ-la bağlanan hərbi sazişin müddəti 5 il də uzadıldı.
Bu dövrdə İspaniyanın Latın Amerikası və Yaxın Şərq ölkələri ilə əlaqələri daha da yaxşılaşdı. İspaniya 1963-cü ildə Kuba ilə iqtisadi münasibətləri bərpa etdi. Ərəb-İsrail müna­qişəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin II yarısında sosialist ölkələri ilə, ilk növbədə, SSRİ ilə də münasibətlər inkişaf etməyə başladı.



Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə