51. Böyük Britaniya E. Bleerin Baş nazir olduğu dövrdə: daxili və xarici siyasəti. Olster problemi və onun həlli istiqamətində görülən tədbirlər


Yaxın və Orta Şərq problemi. Ərəb –İsrail münaqişəsi



Yüklə 32,91 Kb.
səhifə11/11
tarix30.05.2023
ölçüsü32,91 Kb.
#114146
1   2   3   4   5   6   7   8   9   10   11
muasir son 10

60.Yaxın və Orta Şərq problemi. Ərəb –İsrail münaqişəsi
Müharibədən sonrakı dövrdə beynəlxalq sistemdə ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri Yaxın Şərq məsələsinin nizama salınması idi. 1947-ci il noyabrın 29-da BMT-nin qətnaməsinə əsasən Fələstində iki dövlət Fələstin Yəhudi və Fələstin Ərəb dövləti yaradılmalı, Yerusəlim (Qüds) isə vahid inzibati ərazi elan edilməli idi. 1948-ci ilin mayın 14-də həmin ərazidə İsrail yəhudi dövləti təşkil edilsə də, Fələstin ərəblərinin öz dövlətlərini yaratmalarına imkan verilmədi. Bu isə həmin hadisənin səhərisi günü Ərəb liqasına (Ərəb ölkələri liqası 1945-ci ildə təşkil edilmişdir) daxil olan dövlətlərin İsrailə qarşı müharibəyə başlamasına səbəb oldu. ABŞ İsraili, SSRİ isə Ərəb dövlətlərini müdafiə edirdi. Beləliklə birinci İsrail-Ərəb müharibəsi başlanmış oldu. Mühazirə MustafayevanındırFələstin xalqı azadlıq müharibəsinə qalxdı. Lakin ərəb ölkələri məğlubiyyətə uğradılar. İsrail Fələstin Ərəb dövləti üçün ayrılmış ərazinin bir hissəsini zəbt etdi. 900 minə yaxın fələstinli ərəb öz doğma yurdlarını tərk etməyə, qonşu ölkələrə qaçmağa məcbur oldular. Beləliklə, həmin vaxtdan hələ indiyədək həll olunmamış Ərəb-İsrail münaqişəsinin əsası qoyuldu.
1956-cı ildə Süveys kanalının milliləşdirilməsi ilə əlaqədar İngiltərə və Fransa Misirə qarşı müharibəyə girdikdə İsrail də onların tərəfində hərbi əməliyyatlarda iştirak etdi..Yasir Ərafatın rəhbərliyi altında 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) yarandı. 1967-ci ilin iyununda İsrailin başladığı altı günlük müharibə nəticəsində İsrail Fələstin ərazisinə aid olan İordan çayının qərb sahilini və Qəzzə bölməsini tutdu. Bundan başqa, o, Fələstin ərəblərini müdafiə edən Misirdən Sinay yarımadasını, Suriyadan Çolan təpələrini götürdü. Ərəb ölkələri itirilmiş torpaqları 1973-cü ildə geri almağa cəhd göstərdilər. Bu müharibədə İsrail ilk dəfə məğlub
Ərəb-İsrail münasibətlərini nizama salmaq üçün 1973-cü ilin dekabrında ABŞ və SSRİ-nin sədrliyi ilə Yaxın Şərq üzvə Cenevrə sülh konfransı adlandırılan xüsusi beynəlxalq qurum yaradıldı.
Lakin ABŞ və İsrail konfransın işini pozdular. Onlar Ərəb dövlətlərinrin vahid cəbhəsini parçalamaq, onları İsrail təcavüzünün bütün nəticələrinin aradan qalxmasına əngəl törədən natamam separat sazişlər bağlamağa məcbur etmək yolunu tutdular. 1975-ci ilin sentyabrında ABŞ-ın köməyi ilə Şinayda qoşunları aralamaq haqqında seperat Misir-İsrail sazişi imzalandı. Bununla da ərəb ölkələrinin birliyi sarsıldı.
1978-ci ilin sentyabrında Kemp-Deviddə (ABŞ) ABŞ prezidenti C.Karterin vasitəçiliyi ilə Misirlə İsrail arasında əvvəl separat saziş, 1979-cu ilin martında isə sülh müqaviləsi imzalandı. Misir İsraili müstəqil dövlət kimi tanıdı. İsrail isə öz növbəsində Sinay yarımadasını Misirə qaytardı.
1980-ci ildə İsrail Qüds şəhərini «İsrailin vahid və bölünməz» paytaxtı elan etdi. Həmin ilin sonunda ABŞ və İsrail «Strateji əməkdaşlıq haqqında» saziş bağladılar. 1982-ci ilin iyun ayında İsrail öz Şimal ərazilərinin təhlükəsizliyini qorumaq bəhanəsi ilə Livana hücum etdi. Lakin İsrail məqsədinə çatmadı. FAT və Livan vətənpərvərlərinin təzyiqi ilə İsrail qoşunları Livanın cənubuna çəkildi. 1980-cı ilin əvvəllərində İsrail 1947-ci ildə yəhudi dövləti üçün ayrılmış ərazidən 7,5 dəfə çox əraziyə nəzarət edirdi.1987-ci ildə Fələstin ərəblərinin üsyanı – «İntifad» başlandı. 1988-ci ilin noyabrında Fələstin Milli Şurasının Əlcəzairdə toplanmış yığıncağı Fələstin ərəb dövlətinin yarandığını elan etdi.90-cı illərin əvvəllərində Fələstin-İsrail münasibətlərinin qaydaya salmaq üçün əlverişli şərait yaranmış oldu. 1994-cü il mayın 4-də Misirin paytaxtı Qahirədə ABŞ, Rusiya və Misir xarici siyasət idarələri başçılarının iştirakı ilə İsrailin baş naziri İ.Rabinlə FAT sədri Y.Ərəfat arasında şərti olaraq «Qəzzə-Ərihə» adlanan saziş bağlandı. mühazirə Mustafayevanındır Həmin sazişə görə işğal edilmiş Qəzzə və Ərihə vilayətlərində Fələstin muxtariyyəti yaradılırdı.. 1996-cı ildə ABŞ-ın vasitəçiliyi ilə İsraillə FAT arasında bağlanan Oslo sülhünə görə İsrail işğal etdiyi ərazilərin 30%-ni boşaltmağı öhdəsinə götürdü. Keçid dövrü adlanan mərhələdə İordan çayının bütün qərb sahilinin və Qəzzə bölgəsinin idarə olunması Fələstin muxtariyyətinə verildi. Lakin İsrail 1997-ci ildə Qüdsün ərəblər yaşayan hissəsində yəhudi məskənləri salmağa başlamaqla, bütövlükdə Yaxın Şərqdə sülh prosesini təhlükə altında qoydu.
2004-cü ilin may ayının 2-də İsraildə baş nazir Oriol Şaronun planına əsasən İordan çayının Qərb sahilindən və Qəzzə bölgəsindən İsrail qoşunlarının çıxarılsına dair referendium keçirildi. Lakin yenə də bu məsələ tam həll edilmədi, qanlı qarşıdurma davam edir.
Yüklə 32,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə