676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

sürülmüşdür. Lakin bu qohumluğu göstərə biləcək dəlillər gətirilməmişdir. Digər ehtimala
görə (Z.Yampolski), kuti adı sonralar antik qaynaqlarda Azərbaycan ilə əlaqədar yad edilən
“uti” etnoniminin ilkin forması olmuşdur, yəni sonrakı dövrlərdə guya “k” səsi düşmüşdür.
Lakin bu hal da müşahidə olunmur. Əksinə, mixi qaynaqlar göstərir ki, kuti və utu // itu (uti
adının ilkin forması) tayfa adları müxtəlif formalarda işlənirdilər.” (1.81).
Yusif Yusifov eyni zamanda bildirir ki, utu // itular turuk (türk) etnosuna mənsub idilər (1.80).
Alimin fikrincə, kutilər türkdilli olmuşlar (1.82).
Elmi ədəbiyyatda, kutiləri utilərl, sonuncular isə udinlərlə eyniləşdirmək meylləri hələ də
davam edir. Halbu ki, kuti, uti və udinlər tamam başaqa xalqlar olmuşlar. Yuxarda qeyd
etdiyimiz kimi, e.ə.Vlll-Vll əsrlərə aid aşşur mixi mənbələrində “uti” (utu, itu) adlı etnonimə
də rast gəlirik. Bu barədə Yusif Yusifov yazır:
“Eyni zamanda qaynaqlar burada turukki və lullularla əlaqədar Uta/Utem (-m şəkilçidir)
ölkəsinin adı çəkilir. Şübhəsiz, ad Utu/İtu etnonimindən əmələ gəlmişdir. Məlum olduğu kimi
utu/itu tayfası sonralar (e.ə. Vlll-Vll əsrlər) Assuriyada (Aşşurda) muzdlu döyüşçü sifətilə
hərbi xidmətə cəlb olunurdular. Utu/itular turukki etnosuna mənsub idilər. Çox güman ki,
utu/itu tayfa adı sonrakı (e.ə. V əsrdən etibarən) Azərbaycan ərazisində çox geniş təmsil
olunmuş “uti” tayfa adının ilkin formasını təşkil edirdi. Etnonim hun tayfalarından olan türk
mənşəli “utiqur” (uti xalqı) adını təmsil edir.” (1.80).
Biz utilərin utiqurlarla eyniləşdirilməsini düzgün saymırıq və utiqurlarla bağlı fikrimizi
kimmerlərdən söz açarkən ortaya qoyacağıq.
Mixi yazılara istinadən, kuti və utilərin qohum olmalarına baxmayaraq, ayrı-ayrı etnik qruplar
olduğunu göstərən Yusif Yusifov (1.81) eyni mənbələrdə udinlərin də adına fərqli bir
etnonim kimi (udin adamı) rast gəlindiyini göstərmişdir (1.80).
Uti və udinlərin ayrı-ayrı etnuk qruplar olduğu və Qafqaz Albaniyasının fərqli bölgələrində
yaşadıqları Musa Kağankatlının “Alban tarixi” kitabından da açıq aydın sezilməkdədir. Musa
Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəs soyundan olan Albaniya hökmdarı Aranın
adını çəkərək bildirir ki, albanlar,utilər və qarqarlar bu hökmdarın nəslindəndirlər.Bu
məlumatı əldə əsas tutan və utiləri qafqazdilli udinlərlə eyniləşdirən bəzi mütəxəssislər
utilərlə birlikdə albanları və qarqarları da qafqazdilli xalq hes ab etmişlər.Halbuki, utilər və
udinlər ayrı-ayrı xalqlar olmuş və Albaniyanın öz adları ilə adlanan iki fərqli bölgəsində


yaşamışlar.Bu bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə
Şəki ətrafında idi və Udin vilayəti ad lanırdı. Musa Kağankatlı yazır:
“Müqəddəs Ruhun mərhəməti ilə üç xalqa,yəni ermənilərə,albanlara və gürcülərə
əlifba düzəldən …şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir…Qüdsdən
qayıdanda Erməniyyəni keçir və Şərq ölkəsinin Uti vilayətinə gəlir…O, xaçpərəstliyi burada
yenidən canlandırıb, möhkəmləndirir və Udin vilayətində Albaniya,Lpiniya,Kaspiya,Çola
keçidinə qədər uzanan torpaqlarda…
İncili təbliğ edir.” (66.51-52).
Gördüyümüz kimi, Uti və Udin Şərq ölkəsinin, yəni A lbaniyanın fərqli vilayətləri idilər və
burada fərqli xalqlar yaşayırdı. Bu məsələ mövzumuz baxımından o qədər əhəmiyyətlidir ki,
onun üzərində bir qədər ətraflı durmağa ehtiyac var. Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev
yazır:
“Hazırda Azərbaycanda yaşamaqda olan qafqazdilli xalqlardan biri də udinlərdir. Onlar
özlərini “udi” adlandırırlar… Udi etnonimini, ilk dəfə Herodot və Strabon tərəfindən Midiya
sakinləri kimi yad edilən utilərlə bağlayırlar.
Uti qəbiləsi ilə bağlı məsələ Albanşünaslıqda xüsusi ye rə sahibdir, çünki bəzi mütəxəssislər,
yuxarıda qeyd edildiyi kimi, udinləri alban etnosu ilə eyniləşdirirlər. Z.İ. Yampolskinin
yazdığına görə, “Albaniyanın köklü əhalisi özünü uti adlandırırdı”. Belə bir fikir də var ki,
alban əlifbası udin dili əsasında yaradılmışdır. İ.Q. Əliyev də utiləri Albaniyanın başlıca
qəbiləsi hesab edirdi. V.L.Qukasyan isə bildirmişdir ki, “uti -udinlər Qafqaz Albaniyasının
tayfa ittifaqına daxil idilər və burada aparıcı rola sahib idilər.” (55.143).
Bu fikirlərlə razılaşmayan v ə haqlı olaraq, Albaniyanın aparıcı etnosunun albanlar olduğunu
və albanlarla udinlərin eyni dildə danışmadıqlarını bildirən (55. 143), alban əlifbasının da
udin dili əsasında deyil, qıpçaq -qarqarların dili əsasında yaradıldığını çoxsaylı mənbələrlə
isbat edən (55.77-82) Qiyasəddin Qeybullayev qeyd edir ki, Albaniyadakı utilərin mənşəyi
hələlik tam müəyyənləşdirilməmişdir:
“Ən başdan qeyd edək ki, ədəbiyyatda yanlış olaraq, Strabonun “Uti”si, Ptolomeyin
cənubdakı, Atropatena ərazisindəki “Otiena”sı, qədim erməni mənbələrinin Kür-Araz
hövzəsində qeydə aldığı “Uti” və Ermənistanda, Sevan (Göyçə gölü) bölgəsindəki Uti vilayəti
eyniləşdirilmişdir və bu üzdən də qarmaqarışıqlıq yaranmışdır.” (55.143).


Udinlərin mənşəyi ilə bağlı ən düzgün fikri L.M.Meliksetbek ov irəli sürmüşdür. O, udinlərin
Albaniyaya qədim Urartu mənbələrində Uduri-Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında
yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir (145). O, haqlı olaraq göstərmişdir ki, bu
etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin “Niqa” adlandırdığı Alazan -
İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar
“Nic” (Qəbələ rayonu) şəkli alan “Niq” toponimini də gətirmişlər.
Meliksetbekovun bu fikri ilə razılaşan Qiyasə ddin Qeybullayev Ptolomeyin Kür sahilindəki
bir vilayəti “Toten vilayəti” adlandırdığını xatırladır, “Toten” toponiminin “Oten” (Udin)
toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot
və Starbona və çağdaş alim ərin əsərlərinə istinadən yazır ki, onlar Albaniya ərazisinə
cənubdan gəlmişdilər (55. 145).
Deməli, utilər qədim mixi yazıların qeydə aldqqları utu/itulardır ki, sonrakı dövrlərdə Musa
Kağankatlı onların “Uti” adlanan vilayətdə (Bərdə və ətrafı) yerləşdik lərini yazmışdır (66.51 -
52). Etiun/udinlər isə qədim Urartu ərazisindən köçərək Musa Kağankatlının “Udin”
adlandırdığı bölgədə (Qəbələ-Oğuz bölgəsi) məskən salmışlar və bugünə qədər həmin
bölgədə yaşayırlar. Maraqlıdır ki, qafqazdilli udinlərin ilk vətənləri olmuş Urartu əhalisi də
qafqazdilli idi.
Elm aləmində “Vll əsr erməni coğrafiyası” kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası
baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və
Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Partav
(Bərdə) şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə
həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir (146.51).
Yuxarıda söylənilənlərdən çıxan və bizim üçün böyük önəm daşıyan nəticə budur: Udin və
Uti qədim Albaniyanın fərqli bölgələri, udinlər və utilər isə fərqli etnosları olmuşlar.
Utilər Uti vilayətinndə saklarla (Sakasena ilə) qonşuluqda yaşamışlar və Bərdə şəhəri
(Partav) bu vilayətdə yerləşirdi. Bu vəziyyət Vll əsrdə qeydə alınmışdır. Həmin dövrdə
albanlar aparıcı mövqedə idilər və bu üzdən də həm saklar, həm də utilər Albaniyanın digər
soy və boyları kimi öz xüsusi adları ilə yanaşı, ümumiləşdirici “alban” adı ilə də tanınırdılar.
Herodotun yazdıqlarından isə belə məlum olur ki, 1200 il öncə, yəni e.ə. V əsrdə də utilər
eyni bölgədə yaşamışlar. Tarixin atası onların Araz çayı yaxınlarında yaşadıqlarını yazmışdır
(55.143).



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə