A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə40/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   36   37   38   39   40   41   42   43   ...   171

 144 

doqquz qatına, bu doqquz oldu 09, düşdü yerin doqquz qatına. 

Yerin doqquz qatındakı 09 göyün doqquz qatındakı 90-a 

qışqırdı ki, məni burda qoyma, çək yanına. Axı, vaxtilə sən də 

doqquz olmusan, mən də. 

Amma Doxsan Sıfır Doqquza istehza ilə baxıb cavab verdi: 

Düzdü, vaxtilə  mən də Doqquz olmuşam, sən də. Amma indi 

sənin kimi "Doqquzu" mənim yanımda görsələr mənə  dəli 

deyərlər, Doxsan Doqquz deyərlər. 

Sıfır Doqquz dinmədi. Nə desin? 

Dünyada qəribə işlər olurdu. 

Bu iki rəqəmdən başqa say qalmamışdı, odur ki, 

məktəblərdə hesab dərsi keçilmirdi. Hesab müəllimlərinə 

doxsan manat təqaüd təyin edib evə göndərmişdilər. 

Bazarda hər  şeyin qiyməti 90 manat olmuşdu: istəyirsən 

doxsan xalça al, istəyirsən doxsan kibrit. 

Havalar bəzi yerlərdə isti keçirdi, doxsan dərəcə, bəzi 

yerlərdə soyuq – doxsan dərəcə. 

Futbol oyunları doxsan dəqiqə  çəkirdi və hamısı eyni 

hesabla qurtarırdı: 0:9. 

Yazıçılar nə  qədər  əlləşirdilər doxsan səhifədən uzun kitab 

yaza bilmirdilər. 

Hamı telefonu götürəndə yalnız məlumat bürosuna zəng 

eləyirdi: sıfır doqquz. 

Məlumat bürosundan cavab verirdilər: 

–Doxsan dəfə demişik, hansı nömrəni istəyirsiniz istəyin, ya 

doxsan – sıfır doqquzdur, ya da sıfır doqquz – doxsan. 

Təyyarələr, maşınlar, gəmilər, qatarlar hamısı doxsan 

dəqiqədə doxsan kilometr sürətlə gedirdi. 

Rəyləri yalnız doxsan dərəcə dəyişmək olurdu. 

Hamının boyu doxsan santimetr, çəkisi doxsan kiloqram 

olmuşdu. 

Hamının doxsan yaşı vardı. 

İclaslar səhər saat 9.0-da başlayır, axşam saat 9.0-da 

qurtarırdı.  

downloaded from KitabYurdu.org




 145 

Hamı axşam saat 9.0-da yatır,səhər saat 9.0-da dururdu. 

Mən də  yəqin ki, bu nağılı o vaxt yazmış olsaydım belə 

başlardım: günlərin doxsan günündə… 

Doxsan gün belə keçdi, axır adamlar darıxdı: 

–Əşi, belə  iş olar, – dedilər, – öz barmaqlarımızı saya 

bilmirik. 

Gəldilər Doxsanın yanına.  

–Yaxşı, ay Doxsan müəllim, – Dedilər, – orda yalqız 

qalmısan, darıxmırsan? 

Demə Doxsan elə bu sözə bənd imiş: 

–Əşi, darıxırsan da sözdür. Qalmışam yalqız bu kəllə-

çarxda. Bu Sıfırın da elə adı var, bilmirəm niyə bunu özümə 

calayıb Doxsan oldum. Gül kimi Doqquz idim. Tək idim. Kimə 

istəyirdim vurulurdum. Kim bilir, bəlkə elə günlərin bir 

günündə məni artırıb edəcəkdilər On. 

Adamlar dedi: 

–Yaxşı, Doxsan müəllim. Səndə  nə desən tapılar. Gəlsənə 

özündən bir ayırasan. Bir birlə səni kim tanıyacaq? 

Doxsan fikrə getdi. Deyəsən, bu söz onun beyninə batdı. 

Özündən Bir ayırıb aşağı göndərdi. 

–Ay sağ ol, Doxsan müəllim. Yox, bağışla. Səksən Doqquz 

müəllim. 

Bundan sonra Səksən Doqquzdan Üç, Dörd, Beş, Altı, 

Yeddi, Səkkiz çıxdılar. Qaldı  Əlli Dörd, onu da Altıya bölüb 

Doqquz qazandılar. 

Bir,  İki, Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz Doqquz yan-

yana düzüldülər. 

Adamlar üzlərini saylara tutub dedilər: 

–Əziz dostlar, bunu bilin ki, hər sayın öz yeri var. Bir 

olmasa, On da olmaz, yüz də, min də, milyon da. Doqquz Sıfra 

uyub çox yüksəklərə qalxdı, amma yalqız qalıb başa düşdü ki, 

sizsiz o heç nə eləyə bilməz. Odur ki, hərəniz öz yerinizi tutun

öz işinizi görün. Mehriban olun. Tez-tez görüşün. Cihazlarda, 

məktəb taxtalarında, kitablarda, layihələrdə. Üstə gəlin, çıxılın, 

downloaded from KitabYurdu.org




 146 

vurulun, bölünün!  

Bundan sonra Bir, İki, Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz, 

Doqquz  əl-ələ verib Nizami muzeyinin tinindəki təzə saata 

getdilər. On, On Bir, On İki onları orada gözləyirdi. 

 

1967 

downloaded from KitabYurdu.org



 147 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ÜÇ SANDIQ HEKAYƏSİ 



 

downloaded from KitabYurdu.org




 148 

 

 

58-ci  İLİN ÜÇ SANDIQ HEKAYƏSİ 

 

Vaqif Cəbrayılzadayə 

 

Əzizim Vaqif! 

Yadındadırmı, bir neçə il bundan qabaq səninlə söhbətimiz 

olmuşdu; danışmışdıq ki, sən mənə bir şer həsr edəcəksən, mən 

də  sənə bir hekayə. Sən vədinə  əməl etdin, mənsə o vaxtdan 

bəri təzə hekayə yazmadığım üçün sözümün üstündə dura 

bilmədim. Amma hər halda əhdə xilaf çıxmaq istəmirəm; ilk 

dəfə çapa verdiyim bu köhnə hekayələrimi sənə ithaf edirəm. 

Otuz il bundan qabaq yazılmış bu üç hekayə az qala səninlə 

yaşıddır. Onları yazarkən sənin indiki yaşından çox-çox cavan 

idim. Güman edirəm ki, 19-20 yaşlı  gəncin qələm məhsulları 

olan bu yazıların qüsurlarını onların səmimiyyətinə 

bağışlarsan. 

Bu üç hekayənin qısaca tarixcəsini də  sənə  və oxuculara 

nəql etmək istəyirəm. 13-14 yaşlarımdan yazı-pozuyla məşğul 

olurdum, amma cızma-qaralarımı üzə  çıxarmağa həvəs 

göstərmirdim. Anam hərdən zarafatla mənə: "Bəsdir, sandıq 

ədəbiyyatı yaratdın", - deyirdi. 

Yalnız 1960-cı ildə bir neçə hekayəmi "Azərbaycan" 

jurnalına təqdim etdim. Onların içində "Nisbət nəzəriyyəsi" də 

vardı. Çap edilmədi, sonra qəzetə verdim, ordan da qaytardılar 

və  nəhayət ilk kitabıma salmışdım, yenə  də  nəşrinə müyəssər 

olmadım, "Ürəyim ağrıyır" hekayəsini atama oxumuşdum. 

Çapa verməyi məsləhət bilmədi. "İztirabın vicdanı"nı isə atam 

bəyənmişdi, amma Ənvər Məmmədxanlı bu hekayəni oxuyub 

qəti surətdə pislədi. Hekayənin hifz olunmuş yeganə 

əlyazmasının son səhifəsində  Ənvər müəllimin karandaşla 

yazılmış çox sərt rəyi durur: 

"At peçə! Böyük, tarixi bir faciəni məzmunsuz bayağı bir 

downloaded from KitabYurdu.org



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə