A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə10/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   6   7   8   9   10   11   12   13   ...   171

 29 

Deməli, "başqa növ əlaqə prinsiplərini" dərk etmədən, qarşılıqlı 

münasibətlərdə məqsədəuyğun əlaqə yollarını seçmədən, yeni ictimai  

ünsiyyət vasitələri axtarıb tapmadan, hər cür gözlənilməz ictimai-

təbii hadisələri təmkinlə qarşılamağa hazırlaşmadan, dialektikanı, 

yeniliyi, dəyişməni, inkişafı  nəzəri fikirdən praktikaya keçirmədən, 

onu hətta gündəlik ünsiyyət və  əlaqə vasitələrinin qavranılmasına 

tətbiq etmədən bəşəriyyətin həqiqi kosmik özünüdərki də mümkün 

deyildir. BELƏ ÖZÜNÜDƏRKETMƏNİN REALLAŞMASI  İSƏ 

BƏŞƏRİ-UNİVERSAL HARMONİYAYA YİYƏLƏNMƏK 

DEMƏKDİR. Çağımızın bədii-intellektual, dini-fəlsəfi axtarışları yer 

sivilizasiyasını bu yönəkdə inkişafa kökləyir.  

 

YARADICILIQ POLİFONİYASI: 

NƏSRDƏN SƏNƏT DÜRLƏRİNƏ 

 

Anarın yaradıcılıq polifoniyasında  ən müxtəlif sənət dürlərinin 

tutaşı çoxboyalı estetik görüntü və nizam yaradır. Həyat sanki bütün 

çalarları, çeşidləri, məna saçmaları, yozum imkanları ilə bu 

yaradıcılıqda variasiyalanır, güzgülənir. Sənətkarın nəsr  əsərləri ilə 

yanaşı, pyes, teletamaşa, radiopyes, bədii, sənədli, tele və cizgi 

filmləri, ssenariləri, esseləri, ədəbiyyat və sənət haqqında məqalələri, 

məruzə  və  çıxışları, xatirələri Azərbaycan mədəniyyət və 

incəsənətinin bir yaradıcının dünyasına necə  sığdığına və bu 

dünyadan neçə saçıldığına gözəl nümunədir.  

Anarın dramaturgiyası, ssenari yaradıcılığı və rejissor işi onun öz 

bədii ideyalarını teatral biçimdə, aktyor oyununun dinamikasında, 

şəkillənmə vasitələrində ifadə etmək, həyatla sənətin söz və hərəkət 

uzlaşığında vəhdətini yaratmaq, sözü "yeritmək", ideyanı 

"danışdırmaq" istəyinin, gərəyinin barıdır. 

Dramaturqun aktuallığı ilə seçilən, ən kəskin problemləri hədəfə 

alan pyesləri Azərbaycanın bütün teatrlarında tamaşaya qoyulub. 

Akademik Dram Teatrında beş pyesi ("Şəhərin yay günləri", 

"Adamın adamı" - sonuncu Anarın rejissorluğu ilə - , "Səhra 

yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə  və Zaur"), Rus Dram 

Teatrında "Şəhərin yay günləri", "Təhminə  və Zaur", Gənc 

Tamaşaçılar Teatrında "Keçən ilin son gecəsi", Kukla Teatrında 

"Qaravəlli" tamaşaya qoyulub. Onun dram əsərləri ölkəmizin başqa 

teatrlarında, eyni zamanda Moskvada Miniatür teatrında, Kazan və 

downloaded from KitabYurdu.org



 30 

Kişinyovun Akademik Dövlət teatrlarında, Daşkənddə Mukimi 

teatrında, habelə Polşa, Bolqarıstan, Türkmənistan, Qırğızıstanda, 

Rusiyanın digər  şəhərlərində oynanılıb. Moskvanın Mərkəzi 

televiziyası "Mən, sən, o və telefon" əsərinin motivləri üzrə "Hər 

axşam 11-də" bədii filmi çəkilib…  

Falqın milli-siyasi varlığını qorumağın özül daşı - onun mənəvi 

bütövlüyünə mane olan hər şey varsa, onunla mübarizə duyğusudur. 

Mənəvi yetkinliyə çatmamış bir kütlə  həyatın  əsas məqsədlərindən 

daim yayınar və gözüdarlığa qapanıb qalar. Anarın "Qaravəlli" 

komediyasında olduğu kimi, diş qurdalamaq üçün çöp axtara-axtara, 

bir-birinin  əlini yuya-yuya, üzü kirli, alnı nursuz qalar! Güzəranı 

qaravəlliləşər! Sonsuz dərəcədə  sərsəm bir vəziyyəti qroteks 

səviyyəsində göstərməsinə görə  Cəlil Məmmədquluzadənin 

"Danabaş  kəndinin məktəbi" ilə  səsləşən bu gülməcə öz içində 

çalxalanan, gicəlib qalmış bir kütləyə kəskin parodiyadır. Anarın bir 

yazıçı kimi daxil olduğu 60-70-ci illər  ədəbi nəslinin Cəlil 

Məmmədquluzadə irsinə, ümumiyyətlə, "Molla Nəsrəddin" 

məktəbinə yalnız üslub cəhətdən bağlılığını iddia edənlər yanılırlar. 

Əslində isə, bu bağlılığın  əsasında sırf ideal məsələsi - xalqın 

özünüdərk probleminə yanaşmadakı ruh yaxınlığı dayanır. Anar, 

Mirzə  Cəlildən, hər  şeydən öncə, tənqid etmək sənətini, cəmiyyət 

həyatına ayıq münasibət göstərmək məharətini mənimsəyib. 

Cəmiyyət həyatının qabarıb-çəkilmələrində isə elə problemlər ortaya 

çıxır ki, onu bütün mahiyyətilə  aşkar etmək  əsl yazıçı  fəhmi tələb 

edir. Tarixin böyük dövrlərini üzbəüz qoyub tutuşduranda amansız 

suallar diklənir. Necə oldu ki, neçə zamanlar bundan qabaq "Çal 

qılıncını, Qazan xan, yetdim!" - deyə bir-birinin dadına yetən 

istiqanlı  və isti qanlı bir millətin övladlarında bir-birinə simsarlıq, 

həyançılıq getdikcə sönükləşdi?! "Şəhərin yay günləri"ndə  Bəhram 

Zeynallıya Qiyas yana-yana, çılğıncasına belə  də deyir: "...Ay əmi, 

sənə qurban olum, nə olub bizə? Axı, biz belə deyildik, ay əmi!..". 

Sonra FF əsr təlxəyi Firuz bu dəyişməni öz təbirincə belə xırdalayır: 

"Adamlar həyatda yavaş-yavaş, misqal-misqal, heç özləri də 

bilmədən satın alınırlar…" "Adamın adamı" pyesində göstərildiyi 

kimi, cəmiyyətin həyatında elə bir vəziyyət əmələ gəlir ki, "Pul cırım 

səninçün" - deyən harınlar zümrəsi yetişir, "Pulun gücünə vurma 

cədvəlini də  dəyişmək olar", "Pulun açdığı qapını avtogen də deşə 

bilməz" - "məntiqi" doğulur, adamlar az qala rüşvətsiz yaşamağın 

downloaded from KitabYurdu.org




 31 

mümkün olduğuna da inanmırlar, düzlükdən, doğruluqdan 

danışanısa, sadəcə olaraq, ciddi adam hesab eləmir, hətta ona, üzdə 

olmasa da, rişxənd eləyirlər... Getdikcə sürəklənən bu mənəvi iflas 

ictimai dağıntılardan tutmuş dövlət ölgünləşməsinə, hakimiyyət 

bayağılaşmasınadək bütün proseslərdə görünəcəkdi. Roma 

aristokratları da quş dilindən təamlar bişirtdirib, səhərədək yeyib-

içərmişlər, - qüvvələri tükənincəyədək... Onların fənalığı isə tarixdə 

başqalarına görk olmadı... 

Elə bu səbəbdən də Anar cəmiyyətdə baş verən böhranları 

cücərtilərində  bəyan etməyə, onların sosial-psixoloji aqibətini 

izləməyə - özü də son dərəcə fərdi araşdırmalarla izləməyə  çalışıb.  

Bəllidir ki, sovet dövründə düyün problemləri açıq  şəkildə 

qaldırmaq olmurdu. Çağdaşlığın yazarı Anar o dövrün nadir 

sənətkarlarından idi ki, ən qatı, deyilməz-dələgətirilməz soruları, 

olumları rəmzi görklərlə, simvolik örtülərdə aydınladırdı. Buna görə 

də Anarın realist üslubunun bir xətti gedib simvolikaya və 

fantasmaqoriyaya dirənir.  

"Səhra yuxuları" dram-pramfletində imperiyaçılığın qamarlayıcı 

siyasəti - belə bir dirənişdə  hədəfdi.  İmperiyaçılar həmişə oyuncaq 

dövlətlərin satqın başçılarını öz kövşənində yalmandırıb 

noxdalayaraq o ölkəni müstəmləkəyə çevirir. Beləliklə, ölkə ikiqat 

möhnətə düçar olur. Hakimiyyəti çərçivələndirilmiş kölə idarəçinin 

zülmü-əndişəsi daha dözülməz olur. Çünki o - basılırkən  əzmək 

məcburiyyətindədir. Bir Laməkan  Şərq ölkəsində - Bayal 

məmləkətindəki diktatura üsul-idarəsinin başıbağlı özbaşınalığı da - 

bir özgənin yox, elə öz halımızı yadımıza salırdı. Bax, bu məqamda 

da Anar öz müəlliminin - böyük Mirzə Cəlilin bədii sənətinə sadiqdi. 

Mirzə  Cəlilin "Danabaş  kəndinin  əhvalatları"nda Məhəmmədhəsən 

əmi obrazı üzərində gördüyü işi - Anar "Dantenin yubileyi"ndə 

Kəbirlinski üzərində görürsə, "Səhra yuxuları" da süjet kəskinliyi, 

sərt ironiyasına görə - "Dəli yığıncağı" ilə səsləşir.  

Yalnız cəmiyyət həyatının  ən gizli axarlarını, insanın daxili 

aləmindəki təbəddülatları  həm yaşadığı dövrün, həm  əbədiyyətin 

meyarları ilə aça bilən, yamanlıqlara göz yummayıb, həqiqəti onun 

ən çətin müdafiə edildiyi lal vaxtlarda cəsarətlə müdafiə edə bilən 

sənətkarın sözü rişə verər, kök atar.  

Nəsri, dramaturgiyası kimi, Anarın ssenari və rejissura 

yaradıcılığı da özəl keyfiyyətlərə malikdir. Anar on bir bədii filmin 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə