Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə83/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   79   80   81   82   83   84   85   86   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
146 
Вывод  результатов  кластеризации  отображается  в  виде  таблице,  где  каждая  строка 
представляет  собой  атрибуты  и  документ.  Каждый  документ  описывается  вектором  атрибутов. 
Каждый  атрибут  записывается  с  числом  в  скобке,  показывающий  степенью  принадлежности 
данного атрибута к соответствующему документу.   
 
 
LOKAL ġƏBƏKƏLƏRĠN MONĠTORĠNQ VƏ TƏHLĠL VASĠTƏLƏRĠ 
 
Mehtiyev Ə.B. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Lokal şəbəkələrin monitorinqi və analizi local şəbəkələrə nəzarətin əsas hissələridir. Bu iki anlayış 
bir  birinə  yaxın  olduğu  qədərdə  fərqlilik  və  üstünlükləri  var  dır.    Korporativ  şəbəkənin  işçilik 
qabiliyyətini  daim  yaxşı  vəziyyətdə  saxlamaq  üçün  local  şəbəkəyə  nəzarət  vacib  məsələlərdən  biridir. 
Nəzarət  –  şəbəkənin  idarəedilməsində  vacib  olan  ilk  addımdır.  Bu  funksiyanın  vacibliyi  onu  çox  vaxt 
sistemin  idarə  edilməsinin  digər  funksiyalarından  ayırır  və  xüsusi  vasitələrlə  reallaşdırılır.  Belə  ayrılma 
böyük  olmayan  və  orta  şəbəkələrin,  inteqrəolunmuş  sistemlərin  idarəedilməsi  qeyri  ekonomik  olduğu 
hallarda əlverişlidir. Avtonom nəzarət vasitələrindən istifadə şəbəkə adminstratoruna şəbəkənin problemli 
sahələrini  və  qurğularını  müəyyən  etməyə  köməkedir,  amma  onlarınsöndürülməsi  və  ya  yenidən 
qurulmasını o artıq əllə edəbilər. Şəbəkənin işləməsinə nəzarət prosesini adətən ikimərhələyə ayırırlar – 
monitorinq və analiz.  
Monitorinq mərhələsində daha sadə proseduradan istifadə edilir - şəbəkənin işləməsi haqqında ilkin 
məlumatlatların  yığılması:  şəbəkədə  dövredən  müxtəlif  protokolların  miqdarının  statistikası, 
konsentratorların, kommutatorların, marşrutizatorların və s. portlarının vəziyyəti. 
Sonra analiz mərhələsi yerinə yetirilir, burada monitorinqdən toplanan məlumatları üzərində daha 
çətin  və  intellektual  proses  baş  verməsi  başa  düşülür.  Məsələn,      İlkin  və  son  yoxlamaların  nəticələri 
qarşılaşdırılır və baş verən dəyişikliklər, boşluqlar və problemlər müəyyən edilir. 
Monitorinqin tapşırıqları proqram və aparat ölçü vasitələri, tester, şəbəkə analizatoru, monitorinqin 
quraşdırılmış  kommunikasiya  vasitələri  ilə  həll  olunur.  Analiz  tapşırıqları  isə  daha  çox  insane 
fəaliyyətinin  aktivliyini  və  mürəkkəb  vasitələri,  məsələn  ekspertsistemləri  –  müxtəlif  mütəxəssislərin 
toplanmış təcrübəsini tələb edir.   
Şəbəkələrin monitorinq və analizinin müxtəlif vasitələrini bir neçə böyük sinfə ayırmaq olar. 
-
 
Sistem  idarəetmə  agentləri  -  MIB  (ManagementİnformationBase)  –  idarəetmə  informasiyanın 
məlumatlar  bazası  və  SNMP  və  ya  CMİP  protokolları  üzrə  informasiyanın  çatdırılması.  Agentlərdən 
məlumatları  almaq  üçün  adətən  avtomatik  vəziyyətdə  işləyən  idarəetmə  sisteminin  mövcudluğu  tələb 
olunur. 
-
 
Quraşdırılmış  diaqnostika  və  idarəetmə  sistemləri  (Embeddedsystems).  Bu  sistemlər 
kommunikasiya  cihazında  quraşdırılaraq  proqram-aparat  modulu  şəklində  yerinə  yetirilir.  Həmçinin 
proqram  modulları  şəklində  əməliyyat  sisteminə  quraşdırılaraq  yerinə  yetirilə  bilirlər.  Onlar  yalnız 
diaqnostika  funksiyasını  və  idarəetməni  yalnız  bir  cihazla  edirlər  və  bu    onların  mərkəzləşdirilmiş 
idarəetmə  sistemlərindən  əsas  fərqidir.  Bu  sinfin  vasitəsinin  nümunəsi  kimi  çoxseqmentli  təkrarlayıcı 
Ethernet  idarəetmə  modulu  ola  bilər.  Bu  hər  hansı  nasazlıq  tapdıqda  portların  avtoseqmentləmə 
funksiyasını  yerinə  yetirir.  Bir  qayda  olaraq  quraşdırılmış  idarəetmə  modulu  ―bərabər  zaman  üzrə‖ 
idarəetmə sistemi üçün cihazın vəziyyəti haqqında məlumatları çatdıran SNMP agentləri rolunu oynayır.  
-
 
Protokolların analizatoru (ProtocolAnalyzers). İdarəetmə sistemindən yalnız şəbəkədə monitorinq 
və ötürmələrin analizi funksiyası ilə fərqlənən proqram və ya aparat-proqram sistemləridir. Protokolların 
yaxşı  analizatoru  şəbəkədə  tətbiq  olunan  böyük  sayda  protokolları  tuta  və  dekodlaşdıra  bilər. 
Protokolların  analizatoru  ayrı  paketləri  tutmaq  üçün  bəzi  şərtləri  qoymağa  imkan  verir  və  tutulmuş 
paketlərin tam dekodlaşmasını edə bilir. 
-
 
Ekspert sistemləri. Bu növ sistemlər texniki mütəxəssislərin şəbəkənin anomal işləməsi səbəbini 
və onun işlək vəziyyətə gətirilməsi haqqında biliklərinin toplusudur. Ekspert sistemləri adətən şəbəkənin 
müxtəlif monitorinq və analiz vasitələrinin ayrı altsistemlər şəklində tətbiq olunurlar: şəbəkənin idarəetmə 
sistemi,  protokolların  analizatoru,  şəbəkə  analizatorları.  Ekspert  sisteminin  ən  sadə  variantı  mövzudan 
asılı  sistem  köməyidir.Daha  mürəkkəb  ekspert  sistemləri  süni  intellekt  elementinə  sahib  olan  biliklər 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
147 
bazasıdır.  Belə  sistemə  misal  olaraq  Cabletron  şirkətinin  sistemə  quraşdırılmış  Spectrum  və  Network 
General şirkətinin protokollar analizatoru Sniffer ekspert sistemlərini göstərmək olar. Ekspert sistemlərin 
işləmə  prinsipi  istifadəçiyə  şəbəkənin  nasazlığı  haqqında  qısa  diaqnoz  vermək  üçün  çoxlu  sayda 
hadisələrin analizinə əsaslanır. 
-
 
Xətt sistemlərinin diaqnostikası və sertifikatlaşdırılması üçün cihazlar. Bu cihazları şərti olaraq 4 
əsas  qrupa  ayırmaq  olar:  şəbəkə  monitorları,  xətt  sistemlərinin  sertifikatlaşdırılması  üçün  cihazlar,  xətt 
oxuyucuları və testedicilər. 

 
Şəbəkə  monitorları  (həmçinin  şəbəkə  analizediciləri  də  adlanır)  müxtəlif  kateqoriyalı 
xəttlərin yoxlanması üçün nəzərdə tutulub. Şəbəkə monitorları həmçinin trafikin statik göstəriciləri 
haqqında  da  məlumatlar  toplayır.  Bu  cihaz  digər  3  cihazdan  fərqli  olaraq  daha  intellektualdır, 
beləki, fiziki səviyyədə işləməklə yanaşı həmçinin kanal, və arabir şəbəkə səviyyəsində də çalışa 
bilir. 

 
Xətt  sistemlərinin  sertifikatlaşdırılması  cihazı  beynəlxalq  standartlardan  birinin 
tələblərinə uyğun olaraq sertifikatlaşdırmanı yerinə yetirir. 

 
Xətt oxuyucuları mis xətt sistemlərinin diaqnostikası üçün istifadə olunur.  

 
Xətt  testedicilərixəttlərin  fiziki  nasazlığının  olub  olmamasınıyoxlaçaq  üçün  nəzərdə 
tutulublar.  
Protokolların analizedicisi ya xüsusiləşdirilmiş cihazları özündə göstərir, ya da fərdi kompüterləri. 
Tətbiq  olunan  şəbəkə  kartı  və  proqram  təminatı  şəbəkə  texnologiyalarına  (Ethernet,  TokenRing,  FDDI, 
FastEthernet) uyğun olmalıdır. Analizedici şəbəkəyə ardıcıl formada qoşulur. Fərq ondadır ki, analizedici 
şəbəkə ilə ötürülən bütün məlumat paketlərini qəbul edə bilir, amma adi stansiya ona ünvanlandıranı edə 
bilir.  Bunun  üçün  protokollar  analizedicisinin  adapteri  ―qeydirardıcıl‖  tutma  vəziyyətinə  gətirilir  – 
promiscuousmode. 
Analizedcinin  proqram  təminatı  şəbəkə  adapterini  dəstəkləyən  nüvədən  və  şəbəkə  adapterinin 
işlədiyi kanal səviyyəsində deşifrələyici protokol olan proqram təminatından ibarətdir. Daha çox yayılmış 
yuxarı  səviyyə  protokolları  ilə  də  işləyə  bilir,  məsələn,  İP,  TCP,  FTP,  Telnet,  HTTP,  İPNX,  NCP, 
NetBEUL,  DECnet  və  s.  Bəzi  analizedicilərin  tərikibinə  ekspert  sistemlər  də  daxil  edilə  bilər,  hansı  ki 
istifadəçiyə nasazlıqların aradan qalıdırması və s. haqqında məlumatlar verə bilər. 
Protokolların analizedicisi bir neçə oxşar xüsusiyyətə malikdir. 
-
 
Analizedicinin 
şəbəkə 
adapterində 
quraşdırılan 
lokal 
şəbəkə 
seqmentində 
Trafikinortastatistikgöstəricisinin ölçülməsi. 
-
 
Lokal şəbəkənin müxtəlif seqmentlərindən tutulan paketləri gətirən bir neçə agentlərlə işləmə 
imkanı 
-
 
Paketlərin  deşifrələnməsinin  nəticələrini  müxtəlif  səviyyəli  detallaşma  təsvir  edə  biləcək 
qrafiki interfeysə malik olmaq. 
-
 
Tutulan  və  təsvir  olunan  paketlərin  filtirlənməsi.  Təyin  olunmuş  ünvanın  qiymətindən  və 
mənbəsindən,  protokolun  tipindən  və  ya  paketin  müəyyən  sahələrinin  qiymətindən  asılı 
olaraq  filtrləmə  şərtlərinin  verilməsi.  Paketdən  ya  imtina  edilir  ya  da  tutulma  buferinə 
yüklənir.  Filtrlərdən  istifadə  olunması  analizi  sürətləndirir  və  asanlaşdırır,  beləki,  cari 
zamanda lazımsız paketləri tutmadan və ya baxmadan azad edir. 
-
 
Triqqerlərdənisdifadə  olunma.  Triqqerlər  məlumatların  şəbəkədə  tutulması  prosesinin 
başlaması və dayanması üçün adminstrator tərəfindən qoyulmuş bəzi şərtlərdir. Belə şərtlərə 
misal  olaraq,  sutkanın  vaxtı,  tutma  prosesinin  davamlılığı,  məlumat  kadrlarında  müəyyən 
olunmuş qiymətlərin əmələ gəlməsi. Triqqerlərfiltrlarla bərabər istifadə oluna bilər. Bu onlara 
daha dəqiq analiz aparamağa kömək edə bilər. 
-
 
Çox  kanallılıq.  Bəzi  analizedici  protokollar  paketlərin  eynizamanda  bir  neçə  şəbəkə 
adapterindən  yazılmasına  imkan  verir.  Bu  isə  öz  növbəsində  şəbəkənin  müxtəlif 
seqmentlərində prosesləşdirməyə kömək edir. 
Şəbəkə  problemlərinin  fiziki  səviyyədə  analizi  protokol  analizedicilərində  minimaldır,  belə  ki, 
onlar  bütün informasiyanı standart  şəbəkə  adapterlərindən  alırlar.  Bu səbəbdən onlar  fiziki  səviyyədəki 
məlumatları şəbəkə adapterindən götürürlər və bu bir çox hallarda həmin şəbəkə adapterinin tipindən asılı 
olur. 
 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə