A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə17/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   13   14   15   16   17   18   19   20   ...   171

 54 

Mən sinni kişiyəm. Gəncliyim çoxdan ötüb keçmişdir. Bəs 

neçin balkon döşəməsindəki rəqs hələ 

də 


məni 

həyəcanlandırır? 

O biri otaqda Nərgiz geyinirdi. Şəmsinin qızı. Soyunurdu, 

geyinirdi. Mən heç bir şey görmürdüm. Nə onun bədənini, nə 

paltarlarını, nə hərəkətlərini. Mən yalnız hərəkətlərin kölgəsini 

görürdüm. Kölgələrin balkon döşəməsində oynadıqları  qəribə 

rəqsi. O biri otaqdan balkonun döşəməsinə cəpəki işıq düşürdü. 

İşığın üstündə kölgə vardı. O biri otaqda Nərgiz geyinirdi. 

Hərdənbir o, güzgünün yanından ayrılıb  şkafa yaxınlaşırdı. 

Onda kölgə yox olurdu. Kölgələr rolunu ifa edib qurtarmış 

rəqqasələr kimi xəfif bir hərəkətlə baş  əyə-əyə  çəkilib 

gedirdilər. Balkon döşəməsi boş qalırdı. Boz, boş döşəmə. 

Sonra yenidən sonsuz qadın incəliyilə, naz-qəmzəsiylə dolu 

olan hərəkətlər, rəqslər. 

Nərgiz güzgüyə yanaşırdı, geyinirdi. Qəfilcən saçlarını 

çiyninə atırdı. Kölgələr hürkmüş quşlar kimi çırpınırdılar. 

Birdən rəqs qurtarırdı. Kölgə donub qalırdı. Yalnız kiçicik bir 

ehtizaz sezilirdi. Bu ehtizaz mehin sığalladığı narın qumun 

ürpərişləri qədər zərifdi. 

Mən bilirdim: Nərgiz güzgünün qabağında durub son dərəcə 

diqqətli, son dərəcə asta bir hərəkətlə dodaqlarına boya çəkirdi. 

O, harasa hazırlaşırdı. 

Harasa? Mən öz sualıma gülümsündüm. Guya mən 

bilmirdim ki, hara? 

Şəmsi hey danışır, danışır, danışırdı. Hey deyinir, deyinir, 

deyinirdi. Hey yeyir, yeyir, yeyirdi. 

"Qaytarın mənə 20 yaşımı", hardan qaytaracaqlar? Kim 

qaytaracaq? 20 yaşımda 20 yaşımın qədrini bilmədim. Dayazı 

dərin görünən fəlsəfələrə qapıldım.  İndi isə  hər  şey keçib 

getmişdir. 

Həyat musiqi kimidir. O sona yetməkçün davam edir. 

Dayana bilməz; qırıla bilər, kəsilə bilər, susa bilər. Lakin 

dayana bilməz, bir yerdə saya bilməz, təkrar oluna bilməz. 

downloaded from KitabYurdu.org




 55 

Bəlkə də belə yaxşıdır. Xarab olmuş patefon kimə gərəkdir? 

–Niyə yemirsiniz? Bəlkə  aş xoşunuza gəlmir? – Şövkət 

xanımın sualı  məni fikirlərimdən ayırdı. Mən ev sahibəsinin 

belə sorğularına necə cavab vermək lazım olduğunu yaxşı 

bilirdim. Vərdiş eləmişdim: 

–Yox, nə danışırsınız, çox gözəldir, çox dadlıdır, yeməkdən 

doymaq olmur və sairə.  

Mən bütün bu sözləri deməyi dilimə tapşırdım. Fikrim, 

gözüm isə balkonun döşəməsindən ayrılmırdı. Geyinən qadın 

hərəkətlərindən, daha doğrusu bu hərəkətlərin kölgəsindən 

həzin, şairanə nə var? Bu kölgələr nə qədər ani, keçəri-gedəri, 

hərcayi, xülyavidirlər. Lap möcüzə təkin. Ya da ki, küləkli gün 

bulaq aynasında söyüd titrəyişləri təkin. 

Dzin... 

Telefon zəngi. Kölgə qeyb oldu. Elə bil qasırğa söyüd 

ağacını yana əydi, əksini bulaq aynasından aldı. 

–Allo, indi gəlirəm. 

Demək, Asəf idi. Nərgizi gözləyir. Səbri çatmayıb, zəng 

eləyib. Yadıma düşdü: Axı, Şəmsi deyirdi ki, bu gün Asəfin ad 

günüdür. "Allo, indi gəlirəm". Mən onları bir yerda təsəvvür 

etdim. Bu gün qonaqlıqda. Küçədə, kinoda, bağda, küçənin 

səs–küyündə, parkın yalqızlığında, kinonun xəlvətində. Asəf. 

Nərgiz. Onların ikisinin yaşını üst–üstə gələndə yenə də mənim 

yaşımdan az çıxırdı. 

Çıq. Telefon asıldı. Döşəmədə yenidən kölgə göründü. 

"Allo, indi gəlirəm": Bilirdim. Bu axırıncı anlardır. Mən beş 

sayacam. Kölgə yox olacaq. Bir, iki, üç, dörd, beş "Allo, indi 

gəlirəm". Yox, hələ də əsir, titrəyir. İndi onacan sayacam. Bir, 

iki, üç, dörd, "Allo, indi..." beş, altı, "Allo", yeddi, səkkiz, 

"yox, sırayla saymaq lazım deyil, elə belə, sırasız, necə gəldi. 

Bir, doqquz, yeddi, üç, allo, allo, allo, allo, iki, altı, on səkkiz. 

On səkkiz... Döşəmə. Boz, boş, çirkli döşəmə. Çəpəki, 

kölgəsiz işıq. 

Nərgiz otağa girdi. Kaman kimi incə, kaman kimi dümdüz, 

downloaded from KitabYurdu.org




 56 

şümal. Səsi də kaman səsi... 

Neçin ömür keçdi, gün keçdi, neçin cavan olmaram bir də 

mən.. 


–Yaxşı, mən getdim. Sağ olun.  

Şövkət xanım dedi: 

–Sağ ol. Gec gəlmə. Elə indi də gecdi. Qaş qaralıb. Necə 

gedəcəksən?  

Birdən mən dedim; 

–Dayan, Nərgiz, getmə. Mən səni ötürərəm. O tərəfə 

gedirəm.   

–Lap yaxşı. Onda taksi götürərik, yoxsa yaman kecikmişəm. 

Mən paltomu geyinənəcən Nərgiz durna boylu güldandan 

seyrək–seyrək düzülmüş  qırmızı gülləri uzun barmaqlarıyla 

yığırdı. Haradansa başıma qəribə bir sual-cavab gəldi. Guya 

məndən soruşurlar: "Həyatının  ən xoş,  ən gözəl,  ən incə 

xatirəsi nədir? – Al qırmızı gülləri ağ güldandan yığan uzun 

barmaqlı bir qızın yaşıl paltarı…" 

Nərgizin yaşıl paltarı vardı. 

Nərgiz gülləri Asəfçün yığırdı. Asəf Nərgizin nişanlısı idi. 

Nərgiz  Şəmsinin qızı idi. Şəmsi mənim dostum idi. Mən 

dedim: 


–Mən hazır. 

–Əşi oturaydın. Nərgiz özü gedər. Otur sənə Murtuzdan 

danışacam. Zalım oğlu elə özündən bədgümandı ki. Dünən 

kafedranın iclasında... 

Şəmsi deyinirdi... 

Nərgizlə  mən tində dayanmışıq. Taksi gözləyirdik. Yağış 

yağırdı. 

Yadımdadır. Vaxtilə mən başqa bir tində, başqa bir qadınla 

dayanıb taksi gözləyirdik. Budur, yenə tin. Yenə  mən. Yenə 

qadın. Yenə taksi. O gündən çox illər keçmişdir. O gündən çox 

taksilər getmişdir. Lakin neçin bu yağışlı axşam mənə o günəşli 

gündüzü xatırladır? 

downloaded from KitabYurdu.org



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə