676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

Hörmətli Tolpı Tüzün yoluyla
Müqəddəs, böyük idrakı dərk edək.” (118.206).
Sözügedən şairin öyərək göylərə qaldırdığı və ilahilə şdirdiyi bu şəxsin adına digər ədəbi
nümunələrdə rast gəlinmir. Bu da təbiidir. digər dinlərdə olduğu kimi, buddizmdə də
peyğəmbərin övladı olmaq həmin şəxsə başqaları qarşısında heç bir üstünlük vermir.
İnsanların üstünlük dərəcələri onların imanının səvi yyəsi ilə ölçülür. Elə bu üzdən də Burxan
oğlu Tolpı Tüzün Uğan barədə mədhiyyələr yazmağa heç bir ehtiyac olmamışdır və üstəlik də
bu, Budda dininin vacibiyyətləri sırasına daxil deyildir.
Şerlərin məzmunundan göründüyü kimi, Burxanın oğlu buddizm dininin böyük din
adamlarından biri kimi tanınmışdır. Fəqət hər dövrdə belələrinin sayı o qədər çox olmuşdur
ki, onların hər birini yalnız öz müasirləri və ardıcılları mədh etmişlər. Hər dövrdə mədh edilən
yalnız Buddanın (Burxanın) özü idi. Odur ki, Tolpı Tüzün Uğanı tərifləyərək göylərə qaldıran
Atsanq Kalam Keysi, şübhəsiz ki, onun müasiri olmalıydı.
Deməli, Astanq Kalam Keysi Buddanın (Burxanın) oğlunun müasiri olmuşdur, yəni e.ə. V
əsrdə yaşamışdır və onun şerləri də e.ə. V əsr sak dilinin və ədəbiyyatının nü munəsidir. Hər
halda, o, şerini yazanda artıq Burxan (Budda) həyatda yox idi. (O, səksən yaşında ölmüşdür.)
Bu, aşağıdakı misralardan məlum olur:
“Sarvaartasıdı tiqin ad önqdünlüq
Səkiz on yaş yaşamışın körkitmiş erür.
Sartavahı yolçu yirçi aşiça yimə
Sanı yüz minq koldınayut yıl, ay yaşayur.” (118.211).
Tərcüməsi:
“Sarvarthasiddha öncədən şahzadə adı ilə
Səksən yaş yaşayacağını göstərmişdi.
Və ya sartavahı yolçusu, yolçubaşı adı ilə


Yüz min kotu nayuta ili, ayı yaşamışdır.” (118.215).
Hər iki şerdən gətird iyimiz misallardan da göründüyü kimi, bu şerlərdə misraların sonları öz
aralarında qafiyələnmir. Yəni bu şerlər sonuyumlu yox, önuyumludur. Eyni halı Pratyaya Şiri
və Kiki kimi digər buddist şairlərin də əsərlərində müşahidə etmək mümkündür.
Pratyaya Şiridən bir nümunə:
“Utmışlarnınqvısayı Buda Avatansana
Uluğ kölünqü sundurta uz tiripnomlamış,
Uğanlarnınğ on kut kolunç yozığı bu nomuğ
Una ani iyin kəziqçə okıdı sözlərim.” (118.193).
Tərcüməsi:
“Qaliblərin vişayası Budda Avatnısaka
Böyük taşıt sutrasında yaxşıca düzülüb yorulmuş,
İlahilərin on səadət arzusunun yozumu olan bu qanuna.
Odur ki, bunun üçün sıra ilə oxuyub izah edək.” (118.195).
Kikidən bir nümunə:
“Etüzlərinqə yaraşı
Erdiniliq idiq tüməkin
Enqəyü yoz yoçan yarudur
Esrinqü yaruklar önmişin…” (118.219).
Tərcüməsi:
“Vücudlarına yaraşan


Cövhərlərdən hər cür bəzəklərdə
Enqəyü (?) yüzlərcə yojana işıqlandıran
Rəngarəng işıq çıxdığını…” (118.229).
Çısuya Tutunqun şerlərinə isə yuxarıdakı şairlərdən fərqli olaraq, həm ön uyumluluq, həm də
sonuyumluluq xasdır. Elə bu xüsusiyyətinə görə də Çısuya Tutunqun şerləri Atsanq Kalam
Keysi, Pratyaya Şiri və Kikinin şerlərindən fərqlənir:
“Önq başlap, adkanğularka biliqlər kaçar,
Öküş kara, ayığ yolluğ uruğuğ saçar.
Öqlüq kişi istimtutçı yaşmaksız baçar,
Öşəliksiz yiq nirvanınğ kapığın açar.
Burkan kənti könqül erür, könqül ok burkan,
Bulamı mat bölsər bolur sansarta turğan,
Brdulmasar ikiqükə bulup ol nırvan,
Bu bir sözni setirək boldı bakışta sorqan.” (118.187).
Tərcüməsi:
“Öncə (ondan) başlayaq (ki), biliklər xassələrə yönələr,
Bir çox qara, pis yolların oxumunu əkər,
Ağıllı insan heç zaman yanılmadan diqqət çəkər,
İstisnasız nüfuzlu nirvananın qapısını açar.


Burxanın özü ruhdur, ruh da burxan,
Bunları bu cür bölsən, samsarada durarsan,
Hər ikisinə bulaşmayanlar nirvananı tapır,
Bu sözü baxşıdan soruşan çox nadir oldu.” (118.190).
Çışuya Tutunqun şerini digərlərindən fərqləndirən başqa bir cəhət isə şivə fərqidir. Məsələn,
təqdim olunan nümunənin ikinci beytinin ikinci sözü “özü” mənasında işlənən “kənti” (kəndi)
kəlməsidir. Halbuki, Atsanq Kalam Keysidə “özüm” termini işlənməkdədir:
“Burk-şark kılıp on edqüsin mən-Astanq özüm
Buyan küsüş özə köşmüş taksut başladı.” (118.210).
Ortada açıq-aydın bir forma və çox çüzi bir şivə fərqi var. Bu isə Atsanq Kalam Keysi,
Pratyaya Şiri və Kikinin şerlərini “Sak ədəbiyyatı” (e.ə.Vl -ll əsrlər) kateqoriyasına, Çışuya
Tutunqun şerlərini isə bir neçə əsr sonrakı dövrün məhsulu olan “Kuşan ədəbiyyatı” (e.ə.ll-
b.e.lV əsrlər) kateqoriyasına aid etməmizə imkan verir.
Daha sonrakı əsrlərin (V-X) yadigarı olan manixeist (maniçi) məzmunlu uyğur şerində də
Kuşan şer formasına bənzər forma ilə, həm ön, həm də son uyumluluq halı ilə üzləşirik. Bu
baxımdan Arpınçur Təkinin dövümüzədək ulaşmış bir şerini misal göstərmək olar:
“Kün Tenqri yarukun teq köküzlüqüm, bilqəm,
Kün Tenqri yarukun teq köküzlüqüm, bilqəm.
Körtlə, tüzün Tenqrim, külüqüm, küünsüm!
Körtlə tüzün Tenqrim, külüqüm, buluncsuzum! (118.159).
Qeyd etmək lazımdır ki, istər buddist, istər manixeist, istərsə də dünyəvi məz munlu qədim
türk ədəbi nümunələrinin böyük əksəriyyəti dövrümüzədək məhz uyğurların sayəsində gəlib
çıxmışdır.Məhz onlar özlərindən əvvəlki türk ədəbiyyatını uyğur əlifbasına çevirərək
dövrümüzədək yaşamasına imkan yaratmışlar. Əsəri sayəsində yüzlərcə qəd im türk folklor və
yazılı ədəbiyyat nümunələri dövrümüzədək ulaşan Kaşğarlı Mahmud da bir uyğur türkü idi.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə