А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə142/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   138   139   140   141   142   143   144   145   ...   148

 

420


 

Qeyd  etdiyimiz  ki,saziş  şərtləri  üzrə  QƏ9-nin  hesablaşma 

metodundan  istifadəyə  qiymətinj  son  dəqiq  əhəmiyyəti  yalnız  yerinə 

yetirilmə  nəticələri  nəzərə  alınmaqla  sifarişin  yerinə  yetirilməsindən 

sonra təyin edilə bilər. 

 

Dərc edilmiş qiymətlərin hər hansı bir növündən istifadə edərkən 



sövdələşmələrin  faktiki  yerinə  yetirilməsi  üçün    bu  qiymətləri  yalnız 

göndərilmə  qiymətləri  kimi  nəzərə  almaq  lazımdır.  Bütün  bunların 

hamısı xüsusi əlavələr və endirimləri geniş istifadəsi ilə izah edilir (şəkil 

10.8.) 



 

 



 

Şə

kil 10.8. Dünya ticarətində əlavələrlə endirimlə



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Müxtəlif  növ  əlavə  və  endirimlərin  istifadəsi  çox  vaxt  ona 

gətirib  çıxarır  ki,  müxtəlif  regionlar  üçün  və  ya  müxtəlif  alıcı 

kateqoriyaları  üçün  bazar  qiymətlərində  heç  bir  dəyişiklik  aparmadan 

faktiki buraxılış qiymətləri təyin etmək olur.  

Beynəlxalq ticarətdə 

əlavələr və endirimlər 

Xüsusi 


keyfiyyət 

Xüsusi servis 

xidmətlərinin 

göstərilməsinə 

Qiymətlərdən endirimlər 

Ümumi (sadə) endirimlər 

Dövriyyəyə görə endirimlər 

Proqressiv 

(tədricən artım) 

Xüsusi endirimlər 

Qiymətlərə əlavələr 

Fərdi sifarişlər 

üzrə təhciyata 



 

421


Adi  qiymətlərə  əlavələr  fərdi  sifarişlər  üzrə  tədarükün  yerinə 

yetirilməsi  zamanı,  keyfiyyət  üçün  xüsusi  tələblərin  yerinə  yetirilməsi 

zamanı,  xüsusi  servis  xidmətlərinin  təqdim  edilməsi  üçün  və  s.  təyin 

edilə bilər. 

Endirimlər  adi  halda  standart  növ  avadanlıq  və  ya  xammalın 

göndərilməsinə  görə  (ümumi  və  ya  sadə),  təhciyatın  həcminə  görə 

(dövriyyəyə  görə  endirimlər  və  ya  bonus  endirimi),  əvvəlcədən 

danışılmış alış səviyyəsindən əlavə məhsul partiyasının əldə edilməsinə 

görə  (proqressiv endirim), həmçinin müəssisənin xüsusilə marağı olan 

alıcı  kateqoriyası  üçün,  məsələn,  topdansatış  alıcıları  üçün,  müntəzəm 

alıcılar  üçün,  sınaq  partiyası  və  sifarişlər  əldə  edən  alıcılar  üçün  və  s. 

(xüsusi endirimlər) nəzərdə tutulur. 

Bütün  bu  nəzərdən  keçirilmiş  mülahizələr  müəssisə  tərəfindən 

qiymətlərin  təyin  edilməsi  zamanı  yaranan  vəziyyətinj  hesablanması 

üçün  əsas istiqamət  kimi  qəbul edilə bilər  ki,  bu  qiymətlə  də  müəssisə 

dünya  bazarına  çıxır.  Amma  son  nəticədə  məhsulun  qiyməti  uyğun 

beynəlxalq sazişlərə əsasən təyin edilir. 

Beynəlxalq  saziş  qiymətləri  dedikdə  beynəlxalq  alqı-satqı 

sövdələşmələri üzrə sənədlərdə göstərilmiş qiymətlər başa düşülür. 

Beynəlxalq  ticarətdəki  saziş  qiymətlər  adətən  daxili  bazar 

qiymətlərindən, preyokurant və məlumat qiymətlərindən xeyli fərqlənir. 

Oriyentir (istiqamətlənmiş) qiymətlərdən sazişlərdə yazılmış qiymətlərə 

keçid  konkret  sövdələşmələr  üçün  qiymət  düzəlişlərinin  edilməsi  yolu 

ilə  həyata  keçirilir.  Bu,  qiymətlərdə  istiqamətləndirmə  kimi  qəbul 

edilmiş  qiymətlərə  əlavələr  və  həmçinin  qiymətlərdən  endirimlər  kimi 

də başa düşülə bilər. 

Bazar qiymətlərinə olunan hər növ düzəlişləri bütün sövdələşmə 

növü üçün ümumi düzəlişlərə və məhsulun xüsusiyyətləri ilə bağlı olan 

düzəlişlərə ayırmaq olar (şəkil 10.9.) 

 

 



 

 

 



 

 

 



 


 

422


 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Шякил 10.9. Бейнялхалг контракт гиймятляриня дцзялишляр 

 

Sövdələşmənin  aparıldığı  valyuta  növü  hər  hansı  bir  saziş 



bağlanarkən  əvvəlcədən  danışılmalıdır.  Aədətən,  bu  ABŞ  dolları  ilə 

ölçülür.  Amma  sazişlər  bağlanarkən  bəzi  məhsullar  üçün  sazişlər 

bağlanarkən  sövdələşmələr  bu  məhsul  üçün  ənənəvi  qəbul  edilmiş 

valyuta  ilə  həyata  keçirilir.  Məsələn,  kauçuk  və  əlvan  metallar  üçün 

Bazis qiymətlərinə düzəlişlər 

Hər növ sövdələşmələr üçün 

Valyuta növlərinə düzəlişlər 

Ödəmə şərtlərinə düzəlişlər 

Bazis şərtlərinə düzəlişlər 

Qiymətlərdən endirimlər 

QƏ9-nin parametrin 

metodlarının uçotu 

Komplektləşməyə düzəlişlər 

Seriyalarla (müəyyən 

standart üzrə) istehsal 

düzəlişlər 

Qiymət sürüşkənliyinə düzəlişlər 



 

423


sazişlər  adətən  ingilis  fuit-sterlinqi  əsasında,  polad  üçün  isə  -  isveç 

.......hesablanır.  Vahid  avropa  vlyutası  olan  avronun  qəbul  edilməsi  ilə 

beynəlxalq  saziş  qiymətlərinin  təyin  edilməsi  demək  olar  ki,  tamamilə 

yeniləndi. 

Ödəniş  şərtlərinə  düzəliş  ona  görə  aparılır  ki,  ödənişlər  prinsip 

etibarı ilə müxtəlif yollarla – nəğd və ya hesablaşma hesabı ilə, avansla, 

məhsulun  faktiki  ödəmələr  və  ya  kreditlə  çatdırılması  yolu  ilə, 

bütövlükdə  və  ya  hissə-hissə  ödənilməsi  və  s.  yolu  ilə  həyata  keçirilə 

bilər. Təbii ki, saziş qiymətləri nəğd pulla, və daha da artıq avansla təyin 

edildikdə kreditlə ödəmələrdən aşağı olur. 

Bazis şərtlərinə düzəlişlərdə isə dünya qiymətləri üçün oriyentir 

sayılan  və  bu  qiymətlərə  müxtəlif  dərəcədə  təsir  göstərən  nəqliyyat 

xərclərini və konkret sövdələşmə  qiymətlərini dəqiqliklə nəzərə almaq 

lazımdır. Təchizat şərtlərinin qiymətini franko-göndərilmə qiymətləri ilə 

franko-çatdırılma  qiymətləri  arasında  dəyişə  bilər.  Birinci  halda 

məhsulun qiyməti istehsal xərcləri, mənfəət, həmçinin məhsulun alıcıya 

çatdırılmasının  əsas  nəqliyyat  xərclərinin  başlanğıc  nöqtəsinə  qədər 

məhsulun  gətirilməsi  üzrə  xərclərlə  tamamlanır.  Adətən  ilkin  nöqtə 

istehsalçının  ambarı  sayılır.  Ikinci  halda  isə  qiymətin  tərkibinə 

məhsulun  son  istehlak  nöqtəsinə  çatdırılması  hesab  edilir.  Adətən 

alıcının  ambarları  son  istehlak  nötəsi  sayılır.  Təcrübədə,  xüsusilə  də 

Rusiyada,  xərclərin  istehsalçının  ambarlarından  istehlakçının  ambarına 

çatdırılması zamanı baş verən xərclərin diferensiallaşması uçotundan da 

istifadə  olunur.  Məsələn,  istehsalçının  ambarından  məhsulun 

yüklənməsi  üzrə  işlərinin  dəyəri  və  istehlak  dəyəri  ayrıca  hesablanır. 

Satıcı  (istehsalçı)  öz  üzərinə  nə  qədər  çox  xərc  payı  götürərsə,  belə 

qiymət quruluşuna görə daha tamamlanmış hesab edilir və əksinə. 

Ayrı-ayrı  məhsul  növləri  üçün  xüsusi  əlavələrdən  aşağıdakı 

hallarda istifadə olunur. 

QƏG-nin  parametri  metodlarından  o  vaxt  istifadə  olunur  ki, 

həmin  məhsulun  işlənmə  parametrləri  kəmiyyətcə  ölçülsün.  Belə 

hallarda  adətən  xüsusi  qiymət  metodundan,  yəni  məhsulun  işlənmə 

vahidinə  düşən  qiymətlərdən  istifadə  edliri.  Təbiidir  ki,  məhsulun 

çatdırılma həcminin dəyişilməsi və yaxud işlənmə parametrlərinin digər 

keyfiyyət  dəyişikliyi  zamanı  sazişi  qiymətləri  dəyişilməlidir.  Adətən 

belə  güzəştlərdən  standart  maşınqayırma  məmulatlarının  çatdırıması 

zamanı istifadə olunur. 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə