А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə75/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   71   72   73   74   75   76   77   78   ...   148

 

225


Burada  əsas  məsələ  cəlb  olunan  ekspertlərin  sayı  və  eksoert 

qrupuna  daxil  olan  mütəxxəsislərin  ixtisas  səviyyəsidir.  Aydındır  ki, 

kifayət qədər səriştəyə malik olmayan şəxslərin böyük sayı onlarda tələb 

olunan  ixtisasın  olmamasını  kompensasiya  etmir.  Digər  tərəfdən, 

ekspert qrupunun sayının azaldılması (son həddə ekspert mühakiməsini 

bir  nəfər  də  çıxara  bilər)  təsadüfi  faktorlrın,  subyektivizmin  və  yalnış 

qənaətlərin rolunun yüksəlməsinə səbəb olur. Buna görə də ekspertlərin 

seçilməsi  və  onların  qruplarının  formalaşamsını  ekspertiza  üzrə  xüsusi 

qrupların rəhbərliyi ilə həyata keçirmək məqsədəuyğundur. 

Ekspert  qruplarının formalaşması  üzrə  belə  qrupların  fəaliyyətini 

ekspert metodlarına aid edilə bilər. 

Ekspertlərin seçiulməsi üçün aşağıdakı metodlar istifadə edilir: 

• 

Sənədləşmə  -  ekspertlərin anketi  və    ekspertlər  barədəaz  və  ya 



çox  informasiyaya  malik  digər  sənəd  növlərinin  təhlilinə 

əsaslanması; 

• 

Eksperimental  –  keçmiş  ekspertizaların  həyata  keçirilməsində 



ekspertlərinin işinin təcrübəsinin təhlilinə əsaslanılması; 

• 

Ekspertlərin  səsverməsi.  Ekspert  qrupunun  seçilməsi  və 



formalşdırılmasını təşkil edəb qrup; 

• 

Öz-özünü  qiymətləndirmə.  Yaradılan  qrupa  namizədlər 



ekspertizanın  qarşısına  qoyulmuş  məsələlərə  münasibətdə 

həyata keçirirlər; 

Bu üsullardan biri ilə formalşdırılan ekspert qrupunun səriştəli və 

sərbəst mühakimələr yürütmək qabiliyyətli yoxlanılmalıdır. 

Bu  mühakimələr  sərbəst  faktorların  məcmusunun  sıralanması 

(daha doğrusu,  bu faktorların  nisbi  əhəmiyyəti  üzrə  yerləşdirilməsi)  və 

ya  qiymətləndirilməsi  (daha  doğrusu,  bu  faktorlara  müəyyən  kəmiyyət 

qiymətlərinin,  məsələn  bal  sistemi  üzrə  qiymətlərin  verilməsi)  ilə 

yoxlanıla bilər. Ekspert qrupunu təşkil edən mütəxəssislərin rəyləri son 

həddə  ya  bir-biri  ilə  üst-üstə  düşə,  ya  da  bir-birindən  kəskin  fərqlənə 

bilər.  Birinci  halda  ekspertlərin  müstəqilliyi  ilə  bağlı  şübhələr  yarana 

bilər  və  düşünmək  olar  ki,  onların  bəziləri  sadəcə  digərlərinin  rəyini 

təkrar  edirlər.  Ikinci  halda  ekspertlərin  ixtisası  və  onların  təhlil  edilən 

predmet  barədə  səriştəli  mühakimə  yürütmək  qabiliyyətinə  şübhə 

yaranır. 

Ekspert  rəylərinin  müstəqillik  və  uzlaşdırma  səviyyəsini 

qiymətləndirmək  üçün  konkordasiya  əmsalını  hesablamaq  lazımdır. 



 

226


Hesablanmış  konkordasiya  əmsalının  əhəmiyyətini  Pirlərə  təklif  etmək 

zəruridir. 

Aşağıdakı metodlar məlumdur: 

• 

Birbaşa, o cümlədən bal qiymətləndirilməsi; 



• 

Qoşa müqayisələr; 

• 

Ardıcıl müqayisələr; 



• 

Sıralanma. 

Sonra  isə,  daxil  olan  ekspertlərin  rəylərinin  aşkarlanması  və 

qeydiyyatı  prosedurları  nizamlanır.  Bu  və  başqa  konkret  halda  istifadə 

edilə bilən aşağıdakı prosedurlar məlumdur: 

• 

Bir mərhələli anketləşmənin həyata keçirilməsi; 



• 

Çox mərhələli anketləşmənin həyata keçirilməsi; 

• 

Müsahibələrin həyata keçirilməsi; 



• 

Müzakirələrin aparılması; 

Hər şeydən öncə dövlətin maliyyə və pul-kredit siyasətini əhatəli 

təhlil  etmək  gərəkdir.  Bu  siyasət  Mərkəzi  bankın  kredit  və  emissiya 

fəaliyyətində,  dövlət  büdcələrində,  büdcə  kəsiri  ilə  ümumi  daxili 

məhsulun arasındakı nisbətdə aşkarlanır. 

Həmçinin  proqnozlaşdırılan  müddətə  məhsul  və  xidmətlər 

istehsalının  dinamikasını,  bütövlükdə  ümumi  daxili  məhsulun 

dinamikasını öyrənmək lazımdır. 

Hamıya  bəllidir  ki,  məsul  və  xidmətlər  istehsalının  böhranı 

inflyasiya  proseslərinin  intensivləöşməsinə  səbəb  olur.  Hər  hansı 

müvəqqəti  müddətdə  yerli  məhsulların  ümumiyyətlə,  və  ya  kifayət 

miqdarda olmamasının yeri idxalın artımı ilə əvəzlənə bilər. Belə idxal 

bir  qayda  olaraq,  yalnız  beynəlxalq  kreditlərin  verilməsi  ilə  ödənilə 

bilər. 

Ancaq  xarici  məhsulların  gətirilməsi  yerli  istehsalın  növbəti 



böhranına səbəb olur və xaricdən verilən kreditləri gec və ya tez faizləri 

ilə  qaytarmaq  lazım  gəlir.  Buna  görə  də  uzunmüddətli  planda  idxalın 

artımı  da,  beynəlxalq  kreditlərin  alınması  da  yalnız  inflyasiya 

proseslərinin intensivləşməsinə səbəb ola bilər. 

Istehsal  müəssisə  üçün  xərclər  inflyasiyasının  qiymətləndirilməsi 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  ona  görə  zəruridir  ki,  müəssisənin 

məhsulunun  istehsal  və  satışına  təsir  edən  faktorların  bahalaşması 

nəzərə  alınsın.  Bu  və  başqa  təşəbbüsün  reallaşması  üçün  zəruri  olan 

xərclərin effektivliyi belə bir qiymətləndirmələrdən asılı olur. 



 

227


Xərclərin səmərəlliyinin qiymətləndirilməsi metodlarının təsnifatı 

şəkil 6.11 də göstərilir. 

Sadə  mənfəət  norması  xalis  mənfəətin  həcminin  müəyyən 

müddətdə  (məsələn,  kvartal,  il  və  s.)  eyni  müddətdəki  investisiya 

xərclərinin ümumi həcminə nisbəti kimi hesablanır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şə



kil 6.11 

Səmərəliliyi qiymətləndirilməsi metodlarının təsnifatı 

 

 

Öz  xərcini  ödəmə  müddəti



  baxılan  müddət  ərzində  xərclərin 

ümumi  həcmində  amortizsiya  ayırmaları  və  xalis  mənfəəti  çıxmaqla 

müəyyənləşir. Qeyd edək ki, öz xərcini ödəmə verilən təşəbbüsün  bütün 

“həyat müddəti”ində əldə olunmaya bilər. 



Diskontlaşdırma  metodları

  pulların  dəyərdən  düşmə  tempini 

müəyyənləşdirən 

diskont 


normasının 

istifadəsinə 

əsaslanır. 

Diskontlaşdırma  əmsalını  bilərək,  bütöv  təşəbbüsün  cari  qiymətlərə 

gətirilmiş dəyərini müəyyənləşdirmək olar. 

Bu  halda  daxili  mənfəət  norması  diskontlaşdırılmış  pul  vəsaiti 

daxilolmalarını  diskontlaşdırılmış  pul  vəsaiti  axınlarına  bərabər  edən 

diskont dərəcəsidir. 

Xərclərin effektivliyinin qiymətləndirilməsi 

Sadə (statistik) metodları 

Diskontlaşdırma metodları 

Sadə mənfəət norması 

Öz xərcini ödəmə 

müddəti 


Təşəbbüsün cari 

dəyəri 


Daxili mənfəət 

norması 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə