123
Qeyd etmək lazımdır ki, (1.119)-(1.121) ifadələrində
diferensialların tapılması çətin olduğundan, göstərilən kəmiyyətlərin,
inteqral qiymətlərinin ölçülməsi məqsədə uyğun sayılır. Belə halda
M
o
v
o
o
dV
h
H
m
(1.123)
düsturda H
o
-islanma istiliyinin inteqral qiymətidir. Tam islanma istiliyi
),
(
o
H
süxurun maye ilə 0-100%-ə qədər doymasında ayrılan istiliyin
miqdarıdır.
Məsaməli mühitə mayenin daxil olması, süxur ilə maye
sərhədində yeni səthin yaranması ilə əlaqədar olduğundan enepji artımı
belə tapılır:
c
o
o
mF
V
H
2
1
(1.124)
burada σ
1
, σ
2
-uyğun olaraq cisim-maye və cisim-su sərhəddindəki
xüsusi sərbəst enerji; F
c
-süxurun xüsusi səthidir.
Yunq tənliyindən cosθ=
1
2
1
olduğundan (1.124) ifadəsindən
cos
1
c
o
o
mF
V
H
(1.125)
alınır. Düsturdan görünür ki, tam islanma istiliyi, məsaməlilik
əmsalından, xüsusi səthdən, süxurun və mayenin kimyəvi xassələrindən
asılıdır. Məsələn, montmorillonit gillər üçün tam islanma istiliyi
təxminən 15-20 kal/q qiymətində olur. İstilik miqdarını bilməklə,
teperaturun dəyişmə həddini tapmaq olar.
§ 30. Süxur nümunəsinin laydan çıxarılması, saxlanması və təhlil.
Süxur nümunəsinin tədqiq edilmə qaydası
124
Lay süxurlarının fiziki-kimyəvi-mexaniki və b. Xassələri,
quyuların qazılması prosesində laydan çıxarılan süxur nümunələri
üzrində aparılan tədqiqatlar nəticəsində ğyrənilir. Odur ki, lazımi
dərinlikdən süxur nümunəsinin.
götrülməsi və onun lay şəraitini dəyişmədən çaxlanması əsas
məsələlərdən biridir.
Geofiziki tədqiqatların böyük əhəmiyyət kəsb etməsinə
baxmayaraq, lay haqqında yeganə canlı dəlil olan süxur hümunəsi
üzərində aparılan tədqiqat materialları son dərəcə qiymətlidir.
Praktiki cəhətdən qazma quyusundan ardıcıl çıxarılan süxur
nümunələrinin biavasitə mədən şəraitində öyrənilməsi mümkün
olmadığından, nümunənin lay şəraitinə uyğun vəziyyətdə laboratoriyaya
çatdırılmasının böyük əhəmiyyəti vardır. Aparılan tədqiqatlar
nəticəsində müəyyən olunmuşdur ki, qazma prosesində süxur
nümunələri aşağıdakı qayda üzrə çıxarılmalıdır. Qaldırılandan sonra
gilli məhlulla birlikdə bütün süxur nümunəsi heç bir makrotəsvir
aparılmadan tədqiqat üçün ayrılır. Qaldırılmış süxur nümunəsi
üzərindəki gilli azacıq silinir, eyni zamanda digər şəxs tərəfindən süxur
nümunəsi üçün nişan kağızı hazırlanır və tənzif parafinlənir. Nümunə
nəm selofan paketə qoyulur və iplə kip bağlandıqdan sonra kağız nişan
ilə birlikdə parafinlənmiş tənzifə bükülür və tədqiqat üçün
laboratoriyaya göndərilir. Süxur nümunəsi haqqında qısa makrotəsvir
isə ondan qoparılmış hissəciklər əsasında aparılır. Nümunələr
laboratoriyaya göndərildikdə xüsusi qutularda kip yerləşdirilməli və
titrəyişlərdən qorunmalıdır. Bu qayda ilə hazırlanmış süxur nümunəsi,
lay şəraitinə uyğun gəlir.
Laboratoriya şəraitində süxur nümunəsi üzərində makro və
mikroməlumatlar əldə edilir.
Mikroməlumatlar
əsas etibailə
aşağıdakı parametrlərin
öyrənilməsi ilə əldə edilir: məsaməlilik, keçiricilik (laylanma və ona
perpendikulyar istiqamətdə), qranulometrik tərkib, karbonatlılıq,
stratiqrafik məlumatlar, su-neftlə doyma əmsalları. Bu məqsədlə süxur
nümunəsi 6-7 hissəyə bölünür və onlar üzərində tədqiqat işləri aparılır.
125
Keçiriciliyin ölçülməsi üçün nümunənin uzunluğu 30 mm, neft-su
ilə doymanın təyin edilməsində nümunənin çəkisi 30-40 q,
qranumetrik tərkibi öyrəndikdə isə 50 q olmalıdır.
Süxurun mikro təsviri süxurun növünün, onu təşkil edən
hissəciklərin və məsamələrin ölçülərinin, sementləşmə dərəcəsinin,
sementləyici materialların və s. təyin edilməsi məsələləri özündə
cəmləşdirir.
126
II FƏSİL
NEFT, QAZ VƏ SUYUN LAY ŞƏRAİTİNDƏ
XÜSUSİYYƏTLƏRİ
§ 1. Neft və qazın tərkibi
Tərkibindən, temperatur və təzyiqin qiymətindən asılı olaraq
karbohidrogenlər lay şəraitində müxtəlif termodinamik - qaz, maye,
bərk qazlı maye hallarında olr.
Neft
və qaz, karbon və hidrogendən təşkil olunmuş üzvi
birləşmələrdir. Lakin göstərilən elementlərdən başqa, neftin tərkibində
əksər halda kükürd, oksigen, azot və s. elementlərə rast gəlinir.
Kükürdlü birləşmələr paslandırıcı və bununla əlaqədar olaraq dağıdıcı
xassəyə malik olduğundan, adətən, zərərli sayılır. Oksigen, bir çox
neftlər üçün praktiki əhəmiyyəti olan naften turşusunun tərkibinə aid
edilir. Neftin qatran hissəsi kükürd, oksigen və azot birləşmələrindən
təşkil olunur. Bir çox neftlərin tərkibindən hidrogen-sulfid də olur. Lay
şəraitində neftin tərkibində çoxlu miqdar parafin, asfalten və s. hissələr
də olur. Qeyd etmək lazımdır ki, göstərilən elementlərin az miqdarda
olmalarına baxmayaraq, onlar layda neftin hərəkətinə böyük təsir
göstərir. Bu baxımdan neftin tərkibində olan üzvi birləşmələr aşağıdakı
üç qrupa bölünür:
1.
Parafinli karbohidrogenlər. Bunların tərkibi C
n
H
2n+2
ifadəsi ilə təyin edilir. Bu birləşmələr kimyəvi cəhətdən daha dayanıqlı
olur. Atmosfer şəraitində əsas etibarilə doymuş karbohidrogenlərdən
təşkil olunmuş neft parafin əsaslı sayılır.
2.
Naftenli karbohidrogenlər. Bunların tərkibi C
n
H
2n
ifadəsi
ilə təyin edilir. Bu cür neftlər naften əsaslı sayılır.
3.
Aromatik karbohidrogenlər. Bunların tərkibi C
n
N
2n-6
ifadəsi ilə müəyyən edilir. Bu cür neftlər kimyəvi aktiv olmaqla tez
oksidləşməyə məruz qalır. Belə neftlərə, adətən, az rast gəlinir.
Qeyd
etmək lazımdır ki, parafin və naften əsaslı neftlərə ən çox
rast gəlinir.
Dostları ilə paylaş: |