A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə16/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   12   13   14   15   16   17   18   19   ...   171

 50 

 

 

TAKSİ VƏ VAXT 

 

Küçənin tinində dayanmışdıq. İstiydi. 

O, maşın gözləyirdi. 

Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim. 

Maşınlar bir–bir ötürdu. Hər dəfə evin yanından maşın 

burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama–dama 

naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar 

içində. Mən ağrıyla. Maşınlar bir–bir ötürdülər. Taksilər 

gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı. 

Mən tərəddüd içindəydim: deyim, deməyim? 

O, bu gün başqa  şəhərə gedirdi. Qatar bir saatdan sonra 

hərəkət edəcəkdi. Onu ötürmək istədim. Razı olmadı. Yalnız 

küçəyə, taksiyə  qədər ötürməyə icazə verdi. Bəlkə elə belə 

yaxşıdır. 

Bilmirəm birmi, beşmi, onmu dəqiqə sonra döngədən 

sıçrayacaq, dama–dama naxışlı, qabağı yaşıl işıqlı bir taksi onu 

məndən aparacaqdı. 

Hələ vaxt vardı. Evin tinindən sıçrayacaq – yaşıl işığını qara 

görəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon 

altında xəbərsiz, biganə, başqa həvəslə, özgə intizarla çırpınan 

ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi? 

Yaşıl işıqlı bir taksi döngəni buruldu. Əlimizi qaldırdıq. 

Saxlamadı. Görünür, qoca dindar anam dualarının hansındasa 

bu sürücünü yad etmişdir.  

Deyimmi? Etirafım bomba partlayışı  təsirini buraxacaqdı. 

Əlbəttə, təşbeh çeynənmişdir. Bütün hisslərim çeynənəndə 

təşbeh haqqında düşünməyə dəyərmi?  

Deyimmi? Cavab əvvəlcədən məlumdur.  İki, bəlkə üç, 

bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olaçağına, 

donub qalacağına ayırıram. Bəs altıncı  dəqiqə? Qəzəb? 

downloaded from KitabYurdu.org



 51 

İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə  ağır bir 

təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq, 

incidəçək, kədərləndirəcək bir cavab. Amma məni bu 

qorxutmurdu. 

Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ən 

çoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi. 

Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar 

yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hiss-

həyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı. 

Bəs birdən... Birdən... Bəlkə bu beş  dəqiqəlik heyrətdən 

sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: – 

Mən sənsiz hara gedə bilərəm, – deyəcək, – ayrılıqda da 

yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi. 

Bəs onda? 

Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə  rəngli 

gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər 

rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar 

olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü. 

Bəs sonra? 

Sonra xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər 

boyatlaşacaqdı. Axırda da ölüm hər şeyi qaralayacaqdı. 

Mənim 20 yaşım vardı və mən belə düşünürdüm. Mənə elə 

gəlirdi ki, insana səadət verilməmişdir; ona yalnız səadət 

arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq gümanında 

yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. 

Səadətə çatdığın an o öz təravətini,  ətrini, gözəlliyini, 

cazibəsini itirir. Səadət üfüq kimidir: görünən və çatılmaz, 

yaxınlaşdıqca uzaqlaşan. 

Ya da bəlkə səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, 

gələcək həsrətində yaşamaq və  nəyisə hey gözləmək

gözləmək, gözləməkdir. 

Eh!  İndi ki, belədir, onda qoy dama-dama naxışlı, qabağı 

yaşıl işıqlı taksi tez gəlsin. Deyilməmiş sözlərin yarası həmişə 

qəlbimizdə qövr eləsin. 

downloaded from KitabYurdu.org




 52 

Bir an mən bütün qəlbimlə taksinin tez gəlməsini arzuladım. 

Elə bil bu istəyimi yerinə yetirmək üçün döngədən taksi 

buruldu. Elə  həmin an bu istəyin də dadı qaçdığını duydum. 

Taksinin gəlib-gəlmədiyinin, bu tində bu qadınla durub-

durmadığımın, ona deyib-deməməyimin, onun cavabının 

mənimçün tam bir laqeydliyini duydum... 

...Bu yazımı dostuma oxuyanda dedi ki, əgər sən belə 

düşünürsənsə yaşamağa dəyməz. Doğrudur. Amma məsələ 

ondadır ki, ölməyə də dəyməz. Dostum dedi: 

–Sən dəli olacaqsan. 

Ola bilər. Bəlkə  də... Bilmirəm. Yalnız bilirəm ki, o vaxt 

mənim iyirmi yaşım vardı və o vaxt mən belə düşünürdüm. O 

vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda qadın nazik, zərif, 

aylı gecədə kaman iniltisinə oxşayan əlini qaldırdı. 

O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda, boz, nimdaş, 

rəngi getmiş taksi dayandı. Sürücüsü də lap qəssaba oxşayırdı. 

Maşının nömrəsinə baxdım. 20-24. Mən balaca çamadanı 

yük yerinə qoydum. 

–Çox sağ ol! 

–Dəyməz. 

O, əlini uzatdı. 

Əlimi uzatdım. 

Daldan başqa maşınların səsi gəldi. Taksi küçənin işlək 

yerində dayanıb yolu kəsmişdi. Sürücü ayağını qaza basdı. 

Taksi tərpəndi. Qapı bağlandı. 

Əlini tuta bilmədim. 

Əlimdə barmaqlarının təri belə qalmadı, 

Bir neçə saniyədən sonra maşın döngəni burularaq gözdən 

itdi. Ağrıdım. Nədənsə anam yadıma düşdü, qardaşım öləndə 

mənə elə  gəlirdi ki, anam da dərddən öləcək. O, dəli kimi 

olmuşdu. O gündən on il keçir. İndi anam gülür, danışır, zarafat 

eləyir... Nə isə... 

Hər şeydən – qardaşım ölərkən anamın göz yaşlarından belə 

mənə əziz olan qadın, bu beş dəqiqədə heç kəsi, heç vaxt, heç 

downloaded from KitabYurdu.org




 53 

yerdə sevmədiyim qədər sevdiyim insan, ilk eşqim, son eşqim, 

dama–dama naxışlı, qabağı bayaq yaşıl, indi isə  qırmızı  işıqlı 

taksidə  əbədi getdi. Qol saatıma baxdım. Vaxt hey axır, axır, 

axırdı. 

Vaxt hər yaranı sağaldır. Vaxt hər gecə yarısı on iki 

zərbəylə günləri güllələdikcə  mənim də  ağrılarımı ovudacaq, 

həsrətimi aparacaqdır. Vaxt bizi məğlub edir – vaxt bizi xilas 

edir. Mən hər şeyi, bu tini, bu qadını, bu taksini unudacağam. 

Unudacam, unudacam... 

O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda... 

Şəmsi deyinirdi: 

–Əşi, bir yerin ki, böyüyü Murtuz ola ordan nə gözləyirsən. 

Bu adam ömründə bir müstəqil layihə verməyib. Hırnan–zırı 

qanmır, ən adi şeyləri bilmir, amma di gəl hamının başına ağıl 

qoyur, hamıya dərs deyir. Nə oldun, acından qarnımız qırıldı 

ki... 

Axırıncı cümlə Şəmsinin arvadı Şövkət xanıma aid idi. 



–Bu saat, bu saat. 

Şövkət xanım sanki gətirdiyi böyük nimçənin ağırlığı 

altında balacalanmış, yerə keçmişdi. O, aşı masanın üstünə 

qoydu. Sonra xuruşunu gətirdi. 

Şəmsi mənim boşqabımı götürüb yenə  də  əvvəlki kimi 

danışa–danışa aş çəkməyə başladı. 

–Əşi o gün Əsgərin müdafiəsidir... 

–Hansı Əsgərin... 

–Kərimovun.  

Mən bilirdim ki, "hansı  Əsgərin". Amma hər hansı bir 

şəkildə olursa-olsun söhbətdə  iştirak etməkçün bu tamamilə 

yersiz sualı verdim. Daha doğrusu, mən heç söhbətdə  iştirak 

etmək də istəmirdim. Lakin Şəmsinin dediklərinə maraq 

göstərmək lazım idi. Yoxsa, yaxşı düşməzdi. Mən  Şəmsinin 

dediklərinə qulaq asmırdım.   

Mən balkona baxırdım.               

downloaded from KitabYurdu.org



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə