51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər


İtaliyanın respublika elan edilməsi. A.de Qasperinin baş nazir olduğu dövrdə(1945-1952-cü illər): daxili və xarici siyasəti



Yüklə 32,91 Kb.
səhifə2/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

52. İtaliyanın respublika elan edilməsi. A.de Qasperinin baş nazir olduğu dövrdə(1945-1952-cü illər): daxili və xarici siyasəti
1945-ci ilin dekabrında başda de Qasperi (XDP) olmaqla yeni koalisiyalı hökumət təşkil edildi. 1946-cı ilin əvvəllərində yerli hakimiyyət orqanlarına seçkilər keçirildi. Bu dövrdə İtaliya monarxiya idi. Burada Savoyya sülaləsi hökmranlıq sürürdü. Lakin xalq 1922-ci ildə İtaliyada hakimiyyəti faşistlərə vermiş monarxiyadan narazı idi.
İtaliyanın qarşısında duran əsas siyasi məsələ onun dövlət quruluşu məsələsi idi. Müəssislər məclisinə seçkilərə hazırlıqla əlaqədar olaraq siyasi partiyaların fəaliyyəti xeyli artdı. Xristian-demokratlar partiyasının (XDP) 1946-cı ilin aprelində olan I qurultayı ölkədə respublika quruluşunu bəyəndi. Bütün mütərəqqi qüvvələr İtaliyanın respublika elan edilməsini istəyirdilər. Katolik kilsəsinin yüksək iyerarxları, habelə xristian demokratların bir hissəsi seçiciləri başda kralın oğlu olmaqla monarxiyaya səs verməyə çağırdılar. 1946-cı ilin iyunun 2-də ölkədə referendum - ümumi rəy sorğusu keçirilərkən 10,7 milyon adam monarxiyaya, 12,7 milyon adam isə respublikaya səs verdi. Monarxiyaya səs verənlər əsasən kilsənin iradəsini yerinə yetirən cənubun əhalisi idi. İtaliya respublika oldu. Kral II Umberto ölkəni tərk etdi. 1946-cı ilin iyunun 13-də keçirilən parlament seçkilərində. Nəticədə Xristian demokratların, sosialistlərin və kommunistlərin koalisiyalı hökuməti təşkil edildi. Respublikanın birinci hökumətinə Xristian-demokratların lideri Alçide de Qasperi başçılıq etdi.
1947-ci ilin fevral ayının 10-da İtaliya məğlub dövlət kimi qalib dövlətlərlə Paris sülh müqaviləsini imzaladı. Həmin müqaviləyə əsasən İtaliya öz müstəmləkələrindən məhrum edildi. Həmçinin İtaliyanın 9 min km2 ərazisi Yuqoslaviya və Fransaya verildi. İtaliya müharibədə zərər çəkmiş SSRİ, Yu¬qos¬laviya, Albaniya, Efiopiya və Yunanıstana təzminat ödəməli idi. İtaliyanın hərbi donanması ləğv edilməli idi. O cəmi 300 min ordu saxlaya bilərdi. İtaliyadakı bütün hərbi fa¬şist təşkilatları buraxılır və onların gələcəkdə fəaliyyəti qa¬dağan edilirdi. Bağlanan sülhə görə İtaliya ərazisindən ingilis-amerikan qoşunları çıxarılmalı idi.
1947-ci ilin fevralında İtaliyanın daxili vəziyyəti ağır idi. Ona görə də Qasperi hökuməti ABŞ-a kömək üçün müraciət etdi. ABŞ hökuməti kömək edəcəyinə ancaq bir şərtlə razılıq verdi ki, kommunistlər hökumətin tərkibindən kənar edilsinlər. De Qasperi hökuməti bu işi görməyə məcbur oldu. Kommunistlər və onlarla ittifaqda olan sosialistlərin sol qrupunun nümayəndələri hökumətin tərkibindən çıxdılar. Sosialistlər partiyasının sağ qanadı isə hökumətin tərkibində qaldı. 1947-ci ilin mayın 13-də de Qasperi kommunistlərsiz hökumət təşkil etdi. Lakin parlamentdə və bələdiyyə seçkilərində əksəriyyət qazanmış kommunistlər və sosialistlər, həmçinin xristian-demokratların sol qanadı demokratik bir konstitusiyanın hazırlanmasına nail oldular. Həmin konstitusiya 1947-ci ilin dekabrın 22-də referendumla bəyənildi. 1948-ci ilin yanvarın 1-də isə qüvvəyə mindi. Konstitusiyaya görə İtaliya parlamentli respublika elan edildi.
Konstitusiyaya görə faşist təşkilatlarının fəaliyyəti qadağan edilirdi. Xüsusi mülkiyyətin toxunulmazlığı elan edilirdi. Andlı məhkəmə tətbiq edildi. Məhkəmə hakimiyyəti tamamilə müstəqil elan edildi. Konstitusiyada göstərilirdi ki, kral ailəsi İtaliyaya qayıda bilməz.
ABŞ-ın verdiyi kredit və borc hesabına xalqa iqtisadi çətinlikləri aradan qaldırmağa söz verən Xristian demokratlar partiyası 1948-ci ilin aprelində keçirilən parlament seçkilərində 12,7 milyon səs aldı. Kommunistlər, sosialistlər və digər sol qruplar isə birləşərək Xalq demokratik cəbhəsini təşkil etdilər və cəmi 8 milyon səs aldılar. Yenə də de Qasperi sosialistlərsiz və kommunistlərsiz hökumət təşkil etdi. İtaliya respublikasının qurulması prosesi başa çatdı.


Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə