A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə58/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   54   55   56   57   58   59   60   61   ...   171

 204 

gülüb sakitləşə bilmədi. Gördüm Fərhad başını salıb aşağı, 

qıpqırmızı  qızarıb və elə bir haldadır ki, çırtma vursan qanı 

damar. Və  mən indi başa düşdüm ki, Fərhad nə üçün köhnə 

genbalaq şalvarını verib daraldırmış onların balağlarını. Deyən 

elə Mikael da Fərhadın pərtliyini hiss elədi və söhbəti 

dəyişmək məqsədilə dedi: 

–A qde Meriçka, Alik pazavi Meriçka. 

Meri mənim gəlnimin adı idi. Bu ad mənə yaxşı tanış idi. 

Eşqdən yuxusuz gecələr Fərhad həmin bu adı təkrar edərdi öz-

özünə yüz kərə, min kərə. Və  məni də yatmağa qoymurdu. 

Qoymurdu ki, eşq sözünü çoxdan yaddan çıxarmış sinni kişi 

rahatlansın. Baş–beynim gedirdi: Meri, Meri, Meri... 

Doğrusu, mən də  oğlumun bu Merisini görməyə çox 

darıxırdım. Axı necə olsa aman–zaman bircə  oğlumun həyatı 

bağlanacaq adam elə bu Meridi ki, var. Və indi də Merinin 

görünməməsi, yubanması  həm tükəndirirdi mənim səbrimi və 

həm də  mənə bir az xoş  gəlirdi. Öz-özümə deyirdim gör nə 

həyalı  qızdır, yaş ötüb iyirmi beşi, necə deyərlər, ali təhsilli 

həkim babadır, hədd-buluğa çatmış bir şəxsdir, amma yenə də 

görünür gələcək qayınatasının yanına çıxmaqdan bir az çəkinir. 

Necə olsa cavandır da! Taxsır məndədir. Nə vacib idi gəlmək. 

Elə bu vaxt Alik qaça–qaça gəldi və dedi ki, Meri gəlmir

radionun qabağında oturub əntiqə bir caz tutub və qulaq asır. 

Mikael dedi ki, get de Fariknən atası  gəlib. Alik getdi və az 

sonra o biri otaqdan bir səs eşidildi ki, həmin səs yayıldı 

Fərhadın ürəyinə necə bir incə musiqi nəğməsi və Fərhadın üzü 

güldü və  mən də bundan qandım ki, bu səs həmin onun 

istəklisinin səsidi. Meri çığırırdı ki, "Xoroşo da, slışala da, 

konçitsa pridu da. Dayte sluşat, ne ubequt je oni". 

Mən fikir verdim ki, Meri də balaca bacısı və qardaşı kimi 

urusca səlis danışır, atası, anası kimi yox. 

Fərhaddan soruşdum ki, bu caz deyilən nə şeydir ki, ondan 

ayrılmaq olmur. Bu sözümə yenidən hamı qaqqıldadı  və hiss 

elədim ki, Fərhad da xeyli pərt oldu, baxma ki, gülümsədi və 

downloaded from KitabYurdu.org




 205 

heç bir cavab vermədi və durub o biri otağa istəklisinin yanına 

keçdi. 

Gətirib çay qoydular, növ-növ mürəbələr, qənfetlər, 



şakaladlar düzdülər. Arvad dadlı bir piroq gətirdi qoydu stolun 

üstünə və dedi ki: Spesalnı dlya vam priqatovil. Və əri də dedi 

ki, ay malades, şikarni piroq. 

Yeyib-içməyə başladıq. Piroq doğrudan da çox dadlı idi. 

Amma ki, danışmağa söz tapmırdıq. Fərhad o qədər danışmışdı 

ki, mənə  təzə qohumlarımın mədəniyyətindən və indi mən 

qorxurdum ağzımı açıb bir söz deməyə ki, səhv eləyərəm və 

hamı mənə gülər, necə ki, bayaq. Bir "caz" sözünü bilmədim, 

üzümə belə güldülər, hələ dalımca necə  şəbədəyə qoyub ələ 

salacaqlar. Dinməz otursam məsləhətdir. Dinməz iki stəkan çay 

içdik. O "caz" deyilən nə idisə görükür ki qurtardı, çünki Meri 

yanında da Fərhad bu otağa gəldilər. Merinin gözəlliyinə söz 

yox idi. Doğrudur, saçının burumu, həm də geyimi mənim 

xoşuma gəlmədi. Amma ki, bunlar hamısı boş şeylərdi. Saçuvu 

belə burmazsan, belə burarsan, olar yaxşı, Paltarı da ki, 

istəyirsən belə tikdirməzsən, belə tikdirərsən. Bir də axı  nə 

olsun mənim xoşum gəlmir. Mən köhnə adamam və moddan–

zaddan da yaxşı başım çıxmır. Bəlkəm elə saçın nə  qədər 

gödək olsa, o qədər yaxşıdır baş ağrın da az olar. 

Bir də lap düzü mənimçün heç gözəllik də əsas deyil. Hamı 

gözəl olmaz ki! Əsas odur ki, ağıllı olsun, xasiyyəti yaxşı 

olsun, qanacağı–qabiliyyəti olsun. Bu sarıdan da, yəni 

qanacaq–qabiliyyəti, mədəniyyəti deyirəm, Fərhad mənim 

beynimi elə doldurmuşdu ki, mən lap əmin idim: gəlinim 

mərifət,  ədəb–ərkan dağarcığıdır və  mədəniyyətə heykəl 

qoyulsa, gərək onun və ailəsinin heykəlini qoysunlar. Hə, hər 

neysə axır ki, Merini gördük. Qız mənə  ağuzucu bir salam 

verib özün divana yıxdı və fit çalmağa başladı. Sonra da: Ma, 

mne piroq, – deyə çığırdı.  

Dilim dinc durmadı, dedim: 

–Qızım, dur özün götür də, sən anannan cavansan. 

downloaded from KitabYurdu.org




 206 

Meri təəccüblə  mənə baxdı  və dedi: – Çto? – Deyəsən 

dediyimi yaxşı başa düşməmişdi. Fərhad könülsüz tərcümə etdi 

və bu zaman qız ürəkdən bir: Püff! – eləyib üzünü o biri tərəfə 

çevirdi və fit çalmağa başladı. Mən dediyimə peşman oldum, 

amma insafən atası da mənim sözümə haqq verdi: 

–Vı prav – dedi – Lyalya ix zabalaval. 

Meri bu sözləri qəbul elədi, tam bir etinasızlıqla və lakin 

birdən ilan vurmuş kimi sıçradı  və  cəld radiocihazın üstünə 

cumdu: 


–Çut ne zabıla, – dedi, – konsert. – Bir əcnəbi adı çəkdi ki, 

əməlli tanımadım. 

Dərhal bacısı–qardaşı onun yanına qaçdılar və sevinclə 

attanıb–düşdülər və həmin adı təkrar edib: 

–Ura! Ura! – deyə qışqırışdılar. 

Radionu yandırıb hər üçü qayıtdı  və  əyləşdi divanda və 

böyük bir maraqla gözləməyə başladılar. Amma görünür, Meri 

vaxtı çaşdırmışdı, çünki bu dəm radiodan muğamat səsi gəldi, 

özü də Zülfü oxuyurdu. 

Meri qaşlarını çatdı,   sonra da   nə isə  düşdü yadına: 

–Ax da, çerez ças, – dedi. – Ya zabıla, ved u nas zdes 

bakinskoe vremya, – və radionun üstünə cumdu 

söndürməkçün. Mən çoxdandı Zülfünü eşitməmişdim. Odur ki, 

böyük həvəs və  ləzzətlə qulaq asmağa hazırlaşmışdım. Və 

görəndə ki, bu ləzzəti əlimdən alırlar, yalvardım: 

–Qızım, keçirmə, – və başa düşsün deyə əlimlə işarə etdim. 

Meri çiyinlərini çəkdi, geri qayıtdı, divanda oturdu və dedi: 

–Ne panimaö, kak mojno sluşat takoe mıçanie.  

Və sonra eşitdim ki, Fərhad Meriyə döndü: 

–Ya nə znayu, çto s nim, vabşe on toje preziraet muğamı.  

Bu ağ yalandan qan vurdu beynimə. Amma yenə də özümü 

saxladım. Muğamatın kədər və möhnət dolu aləminə dalmağa 

başladım. Bir də gördüm Meri durdu. 

–Nu znaeş, Farik, ə dalğşe ne v silax terpet eto – və o biri 

otağa keçdi. Bacısı, qardaşı da dalıycan. Az sonra Leyla: 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə