A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

 
17
qalırdı. 
Ehtimal ki, XVIII sülalənin fironları ilə müharibələr olmasaydı, Mitanni öz qüdrətinin  ən yüksək 
zirvəsində dayanardı. I Tutmosun şahlığından başlayaraq, Misir fironları Suriya və  Fələstinə  işğalçı yürüşlər 
təşkil edir, lakin hər dəfə  də Mitanni ordusunun müqavimətinə rast gəlirdilər. Bu müharibə Mitanni şahı I 
Artadamanın dövründə, Misir və Mitanninin dostlaşmasından sonra başa çatdı  və bu sülh firon IV Tutmosun 
Mitanni  şahzadəsi ilə nikahına  əsasən möhkəmləndi. Mitanni şahı Tuşrattanın IV Amenxotepə  məktubunda 
deyilir: 
«III Amenxotepin atası IV Tutmos, mənim babam Aptadamaya məktub yazdı və onun qızı atamın (II 
Şüttarna) bacısını istədi. Beş-altı dəfə məktub yazdı, amma o, qızını vermədi. Yeddinci dəfə məktub yazandan 
sonra o, (Artadama ) qızını verdi». 
Bu hadisələr Mitanni və Misirin Şərqi Aralıq dənizi hövzəsi  ərazisi uğrunda illərlə davam edən 
mübahisəsinə son qoydu. Ərazi bu iki dövlətin nüfuz dairələrinə bölünür. Şimal hissəsi Mitanninin, cənub 
hissəsi isə Misirin nüfuz dairəsinə daxil olur. Qeyd etmək lazımdır ki, III Amenxotep Mitanni şahı II Şuttarnaşm 
qızı Kelu-Xəbəyə evləndikdən sonra Misir və Mitanninin siyasi əlaqələri daha da möhkəmləndi. 
Mitanni dövlətinin Xet şahı I Suppiliuma ilə müharibəsi dövründə Mitanni şahı Tuşiratta Misir fironuna 
birinci məktubunu yazır: «Misir şahına , qardaşıma sənin qardaşından, mən sağ-salamatam. Sənə, bacım Kellu-
Xebeyə, sənin evinə, sənin arvadlarına, oğullarına,  əyanlarına, orduna, atlarına, döyüş arabalarına və ölkənə 
əmin-amanlıq arzulayıram. 
Sən mənim atamla yaxşı münasibətdə olmusan. Mənim atam səni sevirdi, sən də mənim atamı. Buna 
görə  də o, mənim bacımı  sənə verdi. Kim mənim atamla belə yaxın olub? Bütün Het düşmən kimi mənim 
ölkəmə hücum etdi. Mən onları darmadağın etdim. Onlardan heç biri öz ölkəsinə qayıtmadı. 
Mən sənə döyüş arabası iki at, Het hərbi qənimətindən I oğlan və I qız göndərmişəm. Qardaşıma isə 
hədiyyə olaraq 5 döyüş arabası və 5 qoşqu atı göndərmişəm. Bacım Kelu Xebeyə hədiyyə olaraq bir cüt qızıl 
boyunbağı, bir cüt qızıl sırğa və  ətriyyatla dolu daş qab göndərmişəm. Səfir kimi Kelsiyə  və Tunibivrini 
göndərmişəm. Qoy qardaşım onları tez buraxsın ki, qardaşımın salammı eşidim və fərəhlənim. Qoy qardaşım 
mənimlə dostluğu möhkəmlən-dirsin və öz səfirlərini yanıma göndərsin ki, onlar mənə qardaşımdan salam 
gətirsinlər və mən bunu eşidim.» 
Ell-Amarndakı  məktubdan məlum olur ki, III Aminxotep öz səfirini  Mitanniyə göndərmiş  və 
Turşattanın  qızı  Tadu-xebanı istəmişdir. 
Turşatta fironunun xahişi ilə cavab olaraq yazmışdı: «böyük şaha, Misir şahına, mənim qardaşıma. 
Turşatta, böyük şah, Mitanni şahı, sənin qardaşın. Mənim qardaşım səfiri Maneni mənim yanıma göndərdi. 
Dedi: Qoy qardaşım öz qızını mənə arvad olmaq üçün göndərsin və o, Misirin xanımı olsun. Mən qardaşımın 
ürəyini kədərləndirmədim və dedim: «Mən razıyam.» qardaşım istədiyi kimi mən onu Maneyə göstərdim, Mane 
onu görən kimi çox xoşhal oldu». 
Misir səfirləri bir neçə dəfə hədiyyələrlə Mitanni sarayına gəldilər. Nəhayət, Turşatta məmnun oldu və 
qızını çox böyük cehizlə Misirə göndərdi. Cehiz əsasən qızıl - bəzək  əşyalarından, bürünc, parça - paltar
ətriyyat yağı, döyüş arabaları, atlar, qullar, lazurit, və müxtəlif növ qiymətli daşlardan ibarət idi. Nigah III 
Aminxotepin hakimiyyətinin 35 və ya 36-cı ili oldu. 
Misir taxt-tacına IV Aminxotep sahib olandan sonra Turşatta hədiyyə olaraq ona qiymətli  əşyalar 
göndərdi və xatırlatdı ki, o, Mütaniyə  hələ III Aminxotepin onun üçün hazırladığı iki qızıl heykəlciyi 
göndərməlidir. III Aminxotep Mitanniyə az miqdarda hədiyyə göndərdi və  hətta qızıl heykəlciklərin yerinə 
ağacdan düzəldilmiş və üzərinə qızıl çəkilmiş heykəlciklər göndərdi. 
Tell-Amarna yazışmalanndan məlum olur ki, III Aminxotepə ərə getmiş Mitanni şahzadəsi Tadu- Xeba
sonra onun oğlu III Aminxotepin arvadı oldu.  
III Aminxotepin və IV Aminxotepin sarayının təsviri göstərir ki, bütün hərəmxana qadınları baş 
hərəmin xidmətçiləri idilər. Güman ki, firon ayrı-ayrı vaxtlarda məlikənin xidmətçiləri, o cümlədən  əcnəbi 
şahzadə xanımlarla birgə yaşamaq hüququndan istifadə edirdi. Bu şahzadə xanımlar sarayda, atalarının Misirə 
lazım olan siyasi istiqamətlərdə  fəaliyyətini təmin etmək üçün girov kimi saxlanılırdılar və faktik olaraq 
fironunun arvadları deyildilər.  
Yeni firon sələfinin bütün saray heyətinin, həmçinin aralarında Tadu-Xeba olan mərkənin əsil-nəcabətli 
xidmətçilərinin varisi oldu. Turşatta onu yenə  də yeni fironun «arvadı» hesab edirdi, amma Misir 
mənbələrindən məlumdur ki, I Aminxotepin bir baş arvadı (Nefertiti) və bir rəsmi kənizi (Kiya) olmuşdur. Bu 
Misirlə Mitaninin əlaqələrinin nə qədər birtərəfli olduğunu göstərir, hərçənd ki, Tuşrattanın məktublarına əsasən 
belə bir nəticəyə gəlmək olar ki, bu dövlətlər bərabərhüquqlu olmuşlar. 
3.3. Misir-Assuriya əlaqələri 
Misirin diplomatik əlaqələr saxladığı Ön Asiya dövlətlərindən biri də Assuriya idi. E.ə.XV  əsrdə  və 
XIV əsrin birinci yarısında Assuriya Mitanni və Babildən asılı vəziyyətdə idi. Yuxarıda qeyd edildiyi kimi, e.ə. 
360-cı ildə Xet hökümdarı Suppiluliumas Mitanniyə ağır zərbə endirmişdir. Elə bu dövrdən başlayaraq Assuriya 
tədricən güclənir və Ön Asiya siyasətində mühüm rol oynamağa başlayır.  


 
18
Assuriya  şahı I Aşşuruballit (e.ə.1365-1333-cü illər) Misirlə diplomatik əlaqələr yaradır. Amarna 
arxivində onun Misir fironu IV Amenxotepə göndərdiyi bir neçə  məktub qalmışdır. Məktubların birində o 
yazırdı: «Səni görmək üçün yanına göndərdiyim elçimi mehriban qarşıla. Qoy o, səni görsün və geri qayıtsın. 
Qoy o, sənin və sənin ölkənin arzusunu öyrənsin». 
I Aşşuruballit IV Amenxotepə göndərdiyi başqa bir məktubunda onun elçisinin Misirdə  ləngidilməsi 
ehtimalı ilə bağlı olaraq yazırdı: Qoy mənim elçilərim sənin ölkəndə  ləngidilməsinlər. Nə üçün elçilər yad 
torpaqda qalmalıdırlar.  Əgər onlar yad torpaqda qalarsa və  şah bundan fayda görürsə, onda qoy qalsınlar və 
orada  ölsünlər. Əgər  şah bundan fayda götürmürsə  onda nə üçün bizim   göndərdiyimiz elçilər   yad torpaqda 
ölməlidirlər?» 
İstər Mitanni şahı, istərsə  də Babil şahı assuriyalıları öz təbəələri hesab edirdilər və Misir fironunun 
Assuriya elçilərini qəbul etməsinə etirazlarını bildirmişdilər. Lakin Xet dövləti ilə ziddiyyətlərin tədricən 
kəskinləşdiyi bir dövrdə Misirin Ön Assuriyada yeni müttəfiqə ehtiyacı var idi. Buna görə  də Misir fironu 
göstərilən etirazlara baxmayaraq Assuriya ilə müstəqil əlaqələr yaratmışdı. Tezliklə Assuriya dövləti Xet şahlığı 
ilə birlikdə Ön Assuriyada Misirin ən güclü rəqiblərindən biri olan Mitanni dövlətinin varlığına son qoydu və 
onun torpaqlarmı öz aralarında böldülər. Beləliklə, Şərqi Aralıq dənizi rayonları uğrunda mübarizədə Misir Het 
dövləti ilə üzbəüz qaldı.  
Mövzuya dair suallar: 
1.
 
Misirdə yeni şahlıq dövrünün səciyyəsi 
2.
 
Misirin Ön Asiya ölkələri ilə əlaqələrinin xarakteri 
3.
 
Babilsitanla diplomatik-siyasi əlaqələrin inkişafı 
4.
 
E.ə. II minilliyin ortalarında Ön Asiyada beynəlxalq vəziyyət və daxili çəkişmələr 
5.
 
Misir- Muttani münasibətləri 
6.
 
Assuriyanın qüvvətlənməsi və Misirin rəqibinə çevrilməsi 
 
Ədəbiyyat: 
1.
 
Yusifov Y. Qədim Şərq tarixi. B., 1995 
2.
 
Авдиев В.И. Военные история древнего Египта. т.2. М., 1959 
3.
 
Авдиев В.И. История Древнего Востока. М., 1970 
4.
 
Древняя литература Малой Азии. М., 1977 
5.
 
История дипломатии. II изд.,  т.I. М., 1959 
6.
 
История древнего мира. Ранняя древность. т.1, М., 1982 
7.
 
Кузишина Н.И. История Древнего Востока. М., 1978 
8.
 
Ливщиц И.Г. Сказки и повести древнего Египта. Л., 1979 
9.
 
Литература Вавилиони и Ассирии. М., 1981 
10.
 
Маккуин Дж. Хетты и их современники в Малой Азии. М., 1983 
11.
 
Межгосударственные отношение и дипломатия на Древнем Востоке. М., 1987 
12.
 
Оппенхейм А.Л. Древняя Месопотамия М., 1980 
13.
 
Тураев Б.А. История Древного Востока. Т.1., М., 1935 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə