A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

55 

                        

 

 



Şəkil 15

. Ferromaqnetikin maqnitlənməsinin 

Ι maqnitləndirən 

sahədən H asılılığı. 

 

 qiymətə malik olacaq, 



Ιr

buna bir tam dövrün doyma qalıq 



maqnitlənməsi deyilir. Əgər biz istəsək ki, maqnitlənməni sıfıra 

endirək, onda, əvvəlki sahənin 

əks istiqamətində 

ferromaqnetikə sahə ilə təsir etməliyik. Bu sahənin gərginliyinə 

H

c

 koerstiv qüvvə deyilir. Əks istiqamətdə sahəni artırmağa 



davam etsək yenidən doyma halına çatacayıq. Sahəni 

azaltmaqla H=0-da -

Ι

rs

 alacayıq. 



Əgər maqnitləndirici sahənin H dəyişməsi doyma halına 

qədər maqnitlənmə üçün kifayət deyilsə, onda bizim hal üçün 

histerezis ilgəyi almış olarıq (əyri 3). Bu halda alınan qalıq 

maqnitlənmə 

Ιr

 

 verilmiş H sahəsi üçün normal maqnitlənmə 



adlanacaqdır. Həmin ferromaqniti ilkin halına gəlməsi üçün 

ferromaqnetiki Küri temperaturundan sabit maqnit sahəsi 

olmayan yerdə soyutmaqla, yaxud da sahə  sıfıra qədər azalan 

dəyişən maqnit sahəsinin köməyilə almaq olar. Birinci halda 

maqnitsizləşdirmə halına mütləq sıfır halı adlanır, ikinci isə 

sıfır halı adlanır. Ferromaqnitin  normal 

maqnitlənməsi 

zamanı maqnitlənmənin təsir edən maqnit sahəsinin 

56

gərginliyindən asılılığını diamaqnit və paramaqnitlər üçün 1-ci 



formula ilə göstərmək olar, lakin bu halda axırıncılardan fərqli 

olaraq 


χ-nın qiyməti zəif sahələrdə maqnitləndirən sahələrin H-

ın funksiyasına çevrilir. Ferromaqnitlərin 

χ-nın maqnit sahəsin-

dən asılılığının xarakteri şəkil 16- da verilmişdir. 

Sahənin artması ilə əvvəlcə 

χ artmağa başlayır, sahənin H 

müəyyən qiymətində 

χ maksimum qiymətə çatır  χ

max

, və 


doyma maqnitlənmə sahəsinə yaxın sahədə isə azalmaqla sıfıra 

yaxınlaşır, maqnitləndirən sahənin sonrakı artımında uyğun 

olaraq 

χ 

nəzərəçarpacaq dərəcədə olmayacaqdır. 



Ferromaqnitlər üçün 

χ-nın qiyməti 10

6

 Sİ qədər çata bilər. 



Ən yüksək qavraycılıqla yanaşı, başlanğıc maqnit qavray-

cılığı 


χ

0

 böyük əhəmiyyət kəsb edir, bu qavrayıcılıq sahənin 



sıfıra yaxın qiymətində olan hissəsidir. 

Paleomaqnit təcrübələrində və digər geofiziki tədqi    

                           

 

 



Şəkil 16

. Maqnetitin qalıq maqnitlənməsinin 

maqnitləndirən sahədən asılılığı (1) başlanğıc sıfır halı, (2) 

mütləq sıfır halı (maqnitlənmənin əsas əyriləri). 

 

qatlarda 



χ

0

 Yerin maqnit sahəsinin qiyməti 



hüdudunda, yəni 40A/m maqnit  qavrayıcılığı kimi təyin 


57 

edilir. Normal maqnitlənmə  əyrisinin gedişi, nəticə etibarı ilə 

maqnit qavraycılığının sahədən asılı olaraq dəyişməsinin 

xarakteri kimi, maqnitlənmə prosesi zamanı temperaturun T 

dəyişməsi ilə nəzərəçarpacaq dərəcədə dəyişir. Hər bir ferro 

maqnetik üçün maqnit qavraycılığı müəyyən temperaturda, 

yəni həmin mineralın Küri temperaturunda sıfıra bərabər  

olur. Bu temperaturda maddə ferromaqnit xassəsini itirir, yəni 

qalıq maqnitlənmə əldə etmək qabiliyyətinə malik olmur.  

              

          1.21.  İdeal maqnitlənmə 

Əgər ferromaqnetiki dəyişən maqnit sahəsinə yerləşdirmiş 

olsaq görərik ki, maqnitlik dəyişir.  Əgər dəyişən maqnit 

sahəsinin amplitudasını sıfıra qədər azaltmış olsaq və histerezis 

əyrisinin maksimumu koordinat başlanğıcı ilə birləşəcək və 

maqnitlik sıfıra bərabər olacaq. Ferromaqnetikin 

maqnitsizləşdirilməsi elə beləcə əldə olunur, bu cisimlər maqnit 

sahəsinə yerləşdirilmədən qabaq -

Ιr

s

, yaxud da 



Ιr qalıq 

maqnitlənməyə malik olublar. Nümunənin tam maqnit-

sizləşdirilməsi o zaman baş verir ki, təsir edən dəyişən maqnit 

sahəsinin amplitudası, normal  qalıq maqnitlənməni yaradan 

sahənin amplitudasından böyük olsun. Maqnitsizləşdirmə 

prosesi sabit maqnit sahəsinin tam olmadığı halda baş verir. 

Əgər amplitudası səlis azalan dəyişən maqnit sahəsi ilə bərabər 

ferromaqnetikə  sabit maqnit sahəsi H təsir edirsə, onda 

maqnitsizləşmə baş vermir. Əksinə ferromaqnetik ideal 

maqnitlənmə  əldə edir, bu maqnitlənmənin qiyməti normal 

maqnitlənmənin qiymətindən nəzərəçarpacaq dərəcədə artıq 

olacaq.  İdeal maqnitlənmə  əyrisinin sabit maqnit sahəsinin 

gərginliyindən asılılığı  əsas maqnitlənmə  əyrisindən yuxarıda 

gedir və onunla yalnız doyma halına çatdıqda birləşəcək. İdeal 

maqnitlənmə  əyrisinin gedişi dəyişən başlanğıc maqnit 

sahəsinin amplitudasından asılıdır. Başlanğıc amplituda nə 

qədər çox olsa əyri daha yuxarıdan gedər. 

Beləliklə, yaranan ideal qalıq maqnitlənmə   

Ι

ri

 bir qədər 



sabit maqnit sahəsində  əmələ  gəlir və başlanğıc dəyişən 

maqnit sahəsinin  

58

 

 



amplitudası çox olduqca yaranan maqnitlənmə normal 

maqnitlənmədən yüksək olacaq. 

 

 

1.22. Temperatur maqnitlənmə 



Bu növ maqnitlənmə paleomaqnetizm nökteyi-nəzərdən 

çox vacibdir, belə ki, bunun köməyilə müxtəliv tip süxurların 

əldə etdiyi təbii qalıq maqnitlənmənin düzgünlüyünü izah 

etməyə imkan verir. 

Temperatur maqnitlənmə, sabit maqnit sahəsində ferro-

maqnetikin soyuması zamanı maqnitlənmə prosesini gös tərir.  

Müəyyən amplitudaya malik sabit maqnit sahəsində ferro-

maqnetikin  əldə etdiyi maqnitlənmənin temperaturdan asılılığı 

17-ci  şəkildə göstərilmişdir, temperaturun artması ilə 

maqnitlənmə əvvəlcə artır, sonra maksimum qiymətinə çataraq 

sonra kəskin azalır və Küri temperaturunda sıfıra  

 

                 

 

Şəkil 17.

 Ferromaqnitin sabit maqnit sahəsində 

Ι maqnit-

lənməsinin temperaturdan asılılıq əyrisi. 

 

yaxınlaşır. Növbəti soyuma zamanı ferromaqnetikin 



maqnitliyi kəskin artır və soyuma əyrisi (2-ci əyri) 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə