A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə18/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   14   15   16   17   18   19   20   21   ...   171

 57 

Axı, hər  şey dəyişmişdir. Tin o tin deyil. Başqa küçənin 

tinidir. Nərgiz vaxtilə mənim ötürdüyüm qadın deyil. O qadın 

da cavan idi. Nərgiz kimi. Lakin o qadın neçə illər bundan 

qabaq cavan idi. O zaman mən də  gənc idim. Nərgiz isə indi 

cavandır. Mən indi yaşlı kişiyəm. 

Mən vaxtilə sevdiyimi taksiylə göndərən, ağrıyan, amma 

eşqimə  də, həsrətimə  də biganəliklə baxan adam deyiləm. 

Onsuz da vaxt hər yaraya məlhəmdir, – deyən adam deyiləm. 

Vaxt özü mənə isbat etdi ki, hər yara sağalan deyil. O mənə 

anlatdı ki, əbədi gedən taksiləri saxlamaqçün bəlkə bir ömür 

boyu piyada qaçmalı olsan belə, qaçmalısan, heykəl təki durub 

"dərin" fəlsəfə yürütmək bir peşə deyil. Vaxt verdiyi dərslərə 

görə saçlarımın gümüşü bahasını aldısa da, hər halda onun 

öyrətdikləri bu qiymətə dəyərdi. 

Bəli, hər  şey dəyişmişdi. Onda isti gündüz idi. İndi yağışlı 

axşamdır. Onda ömrümün səhər üzü idi. İndi yolum gecəyədir. 

Amma yenə o vaxtkı kimi taksi gözləyirdik. 

Nə qadın o qadındı, nə  mən o vaxtkı "məndim". Bəli, hər 

şey dəyişmişdi. Amma yenə o vaxtkı kimi mən sevirdim. 

Sevirdim və itirirdim. 

Bəli, hər şey dəyişmişdi. Mən indi bilirdim ki, səadət var və 

insan onun uğrunda döyüşməlidir. Bilirdim ki, əgər səadət 

üfüqə bənzəyirsə, bu bənzəyiş  çatılmazlıqda deyil, bu bənzəyiş 

ondadır ki, üfüq təki səadətə  tərəf gedəndə  də biz yeni-yeni 

aləmlər tapır, təzə-təzə həqiqətlər, doğrular kəşf edirik. Səadət 

uğrunda, doğru uğrunda çarpışdıqca biz vaxta qalib gəlirik. 

Mən indi bunu bilirdim. Bəli, hər şey dəyişmişdi. Amma yenə 

o vaxtkı kimi mən tərəddüd içindəydim. Deyim, deməyim? 

Desəm etirafım bomba partlayışı təsiri bağışlayacaqdı. Təşbeh 

çeynənmişdir. Lakin inanın, and içirəm ki, bütün bu illər 

ərzində mən ayrı təşbeh tapa bilmədim. 

Deyirlər gözələ al da yaraşır,  şal da. Biz yağışın altında 

dayanmışdıq. Yağış gözəlləri belə isladıb büzüşdürür, aciz, 

yazıq, çirkin eləyir. Ancaq Nərgizə yağış da yaraşırdı. 

downloaded from KitabYurdu.org




 58 

Saçlarının qıvırcıqlarından sallanmış yağış damcıları kiçilmiş, 

miniatürləşdirilmiş üzüm salxımlarına bənzəyirdi. Saçında, 

qaşında, kirpiklərində parlayan yağış danələri mirvariyə, inciyə 

oxşayırdı. Üst-başına səpələnmiş yağış gilələri xırda dağ 

çiçəklərini andırırdı. 

Yağış onun saçlarını dağıtmış, yanağını, qaşını, kirpiyini 

yuyub yalamış  və elə bil qara su olub gözünün gilələrinə 

yığılmışdı. Yağış onu hər budağından narın çiçək, ya da xırda 

meyvə sallanan ağaca oxşadırdı. Ona yağış da yaraşırdı. 

Bəli, hər şey dəyişmişdi. O, cavandı, gözəldi, Mənim yaşım 

ötmüşdü. Bu mütərəddidlik də o zamankı qərarsızlıq deyildi. O 

vaxt qarşımda yalnız öz biganəliyim, öz laqeydliyim, öz dəruni 

"soyuğum" dururdu. İndi isə real keçilməz sədlər. Yaş. 

Adamlar. Rəylər. Əxlaq normaları. Hər şey dəyişmişdi. Lakin 

bu duyğular mənə tanışdı. Mən onları simfoniyanın sonunda 

birinci hissəsinin mövzusunu tanıyan kimi tanımışdım. Bu 

mövzu bütün əsər boyu keçir. Dəyişir, ayrılaşır, özgələşir. 

Şadlıqdan keçir, kədərdən keçir, dalğınlıqdan keçir. Ancaq 

axırda onu yenə də tanıyırsan. O dəyişmişdir və dəyişməmişdir. 

O həm köhnə tanışdır, həm də yeni dost. O, həm ondakıdır, 

həm indiki. 

Bəli, hər  şey dəyişmişdi. Amma yenə  də lap o vaxtkı  təki 

mən istəmirdim, heç istəmirdim ki, taksi gəlib çıxsın. 

Lakin onda da, indi də taksi gəlib çıxdı. Tindən buruldu. 

Yanı da dama–dama naxışlı, qabaq şüşəsi də yaşıl işıqlı.  

–Allo, taksi. 

Saxladı. İkimiz də dalda əyləşdik. 

Küçələr parıldayırdı. Lak çəkilmiş qara çəkmə kimi. 

Küçənin yaş qara aynası üzərində  rəngbərəng işıqlar üzürdü. 

Yaşıl, sarı, qırmızı. Maşınların qabaq faraları küçələri sarı 

işıqla süpürür, dal faraların qan qırmızısı isə yol boyu 

ardlarınca sürünürdü. Al lenta təkin.  İşıqforlar küçələrə yaşıl 

yarpaqlar səpmişdi. 

Göydə  kəlağayı buludlar. Bulud yarğanlarından görünən 

downloaded from KitabYurdu.org




 59 

səma. Göz işlədikcə  işləyən  əngin. Bir də soyuq ay. Gecənin 

sarı xalı. 

Yerdə  şəhər. Küçələr. Adamlar. Bu taksi. Bu taksidə 

dördümüz. Sürücü. Nərgiz. Mən. Bir də  mənim  əcaib 

məhəbbətim. Yox, bir də  mənim yaşım – taksi sayğacının 

rəqəmləri kimi bir-birini təqib edən illərin sayı. Bir də qiyabi 

adamlar. Onların nəsihətləri, anlayışları, Bir də  mənim 

kədərim. Bir də onun nə  ağıla, nə  tərifə, nə  də bu maşına 

sığmayan gözəlliyi. Aşıq demişkən "tamam bir kəndə  dəyən" 

yox, tamam bir şəhərə  dəyən gözəlliyi. Bir də onun beynində 

və  qəlbində, arzularında, yaddaşında, qulaqlarında, gözlərinin 

içində yer eləyib qalmış qarabuğdayı, qonur gözlü bir gənc, 

ağıllı, kamallı, həm də bir az dəli-dolu gənc. 

Qəflətən maşınımız dayandı. Elə bil işıqfor yelləncək kimi 

üstümüzə axdı.  

Küçə  qəndillərində – yol boyu düzülmüş  işıqforlarda sarı 

işıq qırmızıyla  əvəz olurdu. Küçə boyu-qırmızı  işıq dairələri. 

Gecənin lalələri. Soyuq, namehriban, isintisiz işıqlar. 

–Demək eyib olmasın, bu vaxt o tərəflərdə sizin nə  işiniz 

var? 

Bu sözlərdə, onların deyiliş tərzində cavan bir qızın əmisinə, 



dayısına, yaxud yaxın ailə dostuna olan bir məhrəmlik 

duyulurdu. Mən də eyni şıltaq-qəmzəli ədayla cavab verdim: 

–Hər şeyi deməzlər ki...  

İşıqfor göz vurdu. Yollar açıldı. Maşın tərpəndi. Mən dedim: 

–Bəs sizinki nə məclisdi? 

–Asəfin ad günüdür, – mən bilirdim. – Ata-anasını tovlayıb 

evdən qaçırtmışıq. İndi ancaq özümüz olacayıq.  

Mən dedim: 

–Yəni ancaq cavanlar. Gör indi nə vur–çatdasın olacaq? 

O, yəqin ki, səsimdəki həsədi sezmədi. Riqqətləndirici bir 

sadəlövhlüklə təsdiq etdi. 

–Hə, – sonra əlavə etdi, – gəlin siz də gedək.  

Bu təklif quru nəzakət deyildi, riyakarlıq da deyildi. Bu 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə