8628 Azərbaycan Respublikası Tohsil Nazirliyi Azərbaycan Ə m ək və Sosial Münasibətlər Akademiyası G.İ.İsmayılov İnformasiya iQTİsadiyyati (Dərslik)


VI  FƏSIL.  İNFORMASİYA İQTİSADİYYATINDA



Yüklə 154,31 Kb.
Pdf görüntüsü
səhifə33/100
tarix04.11.2017
ölçüsü154,31 Kb.
#8628
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

VI  FƏSIL.  İNFORMASİYA İQTİSADİYYATINDA 
İNSAN
6.1.  fnsamrı iqtisadiyyatda rolunun  dəyişməsi.
6.2.  İstifadəçi  informasiya  iqtisadiyyatının kateqoriyası 
kimi.
6.3.  Fasiləsiz təhsil-informasiya iqtisadiyyatının  inkişaf 
şərti.
6.1. İnsanm  iqtisadiyyatda 
rolunun  dəyişməsı
Cəmiyyətin  hər  bir  yeni  inkişaf  rnərhələsi  insanda  əvvəllar 
ona  xas  olmayan  hər-hansı  yeni  bir  xüsusiyyədərin,  keyfryyətlə- 
rin,  funksiyalann  meydana gəlməsini  bildirir.  Əgər yalnız  insanm 
təsərrüfat fəaliyyətinə nəzər salsaq,  onda söhbət məhz insanın  iq- 
tisadiyyatdakı  funksiyalanndan  getməlidir.  Aqrar  cəmiyyətdən 
sənaye cəmiyyətinə və sənaye cəmiyyətindən postsənaye cəmiv- 
yətinə  ardıcıl  keçmə  insanm  iqtisadi  fəaliyyətində  fanksional  ro- 
lunu  ardıcıl  dəyişməsi ilə müşayət edilirdr.  İnsan  fəaliyyətinin  is- 
tiqaməti,  işçı  qüvvəsinin  xüsusiyyətiəri,  bu  cəmiyyətdə  ən  qiy- 
motli  olan  əsas  idarəetmə  metodlan  kimi  əsas  ictimai  inkişaf xa- 
rakteristikaları  dəyişikliklərə məruz qalmaqdadır.
Belə  ki,  aqrar  cəmıyyətdə  insanın  təsərrüfat  fəalryyəti  təbİət 
qüvvələri  ilə  mübarizəyə  yönəlmişdir.  “Bir tikə çörək”  üçün  ağır 
fıziki əmək sağ qalma baxımmdan  faktiki olaraq altemativə malik 
deyildi.  Çox  vaxt  insan  öz  əmək  fəaliyyəti  prosesindo  həyatını 
riskə  atırdı.  Cəmiyyətdə  fıziki  qiivvə,  dözüm,  bütün iş növləri  ol- 
masa  da bir neçə  iş  növünü yerinə  yetirmək  qabiliyyəti,  eləco  də 
fərdi  məharət  kimi  keyfıyyətlər  qiymətləndirilirdi.  İnsanlar  hom


təbıətdən,  həm  də  bir-birindən,  daha  dəqiq  dcsək  məxsus  olduq- 
ları  cəmiyyətdən  asılı  idilər.  Əmək  fəaliyyətınin  idarəedilmosı 
sistemində  birbaşa  məcburetmə  metodları  üstünliik  təşkil  edirdi, 
həyatdan məhrum edilmədən tutmuş  fıziki  cəza sistemi  hər ycrdə 
yayılmışdır.
Sənaye  cəmiyyətində  təbiı  amilin  rolu  nəzərə  çarpacaq  dərə- 
cədə  azalmışdır.  İnsan  əsasən  yaratdığı  sünı  mühitlə qarşılıqlı  fə- 
aliyyət  göstərməyə  başlamışdır,  təbiətlə  isə  daha  az.  Dar  ixtisas- 
laşmaya əsaslanan kütləvi  ıstehsahn yayılması,  əmək bölgüsünün 
əhəmiyyətli  dərəcədə  dərinləşməsinə  və  nəticə  etibarı  ilə  cə- 
miyyət  üzvlərinin  bir*birindən  qarştlıqh  asılıhğının  əhəmiyyotli 
dərəcədə  güclənməsinə  gətirib  çıxarmışdır.  İstehlak  üçün  yararlı 
məhsula çevirmək  məqsədi  ilə  əmək predmetlərinə  bilavasitə  to- 
sir  funksiyasmın  maşmlara  veritməsi,  fıziki  qüvvənin  və  istehsal 
agenti  kimi  insanın  fərdi  dözümlüyünün  əhəmiyyətini  aşağı  sal- 
mışdı,  lakin eyni  zamanda ondan əvvəllər tək-tük ehtiyac olan  ye- 
ni  keyfıyyət  tələb  etmişdir.  Üstünlüyü  sərt  şəkildo  iyerarxik  təş- 
kil  olunnıuş  və  maksimum  ixtisaslaşdınlmış  kütləvi  əm ək  təşkil 
etmişdir.  Məhdud peşə elmləri  və vərdişləri  böyük ohəmiyyət əl- 
də  etmişlər.  İdarəetmə  sistemində  birbaşa  məcburetmə  öz  yeriııi 
insana  iqtisadi  təsİr metodlanna vemıişdir.
İnformasiya  cəmiyyətində  iş  insanlarla  daimi  intellcktual  ün- 
siyyət  tələb  etməyə  başlamışdır,  eyni  zamanda  insanm  süni  mü- 
hitlə  -  maddi  nem ətlənn  istehsalmı  yüngülləşdirən  və  həyata ke- 
çirən  maşmlarla  qarşılıqlı  fəaliyyətinin  rolu  sənaye  cəmiyyotinə 
nisbətdə  əhəmiyyətli  dərəcədə  aşağı  olmuşdur.  Müasir rabitə  və 
telekommunikasiya  vasitəsilə  sayəsində  ünsiyyət  daha  intensiv 
və  çox  tərəfli  olmuşdur.  Ünsiyyətin  məkan  maneoləri  (həm  coğ- 
rafı,  lıəm  dövlətlərarası,  həm  də  siyasi)  praktikı  olaraq  yox  ol- 
muşdur,  yatnız dil  maneoləri  qalmaqdadır,  lakin  ingilis  dili  qlobal 
şəkildə  yayıldığmdan  bu  maneələr  də  nəzəro  çarpacaq  dərəcodə 
azalmışdır.  Maşmlara  xas  ohnayan  -  qarışıq  kateqoriyaları  dork 
etmək və  onlarla  işləmək,  ideyaları generasiya etmək,  qeyri-stan- 
dart  qərarları  təhlıl  və  müqayisə  etmək,  qəbul  etmək  və  ziddiy- 
yətli  şəraitdə  hərəkət  etmək  qabiliyyəti  kimi  insani  keyfıyyətlər


daha qıymətli  olmağa başlayır.
Əvvəlki  təsərrüfat tiplərindən  fərqlj  olaraq  informasiya  iqtisa- 
dıyyatmda  başlıca  rolu  insanın  ayrı-ayn  keyfıyyətlərı  -  hər-hansı 
bir  istehsal  əməliyyatlannı  yerinə  yetirmək  bac-anğı,  müoyyəıı 
peşəkar bilik və vərdişlər,  bu və  ya  digər sahədə olan bıliklər de- 
yil,  bütövlükdə  biliklərin (elmlərin)  və  qabiliyyətlorin  mocmusu- 
na  -  başlıca  olaraq  inteilektual  və  mənəvi  -  malik olan  iıısaıı  şəx- 
siyyəti  qiymətləndirilir.  Bütün  bəşəriyyət  tarixi  ərzındə  şoxsiy- 
yət təşkilatdan,  insan cəmiyyətindən  (qrupundan) vacib olur. Mü- 
vafıq  olaraq  iqtisadi  fəaliyyətin  həyata  keçirilməsi  üçün  faktiki 
olaraq  xarici  təşkılata  ehtiyacı  olmayan,  müstəqil  şokildə  məq- 
sədlər  qoymağa,  lazımi  hərəkətlərin  strategiyasım  seçməyə  və 
qoyulmuş  vəzifələri  effektiv  həll  etməyə  qadir  olan  yeni  tip  işçi 
tələb  olundu.  Bu  şərait  labüd  şəkildə  idarəetmə  sisteminiıı  və 
əməyin motivasiyasmın  modifıkasiyasına, əmək və istehsalın təş- 
kilinin yeni  formalannm  meydana gəlməsinə  gətirdi.  Bütövlükdə 
infonııasiya cəmiyyətinin  təşəkkülü o cümlədən,  ıstifadəçinin  iq- 
tisadi  və  digər  fəaliyyətinin  tamamilə  yeni  subyektinin  mcydana 
gəlməsində təzahür etdi.
6.2. İstifadəçi informasiya iqtisadiyyatınm 
kateqoriyası kimi
Beləliklə,  insanın  iqtisadiyyatda  yeri,  yerli  səviyyədə  özünü 
onda  göstərir  ki,  əvvəllər  istifadə  edilməyən “istifadəçi”  tennini 
meydana  gəlmiş  və  yeni  şəraitə  uyğunlaşmışdır.  Adətən  insanda 
iqtisadiyyata  uyğun  olaraq,  daha  dəqiq  desək indu.strial  tip  iqtisa- 
diyyatda fəaliyyət göstərən  insan  haqqmda ya  istehsalçı,  ya da is- 
tehlakçı kiıui  damşıhr.  Eyni zamanda əgər təhlil mikro  səviyyədə 
apanlırsa,  onda  əsas  kimi  istehlak  davramşı  nəzənyyəsi,  yaxud 
istehsal  nəzənyyəsi  götürülür,  əgər  makro  səviyyədə  götlirülür- 
sə, onda birgə tələbat və birgə təklif qanunauyğunluqları  nəzərdə 
tutulur.  Başqa sözlə  iqtisadıyyatda  insanın  yerinin və rolunun öy- 
rənilməsi  fərqləndirmə  (differensasiya)  edilmiş  şəkildə  onun  fə- 
aliyyət  sahəsindən  asılı  olaraq  həyata  keçirilir.  İnformasiya  iqti-


Yüklə 154,31 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə