A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

67 

temperaturda qızmaya məruz qalırsa onda proses maqnitlənmə 

əmələ gətirir. 

Tektonik hərəkətlər zamanı maqmatik süxurlar dəyişən 

mexaniki təsirə  məruz qalır, bu da öz növbəsində dinamik 

maqnitlənməyə  səbəb olur. Nəhayət, bəzi süxurlarda qalıq 

maqnitlənmə, digər bir komponentə  əldə edə bilər, bu da 

ildırımın düşməsilə müşayiət olunan maqnit sahəsini göstərmək 

olar. Bu maqnitlənmə normal maqnitlənmə olacaq, ancaq təsir 

edən sahə Yerin maqnit sahəsindən 100 dəfələrlə çox olacaq. 

Maqmatik süxurlarda təbii qalıq maqnitlənmənin ikinci 

komponenti müxtəlif dövrlərdə Yerin dəyişən maqnit sahəsində 

yarandığından müxtəlif istiqamətə malik ola bilərlər. 

 Beləliklə bu süxurlarda əmələ  gələn təbii qalıq maqnit-

lənmələr ümumilikdə götürsək bir sıra müxtəlif geoloji 

dövrlərdə  tədqiqata qədər  əmələ  gələn müxtəlif istiqamətli və 

qiymətli müxtəlif dərəcədə dağılaraq pozulmuş maqnit-

lənmələrdən ibarət olacaq. 

Lakin paleomaqnit tədqiqatların təcrübəsindən görünür ki

bəzi hallarda təbii qalıq maqnitlənmə çox sadə  əmələgəlməyə 

malikdir və maqnitlənmənin ikinci komponenti ya asanca aşkar 

olunur, yaxudda onun ilkin təbii temperatur qalıq 

maqnitlənmədən kiçik qiymətə malik olduğundan onu nəzərə 

almamaq olar.   

Süxur maqnetizmində Q faktorunun təyini az əhəmiy-

yətə malik deyil, bu qalıq maqnitlənmənin induktiv maqnit-

lənməyə nisbəti ilə  təsvir olunur. Biz atıq gördük ki, Yerin 

maqnit sahəsi halında bu nisbət, məsələn, normal 

maqnitlənmədə 0,01 vyazki maqnitlənmədə 0,6-0,8 qədər artır, 

temperatur qalıq maqnitlənmə üçün isə bu nisbət bir neçə on 

hüdudunda dəyişir. Beləliklə, Q

n

 in belə 

                    

                               Q



n

=

r

n

Η

Ι



0

χ

  



qiymətləndirilməsi 

Ι maqnitlənməsinin fiziki şəraiti haqda 

məlumat verə bilər. 

Qırıntılı  mənşəyə malik  olan 

çökmə süxurlar 

68

aşağıdakı kimi əmələ gəlir. Ana süxurlar aşılanaraq yuyulduqda 



bu süxurun kiçik ferromaqnit hissəcikləri su vasidəsilə yuyulur. 

Bunlardan lap kiçikləri malikdik, bu ferromaqnitin özünə 

məxsus özbaşına maqnitlənən domenlərdir.  İri hissəciklər bir 

neçə domenlərdən ibarət olduğundan ana süxurun tərkibindəki 

maqnitlənməni, yəni temperatur qalıq maqnitlənməni 

saxlayacaq. Su hövzələrinə düşdükdə bu hissəciklərin 

maqnitlənmə vektoru çalışacaq, mövcud olan maqnit sahəsi 

istiqamətində yönələcəkdir. Bu istiqamətlənmənin dərəcəsi 

Yerin maqnit sahəsinin gərginliyindən, hissəciyin qalıq 

maqnitlənməsinin qiymətindən, onun forma və ölçülərindən su 

mühitinin hərəkətinin hərəkətinin xarakteri və qüvvəsindən 

asılıdır. Çökmə baş verdikdə ferromaqnit hissəciklər özünün 

istiqamətini saxlamaqla maqnitli olmayan hissəciklərlə birlikdə 

çökür. Çöküntülər suyunu itirərək burada olan  ferromaqnit 

hissəciklər bərkiyərək cəm vektora malik maqnitlənmə  əldə 

edir, bu istiqamət çökmə  əmələ  gəldiyi dövrdə  təsir edən 

sahənin istiqaməti ilə eyni olur. Beləliklə, çökmə süxurların 

təbii qalıq maqnitlənməsi temperatur, yaxud da bir, domenli 

mənşəyə malikdir, 

Ι

n



 istiqaməti hissəciklərin çökmə prosesi 

zamanı istiqamətlənmiş  maqnitlənmə ilə yaranmışdır. Çökmə 

süxurlarda ikinci komponentin əmələ  gəlməsinin mənşəyi 

maqmatik süxurlarda olduğu kimidir. 

Süxurların çoxu kristallaşma, yaxud kimyəvi maqnit-

lənmə prosesində ilkin qalıq maqnitlənməyə malik olarlar. Bir 

çox hallarda 

Ι

rs



 əmələ gəlmə anı da dəqiq qeyd oluna bilər, belə 

süxurlarda paleomaqnit tədqiqatlarda istifadə oluna bilər. Bu 

cür süxurlara sintetik qədim torpaqları, lateritləri və bir neçə 

digər konqresiyaları, hidrotermal və çökmə mənşəyə malik olan 

əmələgəlmələri misal gətirmək olar. Bu qrupa hidrotermal və 

çökmə  mənşəli bəzi dəmir filizlərini aid etmək olar. Bütün bu 

süxurları şərti olaraq kimyəvi çökmə süxurlar adlandırmaq olar. 

Metamorfik süxurlar metamorfikləşmə prosesində qalıq 

maqnitlənmə  əldə edə bilər, bunun mənşəyi metamor-

fikləşmənin növündən asılıdır, yəni kimyəvi, temperatur 

qalıq, parsial, yaxud dinamik  maqnitlənmə ilə 



69 

əlaqədardır. 

Metamorfikləşmə prosesi ilkin qalıq maqnitlənməni ya 

tamamilə yox edir, ya da bir hissəsini pozur. Buna baxmayaraq 

metamorfik süxurlarda paleomaqnit tədqiqatlarda o halda 

istifadə oluna bilər ki, onların maqnitliyi stabildir və 

metamorfikləşmə zamanı haqda məlumat almaq olsun. 

Beləliklə, biz təbii qalıq maqnitlənmənin ümumi halda 

əmələ gəlməsi nəzərdən keçirdik. 

Süxur  əmələ  gəldikdə  əldə etdiyi maqnitlənmənin 

Ι



 



həmin dövrdə mövcud olan Yerin maqnit sahəsinin istiqa-

mətinin bir-birinə uyğun gəlməsinin səbəbi üzərində dayanaq. 

Onu demək lazımdır ki, süxurların əldə etdiyi maqnitlənmənin  

istiqaməti təsir edən sahə istiqamətində olması o vaxt 

mümkündür ki, təsir edən sahə izotrop quruluşa malik olsun. 

Həqiqətdə isə çox hallarda maqnit xassələrində anizatropiya 

müşahidə olunur, xüsusilə o süxurlarda müşahidə olunur ki, 

tekustura açıq aydın görünür və süxurlar bir istiqamətdə təzyiqə 

məruz qalır. 

İki növ maqnit anizatropiyası mövcuddur: kristalloqrafik və 

formaya görə anizatropiya. Kristalloqrafik maqnit anizatropiya 

kristalda ferromaqnit mineralın asan və  çətin maqnitlənmə 

oxlarının olması hesabınadır, bunu müəyyən kristalloqrafik ox 

adlandırmaq olar, müxtəlif minerallarda müxtəlif qəfəs yaradır. 

Monokristalın maqnitlənməsi zamanı maqnitlənmə vektoru 

maqnitləndirən sahənin istiqamətindən yaxın asan maqnitlənmə 

oxuna tərəf kənara çıxır. Buna görədə süxurda ferromaqnit 

kristalın oxu bir neçədirsə bunlarla bağlı olan ilkin qalıq 

maqnitlənmənin istiqaməti Yerin qədim maqnit sahəsinin 

istiqamətilə eyni olmayacaq. 

Süxurlar üçün formaya görə anizatropiya daha çox 

əhəmiyyət kəsb edir, çünki ferromaqnit cisimin maqnitlənməsi 

təkcə xarici sahədə yox, eyni zamanda həmin cisimin kütləsinin 

yaratdığı sahəsində baş verir. Cisimin forması izometrik deyilsə 

maqnitlənmə vektoru maqnitləndirən H sahənin istiqamətindən 

cisimin uzun oxu istiqamətinə yönələcəkdir. 

Maqnitlənmənin böyük 

qiymətində  və cisimin çox 

70

uzun olması zamanı kənara çıxması müşahidə olunmasıdır. 



Maqnit xassəsinin anizatropiyası forma effektinə  əsas-

lanır, süxurlarda bu iki növ müşahidə olunur: mikroskopik və 

makroskopik. Makroskopik anizatropiya geoloji cisimin 

forması ilə  əlaqədardır, mikroskopik anizatropiya isə süxurla 

bağlı olan ferromaqnit mineralın uzanması  və yastılaşması 

istiqamətilə əlaqədardır. 



 

1.28. Qalıq maqnitlənmənin stabilliyi 

Bu paraqrafda ferromaqnitlərin qalıq maqnitlənməsinin 

ümumi halda baxmaqla yanaşı, onun səciyyələndirilməsi və 

paleomaqnetizmin praktiki məsələlərinin həll edilməsinə 

baxılacaq. 

Süxurların qalıq maqnitlənməsinin stabilliyi və onun 

tədqiqi üsulları öz həllini kitabın növbəti bölməsində tapa caq-

dır. 


İstənilən növ qalıq maqnitlənmənin stabilliyi, yaxud 

xarici sahələrin təsirinə davamlılığı-onun qiymət və istiqa-

mətinin saxlanmasıdır.  Əlbəttə, qalıq maqnitlənmə bir çox 

faktorların təsirindən dəyişə bilər, sabit və  dəyişən maqnit 

sahəsi, temperatur, mexaniki təsirlər, kimyəvi və mineraloji 

dəyişmələr, nəhayət relaksasiya hadisələri, yəni bizim 

saydığımız faktorların hamısı sabit maqnit sahəsinin təsiri 

olduq da ferromaqnitlərdə  əlavə maqnitlənmə, yəni bu və ya 

digər növ qalıq maqnitlənmə yaradır. Sabit maqnit sahəsi 

olmadıqda göstərilən təsirlər istənilən qalıq maqnitlənmənin 

qiymətini azaldır və  təsir edən amillərin intensivliyinin böyük 

qiymətində qalıq maqnitlənmənin tam yox olmasına səbəb olur. 

Hər bir faktorun təsiri ilə qalıq maqnitlənmənin qiymətinin 

azalmasının özünə  məxsus fiziki mahiyyəti var. Buna görə  də 

stabillik bu amillərin hər birinin təsirinə stabilliyi ilə ölçülür. 

Hər hansı amilin təsirinə  təyin olunmuş kriteriya digər amilin 

təsirinə təyin olunmuş kriteriya üçün istifadə oluna bilməz.  

Qalıq maqnitliyin davamlılığı maqnitsizləşdirmə  əyri-

sində özünü büruzə verir, bu əyri qalıq maqnitlənmənin 

qiymətinə xarici amillərin təsirindən asılılığını 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə