A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

 
21
Ölü dənizdən şərqdə Moav, Finikiyada Akka, Livanın cənub sərhədi yaxınlığında yaxınlığında İenam və onlarla 
naməlum torpaqlar göstərilir. 
Müharibə Xet dövlətinin ərazisində keçdi və firon Amuru ölkəsindəki Dapur qalasına yaxınlaşdı. Firon 
qalanın alınmasında şəxsən iştirak etdi və Xet qoşunu məğlub edildi. Mixi yazılı mənbələrdəki məlumata görə, 
nəticədə yenə də Şimali Suriya və hətta Amuru şahlığı Xet şahlığının əlində qaldı. 
II Ramsesin hakimiyyətinin 2I-ci ili sülh bağlanmasının mümkünlüyünü misirlilər düşmən qüvvələrinin 
tamamilə gücdən düşməsi ilə izah edirdilər. Misirin güzəştə getməsi haqqında isə belə bir fərziyyə irəli sürmək 
olar. Yeni Şahlıq fıronları Suriya-Fələstin təbəələrindən xərac alırdılar. Xəracın ağırlığı həmişə qiyamçı əhval-
ruhiyyəyə  səbəb olurdu. Suriya -Fələstin torpaqlarına uzaqdan - uzağa sahiblik etmək orada güclü rəqib 
olmadığı halda mümkün idi. Misirin belə bir rəqibi güclənmiş Het dövləti oldu. 
II Ramses dövründə Misirin Xet şahlığı ilə münasibətləri III Tutmos dövrünün Misirin Mitanni ilə 
münasibətlərini xatırladırdı. Fərq bunda idi ki, Xet şahlığı Mitannidən xeyli güclü idi. Mitanni şahını öz 
ölkəsində məğlub etmək olardı və Suriyadan əl çəkməyə məcbur etmək olardı. Xet dövlətini məğlub etməyə isə 
Misirin gücü çatmadı  və 16 illik üzücü mübarizədən sonra Ramses başa düşdü ki, Fələstin və Suriyanın bir 
hissəsinə yalnız şimaldakı işğallardan imtina etdikdən sonra yiyələnmək olar. 
Mənbələrin məlumatına görə, Misirlə Xet çarlığı arasında sülh müqaviləsi II Ramzesin çarlığının 17-ci 
ilində - e.ə. 1280-cı ildə imzalanmışdır. Müxtəlif ədəbiyyatlarda fərqli tarixə də rast gəlmək mümkündür.  
Sülh müqaviləsi II Ramses ilə Muvatallisin varisi III Hattusilis tərəfindən bağlandı. Bu müqavilə sülh, 
qardaşlıq, xarici təcavüzün və daxili siyasi konfiliktlərin dəf edilməsində əməkdaşlıq haqqında məlum olan ən 
qədim müqavilələrdən biridir. 
II Ramsesin şahlığınm 2I-ci ilin qışın  əvvəlində Xattusilisin səfiri, misirli tərcüməçinin müşayiəti ilə 
fironun paytaxtı Per - Ramses şəhərinə gəldi və Misir şahına öz hökmdarı adından üzərində müqavilənin mixi 
yazılı  mətni olan gümüş lövhəciyi təqdim etdi. Bu lövhəcikdən müqavilə Misir dilənə  tərcümə edildi və 
sonradan Misir heroqrifləri ilə daş üzərinə  həkk edildi. Müqavilənin qısa mətni belədir: «Qoy gələcəkdə, 
əbədiyyətə  qədər tanrı Misirin böyük hökmdarı  və Xet ölkəsinin böyük hökmdarı arasında bu müqaviləyə 
uyğun olaraq düşmənçilik yaranmasına imkan verməsin. Qoy Het ölkəsinin böyük hökmdarının övladları 
Misirin böyük hökmdarı Ramses Meriamunun övladları ilə qardaş olsunlar və sülh şəraitində yaşasınlar. Qoy 
Misirin böyük hökmdarı Ramses hər hansı bir yeri tutmaq məqsədi ilə heç vaxt Xet ölkəsinə hücum etməsin». 
Müqavilənin mətnində daha sonra deyilirdi:  
-  Əgər hər hansı bir düşmən Misirin böyük hökmdarı Ramsesin torpaqlarına hücum edərsə  və o, Xet 
ölkəsinin böyük hökmdarına «Mənimlə düşmənə qarşı qalibiyyətli qoşununla birgə  çıxış et deyə müraciət 
edərsə, Xet ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın edəcək. Və əgər Xet ölkəsinin 
böyük hökmdarı  şəxsən özü gəlmək istəməsə, o, ləngimədən öz piyada və  cəng arabalarından ibarət qoşunu 
göndərəcək və onlar onun düşmənbrini darmadağın edəcək. 
- Əgər Misirin böyük hökmdarı Ramses Meriamun öz xidmətçilərinə qəzəblənərsə və ya onlar Ramsesə 
qarşı  hər hansı bir çıxış edərlərsə  və o, onları darmadağın enmək istəyərsə Xet ölkəsinin hökmdarı onunla 
birlikdə olacaq və Ramsesin qəzəblənməsinə səbəb olanların hamısını məhv edəcək. 
- Əgər hər hansı bir düşmən Xetin böyük hökmdarının torpaqlarına hücum edərsə və o, Misir ölkəsinin 
böyük hökmdarına müraciət edərsə, Misir ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın 
edəcək. 
-  Əgər böyük Xet hökmdarının qulluqçuları ona qarşı qalxarlarsa, onda, Ramses Meriamun da 
müqaviləyə uyğun olaraq onunla birlikdə olacaq. Və əgər Xet ölkəsinin hökmdarı «Mən öldükdən sonra qoy, 
Ramses Meriamun böyük Xet hökmdarının varisinə köməyə gəlsin, » - deyərsə onda, o gəlsin. 
-  Əgər hansı bir əyan Misir torpağından Xet ölkəsinin hökmdarının yanına qaçarsa və yaxud Ramses 
Meriamuna tabe olan Asiyadakı hər hansı bir şəhər ondan ayrılarsa və o, Xet hökmdarına müraciət edərsə qoy, 
böyük Xet hökmdarı onları qəbul etməsin və əmr etsin ki, onları ağaları Ramses Meriamuna qaytarsınlar. Və 
əgər hər hansı bir əyan Xet ölkəsindən qaçaraq böyük Misir hökmdarı Ramsesin yanına gələrsə yaxud hər hansı 
bir şəhərli, hər hansı bir kəndli... Ramsesin yanına gələrsə, qoy, Ramses onları qəbul etməsin və əmr etsin ki, 
onları Xet hökmdarına qaytarsınlar.  
- Əgər Misir torpaqlarından I, 2 və ya 3 adam qaçarlarsa, və Xet hökmdarın yanma gələrlərsə, qoy, Xet 
hökmdarı onları tutsun və böyük Misir hökmdarına qaytarmağı  əmr etsin. Ramses Meriamuna qaytarılacaq 
adama gəldikdə isə qoy, ona qarşı bu cinayətlə bağlı heç bir iş qaldırılmasın. Qoy, onun evini, arvad və 
uşaqlarını məhv etməsinlər, qoy, onun özünü öldürməsinlər. Qoy onun gözlərinə, qulaqlarına, ayaqlarına xətər 
yetirməsinlər. Qoy ona qarşı hər hansı cinayətə görə də iş qaldırmasınlar. Eyni qaydada Xet ölkəsindən adamlar
fərdi yoxdur, I, 2 və ya 3 nəfər olsun, qaçıb böyük Misir hökmdarının yanına gələrlərsə, qoy böyük Misir 
hökmdarı Ramses onları tutsun və böyük Xet hökmdarına qaytarmağı əmr etsin və qoy böyük Xet hökmdarı da 
onların cinayətləri ilə bağlı heç bir iş qaldırmasın, evlərini, arvad və  uşaqlarını  məhv etməsin, özünü 
öldürməsin, qulaqlarına, ağzına, ayaqlarına heç bir xətər gətirməsin, ona qarşı başqa bir cinayət işi 
qaldırmasın». 


 
22
 Müqaviləni nəzərdən keçirdikdə görürük ki, heç bir bənddə Misirlə Xet şahlığının sərhədindən 
danışılmır. Amma bütün məlumatlara görə aydın olur ki, II Ramses Misirin Asiya torpaqlarını genişləndirə 
bilmədi. Suriya və Finikiyanın çox hissəsi xetlərin, yalnız Cənubi Finikiya, Cənubi Suriya və Fələstin Misirin 
nüfuz dairəsində qaldı. 
 
Mövzuya dair suallar: 
1.
 
Xet çarlığının yüksəlişi 
2.
 
Mesopatomiya uğrunda Misirlə Xet dövləti arasında hərbi –siyasi mübarizə və nəticələri 
3.
 
Misir -Xet əlaqələrində nikah diplomatiyasının rolu 
4.
 
Ən qədim müqavilə – II Ramzeslə III Xattuşil arasında imzalanmış müqavilənin mahiyyəti 
5.
 
Misir və Xet çarlığı arasında səfirlər mübadiləsi 
6.
 
Mesopotamiyanın nüfuz dairələrinə bölüşdürülməsi 
Ədəbiyyat: 
1.
 
Yusifov Y. Qədim Şərq tarixi. B., 1995 
2.
 
Авдиев В.И. Военные история древнего Египта. т.2. М., 1959 
3.
 
Авдиев В.И. История Древнего Востока. М., 1970 
4.
 
История дипломатии. II изд.,  т.I. М., 1959 
5.
 
Кузишина Н.И. История Древнего Востока. М., 1978 
6.
 
Маккуин Дж. Хетты и их современники в Малой Азии. М., 1983 
7.
 
Межгосударственные отношение и дипломатия на Древнем Востоке. М., 1987 
8.
 
Перепелкин Ю.Я. Переворот Амен-Хотепа IV. М., 1967 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə