A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə62/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   58   59   60   61   62   63   64   65   ...   171

 219 

Mənim ürəyim şiddətlə döyünürdü. Hiss edirdim ki, rəngim 

də qaçmışdır. Ağzımı açıb bir kəlmə danışa bilmirdim, elə bil 

nitqim tutulmuşdu. Sadıq yan cibindən balaca bir kağız çıxarıb 

mənə uzatdı: 

–Bax, uşağın adı, qruppası, listin nömrəsi, hamısı burda 

yazılıb. Amma, Zəki müəllim, sən məndən yaxşı bilərsən, 

hamısı beş olmasa balı çatmaz, ha. Bir də ki, – o, yenidən 

küçəyə əyildi, – şərtimiz belədir, biz səni dost bilib, ərk eləyib 

uşağı tapşırırıq, sən də  gərək bizi dost biləsən, ürəyimizi 

qırmayasan, maşını qaytarmayasan. 

–Peşkəşi qaytarmazlar ki, – deyə Teyyub bir daha fısıldadı. 

Mən kağızı Sadığa uzatdım: 

–Otuz il müəllimlik eləmişəm, Sadıq, – dedim. Hiss edirdim 

ki, həyəcandan səsim əsir, bir uşaq kimi əsəbiləşdiyimçün daha 

da pərtləşirdim, – səninlə  də beş il qonşu olmuşuq. Amma, 

doğrudan təqsirkaram, nöqsanımı boynuma götürürəm, bu günə 

qədər səni tanımamışam, nə yuvanın quşu olduğunu 

bilməmişəm. İndi tanıdım. 

Sadıq belə gözləmirdi. O, bir an karıxdı, lakin dərhal özünü 

ələ alıb dedi: 

–Belə niyə, Zəki müəllim, niyə qanını qaraldırsan, biz sənə 

dost kimi... 

–Mənim sən adda dostum yoxdur. 

–Belə oldu? 

 –Hə, belə oldu.  

–Axır sözündür. 

–Ümumiyyətlə səninlə axır görüşümdür. 

Teyyub fısıldaya-fısıldaya: 

–Bacıoğlu, bəlkə "Moskviç"i bəyənmədin, "Volqa" 

düzəldərik, – dedi. 

Ən dəhşətlisi o idi ki, bu adam bu sözləri kinayə kimi yox, 

ciddi təklif kimi deyirdi. 

–Bu saat ikiniz də itilin burdan, yoxsa prokuror çağıraram. 

Mən onların ardınca qapını  çırpan kimi Murtuz təəccüblə 

downloaded from KitabYurdu.org




 220 

soruşdu: 

–Nə oldu? 

–Heç nə əşi. İti qovan kimi qovdum. 

–Niyə axı, nə deyirdilər ki? 

Biz eyvana çıxdıq. 

Mən hələ də əsəbdən titrəyə-titrəyə məsələni danışdım. 

–Əşi, bir toxta, belə nadürüstlərlə neyləmək olar! 

Əsəbiləşmə! At! dü!.. Namus, vicdan ki, olmadı... çətindi.  İki 

bir.  Ən pisi də o oldu ki, bir şey eləmək olmur. İşi elə bic 

tuturlar ki: şahid yoxdur. Heç nə isbat eləməyəcəksən. Üstəlik 

sənə böhtançı adı da yaxarlar, kitab bağlanar. 

–Bəli,– dedi, – bəla da ondadır. Amma, aşna, öz aramızdır, 

marssan ha. 

–Hə, indi bir dörd çahar Murtuz lələşinçün dərmandır. Ay 

dörd çahar hardasan? 

–Al, bu da dörd çahar. Sən istədin, mənə gəldi. 

–İt sümüyüdür də, – deyə Murtuz həsrətlə zərlərə baxdı. 

Maşın qapısının  şappıltısı  eşidildi. Çağrılmamış "qonaqlar" 

yaşıl "Moskviç"lərinə  əyləşirdilər. Birdən gözüm maşının 

nömrəsinə sataşdı. Sən bir təsadüfə bax, nömrə mənim atdığım 

zərlərin eyni idi: 44-44. Dörd çahar. 

– Yaxşı, Murtuz, – dedim, – sən mars! Amma mən bunu 

necə oynayım axı? Nəyimə lazım idi mənə dörd çahar verdi? 

Murtuz köksünü ötürdü: 

–Allah ondan mənə vermir ki... 

Bu əhvalatın nəticəsi sonrakı il oldu. Onu da deyim ki, o il 

Teyyubun oğlu birinci imtahandan üç aldı, mənim 

imtahanımdan isə bütün obyektivliyimə baxmayaraq (axı, 

uşağın nə  təqsiri vardı?), bir suala belə cavab verə bilməyib 

kəsildi. 

Gələn yay qəbul komissiyasına mənim yerimə Murtuz 

qalmışdı. Mən isə ailəmi bir "Pobeda"ya doluşdurub Göy gölə 

aparmışdım. Bir-iki yerdə az qala qəzaya uğramışdıq, amma 

ümumiyyətlə pis keçmədi. Avqustun axırında Bakıya qayıtdıq. 

downloaded from KitabYurdu.org




 221 

Sentyabr gəldi, dərslər başladı. Bir səhər qəzetləri gözdən 

keçirəndə gözümə bir felyeton dəydi. Ora-burasına baxdım, 

gördüm adlar tanışdır. Söhbət mənim bildirki qonaqlarımdan – 

avtomobil alverçiləri Teyyub Cahangirovdan və Sadıq 

Məhərrəmovdan gedirdi. Min cür fırıldaq işlətmiş bu qoşa 

haramzada indi məhkəmə salonunda da cüt oturmuşdular. 

Felyeton çox duzlu yazılmışdı. Yaman da geniş yayılmışdı. 

Küçədə, bayırda hamı ondan danışırdı. 

İnstitutda 

müəllimlərdən biri məndən soruşdu: 

–Oxumusan? 

–Hə. 

–Amma yaman yazıblar. Çox tutarlıdır. Bilirsən də, hərifin 



oğlu bizim institutda oxuyur. 

–Kimin oğlu? 

–Əşi, Cahangirovun da. Odey, bax, həmin o gədədir. 

Uzunsaç. 

Mən o göstərən səmtə baxdım və gözlərimə inanmadım. Bu 

həmin bildir kəsdiyim oğlan idi. 

–Necə oxuyur? – deyə soruşdum. 

–Necə oxuyacaq? Avaranın biridir! Dərsə-zadada gəlmir. 

Bilmirəm heç bura necə düşüb. 

Birdən elə bil məni ildırım vurdu. Yadıma düşdü ki, Murtuz 

deyirdi təzə maşını var. O, maşını institutun həyətində 

saxlayırdı. Mən həyətə qaçdım. 

Bəlkə  də  məni təqsirləndirəcəksiniz, bəlkə deyəcəksiniz ki, 

Zəki maymaqdır, sadəlövhdür, adamları tanıya bilmir, həmişə 

gec tərpənir. Amma hər halda mən həyətdəki yaşıl "Moskviç"in 

44-44, dörd çahar nömrəsini görən kimi birbaş Əsədin yanına 

getdim. 

 

1960 

downloaded from KitabYurdu.org



 222 

 

 



DAĞ DAĞA RAST GƏLMƏZ... 

 

Qadın bərbərxanası yaman tünlük idi. Necə deyərlər, tükü–



tükdən seçmək olmurdu. Şıdırğı  iş gedirdi, saçlarını vurduran 

kim, saçlarını burduran kim, saçlarını yuduran kim. Başlarını 

boyadanlar bir yanda, manikür edənlər bir yanda, pedikür 

edənlər bir yanda... Bir tərəfdən də ki, növbə gözləyənlər... 

Bərbər qızlar  əldən qıvraq idilər. Qayçılarla, daraqlarla, 

cürbəcür alətlərlə, elektrik qızdırıcı cihazlarla elə zirək, elə 

ustalıqla işləyirdilər, deyəsən mürəkkəb bir kosmik maşını 

idarə edirdilər. Kürsülərdə  əyləşmiş qadınların başlarındakı 

əcaib qurğular – fenlər də  əfsanəvi kosmik elçilərin 

skafandrlarını andırırdı. Üstəlik bu "skafandrlar"dan təyyarə 

uğultusuna oxşayan səslər gəlirdi. 

İki yanaşı kürsüdə iki gənc qadın oturmuşdu. Onların da 

başlarında hündür "skafandrlar" vardı. Qadınlar bir-birlərini 

görmürdülər, çünki başlarını yana çevirə bilmirdilər. Dümdüz 

qabağa, qənşərlərindəki güzgülərə baxırdılar. 

Bərbər qızlar hey ora-bura şütüyürdülər. Nəhayət bütün bu 

dəsgah sona çatdı. Eyni vaxtda bərbər qızlar hər iki qonşu 

qadının başlarını qurğulardan azad etdilər, saçlarını ətirlədilər, 

tellərinə son dəfə sığal verdilər. 

Qadınlar eyni bir vaxtda kürsülərdən qalxdılar, bərbərlərlə 

vidalaşdılar, yenə  də bir-birlərini görmədən ikisi də asqılığa 

tərəf addımladılar. 

Soldakı qadın asqılığa daha tez çatdı. Paltosunu aldı, 

geyinmək istəyəndə qoluyla o biri qadına toxundu və dərhal da 

nəzakətlə: 

– Bağışlayın – dedi. 

O biri qadın eyni nəzakətlə: 

–Eybi yoxdur – dedi və öz şlyapasını   başına qoydu. 

Bu səsi eşidərkən paltolu qadın bir an ayaq saxladı, dönüb 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə