А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə144/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   140   141   142   143   144   145   146   147   148

 

427


 

1972-ci  ilin  payızı  üçün  ABŞ-da  qiymət  artımının  sürəti  aşağı 

salındı (həm topdansatış, həm də pərakəndəsatış), işsizlik azaldı. Amma 

bununla  yaranan  kapital  qoyuluşunun  perspektivi  az  olan  sahələrdən 

daha  perspektivli  sahələrə  yönəldilməsi  məhdudlaşdı,  investisiya 

tormozlandı və ümumiyyətlə aktivlik aşağı endi. Son hesabda gəlirlərin 

artımı ləngidi. Buna görə də 1974-cü ilin may ayında Lord hakimiyyəti 

qiymətlər üzərində birbaşa nəzarəti ləğv etdi. 

 

Son  illərdə  ABŞ-da  birbaşa  şəklində  daxili  bazarda  yalnız 



enerjidaşıyıcılarının  qiymətlərinə  aid  edilirdi,  çünki  bu  qiymət  idxal 

edilən neft və qazın qiymətlərinin artımı ilə yanaşı olaraq artırdı. 

 

Belə  bir  şərait  ona  gətirib  çıxarırdı  ki,  inflyasiya  prosesi 



ləngidildi, amma eyni zamanda neft və neftemalı sənayesinə, həmçinin 

bütövlükdə  energetika  sahəsinə  investisiya  qoyuluşunu  çox  samərəsiz 

etdi.  Nəticədə  dünya  qiymətlərinin  artımına    baxmayaraq  ABŞ-a  neft 

idxalı yüksək illik sürətlə artmaqda davam edirdi. 

 

1991-ci  ildə  ABŞ  prezidenti  R.Reyqab  neft  və  neft  məhsulları 



üçün  daxili  qiymətlər  üzərində  nəzarəti  ləğv  etdi,  belə  ki,  bu  nəzarət 

istehsalın  ləngidən  tələbatı  stimullaşdırır,  Abş-ı  enerjidaşıyıcıları 

idxalından asılı vəziyyətə gətirib çıxarırdı. 

 

Somn  illərdə  Abş  hakimiyyəti  qiymətlərin  birbaşa  dövlət 



tənzimlənməsi  metodundan  çox  məhdud  miqdarda  istifadə  etməyə 

başladı,  amma  bunula  yanaşı dolayı  tənzimləmədən  çox  geniş  və  aktiv 

istifadəni  seçdi.  Bu  mərhələdə  qiymətlərin  dolayısı  yolla  tənzimlənmə 

siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 

1)  perspektiv, yəni məhdud pul-kredit siyasətinin aparılması; 

2)  federal  ehtiyat  banklarının  qoyduğu  pulların  uçotunun 

tənzimlənməsi; 

3)  dövlət  büdcəsindəki kəsirlərin azaldılması; 

4)  differensiallaşdırılmış 

və 


ünvanlıq 

vergi 


siyasətlərinin 

aparılması. 

 

Nəticədə hal-hazırda ABŞ-da dövlət tərəfindən qiymətlərin 5 % - 



10 %-inə nəzarət olunur. 

 

Aqrar  sektorun  məhsulları  üçün  ABŞ-da  qəbul  edilmiş 



tənzimlənmə  metodları  böyük  maraq  doğurur.  Dənli  bitkilərin 

istehsalının  inkişafı  üçün  dövlət  fermerlərə  məqsədli  səhmlə  verir. 

Fermerlər  istehsal  etdikləri  taxılın  mülkiyyətçisi  olaraq    çalışırlar  və 

məhsulu  bazar  qiymətləri  üzrə  satılır.  Əldə  edilmiş  mənfəətin  bir 

hissəsini  onlar  aldıqları  səhmlərin  ödənilməsi  üçün    istifadə  edirlər. 



 

428


Əgər  taxıl  üçün  bazar  qiymətləri  komgres  tərəfindən  qəbul  edilib 

nəzarət  qiymətlərindən  aşağı  olarsa,  onda  fermer  öz  taxılını  dövlətə 

bazar qiymətləri üzrə deyil, təminatlı nəzarət qiymətləri üzrə verə bilər. 

 

Eyni  hal  süd,  yağ,  pendir  kimi  süd  sənayesi  qiymətlərinə  də 



aiddir.  Dövlət  göstərişləri  məhsulların  əgər  onların  qiyməti  bazar 

qiymətlərindən  yuxarı  olarsa  nəzarət  qiymətləri  üzrə  alır.  Bu  halda 

məhsul  mülkiyyətçiləri  üçün  məhsulu  dövlətə  təhvil  vermək  bazarda 

satmaqdan  yolları  sərfəli  olur.  Alışan  məhsulları  dövlət  pulsuz  yemək 

şəklində məktəblilərə verir, ərzaq köməkliyi kimi paylayır və s. 

 

1985-ci ildən ABŞ-da fəaliyyət göstərən aqrar qanun vericiliyinə 



uyğun  olarq  fermerlərə  verilişinin  kreitlərin  əvəzilə  qoyulan  girovların 

məbləği  aşağı  salındı.  Beləliklə,  dövlət  kənd  təsərrüfatı  məhsullarına 

kredit üçün standartlar və faiz məbləğini təyin edərək qiymətlərini köklü 

çəkildə tənzimlənməsini həyata keçirir. 

 

QƏ9-də  dövlət  tənzimlənməsinin  uyğunprinsipləri  ngiltərə  və 



Almaniya üçün də xarakterikdir. 

 

Kanadada qiymətlərin vahid dövlət tənzimlənməsi sistemi yoxdur, 



qiymət  siyasətinin  uyğun  nazirlik  və  idarələr  idarə  edir.  Dövlət 

tərəfindən tənzimlənən qiymətlərin payı 10 %-ə çatır. 

 

Avstraliyada  qiymətlərin  tənzimlənməsi  üçün  xüsusi  bir  sistem 



yoxdur.  Çörək,  süd  və  yumurta  üçün  maksimal  qiymət  səviyyəsi 

ştatların xəzinə təşkilatları tərəfindən təyin edilir. Qalan kən təsərrüfatı 

məhsulları üçün minimal alış qiymətləri təyin edilir. 

 

Yaponiyada  1973-cü  ildən  başlayaraq  iqtisadi  planlaşdırma 



idarəsinin qiymətlər bürosu fəaliyyət göstərir ki, bu büro da antiinhisar 

qanunauyğunluqlarına  əməl  edilməsinə  nəzarəti,  digər  funksiyalarla 

yanaşı  tələb  və  təklif  arasındakı    münasibətlərin  öyrənilməsini  həyata 

keçirir.  Bütövlükdə  Yaponiyada  dövlət  orqanları  tərəfindən  istehlak  

qiymətlərinin 20 %-ə qədəri tənzimlənir. Buraya düyü və taxılın, ət və 

süd  məhsullarının  qiymətləri,  su,  istilik,  elektrik  enerjisi  və  qaz  üçün 

tariflər,  həmçinin  dəmiryol  tarifləri,  məhsul  və  səhiyyə  xərcləri  daxil 

edilir. 


 

Xarakterik  olaraq  Yaponiyada  yüksək  inhisar,  həmçinin  aşağı 

inhisar qiymətlərinin təyin edilməsi qadağandır. Iş burasındadır ki, aşağı 

səviyyəli  inhisar  qiymətləri  rəqibləri  bazardan  sıxışdırıb  çıxartmaq 

məqsədi  kimi  başa  düşülür.  Burada  istehsalçı  gələcəkdə  bzara  tam 

yiyələnib  sonra  öz  bildiyi  kimi  qiymət  siyasəti  keçirir.  Bir  neçə 




 

429


müəssisə  tərəfindən  qiymətlərin  eyni  zamanda,  eyni  dərəcədə  bu 

prosesin səbəblərini açıqlayıb tədqiq etmək mümkündür. 

 

Iqtisadi  fəaliyyətdə  dövlətin  iştirakının  nümunəvi  misalı  kimi 



Fransanı  göstərə  bilərik.  Burada  bütün  qiymətlərin  təxminən  20  %-i 

dövlət  tərəfindən  tənzimlənir.  80  %  isə  bazar  mexanizminin  fəaliyyəti 

nəticəsində  yaranır.  Xarakterik  bir  haldır  ki,  məhz  fransada  artıq  uzun 

müddətdir  ki,  qiymətlərin  dövlət  tənzimlənməsi  üçün  qəti  siyasət,  bir 

sadə  “dirijizm”  siyasəti  aparılır.  II  Dünya  Müharibəsində  dağıdılmış 

iqtisadiyyatın    yenidən  bərpasının  zəruriliyini  nəzərə  alaraq  1947-ci 

ildən  Fransada  “nəzrətdə  olan  azad  qiymətlər”  siyasəti  həyata 

keçirilməyə  başladı.  Bu  siyasətə  uyğun  olaraq  sahibkarlar  qiymətləri 

dəyişə  bilmək  hüququ  əldə  etdilər,  amma  bu  yalnız  o  şərt  daxilində 

mümkün  idi  ki,  dövlət  orqanları  bu  haqda  vaxtlı-vaxtında  xəbardar 

edilsin.  Bu  orqanlar  özü  bildiyi  kimi  ehtimal  edilən  qiymət 

dəyişikliklərinə qadağa qoya bilər. 

 

1948-ci  ilin  əvvəllərindən  qiymətlər  üçün  tam  və  ya  (təsadüf 



hallarda)  qismən  təyinat  rejimini  təyin  etdi.  1949-1957-ci  illərdə 

Fransada  qiymət  artımını  məhdudlaşdıran  qanunlar  qəbul  edildi.  1960-

1962-ci  illərdə  demək  olar  ki,  bütün  sənaye  məhsulları  qiymətləri 

“buraxıldı”.  Artıq  1963-cü  ildən  hakimiyyət  “inflyasiyasız  inkişaf” 

siyasətinə  keçdi.  Bu  bir  sıra  qiymətlərin,  birinci  növbədə  qida 

məhsulların və bəzi xidmətlərin qiymətlərinin fiksasiyası deməkdir. 

1965-1972-ci  illərdə  dövlət  QƏ9  prosesini  “sabitlik  sazişi”, 

“proqramlaşmış  sazişlər”  və  “quymət  artımına  əks  göstərən  sazişlər  ” 

adı  almış  xüsusi  sənədlər  vasitəsilə  QƏ9  prosesini  tənzimlədi. 

Sabitləşmə  sazişləri  vasitəsilə  dövlət  əsas  istehlakçıların  satdıqları 

məhsul  üçün  az  və  ya  çox  dərəcədə  sabit  qiymətlərin  orta  səviyyəsini 

saxlamağa sövq edirdi. 

 

Proqramlaşdırılmış  sazişlər  qiymətlərin  dəyişilməsinə  yalnız  o 



qədər  yol  verir  ki,  bu  qiymətlər  beynəlxalq  rəqabət  şərtlərindəki 

dəyişikliklərə  və  sahibkarların  mövqeyinə  cavab  verə  bilsin.  Bu 

məqsədlə müəssisə dövlət orqanlarında öz investisiya proqramları üzrə, 

məşğulluq  üzrə,  xarici  bazarlardakı  perspektivlər  və  rəqabət  şərtləri 

üzrə,  əmək  məhsuldarlığı  mahiyyəti  idarəedilməsi  netodları,  öz 

məhsullarının  parametrləri  və  s.  üzrə  bütü  zəruri  məlumatları 

çatdırmalıdırlar.  Təqdim  edilmiş  məlumatlar  elə  olmalıdır  ki,    bu 

məlumatların  əsasında  proqram  dəyişikliklərin  qanunauyğunluqları,  ilk 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə