A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

87 

           

 

Şəkil  24

. Bərabər aralı polyar proyeksiya. 

 

üzrə cəmləşdirirlər. 



Ι

n

 



vektorunun istiqamətini sferada bir nöqtə 

kimi göstərdikdə  p

0

 paylanma funksiyası vahid səthə düşən 



nöqtələr kimi xarakterizə olunur. 

о

р

 paylanma funksiyası bir 

nöqtəyə  cəmlənmənin qiyməti K-dan asılıdır.  Əgər K 

böyükdürsə onda nöqtələr orta istiqamət  ətrafında cəmləşir 



о

р

 iti pikə malik olur, əgər K=0 olanda onda nöqtələr bütün 

sferada bərabər paylanır, 

о

р

 qrafiki  

                    

88

  



         

Şəkil 25

. Bərabər aralı ekvatorial proyeksiya (Kavrayski 

şəbəkəsi). 

 

olaraq üfüqi düz xətt göstərir. 26-cı  şəkildə K=15 və K=5 



olduqda Fişer paylanma funksiyası verilmişdir. 

Əgər i-ci vahid vektorun meyilliyi D

və əyimlik bucağı J



məlumdursa, onda orta istiqamət aşağıdakı kimi hesablan-

malıdır:  

 

 



     Şəkil.26. p

o

 funksiyasının Fişer paylanması:   



       1-K=15; 

2- 


K=5  olduqda. 

 



89 

 

 



 

X=

Σ



Ν

=1

i

Cos J



CosD



i

 ;   


Υ=

Σ

Ν



=1

i

Cos J


SinD


i

 ;  


       Z=

Σ

Ν



=1

i

SinJ


;  R=


2

2

2



Ζ

+

Υ



+

Х

SinJ



R

=

R

Ζ

;      tgD



R

=

Χ



Υ

 ;    


Burada X,Y,Z vektorun komponentləridir, R onun modulu 

(qiyməti), D

  J


R

    cəm vektorun meyilliyi və  əyimlik bu-

caqlarıdır. 

Ι

n



 

 vektorunun bir yerə  ən yaxşı  cəmlənməsinin 

qiymətləndirilməsi aşağıdakı formula ilə təyin edilir. 

 

 



 

K=

R



N

N

−1



Bu formula K

>3 qiymətinə yaxınlaşdırılıb və əlverişlidir. 

 

 



  

                  

 

            



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

90

İİ FƏSİL 



PALEOMAQNİT TƏDQİQATLAR ÜSULU, TEX-

NİKASI VƏ GEOLOJİ HƏDƏFLƏRİN ÖYRƏNİLMƏSİ  

PRİNSİPLƏRİ VƏ İSTİQAMƏTLİ NÜMUNƏLƏRİN 

GÖTÜRÜLMƏSİ PALEOMAQNİT TƏDQİQATLAR 

OBYEKTİ 

 

Paleomaqnit tədqiqatlar müxtəlif tərkibli və müxtəlif 

şəraitlərdə  əmələ  gələn süxurlarda aparılır. Bu hədəflər 

müxtəlif mənşəli ola bilər, buraya çökmə süxurlar, effuziv-

çökmə laylar, effuzivlər, intruziyalar kompleksi və  bəzi 

hallarda metamorfik və filiz komplekslərini daxil etmək olar. 

Paleomaqnit tədqiqatlar üçün ərazinin seçilməsi bütöv-

lükdə qarşıya qoyulan düz və  tərs məsələdən asılıdır. Bundan 

başqa tədqiqat üçün süxurun yararlı olub - olmaması haqda 

müəyyən mədtudiyyətlər var. Bu məhdudluq aşağıdakı 

səbəblərdən yaranır: 

1.Süxurlar zəif maqnitliyə malikdir, müasir cihazlarla 

lazımi dəqiqliklə ölçülə bilmir; 2.İlkin qalıq maqnitlənməni pis 

saxlayır, mövcud müasir üsullarla qalıq maqnitlənməni yaxşı 

ayrılmır, yaxud da süxur tam olaraq maqnitliyini itiriri; 

3.Həmin ərazidə paleomaqnit yazılar tam təsvir olunmur. 

İstənilən paleomaqnit tədqiqatlar təkcə  qədim geomaq-

nit sahənin komponentlərinin dəqiq təyinindən ibarət deyil, bu 

eyni zamanda qədim maqnit sahəsinin mövcud olduğu anı təyin 

etməkdən ibarətdir. Bu zaman süxurların yaşını bilmədən 

məlumat olması mənasız bir şeydir, buna görə də paleomaqnit 

tədqiqatlar üçün hədəflər elə seçilir ki, onun geoxronoloji şkala 

ilə bağlılığı olsun, yəni seçilmiş hədəfin başlanğıc və sonunun 

yaşı  məlum olsun. Əgər qarşıya qoyulan məsələ yaşı  təyin 

etməkdirsə onda etibarlı etalon kəsiliş olmalıdır ki, müqayisə 

etmək olsun, yəni hədəf haqda alınan paleomaqnit məlumatlar 

yaxşı stratiqrafik bağlılığı olmalıdır, yəni həmin yaş üçün 

maqnitostratiqrafik şkala olmalıdır. 

Tətbiqi geoloi məsələləri həll etmək üçün süxurların 

maqnitliyinin ikinci 

komponentindən istifadə 

etmək olar. Xüsusilə lokal və regional 

tektonik 

hərəkətləri 




91 

öyrənmək üçün istənilən stabil qırışıqlıq  əmələ  gələnə  qədər 

olan qədim maqnitlənmədən istifadə etmək olar. Bəzi hallarda 

qırışıqlıq  əmələ  gələmənin üst sərhədinin yaşını  təyin etmək 

üçün qırışıqlıq  əmələ  gəldikdən sonrakı maqnitliyə müraciət 

etmək olar. Nazik strukturlarda geomaqnit sahənin dəyişməsini 

öyrəndikdə (Əsrlik variasiyanı və inversiyanın morfologiyasını) 

təkcə ilkin maqnitlənmənin ayrılması yox, eyni zamanda 

onunla sinxron olan maqnitlənmənin komponentinin dəqiq 

ayrılması vacibdir.   

                                                                                                                                                                                                                                                             

2.1. Geoloji obyektin öyrənilmə sistemləri 

Geoloji cisimlərdən istiqamətli nümunələrin götürülməsi 

qarşıya qoyulan məsələdən və paleomaqnit tədqiqatları 

aparmaq üçün seçilən ərazidən asılı olaraq təyin olunur.  

1. Bir bərabərdə nümunələrin toplanması iki-üç tam 

kəsilişlərdən (çıxışlardan) hər nöqtədən süxur ştufu götürülür 

və hər ştufdan maqnitometrik ölçmələr üçün iki-üç eyni həcmli 

nümunə düzəldilir. Bu sistem o vaxt tətbiq olunur ki, qarşıya 

qoyulan ilk məsələ öyrənilən cisimlərin I

n

 maqnitliyinin orta 



istiqaməti  əsaslandırılıbsa, onda hər bir nöqtədə  I

n

 istiqamətin 



bilinməsi çox əhəmiyyətli deyil. Beləliklə, bircinsli qatlar, 

laylar, lava axımları, lay intruziya və daykaları öyrənilir. 

Götürülən nümunələr arasındakı  məsafələr geoloji cisimin 

qalınlığından və statistik analiz üçün tələb olunan minimal 

sayından asılı olaraq seçilir. Hər bir çıxışından 15-20 az 

olmayaraq ştuf götürülür. 

2. Qatdan kəsiliş üzrə təfsilatlı nümunələrin yığılması. I

vektorunun meyillik və əyimlik vektorunun dəyişməsinin dəqiq 



ardıcıl öyrənilməsi üçün (məsələn,  əsrlik variasiyanı, yaxud 

geomaqnit inversiyanı) aparılır. Çöküntünün tempi və 

toplanmasından asılı olaraq eyni stratiqrafik səviyyədən üç 

ştufdan az olmayaraq nümunələr götürülür və bunlardan 8-dən 

az olmayaraq nümunə düzəldilir. 

3. Müəyyən tip süxurlardan ordan-burdan götürülən 

nümunələr. Bu sistem o vaxt  istifadə olunur ki, qatın 

kəsilişlərində  bəzi süxurlar ilkin  maqnitliyini  saxlayır.  Əgər 

92

tədqiqat üçün bir neçə lay əlverişlidirsə onda hər laydan götürü-



lən nümunələrin sayını artıraraq hər çıxışdan 15-20 tələb 

olunan saya çatdırmaq lazımdır. 

4. Müxtəlif  ərazilərdə yerləşən az miqdarda ştufların 

götürülməsi. Bu yenidən quraşdırma tədqiqatlarında istifadə 

olunur. Hər bir götürülən ştufdan imkan dairəsində çoxlu sayda 

nümunə düzəltmək lazımdır. 

Qlobal tektonik məsələləri həll etmək üçün nümunələrin 

toplanışı bir blokun ərazisində 100 km

sahədə bir neçə kəsiliş 



üzrə aparılır (iki-üç kəsilişdən). Nümunələr kəsilişlərdən 

bərabər götürülməlidir ki, paleomaqnit vektorun orta qiymətini 

təyin etdikdə az xətaya yol verilsin. Ərazi daxilində  tədqiqat 

aparmaq üçün sahə elə seçilməlidir ki, yerli tektonik hərəkətlər 

nəticəsində başqa çətinliklər törənməsin. Lokal və regional 

tektonik hərəkətləri tədqiq etmək üçün ştufları  qırışıqlıqların 

qanadlarından yığmaq lazımdır. 

İstənilən miqyasda tektonik tədqiqatlar aparmaq üçün 

kəsilişlərdən  ştufların toplanması, elə olmalıdır ki, I

n

 vektoru-



nun orta qiymətini təyin olunma dəqiqliyini təmin etsin, çünki 

bu qarşıya qoyulan məsələnin həlli üçün çox vacibdir. 

Vulkanogen-çökmə laylarda ştufların yığılması çökmə 

süxurlarda olduğu kimi aparılır. Lava axımlarından nümunə-

lərin təbii kəsiliş müstəvilərinin hər yerindən bir bərabərdə 

götürmək lazımdır. Məlumdur ki, lava axımının kənarlarında 

mərkəzə nisbətən qalıq maqnitlənmə daha yaxşı saxlanılır.  

İnturiziv cisimlərdən nümunələrin toplanması bu cisimi 

kəsən profil boyunca aparmaq lazımdır, bununla biz intruziv 

cisimin mərkəzində  və  kənarlarında maqnitliyin bircinsli olub 

olmadığı haqda məlumat ala bilərik. Hər bir intruziv cisimdən 

götürülən nümunələrin sayı 15-20 - dən az olmamalıdır. 

Metamorfikləşmiş süxurlardan nümunələr götürdükdə 

çalışmaq lazımdır ki, bütün ərazidən bir bərabərdə bir neçə 

profildən nümunələr götürülsün, ola bilər ki, ərazidə metamor-

fikləşməyə  məruz qalmayan sahələr qalıb, bu bizə relikt qalıq 

maqnitlənmə vektorunu saxlamış olacaqdır. Yığılan 

nümunələrin sayı elə olmalıdır ki, 

lazım olan bütün tədqi-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə