A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə12/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   8   9   10   11   12   13   14   15   ...   171

 35 

qaldıracaqmı" adlı publisistik məqaləsində Azərbaycanın 

müstəqilliyinə ikrahla yanaşan, "irticaçı müsəlmanlara qarşı xristian 

Ermənistanın tərəfində durmağa çağıran" sağ-mühafizəkar "Naş 

sovremennik" jurnalının, SSRİ-dən ayrıldığı  şəraitdə ölkəmizin 

parçalanaraq "Azərbaycan Sovet Respublikaları  İttifaqı"na 

çevriləcəyini məzə ilə güman edən "Literaturnaya qazeta"nın 

siyasətbazlarına kəsə, düzünəqulu cavab vermişdi: "Bizə bu da bəsdir 

ki, öz respublikamızın taleyini Moskva mətbəxlərində  həll 

etməsinlər". SSRİ Xalq deputatlarının 31 avqust 1991-ci il 

qurultayında bu sözləri də ilk dəfə deyən Anar idi: "Azərbaycan 

Respublikasının ali dövlət hakimiyyəti orqanı istiqlaliyyət haqqında 

akt qəbul etmişdir… Hamımız müstəqillik istəyirik. Üç Zaqafqaziya 

respublikası yalnız o zaman müstəqil ola bilər ki, onların arasında 

sülh və həmrəylik olsun"… 

Həmişə zamanla nəfəs-nəfəsə, sözü tətikdə olan sənətkar 

Azərbaycanın ən ağrılı problemlərinə vaxtında, həssaslıqla və bütün 

kəskinliyi ilə münasibətini bildirmiş  və  həmin problemlər  ətrafında 

ictimai fikir formalaşdırmağa çalışmışdır. Onun 1990-cu ildə 

söylədiyi fikirlər ölkəmizdə vətəndaşlığın tarixi məsuliyyətinin dərk 

olunmasına güclü impuls verən qəti mövqeyi ortaya qoyur. Həmin 

mövqedən faciələrimiz, bizi normal inkişafdan mərhum edən, baş 

məqsədlərdən yayındıran çatışmazlıqlarımız apaydın görünür: "Altı 

və üstü talan olunmuş torpağımız, azdırılmış tariximiz, unutdurulmuş 

adımız, dəyişdirilmiş əlifbamız, illər boyu kürül-kürül axan yalanlar

boş  vədlər, təbiətin kor qoyulması,  şəhərlərimizin zəhərlənməsi, 

mənəviyyatın pozulması, riyakarlıq, saxtakarlıq, rüşvətxorluq, 

qohumbazlıq, yerlibazlıq - cəmiyyətimizdə yer almış bütün bu 

bəlalara görə heç birimiz məsuliyyət, cavabdehlik və  təqsir yükünü 

boynumuzdan ata bilmərik"… 

Anar, həmişə olduğu kimi bu gün də Azərbaycanın mənəvi-siyasi 

mövqeyini ləyaqətlə qorumaq missiyasını davam etdirməkdədir. 

Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazanandan sonra da 

onun müxtəlif bəhanələrlə suçlandırılması, təklənməsi siyasəti 

səngiməyib. Anar "Azərbaycançılıq haqqında düşüncələr"  əsərində 

bu siyasətin əsas yönlərini nişan verərək, "Azərbaycanda çeçenlərin 

hərbi düşərgələri, bazaları var, silahlar tranzit olaraq Azərbaycandan 

keçir, Azərbaycanda islam fanatizmi güclənir, təməl dinçilik 

(fundamentalizm) təmayülləri artır, radikal dinçi mərkəzlər fəaliyyət 

downloaded from KitabYurdu.org




 36 

göstərir" və s. kimi Moskva televiziya kanallarının axın-axın 

iftiralarını  sərrast məntiqlə belə puça çıxarır: "Azərbaycanın 

Çeçenistanla sərhəddi yoxdur. Sual olunur, əgər Azərbaycandan 

Çeçenistana silah keçirilirsə, deməli, Dağıstandan, yəni Rusiya 

ərazisindən keçirilir və əgər Rusiya öz ərazisinə nəzarət edə bilmirsə, 

Azərbaycanı nədə günahlandıra bilər?" 

Azərbaycan artıq öz yolunu seçib. Onu belə fitnələrlə yolundan 

azdırmaq olmaz. Yazıçı ölkəsinin bu yolda qətiyyətlə irəliləməsinə 

sözü, məntiqi, uzaqgörənliyi ilə dayaq durmaqdadır.  

Artıq Avrasiya ölkələrinin həyatında mühüm rol oynayacaq, Şərq-

Qərb sivilizasiyalarının qarşılıqlı    əlaqələrini bir qədər də 

dərinləşdirəcək  İpək Yolu layihəsi həyata keçirilməyə başlayıb. Bu 

ideyanın ilk rüşeymlərini, özü də onun məhz Azərbaycana, ümumən 

türk dövlətlərinə fayda gətirəcək  şəkildə irəli sürülməsini Anarın 

1991-ci ildə yazdığı  "İpək yolu" məqaləsində görürük. O, dünyanın 

siyasi mənzərəsinin dəyişməsi, yeni düzən yaradılması istiqamətində 

Azərbaycanın bir müstəqil dövlət olaraq strategiyasını 

müəyyənləşdirən amilləri önə  çəkir. Bu strategiyanın prioritet 

yönlərini düzgün seçimləyərək yazır: "Tarixi, dini və ideoloji 

fərqlərlə aralanmış, müxtəlif əlifbalara malik olan türk xalqları hələ 

qeyri-müəyyən vəziyyətdə olan türk aləmini - Vahid Türk dünyasına 

sevirməyə qadir olan intellektual, mədəni inteqrasiya və koordinasiya 

mexanizmləri, institutları yaratmalıdırlar". Yazıçı-publisist tamamilə 

doğru olaraq qeyd edir ki, Vahid Türk dünyasının yaranması - türk 

dövlətlərinin müstəqilliyinin itirilməsi demək deyil, əksinə, bu təbii 

inteqrasiya prosesində müstəqilliklərini möhkəmləndirərək, onların 

vahid, yenilməz bir gücə çevrilməsi deməkdir. O, müasir dünya 

tarixindən ərəb, ingilis dilli ölkələri, Latın Amerikası respublikalarını 

örnək gətirərək, türk dövlətləri inteqrasiyasının da yeni dünyanın 

qlobal inkişaf məntiqindən doğduğu qənaətinə  gəlir. O, bu 

inteqrasiya prosesində Azərbaycanın geostrateji önəm daşımalı 

olduğunu da xüsusi vurğulayır: "Bu tarixən təbii prosesdə 

Azərbaycan vacib rol oynamalıdır. Qismən Avropameylli türk 

sahələri (Türkiyənin özü, Kiprin türk hissəsi, Balkan türk anklavları) 

və Uyğur çöllərindən Qazaxıstan və Orta Asiyaya qədər uzanan türk 

əraziləri arasında körpü rolunu Azərbaycan oynamalıdır. O, həmin 

fəzanın mərkəzindədir. Həm coğrafi-siyasi mövqeyinə görə, həm də 

tarixən bir çox məsələlərdə birinciliyinə görə…" Son on iki ilin 

downloaded from KitabYurdu.org




 37 

salxantılı sürəcləri aydınladır ki, tarixin nəticələndirdiyi bu ideyaların 

həyata keçirilməsi reallıqdır. Bu gün Azərbaycan-Türkiyə 

əlaqələrinin gerçək durumu, dövlətimizin regionda apardığı siyasət, 

uluslararası münasibətlərdə ölkəmizin siyasi-iqtisadi mövqeyinin  

getdikcə möhkəmlənməsi, Azərbaycanın Qafqazda liderliyə yetməsi 

prosesi bu özünümüəyyənləşdirmə, özünüüstünlətmə, mədəniyyət və 

mənəviyyatda olduğu kimi siyasətdə  də "aşağılıq kompleksi"ndən 

qürtulma strategiyasının düzgün seçildiyini təsdiq edir. 

*** 


Dünya və Azərbaycan mədəniyyəti irsinə, onun ədəbi-fəlsəfi, 

bədii-estetik, dini-tarixi dəyərlərinə  dərindən bələd olan Anar, 

əslində, milli mədəniyyətimizi  Şərq və  Qərb mədəniyyətləri 

sintezində təsəvvür etməyə imkan verən bir sənətin yaradıcısıdır.  

Dünya mədəniyyətinin  şəhdi-şirəsi Azərbaycan mədəniyyətinə

Azərbaycan mədəniyyətinin şəhdi-şirəsi Anar yaradıcılığına süzülüb. 

Ona görə  də bu yaradıcılıqdan dünyanın dərin mənalarına çıxmaq, 

dünyadan bu yaradıcılığın dərin mənalarına enmək mümkündür.  

Azərbaycanın xalq yazıçısı,  əməkdar incəsənət xadimi, 

Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Milli 

Məclisinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli 

Məclisin mədəniyyət komissiyasının sədri, bir çox fəxri adlara layiq 

görülmüş, məktəblidən akademikə  qədər hamının sevimlisi, 

respublikamızın müstəqilləşməsində 

və 

mədəniyyətimizin 



inkişafında mühüm xidmətləri olan yazıçı, dramaturq, publisist, 

esseist, kinorejissor, bütün aydınsal həyatını Vətənimizin, xalqımızın 

tərəqqisinə, gözəl  əsərlər, duyarlı sözlər, tutarlı obrazlar, yozumlu 

hikmətlər yaratmağa həsr etmiş görkəmli ictimai-siyasi xadim, 

"İstiqlal" ordenli Anarın təqribən 45 illik ədəbi-eksiklopedik 

fəaliyyətini dolğunca  əks etdirən və hörmətli oxuculara təqdim 

olunan bu çoxcildlik sözün əsl mənasında Anarın Azərbaycan 

mədəniyyəti salnaməsidir.  

Çağımızın dünyaünlü böyük qırğız sənətkarı Çingiz Aytmatovun 

deyimincə, "öz ədəbi dinastiyasını yaratmış Anarın"  ərən ruhu və 

susmaz qələmi onun müdrik, barlı yaşında bundan sonra da 

çiçəkləyəcək, mədəniyyətimizi əvəzsiz incilərlə zənginləşdirəcəkdir.  

 

RAHİD ULUSEL 

 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə