Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   11   12   13   14   15   16   17   18   19

_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
85
 ~ 
 
 
 
 
         SƏNİN İZLƏRİN... 
 
Yaralı qəlbimin dərmanı oldu, 
Şirin yuxuların mehmanı oldu, 
Bir Günəş nurutək qəlbimə doldu 
O sənin gözlərin, sənin gözlərin! 
 
Mən könül vermədim bunca sevgiyə, 
Özümə söz verdim, “sevməyim” - deyə. 
De, məni yolumdan eylədi niyə 
O sənin sözlərin, sənin sözlərin? 
 
Bu eşq bitməz ola, sonsuz olaydı! 
Xatirəm qəlbində gizli qalaydı! 
İzimin üstündən naxış salaydı 
O sənin izlərin, sənin izlərin! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
86
 ~ 
 
 
 
BAŞQA  
BİR DÜNYA DA VARMI, GÖRƏSƏN? 
 
Başqa bir dünya da varmı, görəsən, 
Nə ölüm, nə acı, nə dərd olmasın... 
Sevən könülləri kədər almasın... 
Heç kim tərk edilib unudulmasın... 
 
Başqa bir dünya da varmı, görəsən, 
Kimsə ayırmasın əllərimizi... 
Birgə qarşılayaq günəşimizi... 
Zaman soyutmasın hisslərimizi... 
 
Başqa bir dünya da varmı, görəsən, 
Gəzək sahilləri sonsuzluğadək... 
Sevincdən titrəsin, dil açsın ürək... 
Aləmdə sən və mən qalaq təkbətək... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
87
 ~ 
 
 
SƏN ELƏ BİLİRSƏN...  
 
Mən elə bilirdim sevirsən məni
İnsanın özünü sevdiyi kimi...  
                            Elmar Şahmar 
 
Sən elə bilirsən sevirsən məni
Bəlkə də sevirsən öz aləmində... 
Sevirsən  qəfəsə düşən quş kimi
Sıxırsan qəlbimi qüssə-qəmində. 
 
Sevirsən  ölümlü məhəbbət ilə...  
Bir oxun ürəyi sevdiyi kimi. 
Günəşin səhranı, tikanın gülü, 
Bıçağın kürəyi sevdiyi kimi. 
 
Donuram mən sənin buz əllərində, 
Sevgisə - şəfəqdir, nurdur, həyatdır! 
Sevirsən? Yox, buna “məhəbbət” demə, 
Qaranlıq, xəyanət bu hissə yaddır! 
 
Oyatma qəlbimin səssizliyini, 
Bir daha aldanmaq istəmir ürək! 
Sən elə bilirsən sevirsən məni, 
Bəlkə də sevirsən... öz bildiyintək... 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
88
 ~ 
 
 
NECƏ DƏ QƏRİBƏDİR... 
 
Necə də qəribədir...  
Bir zamanlar səninlə 
bir-birindən xəbərsiz iki yad insan idik. 
“Həyat yolu” deyilən bu dolanbac yolların 
hərəmiz bir üzündə 
ayrı-ayrı gəzirdik. 
Sənin öz xəyalların... 
Mənim öz xəyallarım...  
 
Biz ayrı yaşayırdıq  
saatları, günləri, 
Ayrı qarşılayırdıq  
ayları, mövsümləri. 
Hələ ki, doğmamışdın ömrümə günəş kimi... 
Hələ ki, yanmamışdın qəlbimdə atəş kimi... 
Məhəbbətli bağımda bitən sevgi fidanım! 
Sən, ey arzum, gümanım! 
 
Sən hardasan? 
Gedişin qiyamətdən yamandı! 
Gəl, sevgilim, bir də gəl, yalvarıram, amandı! 
Səni sevdim,  
ömrümə ələnən nur yağışım! 
Səni sevdim,  
dilimdən qopan sevgi alğışım! 
Duyursanmı səsimi? 
Sənədir dualarım! 
Gəl, ey sevgili yarım! 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
89
 ~ 
 
 
 
OYANA BİLSİN 
 
Mən səndən dünyanı istəmədim ki... 
Dünyaca məhəbbət istədim ancaq. 
Eşqinə güvənə bilməyim üçün, 
Etibar, sədaqət istədim ancaq. 
 
Mən səndən dünyanı istəmədim ki... 
Ömrümə səadət bəxş elə! - dedim. 
Adını qəlbimin dərinliyinə 
Sevginlə əbədi nəqş elə! - dedim. 
 
Nə umdum, sevgilim? Hey istədim ki, 
Könlümüz nur ilə boyana bilsin. 
Mən səndən nə böyük şey istədim ki... 
İstədim ruhumuz oyana bilsin. 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
90
 ~ 
 
 
 
UNUTMA MƏNİ! 
 
Məni yada salınca  
   sən ilk görüşü düşün... 
Utancaq baxışları,  
   məsum gülüşü düşün... 
Məni yada salınca  
   düşün xoş axşamları... 
Bizim nəfəsimizdən 
   o titrəyən şamları... 
Ulduzlarla bəzənmiş  
   füsünkar gecələri... 
Sabahlara açılan  
   tərli pəncərələri... 
Əlimin istisini,  
   saçlarımın ətrini... 
Qəlbimin vurğusunu,  
   gözlərimin rəngini... 
Düşün, düşün hər şeyi
   bütün olub keçəni. 
Bu sevginin xətrinə 
   heç vaxt unutma məni! 
Heç vaxt UNUTMA MƏNİ! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
91
 ~ 
 
 
 
GETMİŞƏM Kİ, DARIXASAN 
 
Gedişimlə səni üzdüm... 
Gülərüzlüm! 
Kaş ki, belə getməyəydim.  
Sevgimizin xatirinə 
gərək, inad etməyəydim. 
Bilirəm ki, incimisən... 
Barışarıq. 
Küs qalmağa dözmərəm mən. 
İnan, səni üzməyim də - 
Dünyalarca sevdiyimdən. 
Səni yaman çox sevirəm! 
İstəmirəm,  
Heç bir anlıq olsa belə 
əllərimi buraxasan. 
İnan, canim,  
getmişəm ki,   
mənsiz bir az darıxasan... 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə