51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər



Yüklə 32,91 Kb.
səhifə8/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

1980-ci il Polşa hadisələri-1968-1970-ci illərdə Polşada iqtisadi böhranın təzahürləri özünü göstərməyə başladı. Bu proses 70-ci illərin sonunda daha da gücləndi. 1980-ci ildə ölkədə fövqəladə vəziyyət elan edildi və 1983-cü ilə qədər davam etdi. 1980-ci ildə Lex Valensanın başçılığı alltında müstəqil həmkarlar təşkilati olan «Həmrəyəlik təşkilatı» yarandı. 1981-ci ildə Gerek vəzifəsindən azad edildi. O zaman Varşava Müqaviləsi Təşkilatının Silahlı Qüvvələrinin baş komandanı olan V.Yaruzelski Polşa Birləşmiş Fəhlə Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-1987-ci illərdə ABŞ Polşaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Artıq 80-ci illərdə Polşanın xarici borcları 20 milyard dolları ötüb keçdi. Qorbaçovun SSRİ-də hakimiyyətə gəlməsi ilə Avropanın sosialist ölkələrində baş verən sosial-siyasi proseslər Polşaya da təsir etdi. 1989-cu ildə Polşa prezidenti vəzifəsi təsis edildi. İlk prezident V.Yaruzelski oldu.
1989-cu il “Məxməri inqilabları”- 70-80-ci illərdə Çexoslovakiya sosialist ölkələri arasında ən inkişaf etmiş, əhalinin həyat səviyyəsi yüksək olan dövlətlərdən biri idi. 1977-ci ildə «yetmiş yeddilərin xartiyası» meydana gəldi. 1977-ci ilin sonunda Q.Qusakı Yakeş əvəz etdi. 80-ci illərin ortalarında SSRİ-də baş verən hadisələr Çexoslovakiyaya da təsir etdi. 1989-cu il noyabrın 17-də Çexoslovakiyada «məxməri inqilab» baş verdi. Parlament seçkilərində Vətəndaş forumu qələbə çaldı. 1989-cu ildə həmin forumun liderlərindən olan Vatslav Havel Çexoslovakiyanın prezidenti oldu. Dövlətin adı dəyişilərək Çex-o-Slovakiya adlandı.


58.Avropa Şurası. BMT, AİB , ATƏM, Aİ, ATƏT və dikər beynəlxalq təşkilatlarin yaranması və fəaliyyəti
Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır.[2] Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir.[2]
1945-ci ilin oktyabrın 24-də təsis edilmiş BMT beynəlxalq münasibətlər sistemində yeri olan bir təşkilatdır.Əgər yaranarkən BMT-nin 50 üzvü vardırsa, indi onların sayı 192-yə çatmışdır.BMT-nin başlıca məqsədi Yer kürəsində sülhün qorunması, millətlər arasında dostluq və qardaşlıq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, insanların həyat səviyyəsinin və rifahının yaxşılaşdırılması, hüquq və vəzifələrinin qorunub təmin edilməsidir. Onun beş daimi üzvü (ABŞ Böyük Britaniya, Rusiya, Fransa, Çin) və Baş Məclis tərəfindən iki il müddətinə seçilən on üzvü vardır.
BMT-nin ali orqanları ilə yanaşı, sonradan beynəlxalq həyatın müxtəlif sahələrində fəaliyyət göstərən xüsusi bölmələri yaradılmışdır. 1948-ci ildə yaradılmış mədəniyyət və elmin inkişafı ilə məşğul olan YUNESKO belə–lərindəndir. Nüvə silahının qarşısına almaq və atom enerjisini qoruyub saxlamaq məqsədini güdən BMT-nin 1957-ci ildə atom enerjisi üzrə Beynəlxalq nümayəndəliyinin (NAQATE) yaradılması da mühüm əhəmiyyətə mmalikdir.BMTan hüquqlarının qorumaq işini özünün əsas vəzifəsi hesab etmiş və edir. Bu BMT-nin Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi “İnsan haqlarının Ümumi Bəyannaməsi”ndə öz məntiqi təcəssümünü tapmışdır. BMT tərəfindən 1948-ci ildən 1991-ci ilə qədər olan dövrdə sülhü qorumaq məqsədilə 23 əməliyyat keçirilmişdir. BMT həmişə dövlətlərarası münaqişələrin həll edilməsi və qaydaya salınmasına çalışır.

Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə