A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə59/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   55   56   57   58   59   60   61   62   ...   171

 207 

–Prastite mine, – deyib otaqdan çıxdı  və  ən nəhayətdə 

Mikael də bir bəhanəylə sürüşdü otaqdan. 

Otaqda bir mən qaldım və bir də  Fərhad. Fərhad demə 

bayaqdan məndən yığıbmış  və indi tökdü hamısını üstümə. – 

Dur gedək, – dedi, – biabır olduq, elə  gərək 

mədəniyyətsizliyimizi burda göstərəydik? Özünü belə niyə 

aparırsan, belə niyə danışırsan. Yaxşı olar ki, desinlər oğlunun 

forsuna bax, atasının mədəniyyətinə, savadına, qanacağına bax! 

Dur gedək heç olmasa bu biabırçılıq qurtarsın. 

Dedim: 

–Kəs səsüvü, köpəy oğlun qoduğu. Sən öləsən, Zülfü "Şur" 



təsnifini qurtarmayınca buradan çölə ayaq basan kişi deyil. 

Farhad gördü ki, yox qırımım ayrıdı. Da söz demədi. O da 

keçdi öz istəklisinin yanına. Beləliklə  də  mən lap tək qaldım. 

Hə bir də Zülfünün yanıqlı  səsi. Sən öləsən, ömrümdə 

muğamata belə  ləzzətlə qulaq asmamışdım. Hərdənbir ev 

yiyələri gah o qapını, gah bu qapını açıb otağa boylanırdılar. 

Bilmirəm da nəyi yoxlayırdılar, muğamatın qurtarıb–

qurtarmadığınımı, yoxsa ki, mən getmişəm, ya yox? Axırda 

Fərhad içəri girdi dedi: 

–Əşi, söndür bunu da. Bütün evi bu otaqdan didərgin 

salmısan. 

Elə bu dəmdə muğamat qurtardı və radio dedi: 

–Xosume Baku.  

Dedim: 


–Hə, indi söndürə bilərsən. Çağır qohum–qardaşuvu 

gəlsinlər, görüşək gedək. 

Mikael, sonra arvadı, nəhayət iki qızı  və bir oğlu gəldilər

görüşdük. 

Mikael dedi: 

–İnaqda zaxadite. 

Meri dedi: 

–Hm, da.  

Arvadı dedi: 

downloaded from KitabYurdu.org




 208 

–Pirvet. 

Oğul da başın yellədi və dedi: 

–Poka. 


Və bircə kiçik qızı heç nə demədi və  mənim  şalvarımın 

balaqlarına baxıb bir də qaqqıldadı.  

Mən də bütün fikrimi cəmləyib dedim: 

–Do svidaniə. 

Hamı böyük bir ruh yüksəkliyi ilə dedi:  

–Do svidaniə, da svidaniya, – və uzun zaman qapıdan 

ardımızca baxdılar. 

Küçəyə çıxanda Fərhad soruşdu: 

–Nu kak? 

Da təəccüb eləmədim. Dedim ki, lap əsl sənə layiq 

adamlardı, xoşbəxt olun və artıq bir şey demədim. Onu orada 

buraxdım və izdihamlı küçədən qaranlıq dar bir döngəyə 

çıxdım. 

Bu gün gördüyüm şeylər haqda düşünə-düşünə gedirdim ki, 

bir də gördüm kimsə lap ayağımın altında zarıdı: 

–Ay bala, qurbanın olum, qabağında ölüm sənin, görüm səni 

heç vədə neynim, necə eləyim deməyəsən, yazığın gəlsin, 

qurban olum, allah sənə ömür versin, möhtac qalmayasan, 

zaval görməyəsən, qurbanın ollam, ay bala. 

Diksindim. Dönüb baxdım. Çarşabından tanıdım. Bu bayaq 

həmin gur, yaraşıqlı küçədə büzüşüb üşüyən dilənçi idi. Oradan 

milis qovduğundan gəlib oturmuşdu bu dar qaranlıq dalanda, 

bilə-bilə ki, ayda-ildə bir adam keçmir bu dalandan. 

Nədənsə həmin dəqiqədə qıçımın yandığını hiss etdim və elə 

o saat da anladım ki, qıçımı yandıran cibimdəki  əllilikdir. 

Çıxarıb əlliliyi arvada uzatdım. Qaranlıqda seçə bilmədi, sonra 

da gözlərinə inanmadı və ən nəhayətdə pulu öpdü. Gözlərində 

bir ifadə vardı ki, ah, nə deyim?.. Onu bilirəm ki, 55 yaşıma 

yaraşmayan bir çevikliklə qaçdım o yerdən uzağa. 

Nə isə... heç bilmirəm bunu niyə sizə danışdım. Bilmirəm 

bu gün nə olubdur mənə. Baş-ayaq vururam. Özümü də yaman 

downloaded from KitabYurdu.org




 209 

pis hiss eləyirəm. Ürəyim ağrıyır. 

 

1958 

 

downloaded from KitabYurdu.org




 210 

 

 

 

 

 

60-CI İLLƏRİN 

H E K A Y Ə L Ə R İ  

 

downloaded from KitabYurdu.org




 211 

 

 



DÖRD ÇAHAR 

 

–Adam gərək hər işi görəndə vicdanla görə, – deyə Murtuz 



müəllim çaydan bir qurtum alıb stəkanı  qırağa qoydu. – Axı 

niyə elə iş görəsən ki, sabah ağzı göyçəyin birisi sənə irad tuta 

bilsin. Namus ki, var, ay Zəki, duru su kimi şeydir, bir damla 

çirk düşdümü, bulanacaq. 

Murtuzla mən eyvanda oturub çay içə-içə söhbət edirdik. 

Yayın cırhacırı idi. Murtuz müəllim arvadını Kislovodskiyə 

göndərmişdi, özü də sabah Soçiyə gedirdi, mən isə yayı Bakıda 

qalmalı idim; qəbul komissiyasının üzvü idim. Söhbət də elə bu 

barədə gedirdi. 

Murtuz müəllim hələ küncdə-bucaqda gizlənib qalmış bəzi-

bəzi adamlardan danışırdı. Belə-belə adamların bəziləri bəzən 

görürsən hansı qaranlıq yollarlasa ali məktəb müəllimliyinə də 

yetişir və min fəndlə özlərini qəbul komissiyalarına saldırırlar. 

Murtuz müəllim qəndi stəkanda isladıb ağzına qoydu, 

çayından bir qurtum da içdi və söhbətinə davam etdi: 

–Bəli, dəsgah onda başlayır. Bir ayın içində zalım balası 

görürsən özünü elə düzəldir ki, daha nə deyim. Altına o qədər 

yığır ki, ondan sonra evini top da dağıtmaz. Canımçün, Zəki, 

elə adam tanıyıram ki, hər balı düz min manata verir. Nəqd beş 

min sana, bir beş qiymət başının altında. 

–Ay Murtuz, o haqq-hesabnan "iki" də gərək iki minə olsun 

ki... 


–Sən zarafat elə! Canımçün, oğlanlar var ki, bir sessiyada 

əlli mini, yüz mini qatlayıb qoyur cibinə. Bəs yayın bu 

cırhacırında dəlidir qala Bakıda... Mənim kimi o da gedər 

özüyçün Soçiyə, Kislovodskiyə. Yox, bir il, iki il burda istidə 

bişə-bişə qalır ki, sonra bütün ömrü boyu kefi haraya gəldi 

gedə bilsin... – Birdən Murtuz müəllim duruxub susdu, 

üzündən bir kölgə keçdi və gözümün düz içinə baxıb  əlavə 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə