700 bal toplayan iki abituriyent Azərbaycan Tibb Universitetini seçib



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix04.11.2017
ölçüsü255,18 Kb.
#8141
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 avqust  2014-ъц ил

6

Kiyevdə  akademik  Zərifə 

Əliyeva  adına  Beynəlxalq 

Tibbi 

Elmi 

Mərkəz 

ilə 

Ukrayna  Milli  Tibb  Elmləri 

Akademiyasının 

Mamalıq, 

Ginekologiya  və  Pediatriya 

İnstitutu 

arasında 

əməkdaşlıq  haqqında  saziş 

imzalanıb.

Sənədin 


imzalanma 

mərasimindən  sonra  Mama-

lıq,  Ginekologiya  və  Pedi-

atriya  İnstitutunun  direktoru 

akademik  Yuri  Antipkin  və 

akademik Zərifə Əliyeva adına 

Beynəlxalq Tibbi Elmi Mərkəzin 

rəhbəri,  həmvətənimiz,  tibb 

elmləri doktoru, professor Ay-

dın  Salmanov  məruzələrlə  çı-

xış ediblər.

A.Salmanov  qeyd  edib  ki, 

imzalanmış  sazişə  əsasən, 

azərbaycanlı 

alimlər 

də 


cəlb  edilməklə  birgə  elmi 

layihələr  həyata  keçirilməsi 

nəzərdə 

tutulur. 

Bundan 

əlavə,  Azərbaycan  üçün  ma-



malıq,  ginekologiya  və  pedi-

atriya  sahəsində  elmi  kadr-

lar  hazırlanması,  müştərək 

elmi  konfranslar  keçirilməsi, 

habelə  dost  ölkələrimizin  mü-

vafiq  profilli  institutları  və  tibb 

müəssisələri  ilə  birbaşa  elmi 

əlaqələr  yaradılması  planlaş-

dırılır.

O  xatırladıb  ki,  akademik 

Yuri  Antipkin  akademik  Zərifə 

Əliyeva adına Beynəlxalq Tibbi 

Elmi  Mərkəzin  Əlaqələndirmə 

Şurasının  üzvü  və  Ukrayna 

ilə  Azərbaycan  arasında  sıx, 

qarşılıqlı  faydalı  əməkdaşlığın 

fəal tərəfdarıdır. Bundan əlavə, 

institutun  iki  akademiki  və  17 

professoru  yaxın  gələcəkdə 

Kiyevdə  nəşrinə  başlana-

caq 

Ukrayna-Azərbaycan 



beynəlxalq  elmi-tibbi  jurnalın 

redaksiya heyətinə daxildir.

Akademik 

Yuri 


Antipkin 

də 


ikitərəfli 

əməkdaşlığın 

möhkəmlənməsi 

və 


genişlənməsi  işində  parlaq 

perspektivlər  açan  bu  sazişin 

imzalanmasının 

vacibliyinə 

əmin  olduğunu  bildirib.  O, 

Azərbaycanda  sosial-iqtisadi 

inkişafın  səviyyəsini  yüksək 

qiymətləndirib, 

respublika-

da 


müasir 

texnologiyalar 

əsasında  həyata  keçirilən 

infrastruktur 

layihələri, 

cümlədən tibb müəssisələrinin 



tikintisini və onların müasir di-

aqnostika avadanlığı ilə təchiz 

edilməsinin  əhəmiyyətini  vur-

ğulayıb.


Akademik 

Y.Antipkin 

və 

professor  A.Salmanov  aka-



demik  Zərifə  Əliyeva  adı-

na  Beynəlxalq  Tibbi  Elmi 

Mərkəzin 

(http://zarifacen-

ter.org/)  fəaliyyətini  xüsusi 

qeyd  ediblər.  Nəzərdə  tutu-

lan  layihələrin,  o  cümlədən 

müştərək 

tədbirlərin 

həyata  keçirilməsinin,  kadr 

mübadiləsinin,  gənc  alimlərə 

və  aspirantlara  birgə  elmi 

dəstək  verilməsinin,  kitab 

nəşrinin  və  digər  tədbirlərin 

vacibliyi vurğulanıb.

Sonda  hər  iki  tərəf  qarşılıqlı 

faydalı  münasibətlərin  inki-

şafı  üçün  yaranan  yeni  im-

kanlardan  məmnun  olduqla-

rını  bildirərək,  Azərbaycanın 

və 

Ukraynanın 



müvafiq 

profilli  institutlarını  və  tibb 

müəssisələrini  əməkdaşlığa 

çağırıblar.



Zeynal AĞAZADƏ

 

İ



nsan saniyənin mində biri 

ilə saniyənin iki mində 

biri arasındakı fərqi ayırd 

edə bilmir. Hər iki müddət 

insanın anlamayacağı 

və qavramayacağı qədər 

kiçikdir. Saniyənin on 

milyonda biri kimi kiçik 

olan müddət isə insanın 

xəyal belə edə bilmədiyi 

kiçik zamandır. Məhz 

yarpaqlardakı xlorofil mo­

lekulları bu qısa müddət 

ərzində hərəkətə keçir və 

möhtəşəm işlər görür. 

      

  

Bir millimetrlik sahə düşünək. Bu sahə 

bir qələmin ucu qədər kiçik yeri tutur. 

İndi bu kiçik yerə 500 min xüsusi cihaz 

yerləşdirək. Bu cihazların hər biri xüsusi 

dizayna və funksiayaya sahib olsun. 

Bundan başqa, 500 min cihazı xüsusi 

sistemlə qoruyaq.

Bəlkə bu ssenari oxunduğu zaman 

imkansız görünə bilər. Ancaq Allahın 

yaratması qüsursuz və möcüzəvidir. 

Yuxarıda bəhs etdiyimiz misal həyatda 

mövcuddur. Bir yarpağın ortasındakı 

bir millimetrlik sahədə 500 min xlorofil 

mövcuddur. Çox qarışıq dizayna sahib  

olan “xlorofil molekulları” insan həyatı 

üçün çox vacib funksiyanı yerinə yetirir.

Belə hesab edək ki, sizdən xüsusi cihaz 

hazırlamaq tələb olunur. Hazırlayacağı-

nız cihazın funksiyası su molekullarını 

parçalamaqdır. Məlumdur ki, su 2 hidro-

gen və 1 oksigen molekulundan ibarətdir. 

Hazırlayacağınız cihaz da hidrogen 

molekulunu oksigendən ayırmalıdır.

Sudakı hidrogen və oksigen atomları-

nın bir-birindən ayrılması üçün çox bö-

yük partlayış olmalı və ya su molekulları 

minlərlə dərəcədə qızdırılmalıdır. Suyun 

100 dərəcədə qaynadığını düşünsək, 

ehtiyacımız olan enerjinin miqdarı bizə 

daha yaxşı aydın olar. Sizdən isə elə bir 

alət hazırlamaq tələb olunur ki, nə partla-

yışa, nə də minlərlə dərəcəlik temperatu-

ra ehtiyacı olsun. Yeganə enerji qaynağı 

isə gün işığı olsun. Sizdən tələb olunan 

və hazırlayacağınız cihazın çox çətin 

vəzifəsi də vardır. Havadakı karbondiok-

sidi əldə etdiyi hidrogenlə birləşdirmək.



Elm dünyası xlorofilin 

funksiyalarını müəyyən etməyə 

çalışır.

Bu əməliyyatı həyata keçirən cihaz 

hazırlasanız, elm tarixinə 

adınızı qızıl hərflərlə 

yazdıra bilərsiniz. Çünki 

elm dünyası hələ də 

yuxarıda bəhs etdiyimiz 

əməliyyatı bitkilərin necə 

etdiyini tapmağa və anla-

mağa çalışır. Məhz “xlo-

rofil” adlanan molekul 

bu fəaliyyəti reallaşdıran 

yeganə cihazdır. Xlorofi-

lin dizaynı araşdırıldığı 

zaman Allahın hər şeyi 

incəliyinə qədər hesab-

laması və sonsuz ağılla 

yaratması daha aydın 

görünür.

55 karbon, 72 hidrogen, 5 oksigen, 4 

azot və 1 maqnezium atomunun xüsusi 

sıra və dizaynla birləşməsi nəticəsində 

xlorofil molekulu yaranmışdır. Bu mo-

lekulun fəaliyyət göstərməsi üçün hər 

atomun yerli-yerində olması vacibdir.

Xlorofilin fəaliyyətini tam şəkildə 

qavramaq insan ağlının hüdudları 

xaricindədir. Çünki insan zamana bağlı 

canlıdır və müəyyən zaman intervalını 

qavrayır. İnsan 1 saniyə ilə 10 saniyə ara-

sındakı fərqi dərk edə bilir. O, saniyənin 

mində biri ilə saniyənin iki mində biri 

arasındakı fərqi ayırd edə bilmir. Hər iki 

müddət insanın anlamayacağı və qav-

ramayacağı qədər kiçikdir. Saniyənin 

on milyonda biri kimi olan müddət isə 

insanın xəyal belə edə bilmədiyi kiçik 

müddətdir. Xlorofil cihazı məhz bu qısa 

müddət ərzində hərəkətə keçir.

Saniyənin milyonda birində baş 

verən ağlasığmaz reaksiyalar

Məlumdur ki, işıq fotonlardan 

ibarətdir. Yaşıl yarpaqların içindəki suya 

toxunan işıq xlorofil cihazına yüklənir. 

Bu yüklənmə xlorofildəki subatom 

zərrəcikləri hərəkətə gətirir və orbitlərini 

dəyişdirir. Bu fəaliyyət saniyənin 10 

milyonda biri kimi qısa müddət ərzində 

reallaşır və subatom zərrəcikləri su mole-

kulundakı hidrogeni oksigendən ayırır-

lar. Bu fəaliyyət o qədər sürətlə baş verir 

ki, elm adamları subatom zərrəciklərin 

hidrogen və oksigeni bir-birindən necə 

ayırdığını hələ də anlaya bilmirlər.

Ayrılan hidrogenlər ferment və ya ka-

talist adlanan daha böyük, spiral formalı 

zülal molekulları tərəfindən tutulur. Bu 

fermentlər onları tutmaq üçün xüsusi 

formaya  malikdirlər. Bunlar hidroge-

ni içəri qəbul olunan karbondioksidlə 

elə birləşdirirlər ki, hər iki molekul 

çox yüksək sürətlə fırlanaraq kimyəvi 

şəkildə bir-birlərinə qarışır. Bu qəliz 

fəaliyyəti elm adamları hələ də açıqlaya 

bilmirlər. Çünki bu sistemi təcrid edərək 

araşdıran imkanlara sahib deyillər. Onlar 

sadəcə olaraq ortaya çıxan vəziyyəti 

qiymətləndirərək faliyyət əsnasında nələr 

baş verdiyini izah edə bilirlər.

Bir xlorofil molekulunun içində onun 

necə işlədiyini insanın hələ anlama-

dığı sistem vardır. Üstəlik bu sistem 

saniyənin 10 milyonda biri kimi qısa 

müddət ərzində reallaşır. İnsan sahib 

olduğu bütün texnologiyaya, laboratori-

yalara baxmayaraq xlorofil molekulunun 

bacardığı işi bacarmır. Şübhəsiz, xloro-

filin sahib olduğu dizayn və gördüyü iş 

Allahın nümunəsiz, bənzərsiz yaratma-

sının və sonsuz elminin dəlillərindən 

biridir.

Bir qələmin ucu bir millimetrlik yeri 

tutur. Bir yarpağın üzərində qələmin ucu 

böyüklüyündəki sahəyə 500 min xüsusi 

cihaz, yəni xlorofil yerləşdirilmişdir.

«qadin.az»

Yaşıl möcüzə-Xlorofil

Akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz ukraynalı həmkarlarla əməkdaşlığı genişləndirir



Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə