A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

 
19
IV Mövzu 
Misirin Xet dövləti ilə diplomatik əlaqələri 
 
Yeni Şahlıq dövründə Xet dövləti xeyli yüksəlmiş və qüdrətli bir dövlətə çevrilmişdir. Kiçik Asiyada öz 
mövqelərini möhkəmlətdikdən sonra Xet şahlığı cənuba doğru irəliləyir və Simali Suriyada böyük nəticələr əldə 
edirdi. Hetlərin müəyyən zaman zəifləməsindən istifadə edən Mitanni Fəratdan qərbdə,  əsasən də  Şimali 
Suriyada müvəffəqiyyət qazanmışdır. Xet şahı I Suppiluliumas Mitanninin qüdrətinə son qoydu. Xet qoşunları 
yuxarı  Fəratdan keçərək kiçik hürri şahlıqlarmı  məğlub edir və Mitanninin paytaxtı Başşkanini darmadağın 
edirdi. Suppiluliumasm Şimali Suriyaya müvəffəqiyyətli yürüşləri nəticəsində Mitanni Fəratdan qərbdəki 
torpaqlarını itirdi. Bu dövrdən Şimali Suriyada Hetlərin uzunmüddətli ağalığı başlayır. 
Supiiluliumasın dövründə Xet dövləti ilə Misir arasında münasibətlər yaxşı idi. Buna əsasən 
Supiiluliumasın firon Exnatona taxt-taca çıxması münasibətilə yazdığı təbrik məktubunu göstərmək olar. Lakin 
xetlərin Suriyada apardığı siyasət onların Misir ilə toqquşmasına gətirib çıxardı. Xet dövləti öz hakimiyyətini 
cənuba doğru genişləndirməkdə davam etdirdi. Gənc firon Tutanxamon isə Misirin düşmənləri ilə yalnız əcnəbi 
tələbələrin  şikayəti dözülməz olduqda müharibə aparırdı. Gənc Firon məişət  əşyalarının üzərində suriyalı  və 
efiopiyalı  əsirlərin, onlar üzərində  qələbənin təsvirlərini çəkdirməyi sevirdi. Lakin onun qələbələrinin nə 
dərəcədə olduğunu demək çətindir.  
Tutanxamonun keçmiş  ənənələrinin bərpa edilməsinə  həsr edilmiş  təntənəli yazısında deyilir: «Ordu 
Suriya Fələstinə Misirin sərhədlərini genişləndirmək üçün göndərilirdisə  də heç bir müvəffəqiyyət  əldə 
edilmirdi». Əslində söhbət sərhədlərin genişləndirilməsindən və ya əvvəlki sərhədlərin qorunmasından yox, Het 
dövləti tərəfindən hələ tutulmamış Suriya - Fələstin torpaqlarının qorunmasından gedirdi. 
Tutanxamon təxminən on səkkiz yaşında ikən vəfat etdi. Tutanxamonun dul qalmış arvadı 
Anxesenpaamunun bu zaman 17-16 yaşı vardı. Öz təbəələrindən heç biri ilə evlənmək istəməyən 
Anxesenpaamun Het şahı Suppiluliuması, oğlunun ona ər olmaq üçün verməsi haqqında müraciət edir. 
Anxesenpaamunun Suppiluliumasa iki məktubu Het tarixi xronikasında, onun oğlu II Mursilis 
tərəfindən söylənən «Suppiluliumasm əməlləri»ndə göstərilir. «Suppiluliumasm əməlləri» boğazgöydə, kil 
lövhələr üzərindəki mixi yazılı mətinlərdə tapılmışdır. Burada Anxesenpaamunun məktubları haqqında yazılır: 
«Mənim atam aşağıda, Karkəmiş ölkəsində olan zaman Lupakkas və Tarhuntasalması irəliyə, Amka ölkəsinə 
göndərdi. Onlar Amka ölkəsinə hücum etmək üçün getmişdilər və onlar əsirləri, öküzləri və qoyunları mənim 
yanıma gətirmişdilər. Misirlilər Amkaya hücumu eşidəndə çox qorxdular. Elə bu vaxt onların ağası Nibhururias 
(Tutanxamon) vəfat etdi və buna görə də Misirin məlikəsi Dahamunaus (Anxesenpaamun) mənim atama qasidlə 
məktub göndərdi.  
Məktubda o, yazırdı: «Mənim ərim vəfat edib, oğlum isə yoxdur. Deyillər ki, sənin çoxlu oğulların var. 
Əgər sən onlardan birini mənə versən o mənim ərim olar. Mən heç vaxt öz nökərimi seçib özümə ər etməyəcəm. 
Mən belə biabırçılıqdan qorxuram». Mənim atam bunu eşidəndə böyük əyanları məşvərətə çağırdı və ona belə 
dedi: «Bütün həyatım boyu mənim başıma heç vaxt belə hadisə gəlməmişdir». Bundan sonra mənim atam saray 
işlərini idarə edən Hattusasitisi belə bir əmirlə Misirə göndərdi: «Get, bu xəbərin həqiqi olub-olmadığı haqqında 
mənə xəbər gətir». Yazda Hattusatisis Misir qasidi səfir Hani ilə birlikdə Misirdən qayıtdı.  
Misir məlikəsi atamın sorğusuna cavab olaraq belə yazırdı: «Nə üçün sən deyirsən ki, bu işdə onlar 
məni aldadırlar.  Əgər mənim oğlum olsaydı, mən özümün və öz ölkəmin düşdüyü biabırçılıq haqqında yad 
ölkəyə yazardımı? Sən Mənə inanmadın və  hətta bunu belə dedin. Mənim  ərim vəfat etmişdir, oğlum isə 
yoxdur. Mən heç vaxt öz xidmətçimə ərə getmərəm. Mən başqa heç bir ölkəyə yazmamışam. Mən yalnız sənə 
yazmışam. Deyilənlərə görə, sənin çoxlu oğlanların var onlardan birini mənə ver. O, mənim üçün ər, Misirdə isə 
şah olacaq». Beləliklə, mənim atam açıq ürəkli olduğu üçün o, qadına güzəştə getdi və  oğlunun işi haqqında 
düşünməyə başladı. Hata sonra Suppihıliumas Misir səfiri Haniyə dedi: «Mən sizə qarşı dost münasibəti 
bəsləyirdim. Lakin gözlənilmədən siz mənə pislik etdiniz. Siz misirlilər mənim hürri şahımdan azad etdiyim 
Kinza (Kade) adamlarına hücum etdiniz. Mən bunu eşitdikdə  qəzəbləndim və öz şəxsi dəstələrimi və  kənd 
arabalarımı irəli göndərdim. Onlar sizin ərazinizə Amkaya hücum etdilər. Mən sizin ölkə Amkaya hücum 
etdiyim vaxt görünür, siz qorxuya düşürdünüz və  mənim oğlum haqqında xahişlə  mənə müraciət etdiniz. O, 
beləliklə, girov olacaqdı və siz onu şah etməyəcəksiniz».  
Cavabında o mənim atama dedi: «Ey mənim atam, bu bizim ölkə üçün biabırçılıqdır. Əgər şahın oğlu 
olsaydı, məgər bir özgə ölkəyə gəlib özümüz üçün ağa xahiş edərdiniz? Nəzərə al ki, biz heç bir başqa ölkəyə 
getməmişik. Biz yalnız sənin ölkənə gəlmişik. İndi isə, bizim ağamız, öz oğlunu bizə ver». Daha sonra mənim 
atam keçmişdə Tufan allahı Teşubun Hatti övladlarını Misirə aparıb çıxarması və onları misirli etməsi, Misir və 
Hatti ölkəsi arasında müqavilə bağlanması  və sonralar onların həmişə bir-biri ilə dost olması haqqında 
müqavilənin mətni olan lövhəni gətirməyi xahiş etdi. Həmin mətni bərkdən onun qarşısında oxuduqdan sonra 
mənim atam belə dedi: «Ən qədim vaxtlardan hatti ölkəsi və Misir dost olmuşlar və indi də bu bizim mənafeyə 
uyğundur». 
Mətnin sonundakı sözlərdən məlum olur ki, Suppiluliumas oğlunu Misirə göndərməyə razılıq verir. 


 
20
Lakin, Suppiluliumasın oğlu Sanlansas Misir sarayında bir qrup əyan tərəfindən qəsd yolu ilə öldürülür. 
Bununla da Anxesenpaamunun Xet şahzadəsini özünə ər və firon etmə cəhdi boşa çıxır. 
Məlum olduğu kimi, Xet dövlətinin Suriyaya işğalçılıq yürüşləri firon Exnatonun dövrünə təsadüf edir. 
Exnatonun islahatlara başı qarışması və xarici siyasətdəki səhvləri Misirin Suriya - Fələstin torpaqlarının Xet 
dövləti tərəfindən tutulmasına gətirib çıxartmışdı və Misirlə Xet arasında toqquşma baş vermişdi. 
Şahzadə Sanpansas öldürüldükdən sonra Suriyada hərbi əməliyyatlar yenidən başlandı. Suppiluliumasın 
oğlu Arpuvandasın başçılığı ilə Xet dəstələri yenidən Amka ölkəsinə soxuldular. Bir müddət sonra Xet 
ordusunda Misir əsirlərindən yayılmış taun epidemiyası baş vergi, və Xet ordusu hücumu dayandırmağa məcbur 
oldu. Tezliklə Suppiluliumas özü də taun xəstəliyindən öldü. Bu hadisələrdən üç il sonra Misir taxt-tacına 
Xoremxeb sahib oldu. 
Xoremxebin  şahlığı dövründə Misirin beynəlxalq mövqeləri  xeyli möhkəmləndi. Onun müharibələri 
haqqında məlumat o qədər də çox deyil. O, Efiopiya və Suriyaya yürüşlər etmişdir. Suriyaya girərkən firon Xet 
şahlığı ilə toqquşmaya bilməzdi. Fironun məğlub etdiyi şəhərlərin və ölkələrin siyahısında Fələstin və Suriya 
şəhərləri, Şimali Finikiyada Uqarit və nəhayət, Xet şahlığı və Cənubi Anadoluda Artsava ölkəsinin adı vardır. 
Lakin firon şimalda öz uğurlarmı möhkəmlədə bilmədi.  
Suriyada Misir hökmranlığını  bərpa etmək XIX sülalənin üzərinə düşdü. Bu sülalənin ilk fironu 
Xoremxebin varisi I Ramses sonra isə I Seti oldu. I Seti şahlığının  əvvəllərində Suriya -  Fələstinə yürüşə 
başlayır. I Setinin yürüşünün bilavasitə  məqsədi Fələstinin sakitləşdirilməsi idi. Misirin şimal torpaqları olan 
Fələstində  hərcmərclik hökm sürürdü və bunun başlıca səbəbkarı köçəri tayfalar idilər. Onlar firona qarşı 
qiyama səbəb olur, bir-biri ilə müharibə aparır və ölkədə nizamsızlıq yaradırdılar. Fələstin məsələsində Setinin 
siyasəti III və IV Amenxoteplərdən fərqli olaraq uzaqgörənliklə həyata keçirilirdi.  
Arxada sakitləşdirilməmiş Fələstin ola-ola Xet şahlığı ilə mübarizə aparmaq qorxulu idi və buna görə 
də firon Fələstini susdurdu. Buna baxmayaraq, Fələstinin sakitləşdirilməsi hələ XVIII sülalənin «dünyəvi» 
dövlətinin bərpa edilməsi demək deyildir. Növbədə Suriyada ağalıq edən Xet şahlığı və ondan asılı vəziyyətdə 
olan Amuru dururdu. 
I Setinin Xet dövləti ilə müharibəsi həm də ondan asılı vəziyyətdə olan Suriya şahlıqları ilə müharibə 
idi. Fironun qələbə yazılarında onun Xet torpağından qiyamçı ölkələri məhv edib suriyalıları  qıraraq 
qayıtmasından danışırlar. Firon Xet şahlığının hakimiyyətində olan və Suriya şəhərlərindən  ən başlıcası 
Amurrun darmadağın edəndən sonra Kadeş şəhərini tutdu. 
Het dövləti və onun müttəfiqləri ilə müharibə Misir üçün uğurlu oldu. Fiv şəhəri şahın Amon silahına 
hədiyyə kimi gətirdiyi Anadolu və Suriya əsirləri və müxtəlif növ qiymətli əşyalarla doludur. Fironun məğlub 
etdiyi xalqlar və tutduğu  şəhərlər arasında Fələstin və  Cənubi Finikiya şəhərləri, orta Suriyada Kadeş, Kata, 
Ullaza, Nahrima, Tunib var idi. Xet mixi yazılı mənbələrindən məlum olur ki, Suriyadakı Amuru şahlığı Misirin 
tərkibinə daxil edilmişdir, yəqin ki, müəyyən vaxt Misir dövlətinin tərkibinə Oroit çayı üzərindəki Kadeş şəhəri 
də daxil edilmişdi. Onun oğlu və varisi II Ramses bütün qələbələrinə baxmayaraq özündən əvvəlki şahlığının 
sərhədlərinin şimal hissəsini saxlaya bilmədi. 
Misirlə Xet şahlığının müharibəsi II Ramsesin hakimiyyətinin 5-ci ili (e.ə. 1300-cü il) başlandı. Bu ilin 
hərbi əməliyyatlarmı firon özünün «ikinci qalibiyyətli yürüşü» hesab edirdi.  
Misir yazılarının birində deyilir ki, şimal xalqları  əlahəzrətin «sərhədlərinə hücum etmək üçün» 
gəlmişdilər. Hər halda onu Xet dövlətinin fitnələri məcbur etsələr də hücum edən tərəf firon özü olmuşdur. 
Bütün hadisələr Kadeş yaxınlığında baş vermişdi. Yadımıza salaq ki, I Setilin vaxtında Kadeş Misir dövlətinin 
tərkibinə daxil edilmişdir, Ramsesin hakimiyyətinin 5-ci ili onun Misirə düşmən ittifaqın tərkibində olması bu 
ərəfədə onun Misirdən qoparıldığını göstərir.  
Xet şahı Muvattalis Misir ordusu ilə açıq döyüşdən çəkinirdi. Onun ordusu o dövrə görə çox saylı (28 
min döyüşçü və 6 mindən çox at) olsa da, nizamsız idi və əsasən muzdlulardan ibarət idi. Ordunun əsasını Xet 
dövlətinin döyüşçüləri təşkil edirdilər. Lakin onlardan başqa orduda öz qala bütün Anadolu və Suriya şahlarının 
nümayəndələri var idi: Artsava, Luka, Kussuvadna, Aravana, Fəpətboyu, Suriya, Kapkemiş, Amino, Uqarit, 
Nuxaşik, Kadeş köçəri tayfalar və s. Bu müttəfiqlərin hər biri öz hökmdarlarının başçılığı ilə hərəkət edirdi və 
bu orduya rəhbərlik etmək Muvattalist üçün çox çətin idi. 
 Belə nizamsız ordu ilə mütəşəkkil Misir ordusuna qalib gəlmək çox çətin idi. Sonrakı 16 illik mübarizə 
göstərdi ki, Xet ordusu açıq döyüşdən çəkinir daha çox Suriya qalalarında otururdu. Hətta Kadeş yaxınlığındakı 
döyüşün də gedişi göstərirdi ki, Xet şahlığı hərbi gücdən çox hiylə ilə qalib gəlməyə ümid bəsləyirdi. 
Mənbələrdən məlum olur ki, Ramses Kadeş şəhərini tuta bilmir. Rəqiblər bir-birinə güc gələ bilmədilər 
və gözlənildiyi kimi, Xet şahı Muvatalis firona  sülh  təklif etdi.  Bu haqda  Kadeş yaxınlığındakı  döyüş 
haqqında yazılmış povestdə məlumat vardır. Burada Xet nümayəndələrinin məktubla Ramsesin yanına gəlməsi, 
misirlilərin hərbi müşavirəsi və fironun düşmənin xahişinə «xeyirxahlıqla mərhəmət» göstərməsi haqqında 
yazılır. 
Ramsesin  şahlığının 8-ci ili Misir ordusu yenidən Suriya - Fələstinə yürüş edir. Misir ordusunun 
zərbələri altında Fələstin qalaları və tayfaları məğlub olurdular. Ramsesin qələbə abidələrində cənubda Aşkelon, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə