A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

83 

dəyişməsinin geoloji tarixini öyrənməkdir. 



 

1.33. Süxurlarda əksinə maqnitlənmənin  əmələ 

gəlməsi problemi 

Paleomaqnit tədqiqatlarla aşkar olunub ki, çoxlu sayda 

süxurlarda təyin olunan qalıq maqnitlənmənin istiqaməti süxu-

run indi yerləşdiyi yerdə Yerin maqnit sahəsinin indiki 

istiqamətinin tam əksinə yönəlmişdir. Süxurların  əksinə 

maqnitlənməsi çox yayılmış hadisədir: süxurlar içərisində stabil 

Ι

n  


əksinə maqnitlənən süxurların təxminən yarısını təşkil edir. 

Çox  əhəmiyyətlidir ki, kəsilişdə vulkanogen çökmə 

seriyalarda düzünə  və  əksinə maqnitlənən laylar müəyyən 

stratiqrafik səviyyələr tutur. 

Süxurlarda  əksinə maqnitlənmə problemi əsas prob-

lemlərdəndir və bunun həllinə paleomaqnetizmlə  məşqul olan 

çox sayda geofiziklər ordusu cəlb olunub. 

Süxurlarda əksinə maqnitlənmənin əmələ gəlməsinin iki 

fərziyyəsi öz vaxtında irəli sürülmüşdür. Birinci fərziyyəyə 

əsasən özbaşına, əksinə maqnitlənmənin bütün hallarında fiziki 

kimyəvi proseslərlə baş verdiyini izah etmək olar, yəni süxur-

ların  əksinə maqnitlənməsi Yerin maqnit sahəsinin  əksinə 

maqnitlənməsi hesabına olur.  

İkinci fərziyyə inversiya fərziyyəsi təsdiq edir ki, əksinə 

maqnitlənmənin  əsas səbəbi süxurlar əmələ  gəldikdə Yerin 

maqnit sahəsinin indiki maqnit sahəsinin əksinə yönəlməsi he-

sabına olması ilə izah olunur. Bu fərziyyəyə  əsasən güman 

edilir ki, bu, Yerin maqnit sahəsinin bir çox dəfələrlə 

istiqamətini dəyişməsi hesabına olur. 

Yerin maqnit sahəsinin qütb yerdəyişməsinə  məruz 

qalması sualına cavab verək, hər  şeydən  əvvəl, Yerin maqnit 

sahəsinə malik olması  nəzəriyəsinin yaranmasına misilsiz 

kömək edir. 

Bu eyni zamanda həm stratiqrafiaya, həm də geoxro-

nologiya elmi üçün böyük əhəmiyyət kəsb edir. Əgər düzünə və 

əksinə maqnitlənən layların sərhədi doğrudada Yerin 

maqnit sahəsinin qütb 

yerdəyişməsi anı ilə 

84

eynidirsə onda bu sərhəd Yer kürəsinin bütün səthində (nöqtə-



lərində) sinxron olmalıdır (yəni eyni olmalıdır). Onda geoloqlar 

geoloji tarixdə bir-birindən min kilometrlərlə uzaqda yerləşən 

ərazilərdə baş verən müxtəlif hadisələri eyniləşdirmək üçün 

güclü bir üsul əldə etmiş olurlar. Belə ki, layların (qatların) 

düzünə  və  əksinə maqnitlənmə  sərhədləri bir çox hallarda 0,5 

mln km


2

 ərazidə artıq sübut olunmuşdur (Xramov 1959; 1953; 

Eynarson, 1957; 1962 və s.). Burada söhbət yalnız ondan gedir 

ki, bütün Yer səthində yaşa görə müqayisəni maqnitlənmənin 

işarəsinə görə aparmaq olarmı? 

Əgər elə hal ola bilər ki, süxurların  əksinə maqnit-

lənməsi Yerin maqnit sahəsinin istiqaməti ilə əlaqədar deyilsə, 

onda müqayisəni çox kiçik geoloji ərazinin hüduduna qədər 

kiçiltməliyik. 

Süxurlarda özbaşına  əksinə maqnitlənməsini bir neçə 

hallarda laboratoriya şəraitində  təcrübə yolu ilə sübut etmişlər 

(Naqata, 1953; Qusev 1962 və.s.). Bu prosesin mexanizminə 

Neel (1965) tərəfindən baxılmışdır.  İndi özbaşına  əksinə 

maqnitlənmə prosesinin məğzinə baxaq. Süxurlarda əksinə 

maqnitlənməni üç bir-birindən fərqli hala ayırırlar. 

Birinci halda əksinə maqnitlənmə müəyyən növ kristalik 

quruluşa malik ferromaqnitlərdə rast gəlinir, doyma halına 

qədər olan bu maqnitlənmələr müxtəlif temperatur 

dəyişmələrində əmələ gəlir, belə maqnitlənmə kristalik qəfəsdə 

yüksək temperaturda əldə olunan istiqamətli cəm maqnitlənmə 

(təsir edən sahəyə paralel) yaradır, ancaq kiçik temperaturlarda 

bunun  əksinə maqnitlənmə yaranır. Laboratoriya şəraitində 

Yerin maqnit sahəsi təsir etməyən yerdə soyuma prosesi 

zamanı süxur əksinə maqnitlənirsə bu yalnız müəyyən qrup 

kristalik quruluşa və  tərkibə malik olan ferromaqnitlərdə baş 

verir. 


İkinci tip (növ) özbaşına çevrilmə maqnetikin iki 

fazalılığı ilə əlaqədardır. Ferromaqnitin maqnitlənmə prosesi § 

1-də yazılan kimi gedir, ancaq ayrı-ayrı ferromaqnit dənələr 

arasında maqnit qarşılıqlı  təsiri zəifdir.  Əgər ferromaqnit 

dənələr bir-birinə çox yaxın təmasda olduğu zaman 



85 

aldığı maqnitlənmə ferromaqnit dənələrin bir-birindən təcrid 

olunmuş halda aldığı maqnitlənmədən fərqli olacaq. Əgər 

süxurda ferromaqnit mineral xarici sahənin  əksinə maqnit-

lənməsi üçün şərait olmalıdır. 

1.Süxurda iki müxtəlif komponentli ferromaqnit olmalıdır. 2. 

Muxtəlif ferromaqnitlərin sıx əlaqəsi (bir-birinə daxil olmaları) 

olmalıdır. 3. Müxtəlif ferromaqnit dənələrin maqnitlənməsi 

eyni zamanda olmalıdır. Belə olan halda maqnitlənən 

dənələrdən biri kifayət qədər maqnitli olmalıdır ki, ikinci 

ferromaqnit dənəciyi bu sahədə maqnitləndirə bilsin, yəni bir-

inci dənənin maqnitliyi elə böyük olmalıdır ki, ikinci dənə 

maqnitləndikdə bu sahə Yerin maqnit sahəsini yox etsin. 

Axırıncı-üçüncü növ özbaşına  əksinə maqnitlənmə -bu 

növ özbaşına əksinə maqnitlənmə «nizamlı- nizamsız» düzülüş. 

Bu növ özbaşına əksinə maqnitlənmə tərkibcə yaxın olan eyni 

seriyadan olan bərk məhlullarda (məs, gemoilmenit) müşahidə 

olunur, yəni bu bərk məhlullardan biri ferromaqnit, digəri isə 

antiferromaqnitdir. Qemoilmenit seriyasında özbaşına  əksinə 

maqnitlənmə ilmanitin 45-60 mol % miqdarında müşahidə ol-

unur. 

Birkomponentli, yaxud müxtəlif komponentli təcrid ol-



unmuş ferromaqnit dənələr yalnız təsir edən sahə istiqamətində 

maqnitlənir. 

Yerin maqnit sahəsinin qütb yerdəyişməsinə  məruz 

qalmasını sübut edən həlledici faktorlar aşağıdakılardır: 

1. İntruziya, yaxud lava ilə yanmış süxurlar tərkibindən 

və  əvvəlki maqnitlənmə istiqamətindən asılı olmayaraq 

intruziyanın, yaxud lavanın maqnitlənməsi kimi olacaq (ya 

əksinə, yaxud da düzünə); 

2. Eyniyaşlı maqnitliyi stabil olan süxurlar hər yerdə 

Yerin maqnit sahəsinin bir qütbü istiqamətində  təbii qalıq 

maqnitlənməyə malik olur; 

3. Düzünə  və  əksinə maqnitlənən zonaların keçid 

zonalarında I

n

 - in qanunauyğun dəyişməsi özbaşına maqnit-



lənmə hadisəsi ilə izah edilə bilməz. Bu dörd müddəa 

aparılan dörd əsas tədqiqatın istiqamətini təyin edir. Bu 

86

da Yerin maqnit sahəsinin inversiyasının həllinə yönəlir. Lakin 



artıq bu tədqiqatlar yaxşı nəticələr verir, bu da aşağıdakılardan 

ibarətdir: 

1.Minlərcə öyurənilən orta və gec 1/4 dövr yaşlı maqmatik və 

çökmə süxurlarda heç bir əksinə maqnitlənən təbii qalıq 

maqnitlənmə müşahidə olunmayıb; 

2. Alt 1/4 və üst pliosen süxurları  tərkibindən və harada 

yerləşməsindən asılı olmayaraq hər yerdə  əksinə ilkin təbii 

qalıq maqnitlənməyə malikdir. 

 

1.34. 

Ι



vektorunun Fişer paylanması funksiyasının 

göstərilmə üsulları

 

Ι



n

 

vektorunun istiqamətinin statistik paylanması zamanı 



hər bir vektora 

Ι

n



 

- in qiymətindən asılı olmayaraq bərabər 

hüquq verilir, bu hər bir 

Ι

n



 

istiqamətinə vahid vektorun 

uzunluğu kimi təsvir olunur. 

Təbii qalıq maqnitlənmənin istiqamətinin paylanmasını 

təhlil etmə imkanına malik olmaq üçün yaxşı olar ki, bərabər 

aralar proyeksiyasından istifadə olunsun (şəkil 24-25). Çünki 

bu sahələrin orta proyeksiyalarının sahədə paylanmasına çox az 

təsir edir. Yerin maqnit sahəsini xarakterizə etmək üçün 

Ι

n

 



vektorunun meyillik bucağı  D

i

  və  əyimlik bucağı  J



i

 ilə 


göstərilir, həmin nöktədə maqnit meyilliyi və maqnit əyimliyi 

əlavə olunur. 

Ι

n

 



vektorunun paylanma 

sını göstərmək istəsək adətən polyar proyeksiyadan (şəkil 24) 

istifadə olunur, 

Ι

n



 

bərabər meyilliyini radius şəkillində 

proyeksiyaya alır və bərabər  əyimlik xəttini isə dairələr 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə